Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
36 
 
 
 Mənim üçün hər şeydən əziz mənim xalqımdır,  
            mənim Vətənimdir, mənim torpağımdır. 
                                                Heydər ƏLİYEV 
 
 
 
Azərbaycanın dövlət müstəqilliyinin qorunması  və möhkəmləndirilməsi, 
iqtisadi inkişafının təmin olunması, milli mədəniyyətimizin inkişaf etdirilməsi, 
vətəndaş cəmiyyətinin yaradılması, ölkəmizin dünya birliyində öz layiqli yerini 
tutması ümummilli liderimiz Heydər  Əliyevin adı ilə bağlıdır. Dərin zəka, 
uzaqgörənliklə hazırlanmış  və etibarlı bünövrə üzərində  təməli qoyulmuş bu 
ideyaların müstəqil dövlətimizin inkişaf etməsi üçün düzgün yol olduğu hamı 
tərəfindən etiraf olunur. 
                                     
*   *   * 
 
Heydər  Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin 35 illik ən 
məsuliyyətli, çətin və şərəfli bir dövrünün salnaməsidir. Ona görə də ulu öndərin 
adını daşıyan fondun yaranması  həm də xalqın öz dahi oğluna sonsuz 
ehtiramının ifadəsidir. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər 
Əliyev Fondu ulu öndərin həyat və  fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, 
azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə 
çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata 
keçirilməsi üçün səylə çalışmaqdadır. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
37 
 
 
İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı 
məqsəd və  vəzifələrin  əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu 
olmayan yeni tipli qurumdur, ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində fond 
həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük 
hörmət qazanmışdır. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban 
Əliyeva çoxcəhətli fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq təşkilatların 
mükafatlarına layiq görülmüşdür. 
                                            
* *  * 
 
Fondun prezidentinin təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını 
bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. 
Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması 
və inkişafı, dünyada yayılması  və beynəlxalq muğam tədbirlərinin keçirilməsi 
məqsədi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilir. 
                                           
*   *    * 
 
Azərbaycan həqiqətlərinin yayılmasına həmişə xüsusi önəm verən fond bu 
ilin  əvvəlindən etibarən Xocalı faciəsinin 15-ci ildönümü ərəfəsində xüsusi 
layihə  həyata keçirmişdir. 16 ölkədə anma tədbirləri təşkil olunmuş, erməni 
faşizminin iç üzünü açıb göstərən "Qarabağ  həqiqətləri" toplusu və onun 
elektron versiyaları yayılmış, "Xocalı soyqırımı" filmi nümayiş etdirilmişdir. 
Real faktlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on 
minlərlə avropalıya Qarabağ  həqiqətləri, Xocalı soyqırımı, Ermenistanın 
ölkəmizə çarşı  həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında  əsl 
həqiqətləri çatdırmışdır. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
38 
 
Fondun YUNESKO ilə birgə keçirdiyi "YUNESKO-Azərbaycan: gələcəyə 
körpü" mövzusunda konfransda Azərbaycanın təhsil sistemində aparılan 
islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlər müzakirə 
olunmuşdur. Azərbaycanın tarixi və  mədəni  ənənələrini, mövcud tolerantlığını 
nəzərə alaraq, Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını 
2006-cı il aprelin 24-də Bakıda Heydər  Əliyev Fondu ilə birgə keçirmişdir. 
"Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan -sivilizasiyalararası dialoqun 
keçmişi və bu günü" mövzusunda konfransda iştirak edən xarici qonaqlar 
ölkəmizdə dini etiqad azadlığının, dini dözümlülüyün yüksək səviyyədə 
olduğunu, Azərbaycanın  Şərq və  Qərb sivilizasiyalarının  ən yaxşı  ənənələrini 
özündə birləşdirdiyini faktlarla vurğulamışlar. 
                                        
*    *   * 
 
"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda birinci beynəlxalq 
konfrans da Bakıda keçirilmişdir.  Əlyazmalar  İnstitutunda saxlanılan qədim 
təbabətə dair 3 nadir tibb əlyazması fondun dəstəyi ilə konfrans ərəfəsində 
YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq Siyahısına daxil 
edilmişdir. Vaşinqton Elmlər Akademiyası ilə birgə  təşkil edilmiş konfransın 
açılış mərasimi 2006-cı il iyunun 12-də Heydər Əliyev Fondunda keçirilmişdir. 
Konfransın keçirildiyi günlərdə fondda qədim  əlyazmaların sərgisi təşkil 
olunmuşdur. Konfransın növbəti iclasları Yevlax və  Şəki  şəhərlərində 
keçirilmişdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
39 
 
XOŞMƏRAMLI, XOŞNİYYƏTLİ 
Azərbaycanın birinci xanımının bütün fəaliyyəti 
insanlar üçün xeyirli işlər görməyə yönəlib 
 
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına 
xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu günlərdə "Qızıl 
ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. 
Moskvanın böyük teatr salonlarından birində keçirilən mərasimdə bu 
mükafatı Azərbaycanın birinci xanımına məşhur  İtaliya aktrisası, mərasimin 
patronessası Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya 
Şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 
katibi İqor İvanov təqdim etmişlər. 
Mükafatı  təqdim edən Sergey Mironov Mehriban xanım  Əliyevanın 
Heydər  Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu 
bildirərək demişdir: "Belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət 
bəxş edir". 
Bu isə Mehriban Əliyevanın özünəməxsus səmimiyyətlə dediyi sözlərdir: 
"Mən arzu edirəm ki... dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-
qüssə isə, azacıq da olsa, əskilsin". 
Mehriban xanım 2006-cı ilin sonlarında  İSESKO-nun - 51 müsəlman 
dövlətinin təmsil edildiyi nüfüzlu beynəlxalq mədəni-humanitar qurum olan 
İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına 
layiq görülmüşdür. ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə 
Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr 
üzrə  işçi qrupunun rəhbəri kimi Birləşmiş Statlar ilə Azərbaycan arasında 
əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və  səhiyyənin 
inkişafına  şəxsi dəstəyinə görə ona "2006-cı ilin xoşməramlı  səfiri" adı 
verilmişdir. Lap bu yaxınlarda, 2007-ci ilin mayında Mehriban Əliyevaya 
Cenevrədə Dünya Səhiyyə 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə