Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə34/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   30   31   32   33   34   35   36   37   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



70

olduğunu göstərir. Pənahabadın əsası qoyulmazdan xeyli əvvəl nəinki bu bölgədə, eləcə də 

Qarabağın digər dağlıq bölgələrində türklər (azərbaycanlılar) kompakt şəkildə yaşamış, ermənilərin 

xeyli hissəsi isə türklərin tərk etdiyi yaşayış məskənlərinə yerləşmişdilər” (3, s. 17). Bunu sübut 

etmək üçün nəinki ermənilərin yaşadıqları kəndlərin, bütövlükdə Qarabağın kəndlərinin 

Azərbaycan-türk mənşəli olması faktına diqqət yetirmək yetərlidir. 

 

ƏDƏBIYYAT 



 

1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007. 

2. Əhmədov T. Azərbaycan toponimikasının əsasları, Bakı, 1991. 

3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, 2000. 

4. Попов А. И. Названия народов СССР. Введение в этнонимику. Л., 1973. 

 

Elchin Mahammad oglu Mamedov 



 

Antropotoponyms of the occupied Karabakh and their 

grammatical-morphological features 

 

SUMMARY 



 

 

This paper examines all antropotoponyms of Karabakh before the occupation, taking into account the area to 



which they relate. Author also classified the antropotoponyms according to the method of their formation. 

 

Keywords:  antropotoponyms, classification, Karabakh, grammatical- morphological features, oykonyms 



 

 

 



 

Elnarə Əliyeva, fil.ü.f.d., dos. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu,  

Türk dilləri şöbəsinin aparıcı elmi işçisi 

dok.elnare_e@mail.ru 

 

 



TÜRK DİLLƏRİNDƏ ƏVƏZLİK KATEQORİYASI: ƏNƏNƏ VƏ MÜASİRLİK 

 

Əvəzlik isim, sifət, say, zərf və felin yerində işlənən sözlərə



 

əvəzlik


 

deyilir. Əvəzlik hansı 

nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur. Bunlar ənənəvi qrammatikalardan 

məlum olan qaydalardır. Lakin  əvəzlik ətrafında  bir-birindən xeyli fərqlənən, hətta bir-birinin 

əksini təşkil edən mülahizələr də diqqəti cəlb edir. 

 Əvəzliklər gah “boş sözlər”, gah da “ən sirli sözlər” adlandırılır. Gah bir nitq hissəsi kimi 

inkar edilir, gah da ona daxil olan sözlər başqa nitq hissələri arasında paylaşdırılır, gah da köməkçi 

nitq hissəsi kimi təqdim edilir. Bəzən əvəzliyin əhatə dairəsi xeyli məhdudlaşdırılır, əvəzliklərin 

yalnız bir qismi bu nitq hissəsinə aid edilir [1.S.285]. Azərbaycan dilində tədricən bölgü prinsipində 

dəyişikliklər aparılmış, vaxtilə qəbul olunmuş bəzi növlər ixtisara salınmışdır. Y.Seyidov 

Azərbaycan dilində cəmi 27 sözü əvəzlik kimi qəbul etmiş və onları 5 növə aid etmişdir. 

“İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar “ismi-zəmir” (əvəzlik-isim) 

adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə “təyini sifət” adı ilə sifətlərlə birgə 

verilmişdir” [2. S.138]. 

Azərbaycan dilində H.Mirzəzadə tarixən əvəzliyin şəxs, qayıdış, işarə, sual, təyin, qeyri-

müəyyən kimi növlərinin olduğunu bildirmişdir. O, inkar əvəzliklərini qeyri-müəyyən əvəzliklərinə 

daxil etmişdir. Digər bir məqamda isə müəllif qayıdış əvəzliyini şəxs əvəzliyinin bir növü 

adlandırmışdır. [3. S.175]. 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



71

F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” kitabında əvəzliyin 6 növünü 

göstərmişdir: şəxs, işarə, sual, təyini və qayıdış, qeyri-müəyyən, inkar [4. S.113]. F.Zeynalov 

mənimki, bizimki ifadələrini şəxs əvəzliklərinə daxil etmiş, ora, bura ifadələrini zərf hesab etmişdir. 

Qayıdış əvəzliklərini isə təyini əvəzlikləri ilə birləşdirərək təyin-qayıdış əvəzlikləri adı altında 

verilməsinin daha doğru olması fikrini irəli sürmüşdür. 

Q.Kazımov əvəzliyi “leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik 

vəzifəsinə görə fərqlənən orijinal bir kateqoriya, xüsusi söz qrupu” kimi səciyyələndirmişdir 

[2.S.135]. O, əvəzliyin aşağıdakı 7 növünü göstərmişdir: şəxs, qayıdış, sual, qeyr-müəyyənlik 

bildirən, inkar, nisbi və işarə əvəzlikləri. 

Ümumiyyətlə, müasir Azərbaycan dilində əvəzliyin aşağıdakı növləri qəbul olunur: şəxs, 

işarə, təyini, sual, qeyri-müəyyən əvəzliklər. Vaxtilə bu siyahıya inkar və qayıdış əvəzlikləri də aid 

edilirdi. 

M.Ergin əvəzliklər haqqında aşağıdakı fikirləri söyləmişdir: “Zamirler nesneleri temsil veya 

işaret suretiyle karşılayan kelimelerdir... Zamirlerin tek başlarına kelime olarak manaları yoktur. Bir 

zamir tek başına hiç bir nesneyi karşılamaz, heç bir şeyin adı değildir... Onlar nesnelerin isimleri 

değil, gerekince geçici olarak o isimlerin yerini tutan kelimeler diye tarif edilir”. O, türk dilində 

əvəzliyin aşağıdakı növlərini göstərmişdir: şahıs, dönüşlülük, işaret  (bu, şu, o), soru, belirsizlik 

(kimse, özge, başkası, ayruk “başqası”, kamu “hər kəs”, biri, bazısı, hepsi, kimi, birisi, hepimiz, 

biriniz), bağlama (kim) zamirleri [bax: 5.S.249-265].   

A.N.Kononov türk dilində əvəzliyin aşağıdakı növlərini göstərir: işarə, qayıdış, sual, inkar, 

qeyri-müəyyən, ümumiləşdirici (obobşayuşiye), təyini [6. S.171]. 

Qaqauz dilində əvəzliyin növləri sayca çoxluğuna görə seçilir: şəxs, yiyəlik (benimki, 

seninki, onunki), işarə (o, bu, şu, şöölə), sual, nisbi (ani “hansı ki”, ne, kim, naşey, nesoy, anqı), 

təyini (xer, xebiri, xerkez, xepsi və s.), qeyri-müəyyən (kimi, kimisi, kimsə, birisi), qeyri-müəyyən-

inkar (kimse, bir şey, birkimsey) [7.S.126]. 

Başqırd dilində əvəzlik Azərbaycan dilində olduğu kimi, isim, sifət, say və zərfi əvəz edən 

nitq hissəsi kimi səciyyələndirilir və onun aşağıdakı 7 növü göstərilir: şəxs, işarə, sual, təyin, qeyri-

müəyyən, inkar, yiyəlik [8.S.153-154]. 

Qaraqalpaq dilində əvəzliyin 4 növü müəyyənləşmişdir: 1. Şəxs və şəxs-yiyəlik; 2.İşarə və 

işarə-yiyəlik;  3.Təyini; 4.Sual, qeyri-müəyyən və inkar [9.S.260]. Göründüyü kimi, qaraqalpaq 

dilində zahirən 4 növ göstərilsə də, bunların daxilindəki növlər digər türk dilləri ilə tam uyğun gəlir.  

A.N.Kononov  özbək dilində 6 növü qeyd etmişdir: şəxs, işarə, qayıdış, sual, qeyri-

müəyyən, ümumiləşdirici (обобщающие).Sonuncu növə xar kim, xar kaysi, xar kanday, xar kança, 

xar karsa kimi  əvəzliklər aid edilmişdir ki, bunlar Azərbaycan dilindəki təyini əvəzliklərinə uyğun 

gəlir [10.S.172].   

R.Rasulov və A.Mırazızovun “Özbək dili” dərsliyində əvəzliyin 7 növü göstərilmişdir: 

kişilik “şəxs”, ozlik “qayıdış”, korsatiş “işarə”, soroq “sual”, belgilaş “təyini”, bolişsizlik 

“inkar”, gumon olmoşlari “qeyri-müəyyən” [11. S.76].  

 N.A.Baskakov  noqay dilində əvəzliyin 7 növünü qeyd etmişdir: şəxs, yiyəlik-predikativ 

(притяжательные-предикативные / meniki, seniki və s.), təyini-qayıdış (özim), işarə  (bul, sol, 

şol, ol), sual, təyini (ar/har, falan// palan), qeyri-müəyyən və inkar (bir kim “heç kim”, bir zat “heç 

nə”) [12, S.74-82]. 

Qazax dilində 7 növ diqqət çəkir: şəxs, işarə, sual, təyini, qayıdış, ümumiləşdirici 

(обобщительные) və inkar əvəzlikləri [13.S.229]. Göründüyü kimi, qazax dilində özbək dilindən 

fərqli olaraq, həm təyini, həm də ümumiləşmiş əvəzliklər mövcuddur. 

Qaraçay-balkar dilində əvəzliyin aşağıdakı növləri mövcuddur: şəxs, şəxs-qayıdış, işarə,  

sual- nisbi, qeyri-müəyyən (təyini və inkar) [14].   

Tuva dilində 6 qrup müəyyən edilmişdir: şəxs, işarə, təyin, qeyri-müəyyən, inkar 

[15.S.215].  

N.P.Dırenko  oyrot dilində əvəzliyi təsnif edərkən bir qədər fərqli bölgü təqdim etmişdir: 

şəxs, yiyəlik, işarə, sual, təyini (qeyri-müəyyən) [16.S.90].   

Göründüyü kimi, türk dillərində əvəzliyin bir kateqoriya kimi tanıtımı oxşar olsa da, bəzi 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə