Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə41/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   37   38   39   40   41   42   43   44   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



84

 

İslam Hüseynov, fil.ü.f.d., dos. 



Qafqaz Universiteti 

iahuseynov@qu.edu.az 

 

Ərzurum və Kars ağızları ilə Naxçıvan dialektində işlənən ortaq sözlər 



 

     Ədəbi  dilin  əsas  bazasını  təşkil edən dialekt və şivələrin türk dillərinin materialları əsasında 

müqayisəli şəkildə öyrənilməsinə son dövrlərdə maraq  artsa da,  bu sahədə tədqiqatlara hələ də 

ehtiyac  vardır. Bu məsələ ən az  ədəbi dillərinin müqayisəli öyrənilməsi  qədər vacibdir. Dilin lüğət 

tərkibinin bir hissəsini təşkil edən dialektizmlər türkdilli xalqların tarixi, etnoqrafiyası, məişəti  və s. 

ilə bağlı özündə dəyərli məlumatları daşıması baxımından da önəm kəsb edir.  Oğuz qrupu 

dillərindən olan Azərbaycan dili və Türkiyə türkcəsinə aid dialekt materialllarının tədqiqi 

ümumtürk dialektologiyası , eləcə də tarixi-müqayisəli leksikologiya üçün mühüm nəticələr verə 

bilər. 

     Bu  baxımdan  Ərzurum  və  Kars  ağızları  ilə Azərbaycan dilinin Naxçıvan şivələrinin bütün 



yaruslar - fonetik, morfoloji və leksik səviyyələr üzrə müqayisəsi maraq doğurur.  Bundan başqa, 

Naxçıvanın yerləşdiyi tarixi-coğrafi şərait də Azərbaycan dilinin digər dialektlərinə nisbətən bu 

dialektin Ərzurum və Kars ağızları ilə daha yaxın olmasını və müqayisə üçün daha çox materialın 

verməsini şərtləndirir. Hər nə qədər bu iki dil - Azərbaycan və Türkiyə türkcələri eyni qrupa daxil 

olsa da, ədəbi dildə olduğu kimi, dialektlərdə də bir çox fərqliliklər ortaya çıxır. Bir dilin 

dialektlərində işlənən söz başqa bir dilin ədəbi  formasında işlənəcəyi kimi, bunun əksi də müşahidə 

olunur. Ona görə də ədəbi dilləri nəzərə almadan iki dilin dialektlərini müqayisə etmək istənilən 

nəticəni vermir. Türk dilinin göstərilən dialektləri ilə Naxçıvan dialektinin müqayisəli tədqiqi 

zamanı məlum olur ki, müxtəlif sahələrlə bağlı külli miqdarda söz və ifadə cüzi semantik çalar 

fərqləri ilə ortaq şəkildə istifadə olunur. Bu dialektlərin müqayisəsində ən maraqlı cəhətlərdən biri 

də ortaq kəlmələrin bir qismini rus mənşəli sözlərin təşkil etməsidir. Türk ədəbi dilində rus mənşəli 

sözlərin nadirən işlənməsinə baxmayaraq, məlum tarixi hadisələrin baş verməsi səbəbindən 

Anadolu dialektlərində hələ də belə sözlərin istifadəsinə rast gəlinir.  

 

 



 

 

Kifayət İmamquliyeva, fil.ü.f.d., dos. 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri  

k.imamquliyeva@mail.ru  

 

AZƏRBAYCAN DİLİNİN SƏS SİSTEMİNDƏ VARİANTLILIQ VƏ FONEM MƏRHƏLƏSİ 



 

 

Konsonant (C) və vokal (V) səslər vasitəsilə hecavi praformaların yaranması ağız aparatının 



təkamülü ilə bağlıdır. Fonetik səslənmədə CV, bunun təkrarı olan CVCV, eləcə də VCV və bunun 

samit qoşalaşması, yaxud "güzgü" üsullu VCCV modeli başlanğıc praformadır. Maneəsiz 

başlanğıcda örtüsüz açıq hecanın köməyi ilə VCV modeli yaranmış olur: aqa, ada, aba. Samit 

qoşalaşması isə "güzgü" modelini yaratmış olur: adda, aqqa, abba. Dilin sonrakı inkişaf prosesində 

yaranan doqquz, səkkiz, yeddi və s. kimi sözlərin də əsasında bu model durur. 

 

Ağız aparatı öz gücünü tənzimlədikcə yeni bir modelə   CVC modelinə şərait yaranır. Bu 



əlavə artım qad, qab, qaq, dad və s. kimi səslənmələri ortaya çıxarır. 

 Zaman 


keçdikcə 

q, d, b məxrəclərində variantlılığa meyillilik başlamışdır. Bunun səbəbi 

dildə baş verən fonetik hadisələr (karlaşma, novlaşma) və maneəsiz səslərin dominant məxrəclərə 

uyğunlaşması ilə bağlı olmuşdur. Praformalar üçün dilarxası a/  ilkin səs sayılmalıdır, bundan 

sonra dilönü və dodaq məxrəclərinə uyğun olaraq i və u saitləri samit tələffüzünə yardımçı olmağa 

başlayır: id, di, qu, diη /din, qud və s. 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



85

 Dominant 

q, d, b konsonantları müvafiq olaraq öz məxrəclərində "yatmış şəkildə olan"  η 

(dilarxası),  n (dilönü), m (qoşadodaq) sonor burun səslərini "oyadır". Bu səslər həm anlautda 

(nyanya, nənə, mama), həm də əlavə artımda mühüm rol oynayır (daη, dan, dam, qan, bam, ban və 

s.;  adam/a:dəm/a:dm sözü də bu qəbildəndir). 

 

Sonor burun səslərinin bu şəkildə işlənməsi ağ ciyərdən gələn hava axınının bir hissəsinin 



ağız boşluğundan, digər hissəsinin isə burun boşluğundan xaric olunması nəticəsində tələffüzə 

rahatlıq gətirilməsi ilə bağlıdır. Bu hal m burun səsi üçün daha münasibdir. Bu baxımdan rus 

dilində tələffüz zamanı söz sonunda m samitinin işlənməsi də maraq doğurur. 

 

Həmçinin Azərbaycan dilində mənsubluq anlayışı verən dədəm, nənəm,  babam, qaqam, 



qadam və s. ifadələrindəki m praformalarda dodaqların qapanması, hava axınının burun boşluğuna 

istiqamətlənməsi ilə rahat tələffüzə xidmət etsə də, dilin sonrakı inkişaf prosesində birinci şəxsin 

təkinin mənsubluq anlayışı kimi qəbul edilmişdir. 

 Dominant 

q samit məxrəcinin "oyatdığı" η (sağır nun) sonor səsi anlautda deyil, əsasən, 

kombinator vəziyyətdə işlənir və yeni səs axarına düşdüyü üçün məxrəcindən çıxaraq 

parçalanmalara yol açır, beləliklə də, nəinki dilönü, hətta dodaq samitlərinin səs axarı ilə əlaqələnir. 

 

Birinci və ikinci şəxsin təkini bildirən mən və sən əvəzliklərinin türk dillərində yönlük halda 



işlənmiş variantlarını nəzərdən keçirək: maηa / maqa / manqa / mağa / mã: / mə: / mənə / məyə; 

saηa / saqa / sanqa / sağa / sã: / sə:/ sənə / səyə. 

 

İkinci şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş yad (yaddaş) sözünün yönlük hal 



variantlarına diqqət yetirək: yadına / yadıηa / yadğa / yadıva / yad : / yada: / yadya. 

 

İkinci şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş öz əvəzliyinin Azərbaycan dilinin 



dialekt və şivələrindəki fonetik variantları isə bu şəkildədir: özünüz / özüηüz / özüyüz / özüvüz / 

özüğüz / özü:z / özĩ:z / özũ:z / özu:z. 

 

Yumşaq damaqda özünəməxsus dilarxası-burun məxrəci olan η samiti müxtəlif səs 



birləşmələrinin (nq, ng, ny) də yaranmasında rol oynamışdır: danqa (iri), dinqiz / dəngiz, 

qonquz(qozbel), donquz (donuz), sonqulamax (sonalamaq), nyanya, nyanka, Nyuton  və s. 

 

Naxçıvan ağızlarında dilarxası-yumşaq damaq η və dilönü-yuvaq n burun səslərinin 



məxrəclərinə əsasən törəyən fonetik variantlar da nəzərdən qaçmır: doηuz / doηquz / donquz / donuz 

/ do:uz. Bu nümunələrdəki ηq və nq variantları bir hecanın son səsi (η, n), digər hecanın isə ilk səsi 

(q) olmaqla mürəkkəb bir tələffüz prosesi keçirir. Belə ki η və n səslərinin burun və sonor əlaməti 

başa çatmağa yaxın ağız aparatı q samitinin məxrəcinə köklənir və q samiti yardımçı saitin 

köməyilə tam şəkildə tələffüz olunur. 

 

Sonor n burun səsi iki cəhətdən maraq doğurur:  



 a) 

η səsinin öz məxrəcindən uzaqlaşaraq dilönünə doğru meyillənməsi ilə (bunun üçün ən 

yaxşı nümunə anlautda ηy/ny birləşməsinin işlənməsidir: ηya/nya-, ηyu/nyu-); 

 

b) d samitinin məxrəcində "yatmış" n səsinin "oyanması" ilə (ağız aparatında dominant d 



səsinin məxrəci işlək formaya keçdikcə həmin səs yuvasında digər səslərin yaranmasına da şərait 

yaratmışdır. D səsi ilə n səsini ayıran əsas əlamət n samitində burun və sonorluq xüsusiyyətinin 

olmasıdır). 

 

Dilarxası-yumşaq damaq dominant q samiti yeni fonem variantları və fonemlərin 



yaranmasına imkan yaratdığı kimi, dilönü-yuvaq dominant d samiti də öz növbəsində yeni fonem 

variantları və fonemlərin yaranmasında iştirak edir. Dilarxasından dilönünə, eləcə də dilönündən 

dilarxasına meyillilik nəticəsində yeni fonem variantları və fonemlər yaranır. 

 

İstər anlautda, istərsə də kombinator dəyişmələrdə müşahidə olunan səs dəyişmələri tarixən 



variantlılıqdan fonemə də keçə bilmiş, yeni mənalı sözlərin yaranmasında rol oynamışdır. 

Dəyişmələri izlədikcə q və d məxrəcləri arasında dilortası sərt damağın fəallaşdığı hiss olunur. 

Fəallaşmanın əsas səbəbi kipləşən-partlayan səslərin novlaşmaya doğru meyillənməsi ilə bağlıdır: 

q→g↔c←d. Göründüyü kimi q və d məxrəcləri yarımnovlu affrikat g, c samitlərinə doğru 

meyillənmişdir. 

 

Azərbaycan dilinin şivələri üçün xarakterik hesab olunan fonemlər və fonem variantları 



affrikat samitlərdir. Kipləşən-partlayan  q və d samitlərinin karlaşması da nəzərə alınarsa, demək 

olar ki, novlaşma prosesində xeyli "törəmə" səslər yaranır və fonem variantı kimi çıxış edir, zaman 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə