Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
40 
 
Təşkilatının (DST) İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı təqdim 
edilmişdir. O, həmin beynəlxalq mükafata Dünya Səhiyyə  Təşkilatı  İcraiyyə 
Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq 
və ailə sağlamlığının qorunması  və möhkəmlənməsi işində müstəsna 
xidmətlərinə görə layiq görülmüşdür. Mehriban xanım İSESKO-nun xoşməramlı 
səfiri adı  və ölkəmizdə, eləcə  də onun hüdudlarından kənarda apardığı 
xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq Fondunun Yaqut 
Xaç ordenini almış ilk qadındır. Bunlar Mehriban xanımın son iki ildə layiq 
görüldüyü titul və mükafatların yalnız bir hissəsidir. 
Son dövrdə Azərbaycan cəmiyyətinin həyatına və dilimizin lüğət tərkibinə 
daxil olan "birinci xanım", "xoşməramlı səfir" məfhumları bilavasitə Mehriban 
xanımın adı ilə bağlıdır.  Əminik ki, Azərbaycanın birinci xanımının həyatında 
belə "ilk"lər bundan sonra da olacaqdır. 
Mehriban xanım 1995-ci ildə  təsis etdiyi Azərbaycan Mədəniyyətinin 
Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli 
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət 
nümunələrinin xaricdə təbliğini dəstəkləmək. 
İndi onun rəhbərlik etdiyi bütün qurumların fəaliyyətinin əsas istiqamətini, 
ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini də xoş məram, xoş 
niyyət təşkil edir. 
Kollegial demokratik seçim ənənələri ilə idarə edilən dünyanın ən nüfuzlu 
beynəlxalq təşkilatları Mehriban xanıma "xoşməramlı  səfir" adlarını verərkən 
dəfələrlə vurğulandığı kimi, ilk növbədə, onun real fəaliyyəti, habelə  nəciblik
xeyirxahlıq kimi mənəvi keyfiyyətləri, dünyada qəbul olunmuş davranış 
qaydalarını da özündə ehtiva etməklə  mənsub olduğu xalqın milli-mənəvi 
dəyərlərinə sadiqliyi, intellektual səviyyəsi başlıca meyar götürülmüşdür. 
Mebriban Əliyevanın bu adlara layiq görülməsini şərtləndirən işlərə - onun 
birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmiş, yaxud reallaşmaqda olan 
layihələrə, proqramlara qısa nəzər salaq. Məhz bu proqram və layihələr onun 
prezidenti olduğu Heydər  Əliyev Fondunu beynəlxalq miqyasda ən nüfuzlu 
qeyri-hökumət qurumlarından biri kimi tanıtmışdır. 
Təhsil sahəsində: "Uşaq evləri və internat məktəblərinin inkişafı 
proqramı".  Aparılan monitorinqlərin   nəticəsi   olaraq   respublikanın   bütün 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
41 
 
regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə 
yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə  və ictimai fəallıq 
prioritet təşkil etmişdir. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, 
yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu 
müəyyənləşdirilmişdir. Respublikada 29 uşaq müəssisəsi  əsaslı  şəkildə  təmir 
edilmiş,  əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal 
şərait yaradılmış və təzə avadanlıqla komplektləşdirilmişdir. 
"Yeniləşən Azərbaycana yeni məktəb proqramı"  əsasən təhsilin 
səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - maddi bazanın 
yaxşılaşdırılmasına, tədris prosesinin səviyyəsinin yüksəldilməsinə imkan verən 
məktəb binalarının inşasına istiqamətlənmişdir. 
Azərbaycanın bütün regionlarını  əhatə edən 62 rayonda 200-dək yeni 
məktəb tikilib istifadəyə verilmiş,  ən müasir avadanlıqla təchiz edilmişdir. 
Bununla da 2005-2006-cı illərdə 38 min 964 şagird yerlik məktəblərin inşasına 
və yenidən qurulmasına nail olımmuşdur. 100, 200, 240, 300 və daha artıq 
şagird yerlik məktəblərin hər birində laboratoriya, kompyuter otaqları, idman 
salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır. 
"Təhsilə  dəstək" layihəsi.  Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin 
yenidən qurulması layihəsi çərçivəsində Lerik və Bakının  Əzizbəyov 
rayonlarında 4 uşaq bağçası  əsaslı  təmir olunaraq müasir avadanlıqla təchiz 
edilmişdir. 
Daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrdən 2004-2006-cı 
illərdə birinci sinfə gedən 60 min uşağa məktəb ləvazimatları  hədiyyə 
verilmişdir. Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə 
kompyuter dəstləri, məktəb ləvazimatları  və digər avadanlıqlar hədiyyə 
edilmişdir. 
Məktəblərdə  tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə  əyani vəsaitlər 
hazırlanmış, laboratoriya-təcrübə  ləvazimatları alınaraq tədris müəssisələrinə 
verilmişdir. 
Pakistan  İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad 
şəhərində fondun maliyyə  dəstəyi hesabma müasir tələblərə cavab verən 
ümumtəhsil məktəbinin tikintisinə başlanılmışdır. Təhsil müəssisəsində 
kitabxana, laboratoriya, kompyuter otaqları və idman meydançası da olacaqdır. 
YUNESKO-nun himayəsi ilə  təhsillə bağlı regional konfrans 2008-ci ildə 
Bakıda keçiriləcəkdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
42 
 
Dərs vəsaitləri və müxtəlif  ədəbiyyatla təchizat. Rusiyanın "Puşkin 
kitabxanası" fondu ilə yaranmış əməkdaşlıq çərçivəsində Rusiyada son illər nəşr 
olunmuş və müxtəlif elm sahələrinə aid 5 minə qədər kitab respublikamızın ali 
məktəblərinə təqdim edilmişdir. 
        World Vision ("Dünyaya baxış") təşkilatı tərəfindən fonda təqdim edilən və 
məxsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-dək nəfis 
tərtibatlı kitab uşaq evlərinə və internat məktəblərinə paylanılmışdır. 
"JP Morgan" təşkilatının fonda hədiyyə etdiyi, xaricdə  nəşr olunmuş 
müxtəlif adda kitablar ali məktəblərə təqdim olunmuşdur. 
Səhiyyə sahəsində. "Diabetli uşaqlara  ən yüksək qayğı" layihəsi 
Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə 
əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda 
diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində 
müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin 
edilmişlər. 
"Talassemiyasız həyat naminə" layihəsi. Azərbaycan talassemiya 
xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunur. Layihə çərçivəsində müasir 
avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması 
qərara alınmışdır və artıq tikinti işləri aparılır. Proqramın daha səmərəli şəkildə 
həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmışdır. Layihədə bu xəstəlikdən 
əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün 
donor xidmətinin inkişafı,  əhalinin maarifləndirilməsi, prenatal diaqnostika 
üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir. 
Tibb müəssisələrinin yenidən qurulması  və müasir avadanlıqla 
təchizatı. Fondun təşəbbüsü ilə paytaxtın  Əzizbəyov rayonunun Türkan 
qəsəbəsində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində 
xəstəxana,  İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən 
qurulmuş və avadanlıqla təchiz olunmuşdur. 
Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna 
hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı  və "Storz" şirkətinin hədiyyəsi olan 
endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Fransanın "Servye" şirkəti 
tərəfindən fonda verilmiş "Diabeton MR" preparatları diabetdən  əziyyət çəkən 
insanlara paylanmışdır. 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə