Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
61 
 
Azərbaycan  Memarlıq  və      İnşaat  Universiteti,   Azərbaycan   Dövlət   
Pedaqoji universiteti,   Azərbaycan   Dillər   Universiteti,   Azərbaycan   Dövlət   
Bədən Fərbiyəsi və  İdman Akademiyası, Azərbaycan Respublikası Prezidenti 
yanında Dövlət   İdarəçilik   Akademiyası,   Azərbaycan   Mədəniyyət   və   
İncəsənət universiteti, Azərbaycan Rəssamlıq Akademiyası,  Bakı  Slavyan 
Universiteti, Turizm Akademiyası. 
Beləliklə, Heydər  Əliyev Fondu bütün bu ali məktəblərlə  əməkdaşlığa 
başlayır və mən inanıram ki, bu əməkdaşlıq uğurlu olacaqdır. 
 
* * * 
 
AMEA-nın prezidenti 
Mahmud Kərimovun çıxışı: 
 
-  İlk növbədə, fürsətdən istifadə edərək, Heydər  Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban 
xanım Əliyevanı "2005-ci ilin adamı" elan olunması münasibətilə təbrik etmək 
istərdim. Lap bu günlərdə ictimaiyyətə Heydər  Əliyev Fondunun fəaliyyəti 
haqqında hesabat təqdim edildi. Biz Fondım gördüyü çox böyük işlər, nəcib 
xeyriyyəçilik fəaliyyəti, təhsilə, səhiyyəyə dəstəyi, uşaq evlərinə yardımı barədə 
bir daha məlumat aldıq. Bu, həqiqətən, böyük işdir və biz onu yüksək 
qiymətləndiririk.  İndi yenə  də Heydər  Əliyev Fondu tərəfindən təşkil olunmuş 
tədbirə toplaşmışıq. Bu da çox əlamətdar hadisədir, "Puşkin kitabxanası" 
Fondunun hədiyyə etdiyi kitabların bizə belə gözəl kolleksiyası  təqdim 
olunmuşdur. Bu hədiyyənin bizim üçün dəyərini lazımınca qiymətləndirmək 
çətindir. Azərbaycam və Rusiyanı iki yüzillik birgə tarix, bütün sahələrdə - 
iqtisadiyyat, mədəniyyət, elm və təhsildə ən sıx dostluq əlaqələri birləşdirir. Sirr 
deyil ki, Azərbaycan xalqı dünya və Avropa ədəbiyyatına rus mədəniyyəti 
vasitəsilə qovuşmuşdur. Əlbəttə, biz onu da bilirik ki, ümumi mənəvi dəyərlərin 
formalaşmasına Puşkin, Dostoyevski, Tolstoy, Qoqol ilə yanaşı, Nizami, 
Nəsimi, Füzuli, Mirzə  Fətəli Axundov da çox böyük təsir göstərmişlər. Bu 
ənənələr indi də davam etdirilir, əlaqələrimiz bu gün də uğurla inkişaf edir. Bu 
kitabların indiki təqdimatı buna misal ola bilər. Biz bu hədiyyəni Heydər 
Əliyevin xatirəsinə ehtiram, Azərbaycan xalqına, onun mədəniyyətinə hörmət 
kimi dəyərləndiririk. Həqiqətən, bu gün elektron-informasiya vasitələri 
həyatımızın bütün sahələrinə  tətbiq edilsə  də, zənnimcə, kitab öz əhəmiyyətini 
itirməyib və necə deyərlər, bilik mənbəyi, ən 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
62 
 
yaxın adamın sənə edə biləcəyi  ən  əziz hədiyyə olaraq qalmaqdadır. 
Azərbaycanda kitabı  həmişə yüksək qiymətləndirmişlər. AMEA-nın prezidenti 
xatırlatdı ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev 2003-cü ildə İsveçrədə 
keçirilmiş informasiya cəmiyyətinə dair dünya zirvə toplantısında belə bir 
məqsəd irəli sürmüşdür: neftin dəyərini insani dəyərə çevirək.  İsveçrədən 
qayıtdıqdan dərhal sonra latın qrafikası ilə kitabların kütləvi nəşri haqqında 
Fərman imzaladı. Bu sahədə  iş görülür, artıq hərəsi 25 min nüsxə ilə yüzlərlə 
kitab nəşr edilmişdir. Bu kitablar respublika və məktəb kitabxanalarına hədiyyə 
olunur. M.Kərimov vurğuladı ki, bu gün, ərazimizin 20 faizinin işğal altında 
olduğu, mindən çox kitabxananın yandırıldığı, milyonlarla kitabın məhv edildiyi 
bir vaxtda "Puşkinskaya biblioteka" Fondunun hədiyyəsi xüsusilə qiymətli və 
əhəmiyyətlidir. O, Azərbaycana verilən belə qiymətli hədiyyəyə görə fondun 
rəhbərliyinə  və kollektivinə, habelə bu tədbirin baş tutmasında böyük xidməti 
olan Mehriban xanım başda olmaqla Heydər  Əliyev Fondununun kollektivinə 
təşəkkürünü bildirdi. AMEA-nın prezidenti dedi ki, bu kitablar öz sahibini 
tapmışdır. Çünki onların hədiyyə edildiyi kollektiv öz mədəniyyətinə, mənəvi 
dəyərlərinə diqqət və qayğı ilə yanaşır. Buna görə də kitabların qiymətini bilir 
və onlardan düzgün istifadə etməyi bacarır. Arzu edirəm ki, bu təşəbbüs 
dəstəklənsin, inkişaf etdirilsin və bu, sonuncu hədiyyə olmasın. Mehriban xanım 
Əliyeva hədiyyə olunan kitablara baxdı  və qonaqları da Heydər  Əliyev 
Fondunun fəaliyyətə başladığı dövrdən nəşr etdirdiyi kitablarla tanış etdi. 
Mərasimdə ölkəmizin tanınmış alimləri, incəsənət və  mədəniyyət xadimləri, 
Milli Məclisin deputatları iştirak edirdilər. 
 
*   *   * 
 
Heydər  Əliyev Fondu respublikamızın ali məktəblərinə müxtəlif elm 
sahələrinə aid Rusiyada yüksək poliqrafık səviyyədə çap olunmuş 4 mindən çox 
kitab hədiyyə etmişdir. 
Bu münasibətlə keçirilən təqdimat mərasimində respublikamızın elm, 
mədəniyyət, təhsil işçiləri, tanınmış alim və ziyalıları iştirak etmişlər. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
63 
 
 
Bakı Dövlət Universitetinin rektoru, 
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov 
 
bu tədbirin Azərbaycan təhsili, elmi üçün çox əlamətdar olduğunu vurğulayaraq 
4 mindən artıq kitabın ölkə ali məktəblərinə  təqdimatını ümummilli lider, ulu 
öndər Heydər  Əliyevin vəsiyyətlərinə böyük ehtiramın sübutu kimi 
səciyyələndirmişdir. 
Heydər  Əliyev Fondunun təhsil və  mədəniyyətimizin inkişafına mühüm 
töhfələr verdiyini bildirən rektor Rusiyanın tanınmış alimlərinin yazdıqları elmi-
nəzəri  əsərlərin, dərsliklərin Azərbaycana gətirilib təmənnasız olaraq ali 
məktəblərə paylanılmasının bu baxımdan  əhəmiyyətini vurğulamışdır. Bakı 
Dövlət Universitetinə 794 adda mindən çox kitab ayrıldığını bildirən 
A.Məhərrəmov demişdir ki, universitetin 16 fakültəsində 43 istiqamət üzrə təhsil 
alan 17 mindən çox tələbə, habelə 1500-ə yaxın müəllim bu əsərlərdən 
bəhrələnə biləcəkdir. 
Rektor vurğulamışdır ki, Heydər Əliyev Fondu yaranarkən çoxlarında belə 
təsəvvür vardı ki, dünyada olan oxşar qurumlar kimi, o da çox da mürəkkəb 
olmayan missiyanı  həyata keçirəcəkdir. Ancaq qısa müddət keçəndən sonra 
hamı gördü ki, bu fond qarşısına genişmiqyaslı  vəzifələr qoymuşdur və onları 
yerinə yetirməkdə israrlıdır. Fond artıq özü də bir elmi mərkəzə çevrilməkdədir. 
Qloballaşma dövründə, informasiya cəmiyyətinin bərqərar olduğu müasir 
internet  əsrində digər ölkələrlə elmi-mədəni  əməkdaşlığın, ümumbəşəri 
nailiyyətlərin öyrənilməsinin  əhəmiyyətini xatırladan rektor, hələ  əksər 
dərsliklərimizin latın qrafikası ilə çap edilmədiyi bir şəraitdə fondun hədiyyə 
etdiyi kitabların tədris prosesinin keyfiyyətinin yaxşılaşmasına mühüm kömək 
olacağını bildirmişdir. 
A.Məhərrəmov Azərbaycan Prezidenti İlham  Əliyevin ölkəmizin sosial-
iqtisadi inkişafı, milli dövlət müstəqilliyimizin möhkəmlənməsi sahəsində 
gərgin fəaliyyətinin təbliğində ziyalıların, təhsil işçilərinin öhdəsinə düşən 
vəzifələrdən də danışmış, elm və  təhsilə qayğısına görə Heydər  Əliyev 
Fondunun prezidenti Mehriban xanım  Əliyevaya universitetin çoxminlik 
kollektivinin minnətdarlığını çatdırmışdır. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə