Microsoft Word II -an imp.+



Yüklə 6,22 Mb.
səhifə136/142
tarix29.11.2023
ölçüsü6,22 Mb.
#138814
1   ...   132   133   134   135   136   137   138   139   ...   142
2014-2729

XÜLASƏ


Oxuculara təqdim olunan bu dərslikdə mövcud olan elektron cihazlarının əyani təsvirlərlə müşayiət olunan, nisbətən sadə dildə və zəruri həcmdə fiziki - texniki təsviri verilmiş, geniş tətbiq olunan elektron qurğularının əsaslarına, onların işinin ətraflı izahına və sxem həllərinə xüsusi yer verilmiş və bununla da, bir tərəfdən tələbələrə vacib olan baza biliklərini vermək, digər tərəfdən mühəndis, magistr, həmçinin elmi işçilərə elektron qurğuları sahəsindəki biliklərini dərinləşdirmək və zənginləşdirmək məsələləri əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Ona görə də bu məsələlərin ən optimal həllini tapmaq heç də asanlıqla əldə olunmamışdır.


Bəzi materiallar dərslikdə tam əhatəli şəkildə verilmədiyindən bir sıra mövzuların, xüsusən tamam yeni bir sahə olan nanoelektronikanın dərindən öyrənilməsi üçün yeni ədəbiyyat istifadə olunmasına böyük ehtiyac var. Buna baxmayaraq, dərsliyin hər bir cildində yer tapmış nəzəri və praktiki materiallar elektron qurğularının əsasını təşkil edir və bu dərslikdən istifadə edən hər bir kəsə bu sahəyə uyğun olan texniki fənləri, istənilən mürəkkəb texniki ədəbiyyatı yaxşı başa düşməyə, elektron qurğularının sxemlərini sərbəst şəkildə təhlil etməyə, onların elektrik hesabatını yerinə yetirməyə kömək edə bilər.
I cilddə verilmiş elektron cihazlarının, həm II cilddə, həm də III cilddə verilən elektron qurğularının təsviri, eyni zamanda əlavələrdə verilmiş dolğun sorğu materialları və bu materialları tamamlayan sxem variantları elektron qurğularının sxem həllərini tərtib etmək, onların elektrik hesabatını aparmaq və praktiki realizə edilən variantını yaratmaq qabiliyyətinin formalaşdırılmasına əsaslı zəmin yaradır.
Kitabı hazırlayarkən, müəlliflər cihazların fiziki əsaslarına və onların riyazi modellərinə nisbətən az, lakin bu cihazların işini yaxşı başa düşməyə imkan verən əyani təsvirlərə isə geniş yer vermişdir. Bununla yanaşı elektron qurğularının əsaslarını verməklə, müəlliflər qurğuların sxemotexniki həllərinin daha yaxşı başa düşüləcək olmasına çalışmışlar. Bu isə öz növbəsində materialların hazırlanmasında, fəsillərin qruplaşdırılmasında və onların əlaqələndirilməsində böyük vaxt sərfləri tələb etmiş və bir çox texniki çətinliklər yaratmışdır.
Müəlliflər ümid edir ki, görülən işlərin nəticələri faydasız olmayacaq, dərslik, elektron qurğuları sahəsindəki biliklərin əsaslı bünövrəsinin yaradılmasında, oxucuları maraqlandıran əlavə texniki materialların sərbəst öyrənilməsində, elektron qurğularının işlənməsi və yaradılması sahəsində çalışan, hərtərəfli yaradıcılıq qabiliyyətlərinə malik olan savadlı mütəxəssis hazırlanmasında əsas yardımçı vəsaitlərdən biri olacaqdır.
Həmçinin, müəlliflər inanırlar ki, dərslik izahı aydın olan vəsaitlərdən biri kimi texniki ixtisasların tələbələri, mühəndis-texniki heyəti, eyni zamanda elektron qurğularına və onların sxemotexnikasına xüsusi marağı olan həm radiohəvəskarlar, həm də elektronika sevən geniş oxucu kütləsi tərəfindən böyük maraqla istifadə olunacaq.

Yüklə 6,22 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə