Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
114 
 
Mehriban  Əliyeva bildirib. Azərbaycan və YUNESKO arasında 
əməkdaşlığın səviyyəsini həddər artıq yüksək qiymətləndirən Mehriban 
Əliyevanın sözlərinə görə, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın 
Azərbaycana avqust ayında səfəri gedişində qurum və Azərbaycan arasında 
təhsil sahəsində memorandum imzalanıb. «YUNESKO Azərbaycanın işğal 
olunmuş  ərazilərində qalmış  mədəniyyət abidələrinin taleyi ilə bağlı konkret 
addımlar atacaqmı» sualına cavabında xoşməramlı  səfir bildirib: «YUNESKO 
çərçivəsində keçirilmiş elə bir tədbir olmayıb ki, mən bu barədə  məsələ 
qaldırmayım. Bütün mədəniyyət abidələrini adları ilə saymaq mümkün deyil. 
Bunlar talan olunmuş, məhv edilmiş muzeylər, arxeoloji, təbii abidələrdir. Bu 
böyük siyahı münaqişə zonasında qalıb. Erməni işğalçıları  tərəfindən işğal 
olunmuş Azərbaycan  ərazilərindən yalnız beşdə birində Azərbaycanın 
mədəniyyətinin korifeyləri Üzeyir Hacıbəyov və Bülbülün ev muzeylərinin, 
Xocalı-Gədəbəy mədəniyyət, Azıx mağarası abidələrinin qaldığını söyləmək 
kifayətdir. Lakin abidələr məsələsi konfliktin ümumi nizamlanması 
məsələsindən kənarda götürülə bilməz. Siz bilirsiniz ki, bu konflikt irimiqyaslı 
humanitar fəlakətə  gətirib çıxarıb. Qeyd etməliyəm ki, YUNESKO konkret 
abidələrin taleyi ilə məşğul olan siyasi təşkilat deyil. YUNESKO-nun bir qədər 
başqa vəzifələr var. Hesab edirəm ki, bu beynəlxalq humanitar təşkilatın 
fəaliyyəti postkonflikt dövründə daha faydalı ola bilərdi». 
Xoşməramlı  səfir aşıq mədəniyətinin YUNESKO-nun qeyri-maddi irsinin 
siyahısına salınması şansını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bunun 
baş tutması tarixiədalətin bərpası olardı. Çünki muğam və  aşıq sənəti musiqi 
folklorunun iki bərabərhüquqlu qanadlarıdır. Regionların bəzilərində muğam, 
bəzilərində aşıq sənəti daha üstün büruzə verməkdədir. M.Əliyeva hesab edir ki, 
Beynəlxalq Muğam Mərkəzinin açılmasından sonra bu sahədə görülən işlər 
artacaq. Rəhbərlik etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun 10 yaşı 
tamam olduğunu deyən Mehriban Əliyeva fondun gələcək planlarının zəngin 
olduğunu qeyd edib. Yaxın vaxtlarda fond xaricdə Azərbaycan mədəniyyətinin 
təbliği ilə  əlaqədar aksiya keçirəcək. Millət vəkili kimi gələcək fəaliyyətinə 
toxunan xoşməramlı  səfir qeyd edib ki, gərgin həyat ritmində bütün qüvvə  və 
imkanların səfərbər olunması  tələb olunur. Xoşməramlı Humanizm və 
xeyirxahlıq missiyası 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
115 
 
səfir bu missiyanm öhdəsindən gələcəyinə  əminliyinin ifadə edib. «Heydər 
Əliyev Fondunun fəaliyyət sahəsi çox genişdir. Bu, təhsil və  səhiyyə, 
mədəniyyət və  gənclər, idman məsələsi, sosial və  ətraf mühit problemləridir. 
Şəx-si təcrübəm bu və ya digər vəziyyəti və mövcud problemi qiymətləndirməyə 
mənə imkan verir. Məsələlələrin bir qisminin qanunvericilik müstəvisində həlli 
tələb olunur, misal üçün, artıq bir neçə ildir ki, müzakirə olunan təhsil haqda 
qanunu göstərmək olar. Bəzi gözəl qanunlar qəbul olunub, lakin onlar işləmir, 
yalnız kağızda qalıb. Ümid edirəm ki, yeni parlamentin fəaliyyəti daha effektiv 
olacaq və bu parlament cəmiyyətin ən aktual problemlərini həll edəcək», - deyə 
Mehriban Əliyeva bildirib. 
 


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
116 
 
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,  
YUNESKONUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN 
DEPUTATI MEHRİBAN ƏLİYEVANIN ƏZİZBƏYOV  
RAYONU İCTİMAİYYƏTİ İLƏ GÖRÜŞÜ 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nım xoşməramlı  səfiri, 
Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 6-da Bakının  Əzizbəyov 
rayonunun  Şüvəlan qəsəbəsində, Fuad Fərhadoğlu adına 230 nömrəli orta 
məktəbdə seçicilərlə görüşmüşdür. 
Heydər  Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni 
məktəb" layihəsi çərçivəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə 
verilən müasir tipli bu məktəbin müəllim və şagirdləri əziz qonağı səmimiyyətlə, 
gül-çiçəklə qarşıladılar. 
Məktəbin geniş, işıqlı iclas salonunda keçirilən görüşü Heydər  Əliyev 
Fondunun icraçı direktoru Anar Ələkbərov açaraq dedi ki, bu gün Milli Məclisə 
seçkilərdən bir il ötür. Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
xoşməramlı  səfiri,  Əzizbəyov 2-ci seçki dairəsindən Milli Məclisə deputat 
seçilmiş Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə bu gün seçicilərlə görüş 
keçirilir. 
Ölkə  rəhbərliyi tərəfindən görülmüş irimiqyaslı  işlər, həyata keçirilən 
mühüm layihələr nəticəsində Azərbaycanın hər bir guşəsində olduğu kimi, 
Əzizbəyov rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar  əldə 
edilmişdir. Son bir ildə Heydər Əliyev Fondunım prezidenti, deputat Mehriban 
Əliyevanın təşəbbüsü ilə rayonda irimiqyaslı layihələr həyata keçirilir. Görülən 
işlər Əzizbəyov rayonunun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. 
Şüvəlan qəsəbəsinin sakinləri adından çıxış edən Tamilla Rəcəbova bu 
görüşə  hədsiz sevinc hissləri ilə  gəldiyini, Mehriban xanımın deputatlıq 
fəaliyyətinin bir ili ərzində görülən işlərin göz qabağında olduğunu bildirdi. 
Qəsəbənin illərdən bəri həll edilməmiş su probleminin aradan qaldırıldığını 
xüsusi vurğulayaraq minnətdarlıq etdi. O, Mehriban xanıma müraciətlə dedi ki, 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
117 
 
qonşuluqda yaşayan tənha qarıya tez-tez baş  çəkirəm, evə girən kimi görürəm 
ki, bir tərəfdə Sizin, o biri tərəfdə Prezidentimiz İlham  Əliyevin portreti 
vurulubdur. Şüvəlanda hansı evə qədəm bassanız, belə mənzərəni görəcəksiniz. 
Allah-taaladan Sizə  və ailənizə cansağlığı arzu edirik, Sizi həmişə deputatımız 
kimi görmək istəyirik. 
Müəllim Vəzirxan  Əbilov son bir ildə Binə  qəsəbosində görülən işlərin 
əhatə dairəsinin genişlənməsindən, yeni məktəb, xəstəxana, mədəniyyət evi və 
kitabxananın, yardımçı elektrik stansiyasının, idman kompleksinin tikintisindən 
danışdı, park salındığını, qəsəbəyə  təzə asfalt yol, su xətti çəkildiyini, qaz 
təminatı  məsələsinin həll edildiyini vurğuladı. Xalqımızın milli-mənəvi 
dəyərlərinə  həmişə hörmətlə yanaşan Mehriban xanıma qəsəbədəki  İmam Rza 
və Möhsün Səlim məscidlərinin bərpasına göstərdiyi qayğıya görə xüsusi 
təşəkkürünü bildirdi. İyunun 15-də Prezident İlham Əliyevlə birlikdə Mehriban 
xanımın da Hövsanda təməlqoyma mərasimində  iştirak etdiyi 1176 yerlik 
məktəbin təzə binasının inşasının da sürətlə davam etdiyini bildirdi. O, çıxışının 
sonunda dedi: Bu yaxınlarda Sizin təşəbbüsünüzlə Parisdə YUNESKO 
çərçivəsində Azərbaycan günü keçiriləndə təmiz ingilis dilində  çıxış etməyiniz 
qəlbimizi fərəh, iftixar hissi ilə doldurdu. Bir də ona görə çox sevinirik ki, 
Azərbaycanın birinci xanımı olmaqla yanaşı, Siz həm də bizim deputatımızsınız. 
Türkan qəsəbəsinin sakinləri adından Mehriban xanımı salamlayan Mətanət 
Mayılova qəsəbəyə  təzə asfalt yol çəkildiyini, poliklinika tikildiyini, park 
salındığını, uşaq bağçası,  şahmat klubu, təcili tibbi yardım binaları inşa 
edildiyini, internat məktəbinin yenidən qurulduğunu, abadlıq-quruculuq işlərinin 
davam etdiyini vurğuladı. Ramazan bayramında Mehriban xanımın adından 
dindarlar üçün süfrə açılmasını dini dəyərlərimizə hörmətin ifadəsi kimi 
səciyyələndirdi. Bu il mayın 9-da dövlət başçımızla birlikdə Mehriban xanımın 
qəsəbədə olmasının türkanlıların qəlbində silinməz iz buraxdığını, "Əzizbəyov 
rayonunun inkişafı fondu"nun rayon sakinlərinin problemlərinin həllinə 
yardımçı olduğunu bildirdi, yekdilliklə səs verdikləri deputata ən xoş arzularını 
yetirdi. 
Zirə qəsəbəsinin sakini Əlisahib Məmmədov isə çıxışında dedi: Televiziya 
ekranlarında nəvələrimizin də bir-birinə "bizim deputatımızdır" deyə  fəxrlə 
göstərdiyi Mehriban xanım, düz bir il əvvəl Siz Zirə  ağsaqqallarını  yığıb 
problemlərimizi soruşanda, mən kənd ağsaqqalları adından bir neçə məsələni 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə