Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
29 
 
mərhəmətə, rəhmdilliyə, başqasının dərdinə  şərik olmağa,  ətrafdakıların və 
bizim köməyimizə ehtiyacı olanların ağrı-acısını duymağa və bölüşməyə 
çağırışdır. 
Mən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı ilbəil artsın və 
beləliklə, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, 
azacıq da olsa, əskilsin. "Qızıl ürək" müxtəlif ölkələrdən olan insanları, müxtəlif 
peşə və vəzifə sahiblərini universal və əbədi ideya - xeyirxahlıq ideyası ətrafında 
birləşdirir. 
Bu böyük və nəcib işinizə görə çox sağ olun. 
Azərbaycanın birinci xanımına "Qızıl ürək" mükafatının təqdimatından 
əvvəl Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir. Filmdə 
Mehriban  Əliyevanın fəaliyyətindən, təhsil, mədəniyyət, səhiyyə sahəsində 
həyata keçirilən geniş layihələrdən, habelə  xəstə, yetim uşaqlara, aztəminatlı 
ailələrin uşaqlarına göstərilən yardımdan bəhs olunurdu. 
Tədbirin təşkilatçısı, "Qızıl ürək" Xeyriyyə Fondunun təşkilat komitəsinin 
rəhbəri, tibb elmləri doktoru Yakov Brand AzərTAc-ın müxbirinə demişdir ki, 
Mehriban Əliyeva bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi Fond, 
ilk növbədə, xəstə  uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban 
Əliyevaya "Qızıl ürək" mükafatının verilməsi barədə  qərar qəbul edilməzdən 
əvvəl Fondım fəaliyyəti  ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə 
mübarizə proqramı  çərçivəsində, habelə evsiz-eşiksiz və  əlil uşaqlara yardım 
sahəsində görülən konkret işlər yüksək qiymətləndirilmişdir. 
Mötəbər mükafatın təqdim olunması  mərasimində Rusiya Federasiyasının 
Prezidenti Vladimir Putinin təbrik məktubu oxunmuşdur. 
Humanizm ideyalarına və bəşəri ideallara xidmətə xüsusi töhfələrinə görə 
görkəmli insanların mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının 
YUNESKO-nun İşləri üzrə Komissiyasının, Rusiya Hökumətinin, Rusiya Qızıl 
Xaç Cəmiyyətinin, Federasiya Şurasının, "Qızıl ürək" Xeyriyyə Fondunun, 
İTAR-TASS agentliyinin və bir sıra digər təşkilatların himayəsi ilə keçirilir. Bu 
il "Qızıl ürək" mükafatına yanğın zamanı  uşaqları xilas etmiş 11 yaşlı Olqa 
Kozlova və Dmitri Filyuşin, 60-dan çox uşağı övladlığa götürmüş Sorokinlər 
ailəsi və ayrı-ayrı şəxslər layiq görülmüşlər. 
Təntənəli  gecədən və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
30 
 
konsertdən yığılan vəsait "Həyat yolu" xeyriyyə proqramının ehtiyaclarına sərf 
olunacaqdır. 
Mərasimdə Azərbaycanın Rusiyadakı  səfiri Polad Bülbüloğlu, Heydər 
Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyeva, Moskva merinin 
müavini Lyudmila Şvetsova, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu, 
məşhur müğənni, Dövlət Dumasının deputatı  İosif Kobzon, Rusiya siyasi 
elitasının, işgüzar dairələrinin görkəmli nümayəndələri, elm və  mədəniyyət 
xadimləri iştirak etmişlər. 
 
AzərTAC. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
31 
 
"MƏN AZƏRBAYCANA GÖRƏ QÜRUR HİSSİ KEÇİRİRƏM..." 
 
Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanın YUNESKO-dakı  fəaliyyəti 
xeyli güclənmişdir. Bu, ilk növbədə, Mehriban xanımın fəaliyyəti ilə bağlıdır. 
Heç  şübhəsiz, birinci ledi xoşməramlı  səfir olanda, dövlət istər-istəməz 
YUNESKO məsələlərinə daha çox diqqət ayırır. Mən bir sıra forumların, 
görüşlərin iştirakçısı olmuşam, Azərbaycan incəsənət ustalarının gözəl 
konsertləri yadımdan silinmir. 
Mən bu tədbirlərə  gələn insanların reaksiyasını görürəm - çox tədbirlər 
görmüş  ərköyün parislilər Azərbaycan konsertlərini heyranlıqla qarşılayırdılar. 
Mən hətta bizim qazaxıstanlı  mədəniyyət xadimlərinə deyirəm ki, bir baxın, 
azərbaycanlılar öz incəsənətlərini necə gözəl təqdim edirlər. Bütün bunlar 
respublikanın, onun xalqının müasir mədəniyyətindən, onda tarixin çağdaş dövr 
ilə ayaqlaşdığından xəbər verir. Xalq isə öz incəsənəti ilə tanınır. 
Üç il öncə  mən Brüsseldə  Dədə Qorqudun abidəsinin açılışında iştirak 
edəndə qürurumun həddi-hüdudu yox idi. Avropanın mərkəzində bu əfsanəvi 
mütəfəkkirin abidəsi ucalırdı. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham 
Əliyevin parlaq dövlət səfəri zamanı Parisin baş küçəsində, Yelisey 
xiyabanında, Zəfər tağı üzərində Azərbaycan bayrağının dalğalandığını görəndə 
mən oxşar hisslər yaşadım. Azərbaycana görə həqiqi qürür hissi keçirdim, çünki 
bu diyar mənə Qazaxıstan torpağı qədər doğmadır. 
 
Oljas Süleymenov. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
32 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN 
XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA 
"YAQUT XAÇ" ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri 
Mehriban  Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə 
Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdür. 
Bununla  əlaqədar Fondun prezidenti O.Oleynikin Mehriban xanıma 
göndərdiyi məktubda deyilir: 
"Hörmətli Mehriban xanım! 
"Yaqut Xaç" ordeni ilə  təltif olunmuş Rusiya DİN  İdarəçilik 
Akademiyasının, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyinin, Dövlət 
Ermitajının, Rusiya Elmlər Akademiyasının, Rusiya Dövlət Akademik Böyük 
Teatrının, Dövlət Tretyakov Qalereyasının, Azərbaycanın Rus İcmasının 
tövsiyəsi ilə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun Hamilər 
Şurası ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinizə görə, təhsil və 
mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları 
arasında dostluğun möhkəmlənməsinə sanballı töhfənizə görə Sizin "Yaqut Xaç" 
ordeni ilə təltif olunmağınız haqqında yekdilliklə qərar qəbul etmişdir. 
Azərbaycan Respublikasında xeyriyyəçilik və mesenatlıq ideyalarının 
bərqərar edilməsinə, Azərbaycan xalqının şifahi ədəbi və musiqi irsinin qorunub 
saxlanmasına və inkişafına, yetim uşaqlara, qaçqınlara, xəstələrə yardım üzrə 
geniş-miqyaslı aksiyalara yönəldilmiş  fəaliyyətiniz təkcə Azərbaycanda deyil, 
Rusiyada da ictimai təşkilatlarda böyük əks-səda doğurmuşdur. 
Sizi layiqli mükafat münasibətilə təbrik edir, Sizi və qonaqlarımzı Moskva 
Hökumət Evində iyunun 16-da keçiriləcək XXV təntənəli təltif mərasimində 
gözləyirik. 
Hörmətlə, 
                                                   O.Oleynik, 
              Rusiyanın "Yüzilliyin mesenatları"  
Beynəlxalq Xeyriyyə Fondunun prezidenti" 
  
  
 
  
 
  
 
  
 
 


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə