Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə38/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   34   35   36   37   38   39   40   41   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



78

pulgir (pulu həddən artıq sevən) və s. 

Dramların dilində qoşa sözlər intensivliyi xarakterizə edir: çən-duman, səs-küy, dikbaş, salam-

əleyküm, kütbeyin. 

Obrazlılıq ekspressivliyi doğuran əsas vastlərdəndir. “Bədiilik çox zaman görmə və eşitmə ilə 

əlaqədar (audiovizual) təsəvvürlərlə bağlıdır ki, bu təsəvvürlər əlamətli məfhumlarla assosiasiya 

edilir və bu məfhumları simvollaşdırır.  Bədii təsəvvürlər öz təbiətinə görə psixiki hadisədir. Eyni 

zamanda, sözlü surət sözün məna strukturuna daxil olmuş sosiumun təsəvvürüdür. İnsanı 

səciyyələndirən ekspressiv leksik vahidlər arasında bədii ifadələr, adətən, zahiri əlamətləri  və 

şəxsin (şəxsiyyətin) xüsusiyyətlərini əks etdirir (5,14-15). Məs.: acıdil, həlləm-qəlləm, hədərən-

pətərən, xıncım-xıncım, pərən-pərən və s. obrazlı sözlərdir. 

Həyat materialını dərindən və hərtərəfli öyrənmiş yazıçı meşşanlığın, xüsusi mülkiyyətçilik 

ehtirasının, mənəvi qadağanlara laqeydliyin törətdiyi acınacaqlı nəticələri ictimai planda 

göstərməklə yanaşı, bu mənfi keyfiyyətlərin şəxsiyyti alçaldıb onu həqiqi xoşbəxtlikdən məhrum 

etdiyini də son dərəcə inandırıcı, emosional vasitələrlə əks etdirə bilmişdir. 

N.Abbasova C.Cabbarlının dram dilindəki emosional sözlərə toxunaraq yazır: «Emosional 

sözlər müxtəlif dramaturji funksiyalarda istifadə olunur. Gərgin vəziyyət və hərəkətlərin, dəqiq və 

örtülü münaqişələrin, qəhrəmanların adi münasibətlərində, dünyanın daxili xarakteristikasında, 

kolliziyaların toqquş-masında və s. emosional sözlər işlədilir» (4, 9). 

Emosionallığın güclənməsi dramın təsir qüvvəsini artıran əlamətlərdən biri kimi «Atayevlər 

ailəsi»ndə çox əhəmiyyətlidir. 

«Həyatın hər üzünü, xarakterlərin təqdir olunan və pislənən cəhətlərini adi sözlərlə, üslubi 

yükdən məhrum heç bir emosiya və ekspressiya yaratmayan, söz, ifadə və birləşmələrlə göstərmək, 

bütün genişliyi ilə təsvir etmək mümkün deyildir. Yazıçı istər-stəməz işlək sözlərdən kənara 

çıxmalı, emosional-ekspressiv sözləri bədii əsərə cəlb etməli olur və onlardan daha çox istifadə 

etməyə çalışır. İ.Əfəndiyev öz yaradıcılıq ənənəsinə əməl edərək, danışıq dilində işlək olan yüksək 

emosiya və ekspressiya bildirən ayrı-ayrı söz qruplarını digər bədii əsərlərində olduğu kimi dram-

larında da cəmləşdirə bilmişdir. Yazıçının əsərlərində səmimi münasibət, qayğı, nəvaziş, öyüd-

nəsihət, ərk, qəzəb, hiddət, nifrət, təhqir, söyüş, qarğış və başqa məzmunlu üslubi çalarla, 

məziyyətlər yaradan emosional-ekspressiv leksika müsbət emosiya və mənfi emosiya yaradan 

sözlər kimi iki yerə bölünür» (6, 76). 

Dialoqlarda emosional-ekspressiv leksika yalnız yerinə görə, mövzuya uyğun seçilib işlənmiş

əksər hallarda müəllifin (burada onun qəhrəmanlarının hissləri, dünyagörüşləri, davranışları, 

münasibətləri və s. nəzərdə tutulur) nəzərdə tutduğu məqsədə yönəldilmişdir. 

Müsbət və ya mənfi məzmun ifadə edən emosional sözlər istər yaşlı nəslin nitqində, istərsə də 

gənclərin danışığında verilərkən ölçü hissi unudulmur, yerinə görə böyük, ağsaqqal, lazım gələndə 

hirsli, qəzəbli təsvir edildiyi kimi, onlar qayğıkeş, səmimi, mehriban, tədbirli, alicənab, ailəcanlı, el 

qədrini bilən kimi də təqdim edilir. 

Müsbət emosiyalı sözlər üslubi çalarlar yaradır: 

1) dialoqun həmsöhbətlərindən biri o birinə öz hörmət hissini, ona olan ehtiramını, 

səmimiyyətini ifadə edir: başına dönüm, qadasın aldığım və s. 

2) həmsöhbətini inandırmaq, ifadə etdiyi fikrin həqiqiliyini sübut etmək üçün.  

3) etiraz, öyüd-nəsihət, danlaq məzmunlu söhbətlərdə. Məs.: adam oğlusan, yekə qızsan və s. 

4) səmimi müraciət, nəvaziş, yalvarış, yaxınlıq ifadə edənlər: bacıqızı, mənim əzizim, canım, 

aman gündür, balam, amanın bir günüdür, sən allah, ay başına dönüm, mənim iki gözüm və s. 

5) inandırma, alqış, xoş arzu, qayğı, söhbətə başlama, mətləbə keçmə üçün şərait, məqam 

hazırlama, hörmət, müsahibini yüksək qiymətləndirə və s. bildirənlər: allah eləməsin, allah 

göstərməsin və s. 

6) təəccüb, heyrət, təəssüf, təsəlli, etiraz, öyüd-nəsihət və s. məzmun və çalar bildirənlər: ay 

evi tikilmişin qızı, bir insafın olsun və s. 

7) mənfi emosiya yaradan dil vahidlərindən istifadə bədii əsərlərdə yeri gəldikcə 

eybəcərlikləri, hətta müsbət qəhrəmanının özündəki sığalsız cizgiləri, keyfiyyətləri də əks etdirir, 

onlara yazıçı münasibətini ifadə edir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



79

8) mənfi məzmunlu sözlər surətlərin mənəviyyatını, daxili aləmini, dünyabaxışını, özünə olan 

tələbkarlığını aşkara çıxarır.  Mənfi emosiya, ekspressiyaya nail olmaq üçün danışıqda, xalq dilində 

kəlməbaşı qarğış, nifrət, hiddət və başqa mənaları bildirmək məqsədilə deyilən söz, ifadə və 

birləşmələr: belləri qırılmış, başı batmış, yiyəsi ölmüş və s. (6, 89). 

Davud – ilahi! Mələk xanım, Mila! Mən o mavi göylərə sizsiz uçmaq istəmirəm (7, 184);  

Həbib - Biz ki, o barədə xəyallarımıza ucsuz-bucaqsız meydan vermişik (7, 72). 

Yazıçı «Atayevlər ailəsi»ndə bitkin ekspessiv dialoqlar yaratmışdır. O, dialoqda tez-tez söz, cümlə 

əvəzinə jest və hərəkətkərdən istifadə etmişdir: Reyhan (zarafatyana)- Yoxsa, bir adama vurulub 

eləmisən? Mehrican «yox» mənasında başını tərpədir (7, 8). 

Güclü müasirlik duyğusu, yaradıcılıqda müasir bədii təsvir və ifadə vasitələri, ədəbi prosesə 

sabahın gözü ilə baxmaq İ.Əfəndiyevi bir yazıçı kimi çoxlarından fərqləndirən cəhətlərdəndir. 

   

 

 



 

ƏDƏBIYYAT 

 

1. Seyidov Y. İlyas Əfəndiyev. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı,1975 



2. Elçin. “Uçan naməlum obyektlərə sözü qaldı…”- Yaddaşın boy çiçəyi. Bakı,”Qərənfil” 

nəşriyyatı, 2006 

3. Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər). Bakı, Elm, 1970 

4. Abbasova  N.  C.Cabbarlı pyeslərinin leksikası. Fil.elm.dokt.diss.avtoreferatı. Bakı, 1974 

5. Джалилова Т.А. Экспрессивность в азербайджанском языке и лексические средства 

ее выражения.  АКД, Баку, 1992 

6. Salahova A. İlyas Əfəndiyev yaradıcılığının poetikası. Bakı, Yazıçı, 1984 

7. Əfəndiyev İ. Bizim qəribə taleyimiz. Pyeslər, xatirələr, roman. Bakı, Yazıçı, 1989 

 

   


 

 

 



 

 

 



 

 

 



 

Namazova F.K. 

 

   


 

 

 



 

 SUMMARY  

 

Expressive-emotional Vocabulary in Ilyas Efendiyev s Dramaturgy 



 

 

The expressive-emotional vocabulary of the artistic words in I.Efendiyev s dramaturgy varies 



with their specifications. In this article it is noted that the dialogues which are formed with the help of 

artistic words not only are used to describe the life, but also reveals the secret, potential, emotional 

thoughts.   

Key words: expressive-emotional vocabulary, semantic functionality  dramatic  works, 

literary language 

 

 



Gülnarə Əliyeva-Koşkun, fil.ü.f.d. 

Bakı Slavyan Universiteti  

gulnara.fakhraddin@gmail.com 

 

Tatarca-rusca və rusca-tatarca ikidilli lüğətlər 



Müstəqil elm sahəsi olub dilçiliyin leksikologiya, semantika, etimologiya, fonologiya, 

frazeologiya və s. kimi sahələri ilə sıx bağlı olan leksikoqrafiya bəzən həmin sahələrdə aparılan 

araşdırmaların nəticələrinə söykənsə də, çox vaxt  bir sıra problemlərin həllində onları 

qabaqlamışdır. Bunu ensiklopedik və ya izahlı lüğətlərdə daha aydın müşahidə etmək olar.  Bununla 

da, leksikoqrafiya tədricən formalaşmış, digər dilçilik sahələri ilə bərabərhüquqlu olmaqla 

müstəqillik əldə etmiş və dilçilik elminin mühüm sahəsinə çevrilmişdir. Türk lüğətçiliyi “Divani 

lüğət-it türk”dən başlamış bu günə kimi yaradılmış dəyərli və fundamental türkdilli lüğətlərin elmi-

nəzəri tədqiqi və təhlili fonunda 1000 illik şərəfli yol keçmişdir. Ayrı-ayrı lüğətçilik əsərlərində 

lüğətlərin tipologiyasının müəyyələşdirilməsi, leksikoqrafların apardığı tədqiqatların 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə