Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
55 
 
mənim azadlığa çıxmağıma görə necə sevindiklərini düşünəndə kövrəlirəm. 
Allah qoysa, bundan sonrakı həyatımı elə quracam ki, bir də bu yerlərə yolum 
düşməsin. 
Bahadur Zeynalov: 
- Hər bir azadlığa çıxan məhkum bu xeyirxah əməlinə görə Mehriban 
xanım  Əliyevaya minnətdardır. Onun sayəsində  mən bu gün ailəmin yanına 
dönəcəm, yenidən azad həyata qovuşacam. Burada olmaq, həyatmın bir hissəsini 
həbsxanada keçirmək heç kimin arzusu deyil. Çalışacam bundan sonra bir daha 
məhkumluq həyatı yaşamayım. 
Azadlığa buraxılan Qalib Əsədzadənin bacısı Sədaqət Rüstəmova da sevinc 
içində idi: 
- Qardaşım da amnistiyaya düşənlər arasındadır. Amnistiya barədə Milli 
Məclisdə  qərarın qəbulunu eşidəndə qardaşımın da azadlığa çıxmasını 
arzuladım. 
Təsəvvür edin, indi mən bir bacı kimi necə sevinirəm, həyəcanlanıram. 
Mehriban xanım  Əliyevaya ailəmiz adından minnətdarlıq edirik. Onun 
rəhbərlik etdiyi Heydər  Əliyev Fondu həqiqətən də ümummilli liderin adına 
layiq işləri ilə insanların məhəbbətini  qazanıb.  Kimin problemi varsa,  
Mehriban xanım  Əliyeva onun  həllinə  çalışır.  Hər  gun  qəzetlərdən,  
televiziya  ekranlarından Heydər  Əliyev Fondunun Azərbaycanın müxtəlif 
yerlərində həyata keçirdiyi layihələrlə tanış oluruq. Bütün bunlar bir Azərbaycan 
vətəndaşı olaraq məni də sevindirir. Bu gün isə Heydər  Əliyev Fondu bizim 
ailəmizə sevinc nuru ələdi. 
Qardaşımız amnistiyaya düşərək cəzasının yerdə qalan hissəsindən azad 
edildi. 
 
Rəşad Cəfərli, 
"Azərbaycan" 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
56 
 
 
HEYDƏR ƏLİYEV FONDUNDA RUSİYANIN 
"PUŞKİN KİTABXANASİ" FONDUNDAN KİTABLARIN 
HƏDİYYƏ EDİLMƏSİ MƏRASİMİ 
 
Heydər  Əliyev Fondunda Rusiyanın "Puşkin kitabxanası" Fondundan 
kitabların hədiyyə edilməsi mərasimi keçirilmişdir. Mərasimi Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin 
deputatı Mehriban xanım  Əliyeva mərasimi açdı. Sonra "Puşkinskaya 
biblioteka" Fondunun baş direktoru Mariya Vedenyapina səmimi sözlərə görə 
Mehriban xanım Əliyevaya təşəkkür edərək dedi: - Mən həqiqətən hesab edirəm 
ki, kitab ən yaxşı  hədiyyədir, çünki "Puşkinskaya biblioteka" Fondu, ilk 
növbədə, kitablar və kitabxanalarla işləyir.  İkincisi, demək istərdim ki, ölkələr 
arasında münasibətlərdə kitab ən xeyirxah və etibarlı  səfirdir. Ona görə  mənə 
çox xoşdur ki, məhz bugünkü hadisə - "Puşkinskaya biblioteka" Fondunun 
Heydər  Əliyev Fonduna kitablar hədiyyə etməsi Azərbaycanda Rusiya ilinin 
açılışının başlanğıcı olacaqdır. Həqiqətən hesab edirəm ki, ən başlıcası,  ən 
vacibi və faydalısı bir-birimizə olan marağı itirməməkdir. Əgər bu meyar varsa, 
əgər tələbələrə  və müəllimlərə rus dilində  ədəbiyyat lazımdırsa, biz onlara 
həvəslə kömək edirik. Əslində bu, yardım deyil, birgə layihədir. Mən 
"Puşkinskaya biblioteka" Fondu haqqında bir neçə kəlmə demək istərdim, çünki 
burada məndən soruşurlar ki, Sankt-Peterburqdakı Puşkin evinə bizim hansı 
aidiyyətimiz var. Biz Puşkin evi deyilik, baxmayaraq ki, onunla çox yaxşı və sıx 
əməkdaşlıq edirik. "Puşkinskaya biblioteka" Fondunun əsas qayğısı kəndlərdəki, 
məktəblərdəki kiçik kitabxanalarından başlayaraq, federal və ali məktəb 
kitabxanalarınadək Rusiya kitabxanalarıdır. Biz fondları komplektləşdirir, həm 
universitet kitabxanaları, həm də kütləvi kitabxanalar üçün müxtəlif tipli 
kataloqlar buraxırıq. Eyni zamanda, kitabxana işinin dəstəklənməsinə 
yönəldilmiş müxtəlif sosial layihələr həyata keçiririk, bu isə mahiyyət etibarilə 
elmin, təhsilin, mədəniyyətin dəstəklənməsi deməkdir. Odur ki, biz artıq federal 
hökumət tərəfindən də dəstəklənən ayrıca 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
57 
 
böyük layihə  həyata keçiririk. Bu, "Kənd kitabxanaları" layihəsidir. Cari ildən 
həqiqətən böyük problemləri olan məktəb kitabxanalarının 
komplektləşdirilməsinin yenidən qurulmasına dair təzə layihənin 
gerçəkləşdirilməsinə başlamışıq. Doğrudan da, əvvəllər deyirdik ki, biz ən çox 
mütaliə edən millətik, kitab ən yaxşı  hədiyyədir. Ancaq hazırda, yeni 
informasiya texnologiyalarının dünyanı  fəth etdiyi dövrdə, təəssüf ki, kitab 
nüfuzunu itirir. Başqa bir proqramımız-mütaliənin dəstəklənməsinə  və 
genişləndirilməsinə yönəldilmiş "Mütaliə edən Rusiya" proqramıdır. Biz bunu 
əsas layihəmiz sayırıq, çünki, həqiqətən, kitabsız savadlı  nəsil tərbiyə etmək 
olmaz. Ona görə  də çox ümid edirəm ki, bugünkü tədbir ölkələrimizin rifahı 
naminə, başlıcası isə, uşaqlarımızın həqiqətən savadlı, mədəni böyüməsi və 
bizim onlarla fəxr edə bilməyimiz naminə  əməkdaşlığın möhkəm bünövrəsini 
qoyacaqdır. Mərasimdə Moskva Dövlət Beynəlxalq Münasibətlər  İnstitutunun 
kafedra müdiri, professor Tatyana Alekseyeva da çıxış etdi. Rusiya alimi dedi: - 
İndiki halda, mən, görünür, kitab istehlakçısıyam, belə ki, ilk növbədə, elmi, 
pedaqoji cəmiyyəti təmsil edirəm. Ona görə mən də bozi mülahizələrimi sizinlə 
bölüşmək istərdim. Deyildiyi kimi, bu sərgidə 800-dən çox dərslik nümayiş 
etdirilir. Mən bunu bir daha vurğulamaq istərdim, çünki bu rəqəm özlüyündə 
çox təsirli olsa da, müəllimlərin, elmi işçilərin daim qarşılaşdıqları  bəzi 
məsələlər barədə düşünməyə vadar edir. 800 dərslik çoxdur, yoxsa azdır? 
Ümumiyyətlə, bu cür ədəbiyyatı nəşr etmək vəzifəsinin yerinə yetirildiyini, həm 
müəllimlərin, həm də tələbələrin xarici elmin və vətən elminin ən yeni ixtira və 
kəşflərinə yolunun açıldığını söyləmək üçün nə  qədər dərslik lazımdır? Bu, 
olduqca aktual məsələdir. Son 2-3 ildə elmi ictimaiyyətdə, Rusiyada bu 
mövzuda çox ciddi diskussiyalar gedir: yeni nəsil üçün dərslik nədən ibarətdir
o, necə olmalıdır, nə  qədər, hansı  fənlər üzrə  dərslik olmalıdır. Ümumiyyətlə, 
kifayət qədər ciddi problem də var ki, universitetdə  dərslik lazımdırmı? 
Universitet təhsili əzəldən onu nəzərdə tutmuşdur ki, tələbə lap əvvəldən orijinal 
mətnlərlə, orijinal əsərlərlə tanış olmalıdır. İndiki halda mən humanitar sahədən 
danışıram. Ola bilsin, burada heç bir dərslik gərək deyildir. Bu, heç də sadə bir 
məsələ deyil və  həqiqətən, ciddi fikir ayrılıqlarına səbəb olur. Son nəticədə 
bizim elmi ictimaiyyətimiz, - hər halda Moskvadakı, - razılaşdı ki, dərsliklərin 
və  dərs vəsaitlərinin hansısa faizi lazımdır. Bu dərsliklərin kimə lazım olması, 
onların tələbələrə, yoxsa, ilk növbədə, müəllimlərə lazım olması isə baş- 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə