Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
89 
 
 
ŞƏRƏFLİ MİSSİYA 
 
Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi
mədəni həyatında qazandığı aparıcı mövqe  
Azərbaycan qadınlarının fəallığının bariz təsdiqidir 
 
Prezident  İlham  Əliyevin fəaliyyətinin başlıca qayəsi və amalı  hər bir 
Azərbaycan vətəndaşının xoşbəxt yaşaması, torpaqlarımızın işğaldan azad 
edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafinı, Azərbaycanını dünya dövlətləri 
arasında özünə layiqli yer tutmasını  və qüdrətlənməsini təmin etməkdir. Ötən 
illərdə ölkəmizdə görülən genişmiqyaslı  işlər, vətəndaşlarının sosial rifahının 
daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə xidmət edən 
çoxşaxəli islahatlar Prezident İlham  Əliyevin xalqa verdiyi vədlərin  əməli işə 
çevrildiyinin sübutudur. 
Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən 
birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək 
Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək
bu işdə  əlindən gələni  əsirgəməməkdir. Heydər  Əliyev Fondunun prezidenti
Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı  səfiri Mehriban xanım 
Əliyevanın  əsl vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf 
proseslərinə verdiyi töhfələr, milli mədəni irsimizin qorunması  və  təbliği, 
təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması 
istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər. 
Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, 
xüsusilə yoxsulluq içində yaşayan, qayğı və diqqətə daha çox ehtiyacı olanlara 
yardım etməkdə, onları sevindirməkdə görür. Mehriban xanım  Əliyevanın 
ictimai fəaliyyəti çox genişdir, Azərbaycan diyarının hər yerini əhatə edir. 
Heydər  Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun 
xoşməramlı  səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, 
Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan-İrs" jurnalının 
Baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva bu 
yaxınlarda  İslam Ölkələri Təhsil, Elm və  Mədəniyyət Təşkilatının (İSESCO) 
xoşməramlı səfiri adına da layiq görülmüşdür. 
Mehriban   xanım   Əliyeva   ölkəmizdə      təhsilin,   mədəniyyətin,   
səhiyyənin 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
90 
 
inkişafina xidmət edən bir sıra mühüm layihələrin müəllifi və  təşkilatçısıdır. 
"Yeniləşən Azərbaycana yeni məktəb", "Diabetli uşaqlara  ən yüksək qayğı", 
"Talassemiyasız həyat naminə" kimi vacib layihələrin icrası istiqamətində 
həyata keçirilən tədbirlər cəmiyyətdə razılıqla qarşılanmışdır. Son iki il ərzində 
Heydər  Əlıyev Fondunun xətti ilə ölkəmizin  ən ucqar kəndlərində  hər cür 
müasir avadanlıqla təchiz edilmiş 180 məktəb binası tikilib istifadəyə verilmiş, 
neçə-neçə orta məktəb  əsaslı  təmir olunmuşdur. Milli musiqimizin, 
muğamlarımızın təbliğində Heydər  Əliyev Fondunun rolu əvəzsizdir. Fondun 
təşəbbüsü ilə "Qarabağ xanəndələri" adlı disk buraxılmış, "Qarabağ həqiqətləri" 
adlı kitab nəşr edilmişdir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının 
ən mənzərəli yerlərindən olan Milli parkın  ərazisində Beynəlxalq Muğam 
Mərkəzi inşa olunmaqdadır. 
Azərbaycan idmanının inkişafı da daim Mehriban xanım  Əliyevanı 
düşündürən məsələlərdəndir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti 
kimi Mehriban xanım bu idman növünün ölkəmizdə inkişafı üçün mühüm işlər 
görmüş və bütün bunların da nəticəsi olaraq Azərbaycan gimnastları son illərdə 
beynəlxalq turnirlərdən  ən ali mükafatlarla vətənə dönmüşlər. Gimnastika üzrə 
beynəlxalq yarışların Azərbaycanda keçirilməsi də ilk növbədə Mehriban xanım 
Əliyevanın bu sahədə fəaliyyətinin uğurlu nəticəsidir. 
Mehriban xanım  Əliyeva həm də bir deputat kimi seçicilərinin böyük 
rəğbətini qazanmışdır. Onun təşəbbüsü ilə  Mərdəkan, Binə,  Şüvəlan, Türkan, 
Zirə və digər Bakıətrafı qəsəbələrdə geniş tikinti-abadlıq işləri həyata keçirilmiş
bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi yenidən 
qurulmuşdur. Deputat seçkiləri ərəfəsində verdiyi vədlərə  əməl edən Mehriban 
xanımı vaxtaşırı  məktəblərdə, uşaq bağçalarında, sadə adamların  əhatəsində 
görmək olar. Hər gün Heydər  Əliyev Fonduna yüzlərlə  məktub və teleqram 
daxil olur, Mehriban xanım  Əliyeva ilə görüşməyə can atanların, ona təşəkkür 
etməyə tələsənlərin sayı yüzlərlə, minlərlədir. Bu, hər insana qismət olan səadət 
deyil. Bu xoşbəxtliyi Mehriban xanımın özü qazanıb, onun halal haqqıdır. Belə 
bir səmimiyyət ilk əvvəl Mehriban xanımın milli təəssübkeşliyindən, xeyirxah 
niyyətindən və digər ali insani keyfiyyətlərindən irəli gəlir. 
23 noyabr 2006-cı ildə Mehriban xanım  Əliyeva ona İSESCO-nun 
xoşməramlı  səfiri adı verilməsinə  həsr edilmiş  mərasimdə demişdir: "Biz öz 
fəaliyyətimizdə milli mədəni irsimizin qorunmasına çox diqqətlə yanaşırq. Eyni 
zamanda, Heydər 
  
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
91 
 
Əliyev Fondu dünyanın bir sıra elmi mərkəzləri ilə çox sıx əməkdaşlıq edir. Biz 
bir il ərzində fondumuzda bir neçə beynəlxalq konfrans keçirmişik. Bütün bu 
tədbirlərə dünya şöhrətli alimləri dəvət edirik və ölkəmizdə olan reallıqları, 
həqiqətləri onlara çatdırmağa çalışırıq. Bu da, öz növbəsində, dünyada 
Azərbaycanın həqiqi imicinin formalaşmasında böyük rol oynayır". 
Mehriban xanım  Əliyeva həm də  əsl vətənpərvər bir insan kimi tanınır. 
Belə ki, Heydər  Əliyev Fondunun fəaliyyətində Ermənistanın Azərbaycana 
təcavüzü, torpaqlarımızın işğalı, milli-mədəni abidələrimizin dağıdılması və ya 
erməniləşdirilməsi, azərbaycanlıların soyqırımı, erməni terror təşkilatlarının 
azərbaycanlılara qarşı cinayətkar  əməlləri barədə  əsl həqiqətlərin dünya 
ictimaiyyətinin diqqətinə çatdırılması mühüm yer tutur. Bununla bağlı  həyata 
keçirilən layihələrin müəllifi Mehriban xanım  Əliyevadır. Fondun ötən il nəşr 
etdirdiyi "Qarabağ  həqiqətləri" bukletlər toplusu Azərbaycan həqiqətlərinin 
dünyaya yayılması baxımından Mehriban xanım  Əliyevanın fəaliyyətində  ən 
uğurlu layihələrdən biridir. Bu il dünyanın bir çox ölkələrində Xocalı soyqırımı 
ilə bağlı keçirilən anma mərasimlərində Heydər  Əliyev Fondunun göndərdiyi 
materiallardan geniş istifadə olunmuş, fondun təşəbbüsü ilə çəkilən sənədli fılm 
nümayiş etdirilmişdir. 
Mehriban xanım  Əliyevanın icimai-siyasi fəaliyyətinin  ən ümdə qayəsi 
xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Azərbaycan Prezidenti cənab 
İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və 
mehriban münasibəti göstərir ki, Mehriban xanım  Əliyeva Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və deputat kimi üzərinə 
düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım 
Əliyevanın ümummilli liderimiz Heydər  Əliyevin ölkəmizin sosial-iqtisadi
mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının 
yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə  və bu 
ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən 
bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına etdiyi 
kömək təsdiq edir. 
Rüstəm Mikayılov, 
36 saylı Xətai dördüncü dairə 
seçki komissiyasının sədri, 
2 saylı Tibb-Sanitar hissəsinin baş həkimi 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə