Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
77 
 
ənənələrinə əsaslanır. 
Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki  əzmkar 
fəaliyyəti hansısa konkret çərçivə ilə  məhdudlaşmır - məktəb tikintisindən 
tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - 
geniş spektri əhatə edir. Qısa müddət  ərzində  uğurla gerçəkləşdirilən bu 
layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və ehtiramla 
qarşılanmışdır. Azərbaycanın zəmri ehtiyaclarını  nəzərə alan Heydər  Əliyev 
Fondunun yeni məktəb binalarının tikintisi, mövcud orta ümumtəhsil 
müəssisələrinin  əsaslı  təmir və  bərpası istiqamətində  həyata keçirdiyi tədbirlər 
xüsusilə  təqdirəlayiqdir.  İctimai  əsaslarla fəaliyyət göstərən fondun ümummilli 
mənafelərə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi 
mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və 
səmərəliliyini daha da artırır. 
Heydər  Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd 
Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində 
qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və 
intellektual zəmin formalaşdırılmasıdır. Təhsil infrastrukturunu 
yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris 
prosesinə lazımi  şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil 
ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Həmin 
reallıqlardan çıxış edən fond, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində 
sistemli və ardıcıl iş aparır. 
Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq 
hakimiyyət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının, imkanlı iş 
adamlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu 
baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə  çərçivəsində 
yalnız 2005-ci ildə Azərbaycanın  ən müxtəlif bölgələrində rekord sayda - 132 
ədəd yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi 
avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz 
töhfədir. Müasir tələblərə cavab verən məktəb binaları yeni avadanlıq, istilik 
sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur. 
Yeri gəlmişkən, Azərbaycan Prezidenti cənab  İlham  Əliyevin imzaladığı 
regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında yeni məktəblərin 
inşası  məsələsinə xüsusi diqqət ayrılmışdır. Heydər  Əliyev Fondu həmin 
proqram çərçivəsində   müvafiq   hakimiyyət   strukturlarının   həyata   keçirdiyi   
işləri   də 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
78 
 
qabaqlayaraq, bölgələrdə  mədəni-intellektual səviyyənin yüksəlməsində 
yaxından iştirak etmişdir. Cəmi bir il ərzində 132 yeni məktəbin inşası  ağır 
müharibə  şəraitində yaşayan, iqtisadiyyatı yenicə inkişaf etməyə başlayan 
Azərbaycan üçün olduqca böyük nailiyyətdir. Fondun prezidenti Mehriban 
xanım  Əliyeva layihənin ikinci hissəsinin rəsmi təqdimat mərasimi zamanı 
görülən işlərin bundan sonra da davam etdiriləcəyini, 2006-cı ildə Azərbaycanda 
100-dən artıq yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini bəyan 
etmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin regionlara səfərləri 
zamanı Mehriban xanım  Əliyeva fondun xəttilə aparılan inşaat işləri ilə 
yaxından tanış olur, lazımi tövsiyələrini verir. 
Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin 
əsaslı təmiri və yenidənqurulması işini də diqqət mərkəzində saxlamışdır. Ötən 
il xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə 
bərpa edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bu, orta hesabla hər ay 
iki məktəbin normal iş  və  tədris rejiminə  gətirilməsi deməkdir. Bakıda, 
Sumqayıtda, Xaçmazda, Əli Bayramlıda,  Şəkidə, Astarada, İsmayıllıda, 
Ağdamda, Bərdədə, Beyləqanda, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, 
Göyçay, Qusar, Lerik, Salyanda, habelə bir sıra kəndlərdə  qəza vəziyyətində 
olan məktəblərin yeniləri ilə  əvəz olımması insanlarda böyük rəğbət və 
minnətdarlıq hissi doğurmuşdur. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" 
layihəsi çərçivəsində 22 min nəfərlik  şagird yeri yaratmağa nail olması da 
təqdirəlayiq göstəricidir. 
 
Fövqəladə bacarıqlı xoşməramlı səfir 
 
BMT-nin ali mədəniyyət qurumu - YUNESKO ilə  sıx  əməkdaşlıq 
münasibətləri qurmuş Heydər  Əliyev Fondu milli-mənəvi irsimizə, təhsilimizə 
yüksək bəşəri münasibətə  də nail olmuşdur. Azərbaycanın birinci xanımının 
təşkilatm xoşməramlı  səfiri təyin olunması bu əlaqələrə yeni impuls vermiş, 
strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar 
açmışdır. Fondun son iki illik fəaliyyətinin aparıcı istiqamətlərindən biri də 
məhz ölkənin təhsil problemlərinin həllinə köməkdən, bu məqsədlə nüfuzlu 
beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli 
faydalanmaqdan ibarət olmuşdur. Geniş imkanlara malik bu nüfuzlu beynəlxalq 
təşkilatın ölkəmizin təhsıl problemlərinin həllində yaxından iştirakı, təşkilatla 
bırgə reallaşdırılan müştərək layihələr uğurlu nəticələrlə zəngindir. 2004-cü il 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
79 
 
 iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında 
"Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq 
konfrans keçirilmişdir.  Əldə olunmuş razılaşmaya  əsasən, 2005-ci il avqustun 
24-də Bakıda "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda mühüm 
beynolxalq konfransm keçirilməsi Azərbaycanın təhsil problemlərinin 
müzakirəsi, onların optimal həlli mexanizmlərinin aranması, habelə  təşkilatla 
əməkdaşlığın gələcək perspektivlərinin müəyyən olunması baxımından böyük 
əhəmiyyət daşımışdır. 
YUNESKO-nun xoşməramlı  səfiri Mehriban xanım  Əliyeva konfransdakı 
dərin məzmunlu çıxışında Azərbaycan milli təhsilinin problemlərindən söz 
açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat 
vermişdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı  təcavüzünün 
təhsilimizdə yaratdığı  çətinliklər YUNESKO-nun Baş direktorunun və 
nümayəndə heyətinin nəzərinə bir daha çatdırılmışdır: "Biz işğala məruz qalan 
ərazilərdə  əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya 
bilmişik. Bu məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də 
müəllim kollektıvini saxlaya bilmişik və onlar düşərgələrdə  uşaqların təlim-
tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir təcrübədir. Mən inanıram 
ki, bu təcrübə bütün münaqişə zonalarında istifadə oluna bilər". 
Konfrans milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO 
nümayəndələrində tam təsəvvür yaratmaq, onları  hərtərəfli məlumatlandırmaq, 
habelə perspektivdə müştərək layihələrlə  çıxış etmək baxımından uğurlu 
nəticələrlə yadda qalmışdır. Bu mötəbər təşkilatın diqqətinin ölkəmizin təhsil 
problemlərinə  cəlb olunması üçün həyata keçirilən tədbirlər deməyə  əsas verir 
ki, yaxın gələcəkdə münasibətlər daha da dərinləşəcək, YUNESKO maddi və 
qeyri-maddi mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılmasında öz 
imkanlarından maksimum səmərəli istifadə edəcəkdir. 
YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura fondun 
prezidentinin gördüyü işlərin təkcə Azərbaycan üçün deyil, bütövlükdə, dünya 
üçün müstəsna  əhəmiyyətə malik olduğunu hər zaman xüsusi vurğulamışdır: 
"Azərbaycanın birinci xanımı Mehriban xanım  Əliyeva on il bundan öncə 
Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış  və  həmin fondun 
çərçivəsində böyük işlər  görülmüşdür.   Mən   onun  bu   sahədəki   fəaliyyətini   
izləyir  və  yaxından 


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə