Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
46 
 
təzahürüdür.  İordaniya  şahzadəsi xanım Firyal deyir: "Azərbaycanın birinci 
xanımı Mehriban Əliyeva öz ölkəsində  və bütün dünyada bir çox xeyriyyə 
işlərinin həyata keçirilməsi məqsədi ilə yorulmaz fəaliyyət göstərir. Birinci 
xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə etmişdir". 
Mehriban xanım iştirak etdiyi hər belə mötəbər tədbirdən həm də 
Azərbaycan mədəniyyətinin təbliği üçün istifadə edilməsinə, xalqımızın ən ağrılı 
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 
həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirir və buna 
nail olur. 
Ötən ilin sentyabrında birinci beynəlxalq rus kitabı festivalının iştirakçıları 
ilə Heydər  Əliyev Fondunda keçirilən görüşdə dünya şöhrətli yazıçı Çingiz 
Aytmatov Mehriban xanımın söhbətlərini dinlədikdən sonra demişdir: "Mən 
bayaqdan Sizinlə söhbət edirəm, Sizə qulaq asıram, öz-özümə düşünürəm ki, rus 
dilində belə səlis, mənalı, ağıllı çıxışı mən heç zaman eşitməmişəm... Siz bizim 
YUNESKO səfirləri içərisində ən gənc, ən hörmətli və ən çox dəyərli iş görən 
səfirsiniz". 
İSESKO ilə əməkdaşlıq da uğurla inkişaf edir. Aprelin 27-də Mehriban 
xanım  Əliyeva və islam dünyasının bu nüfuzlu qurumunun baş direktoru 
Əbdüləziz bin Osman əl-Tüveycri Heydər  Əliyev Fondu ilə  İSESKO arasında 
əməkdaşlıq haqqında protokol imzalamışlar. Beş il müddətinə əməkdaşlığın əsas 
prinsiplərini tənzimləyən protokol elm, mədəniyyət, təhsil sahəsində  əlaqələrin 
inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini və  fəaliyyətin 
əlaqələndirilməsini nəzərdə tutur. 
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə  həyata keçirdiyi 
layihələri yüksək qiymətləndirən  Əbdüləziz bin Osman əl-Tüveycri  İSESKO-
nun ilk qadın xoşməramlı  səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın 
yerinə yetirilməsində  şəxsi nümunə göstərdiyini bildirmişdir. Azərbaycanın 
birinci xanımı  həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə 
İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür. 
Mehriban xanımın fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün 
müdafiə etdiyi dissertasiya müasir dövrdə təbabət, psixologiya və sosiologiyanın 
ən mübahisəli məsələlərindən birinin tibbi-fəlsəfi mahiyyətinə, elmi 
araşdırılmasına həsr olunmuşdur: "Evtanaziya və  təbabətdə humanizm 
problemi". Keçmiş SSRİ-nin  ən nüfuzlu elm-təhsil müəssisələrindən olan 
M.Seçenov adına 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
47 
 
Birinci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən, Moskva Elmi-
Tədqiqat Göz Xəstəlikləri  İnstitutunda zəngin elmi təcrübə keçən Mehriban 
Əliyevanın bu elmi işi bir sıra xarici ölkə alimləri tərəfindən də yüksək 
dəyərləndirilmişdir. Mehriban xanım Azərbaycan qadını adını  ən mötəbər 
məclislərdə ucaldır, ona şərəf və şöhrət gətirir. 
Sosial sahədə. Heydər  Əliyev Fondunun hesabına Qaradağ rayonunun 
Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan 
verən boru kəməri çəkilmişdir. 
Şamaxı  şəhərində müvəqqəti məskunlaşmış  məcburi köçkün ailələri üçün 
16 mənzilli bina əsaslı  təmir olunmuş, ev əşyaları  və avadanlıqla təmin 
edilmişdir. 
1941-1945-ci illər müharibəsində  qələbənin 60 illiyinə  həsr olunmuş 
mərasim keçirilmişdir. 
Kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün hər il 
ölkənin ən iri saraylarında Yeni il və Novruz şənlikləri təşkil edilir. 
Fondun hesabına Gürcüstanın Azərbaycanlı Qadınlar  İttifaqına (GAQİ) 5 
ədəd hana bağışlanmışdır. 
Elm və texnologiya sahəsində. Respublikanın internet məkanında 
məlumat bazasının zənginliyinə görə analoqu olmayan "Azərbaycan" portalı 
(www.azerbaijan.az) yaradılmışdır. Portal 12 bölməni  əhatə edir: "Xəbərlər", 
"Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", 
"Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə", 
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati  ərazi 
vahidləri" və "Xəritələr". Hər bölmə bir neçə hissədən ibarətdir.  İnternet 
istifadəçiləri portaldan Azərbaycan, rus və ingilis dillərində istənilən mövzuda 
informasiya əldə edə bilirlər. 
BMT-nin  İnkişaf Proqramı ilə birgə  həyata keçirilən "Kor və görmə 
qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya 
texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi. Respublikada kor və 
görmə qabiliyyəti zəif olan şəxslərin sayı  təxminən 40 min nəfərdir. Onlara 
informasiya toplamaq və məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq 
mexanizmi kimi İKT-dən istifadənin təşkili zəruri sayılmış, BMT-nin İnkişaf 
Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır. Uşaqlar üçün Model İKT 
sinifləri yaradılmış, xaricdən xüsusi kompyuter avadanlığı alınıb quraşdırılmış, 
proqram təminatı lokallaşdırılmış, internetə  çıxış, tədris-təlim proqramlarının 
hazırlanması, audio 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
48 
 
studiya və kitabxananın fəaliyyəti təmin edilmişdir. 
Fondun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar. YUNESKO 
ilə birgə 2005-ci il avqustun 24-də "Gülüstan" sarayında keçirilən "YUNESKO-
Azərbaycan: gələcəyə körpü" mövzusunda konfransda Azərbaycanın təhsil 
sistemində aparılan islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər 
məsələlər müzakirə olunmuşdur. 
"Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan - sivilizasiyalararası 
dialoqun keçmişi və bu günü" XIII beynəlxalq konfrans. Azərbaycanın tarixi və 
mədəni  ənənələrini, mövcud tolerantlığını  nəzərə alaraq Latın Mədəniyyəti 
Akademiyası özünün sayca XIII konfransını 2006-cı il aprelin 24-də Bakıda 
Heydər Əliyev Fondu ilə birgə keçirmişdir. Mötəbər xarici qonaqlar ölkəmizdə 
dini etiqad azadlığının, dini dözümlülüyün yüksək səviyyədə olduğu, 
Azərbaycanın  Şərq və  Qərb sivilizasiyalarının  ən yaxşı  ənənələrini özündə 
birləşdirdiyini faktlarla vurğulamışlar. 
Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində 
Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmışdır. 
Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq 
Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə 
Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan 
yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və  mədəniyyəti 
muzeyindən ibarət kompleksin tikintisinə başlanmışdır. 
"Orta  əsr  əlyazmalarında tibb və  əczaçılıq"  mövzusunda beynəlxalq 
konfrans. Fondun dəstəyi ilə Əlyazmalar İnstitutunda saxlanılan qədim təbabətə 
dair 3 nadir tibb əlyazması konfrans ərəfəsində YUNESKO-nun Dünya Yaddaşı 
Proqramının Beynəlxalq Siyahısına daxil edilmişdir. Vaşinqton Elmlər 
Akademiyası ilə birgə  təşkil edilmiş konfransın açılış  mərasimi 2006-cı il 
iyunun 12-də Heydər  Əliyev Fondunda keçirilmişdir. Konfransın keçirildiyi 
günlərdə fondda qədim  əlyazmaların sərgisi təşkil olunmuşdur. Konfransın 
növbəti iclasları Yevlax və Şəki şəhərlərində keçirilmişdir. 
Fondun nəşrləri: "Qarabağ  həqiqətləri" toplusu. Beynəlxalq ictimaiyyətə 
ünvanlanan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", 
"Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı 
erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı 
  
  
 
  
 
  
 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə