Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
71 
 
 başlaması ilə  uşaq evlərində, internat məktəblərində canlanma yarandı. Orta 
məktəblərdə yeniliklər baş verdi. Bir sözlə, gələcəyimiz olan, uşaqlar özlərinə 
möhkəm dayaq, arxa tapdılar. Bu, gəlişi xoş söz deyil, həqiqətdir. Uşaq 
evlərinin, internatların  əksər orta məktəblərin  əwəlki vəziyyətlərini göz önünə 
gətirdikdə indi bu sahələrdə nə qedər müsbət dəyişikliklər olduğunu açıq-aydın 
görürük. Bunlar öz-özlüyündə  əmələ  gəlməmişdir. Hər bir sahədə Heydər 
Əliyev Fondunun hazırladığı layihə üzrə yeniləşmə baş vermişdir. "Yeniləşən 
Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara  ən yüksək qayğı", 
"Talassemiyasız həyat naminə", "Azərbaycan muğamları", "Hərəmiz bir ağac 
əkək!". Bunlar Heydər  Əliyev Fondunun layihələrinin tam siyahısı deyil. 
Özünün həyat amalını insanlara qayğı göstərməkdə, xəstə  uşaqlara, ehtiyac 
içərisində yaşayanlara yardım etməkdə görən Mehriban xanım rəhbərlik etdiyi 
Fondun layihələri çərçivəsində nəzərəçarpacaq dərəcədə işlər görmüşdür. Neçə-
neçə yeni məktəb binaları istifadəyə verilmiş, internat və uşaq evləri əsaslı təmir 
olunmuş, lazımi avadanlıqla təchiz edilmişdir. Bir sözlə, uşaqlar üçün nümunəvi 
şərait yaradılmışdır. Mehriban xanım tez-tez bu müəssisələrdə olur, uşaqların 
yaşayış  şəraiti, sağlamlığı, onlara göstərilən xidmətin səviyyəsi ilə maraqlanır. 
İnternatlarda tərbiyə olunan uşaqlarla Mehriban xanım arasında  əsl ana-övlad 
münasibəti yaranmışdır. Kimsəsiz uşaqlar onu ən əziz insan sayırlar. 
Mehriban xanım  Əliyeva xüsusi qayğı  tələb edən bütün uşaqlara eyni 
münasibət bəsləyir. Onun yolunu səbrsizliklə gözləyən körpələrə baş  çəkərkən 
onlarla bir həkim kimi də, səmimi insan kimi də son dərəcə mehriban davranır. 
Bəli, Mehriban xanım yüzlərlə azərbaycanlı  uşağın mənəvi anasıdır. Onun 
səyləri sayəsində hər cür qayğı ilə əhatə olunan, yüksək şəraitdə tərbiyə alan bu 
uşaqlara bundan sonra kimsəsiz demək istəməzdim. Çünki onların Mehriban 
xanım  Əliyeva kimi himayəçiləri var. Və ölkəmizin birinci xanımı onlara hər 
dəfə ana nəvazişi ilə qayğı göstərir. Görüşlər isə tez-tez olur. Elə bir əlamətdar 
gün, bayram olmur ki, Mehriban xanım internat məktəblərinə, uşaq evlərinə baş 
çəkib uşaqlann vəziyyəti ilə maraqlanmasın. Hər dəfə  də onlara kifayət qədər 
hədiyyə  təqdim olunur, əyləncə  təşkil edilir. Bütün bunlar Mehriban xanımın 
insanpərvərliyindən, vicdanlılığından, humanistliyindən, dövlət, xalq qarşısında 
məsuliyyətini başa düşməsindən irəli gəlir. 
Mehriban xanım  Əliyeva beynəlxalq təşkilatlarla  əlaqə sahəsində  də, 
deputatlıq fəaliyyətində  də  işlərini yüksək səviyyədə qurmuşdur. Milli Məclisə 
üzv seçil- 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
72 
 
diyi  Əzizbəyov rayonu seçicilərinin tapşırıqlannı yerinə yetirməyə daim səy 
göstərir və bu sahədə bir çox uğurlar qazanmışdır. Rayonun ərazisində yerləşən 
uşaq və internal məktəbləri, ziyarətgahlar  əsaslı  təmir edilmiş, yollara asfalt 
döşənmiş, qəsəbələr abadlaşdırılmışdır. 
Bir faktı diqqətə çatdırmaq istəyirəm. Milli Məclisin bu il may ayının 8-də 
keçirilən iclasında Milli Məclisin deputatı Mehriban xanım  Əliyeva özü 
hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin xatirəsinə 
həsr olunmuş amnistiya haqqında" qərar layihəsini müzakirəyə təqdim etmişdir. 
Mehriban xanım amnistiya aktının mahiyyətindən danışmış və onun həmkarları 
tərəfindən dəstəklənəcəyinə əmin olduğunu bildirmişdir. Bildiyimiz kimi, bu akt 
qəbul olunmuş  və  təxminən 9000 nəfər bu sənədin təsir dairəsinə düşmüşdür. 
Bax, bundan da humanist hərəkət ola bilərmi. Doqquz min ailəyə sevinc bəxş 
etmək böyük savab işdir. Bunu yalnız Mehriban Əliyeva kimi xeyirxah, geniş 
qəlbli, humanist insan edə bilər. 
Heydər Əliyev Fondunun nüfuzlu beynəlxalq təşkilatlarla da geniş əlaqələri 
var. Bu əlaqələri  əlbəttə Fondun Prezidenti Mehriban xanım  Əliyeva 
yaratmışdır. Xeyriyyəçiliklə, səhiyyə  məsələlərilə  əlaqədar beynəlxalq 
təşkilatların elə bir iclası, yubiley təntənəsi olmamışdır ki, YUNESKO-nun, 
İSESKO-nun xoşməramlı  səfiri, Azərbaycan Respublikası Milli Məclisinin 
deputatı Mehriban Əliyeva orada iştirak və məzmunlu məruzə ilə çıxış etməsin. 
Təkcə bu ilin ötən müddətində Mehriban xanım 5-6 belə  tədbirdə olmuşdur. 
Məsələn, o, YUNESKO ilə  Qətər fondunun bu ilin martında təşkil etdikləri 
"Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması  və yeni yanaşmaların 
təşviqi" regional konfransda iştirak etmək üçün Qətər dövlətinin birinci xanımı 
YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi Şeyxa Muza Biut Nasir əl-
Missnedin dəvəti ilə  həmin ölkədə olmuşdur. Konfransda Mehriban xanım 
Əliyeva məzmunlu çıxış etmişdir. O, görüşlər zamanı Şeyxa Muza, Livanın və 
Suriyanın birinci xanımları ilə fikir mübadiləsi aparmışdır. 
Mehriban xanım  Əliyevanın Cenevrəyə  səfəri də  zəngin olmuşdur. O, 
Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında geniş  çıxış etmişdir. 
Mehriban xanım Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki bölməsinin baş 
direktora Sergey Orconikidze ilə görüşmüşdür. Görüş zamanı BMT ilə 
Azərbaycan arasında sıx  əməkdaşlıq  əlaqələri barədə fikir mübadiləsi 
aparmışdır. 
S.Orconikidze BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında 
"Azərbaycan 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
73 
 
otağı"nın açılışında iştirak edərək lenti kəsən Mehriban xanım  Əliyevanı bu 
münasibətlə təbrik etmiş və Azərbaycanı başqa ölkələrə örnək göstərmişdir. 
Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın istər Heydər Əliyev Fondu 
çərçivəsində, istərsə də Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xarici 
dövlətlərə rəsmi, işgüzar səfərləri çərçivəsində fəaliyyəti həmişə təqdirəlayiq və 
səmərəli olmuşdur. O, hər səfər zamanı  həmin ölkələrin uşaq tərbiyə 
müəssisələrinin fəaliyyəti, təhsil, səhiyyə problemləri ilə yaxından tanış olur, bu 
sahələrdə respublikamızda qazanılan uğurlardan, perspektivlərdən söhbət açır. 
Ən vacibi isə odur ki, Mehriban xanım  Əliyeva Azərbaycan həqiqətlərini 
dünyaya çatdınr, Ermənistan-Azərbaycan münasibətlərini, Dağlıq Qarabağ 
münaqişəsini reallığı ilə açıqlayır. 
Mehriban xanım  Əliyeva hər səfər zamanı olduğu ölkələrdə  təhsil alan 
azərbaycanlı  tələbələrlə, orada yaşayıb işləyən həmyerlilərimizlə görüşlər 
keçirir, onların problemləri ilə maraqlanır, müstəqil respublikamızda gedən 
inkişaf proseslərini onların diqqətinə çatdırır. Bir sözlə, Heydər  Əliyev 
Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli 
Məclisin deputatı, "Qızıl ürək", mükafatının və İhsan Doğramacı Ailə Sağlamlıq 
Fondunun mükafatı laureatı Mehriban xanım  Əliyevanın fəaliyyəti 
genişmiqyaslıdır. Onun fəaliyyətinin istiqamətlərini, təşəbbüsü ilə  həllini tapan 
müxtəlif həyatı  məsələləri, vacib problemləri bir məqalədə,  əlbəttə 
işıqlandırmaq,  əhatə etmək mümkün deyil. Onların hər biri ətraflı  tədqiq 
olunmalı, geniş təhlil edilməli problemdir. Bu, müstəqil Azərbaycanın tarixidir, 
salnaməsidir. Tarix isə xalqımıza, bəşəriyyətə olduğu kimi, obyektiv şəkildə 
yazılıb çatdırılmalıdır.  Əlbəttə, tariximizi yaradanlar, inkişafımızın səviyyəsini 
yüksəldənlər isə böyük ehtirama layiqdirlər. Bəli, Mehriban xanım  Əliyevanın 
xalqımızın rifahı naminə gördüyü işlər, səhiyyənin, təhsilin inkişafındakı səyləri, 
gələcəyimiz olan uşaqların sağlam böyümələri üçün onun təşəbbüsü ilə  həyata 
keçirilən məqsədyönlü, sərhədi olmayan tədbirlər insanlıq, xeyirxahlıq, 
işgüzarlıq, millətinə vurğunluq, məsuliyyət hissini duymaq nümunəsidir. 
 
Ənvər Məşədiyev
əməkdar jurnalist. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə