Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
33 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI, HEYDƏR ƏLİYEV 
FONDUNUN PREZİDENTİ, YUNESKO VƏ İSESKO-NUN 
XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI 
MEHRİBAN XANIM ƏLİYEVA DST-NİN 
YÜKSƏK MÜKAFATİNA LAYİQ GÖRÜLMÜŞDÜR 
 
Mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanı olan 
Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağı keçirilmişdir. 
Assambleyanın sədri, Avstraliyanın səhiyyə naziri xanım Ceyn Halton 
yığıncağı açaraq, bəşəriyyəti təhdid edən və geniş yayılmış  xəstəliklərin 
qarşısının alınmasında həkimlərin  şərəfli  əməyindən danışmışdır. Sədr Heydər 
Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın təkcə mədəniyyət 
və təhsil sahəsində deyil, həm də səhiyyə sahəsində göstərdiyi xidmətləri yüksək 
qiymətləndirmişdir. 
Sədr Mehriban xanım  Əliyevanın  İhsan Doğramacı Ailə Sağlamlığı 
Fondunun mükafatına layiq görüldüyünü bildirmişdir.  İhsan Doğramacı 
Fondunun təmsilçisi xanım Filis Ərdoğan uşaq həkimi kimi professor İhsan 
Doğramacının səhiyyə sahəsində xidmətlərini xatırlatmış  və fondun yaranma 
tarixindən danışmışdır. Xanım  Ərdoğan Azərbaycanda səhiyyənin inkişafında, 
yeni xəstəxanaların açılmasında və onların müasir avadanlıqla təchiz 
edilməsində Mehriban Əliyevanın gördüyü işləri xüsusi vurğulamışdır. 
Assambleya sədri Ceyn Halton və DST-nin baş direktoru xanım Marqaret 
Çan  İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatını Mehriban 
Əliyevaya təqdim etmişlər. 
Mehriban Əliyeva, Ceyn Halton və Marqaret Çan xatirə şəkli çəkdirmişlər. 
Mehriban Əliyeva yığıncaqda çıxış etmişdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
34 
 
İLHAM ƏLİYEVİN, MEHRİBAN XANIM ƏLİYEVANIN 
QƏDRİNİ BİLİN, ONLAR ÖLKƏNİZ ÜÇÜN 
ÇOX İŞ GÖRÜRLƏR 
   
     Bu, XX əsrin ikinci yarısı - XXI əsrin əvvəli fizika elminin iftixarı olan 
şöhrətli alimlər nəslinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, 
SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyasının) həqiqi 
üzvü, hazırda ABŞ-da Merilend Universitetinin professoru, SİLKSAT qlobal 
layihəsinin müəllifi Roald Zinnuroviç Saqdeyevin Azərbaycan xalqına xitabıdır. 
Ensiklopedik biliklərə, yüksək mədəniyyətə və böyük cazibə qüvvəsinə malik bu 
parlaq sima dünya elmi elitasının bəşəriyyətin bu gününü və  gələcəyini 
müəyyənləşdirən adamlarından biridir. Saqdeyev geniş miqyasda düşünən 
alimlərdəndir, onun ideyaları zamanı qabaqlayır, həyatın bütün sahələrini əhatə 
edir.  İndi Azərbaycanın kosmik orbitə  çıxmasına kömək etmək niyyətindədir. 
Jurnalistlərlə söhbətində bu barədə deyib: 
- Avropanı  və Asiyanı bir-birinə bağlayan TRASEKA nəqliyyat dəhlizi 
Mərkəzi Asiyanı, Azərbaycanı, Gürcüstanı  və Ukraynanı da birləşdirir. 
SİLKSAT bu Avrasiya dəhlizinin peyk komponenti rolunu oynamalıdır. Gərək 
regionun informasiya strukturu kifayət qədər inkişaf etsin və dünya 
standartlarına cavab versin. Bunun üçün isə güclü və geniş  şəbəkəli müasir 
telekommunikasiya sistemləri lazımdır. Mən ilk növbədə peyk sistemini nəzərdə 
tuturam. Çünki o, Çindən Qərbi Avropayadək böyük bir ərazinin bütün 
rayonlarını əhatə etməyə imkan verir. Layihənin iştirakçısı olan ölkələrin hamısı 
indi adətən sərfəsiz kommersiya şərtləri ilə beynəlxalq peyk sistemlərinin 
xidmətindən istifadə etməyə  məcburdur. Bu, dövlətləri xarici kompaniyalardan 
asılı vəziyyətə salır. Əlbəttə, peyk rabitəsinin yaradılması çətin, baha başa gələn 
işdir, amma savadlı tərtib edilmiş texniki-iqtisadi əsaslarla bunu asanlaşdırmaq 
mümkündür. 
Roald Saqdeyev ulu öndər Heydər  Əliyevin SİLKSAT layihəsi ilə daim 
maraqlandığını qeyd edərək daha sonra bildirib: 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
35 
 
- Heydər Əliyev Moskvada işləyərkən həmişə məni dəstəkləyirdi. 1998- ci 
ildə burada, Bakıda onun qəbulunda oldum və biz SİLKSAT-ın 
reallaşdırılmasını konkret müzakirə etdik. Azərbaycan layihədə Milli 
Aerokosmik Agentlik ilə təmsil edilməli idi. Layihədə ona qədər ölkənin iştirakı 
planlaşdırılmışdı, həmin dövlətlərin prezidentləri Nyu-Yorkda görüşmüşdülər. 
Ancaq 2000-ci ildə qlobal telekommunikasiya sahəsində baş vermiş  qəza 
layihənin həyata keçirilməsinə mane  oldu.   İndi   biz   bir   sıra   aspektləri   
yenidən   işləyirik   və   təşəbbüskar Azərbaycan   olduğu   üçün   SİLKSAT   
layihəsinin   mənzil-qərargahı      Bakıda yerləşəcək. Yaradacağımız kosmik 
sistem regionları  Şərqi Avropa ölkələri ilə birləşdirəcək, okean uzərindən 
telekommunikasiya körpüsü salınmasına kömək göstərəcək,  İpək yolunu 
dünyanın qlobal informasiya sisteminə daxil edəcək. 
Roald Zinnuroviç hazırda ABŞ-da Merilend Universitetinin müəllimidir. 
Eyni zamanda kosmos, atmosfer, Dünya Okeanı sahəsində elmi tədqiqatlar 
aparır. Həm də Beynəlxalq Təhsil üzrə Amerika Şurasının üzvüdür, tələbələrin 
və aspirantların Amerikada təcrübə keçməsinin təşkili ilə  məşğuldur. Bakıda 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevlə görüşündə bu mövzuya 
da toxunduqlarını söyləyib: 
- İndi hər il Amerikada Azərbaycandan yüz nəfər təcrübə keçir. Lakin 
cənab İlham Əliyev istəyir ki, onların sayı ildə min nəfərə çatdırılsın. Mən cənab 
İlham Əliyevlə ilk dəfə Moskvada görüşmüşəm, sonra ABŞ-da səfərdə olarkən 
görüşdük. Onda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da məni və 
zövcəm Süzeni qəbul etdi. Çox görüşmüşük. Bu cütlüyün gözəlliyi, gəncliyi, 
peşəkarlığı  və erudisialığı  məni həmişə heyrətləndirib. Onların qədrini 
bilin.Onlar ölkəniz üçün çox iş görürlər. Məhz onların sayəsində Azərbaycan bu 
gün siyasi və iqtisadi sahələrdə islahatlar prosesində əsl liderdir - Vaşinqtonun 
siyasi dairələrində bu fikirdədirlər. 
 
AzərTAC. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə