226
yəti, onun axtarış və tapıntıları Azərbaycanın zəngin musiqi mə-
dəniyyəti xəzinəsinin qiymətli incilərindəndir.
Opera dramaturgiyası sahəsində onun prinsipləri sonrakı illərdə
yaranmış ən yaxşı opera əsərlərində öz əksini tapmış və daha da
dərinləşmişdir. Onun milli Azərbaycan baleti yaratmaq arzuları da
həyata keçirilmişdir. Azərbaycan bəstəkarlarının və səhnə ustaları-
nın bu janrda yaratdıqları əsərlər, eləcə də Azərbaycan simfonik
musiqisi dünya şöhrəti qazanmışdır. Kütləvi mahnı, teatr musiqisi
də müasir incəsənətimizin ən parlaq səhifələrindəndir.
Azərbaycanın iki görkəmli bəstəkarlarının – Ü.Hacıbəyli və
M.Maqomayevin yubileyləri qeyd ediləndə qocaman bəstəkarı-
mız, mahnı janrının ən görkəmli nümayəndələrindən biri S.Rüs-
təmov yazırdı: “Onlar Azərbaycan musiqi incəsənətində əsl inqi-
lab etmişlər. Onların yaradıcılığı xalqa, insanlara xidmətin ən
parlaq nümunəsidir.... Əgər Ü.Hacıbəyli Azərbaycan peşəkar
musiqisindən ölməz bir dastan yaratmışsa, M.Maqomayev bu
dastanı heç vaxt öz təravətini itirməyən yeni səhifələrlə zəngin-
ləşdirmişdir. Xalqın sevimlisi olmaq, onun böyük hörmətini qa-
zanmaq – bəstəkar üçün bundan qiymətli nə ola bilər?! Ü.Hacı-
bəyli və M.Maqomayev məhz belə sənətkar, belə dahi olmuşlar.
Azərbaycan incəsənətində onların açdıqları və bu gün xeyli şa-
xələnib qol budaq atmış yol, indi ölkəmizin hüdudlarından kəna-
ra adlamışdır”.
1
Görkəmli Azərbaycan bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı,
dövlət mükafatları laureatı F.Əmirov da Ü.Hacıbəyli və M.Ma-
qomayevin incəsənətdə keçdikləri qəhrəmanlıq yolunu yüksək
qiymətləndirmişdir: “Onların musiqi sahəsindəki qəhrəmanlığı,
bir insan kimi fədakarlıqları, Azərbaycan incəsənətinin taleyində
onların fəaliyyətinin əhəmiyyəti gözlərimiz önündə yeni, böyük
bir qüvvə ilə canlanır. Və Azərbaycan xalqının mədəniyyət
tarixinə hələ də böyük maraq doğuran ən parlaq səhifələrindən
birini yazmış bu iki qəhrəmana adamın qəlbində böyük mə-
həbbət və minnətdarlıq hissləri oyadır”.
2
1
“Baku” qəzeti 20 dekabr 1965-ci il.
2
“Bakinski raboçi” qəzeti, 13 dekabr 1965-ci il.
227
Müasirimiz dahi bəstəkar Q.Qarayev Azərbaycan musiqi mə-
dəniyyətinin çiçəklənməsində klassik bəstəkarların varislik əla-
qələrinin böyük rol oynadığını göstərirdi: “Ü.Hacıbəyli və onun
yorulmaz məsləkdaşı M.Maqomayev Azərbaycan incəsənətində
dərin iz salmışlar. Azərbaycan bəstəkarları Ü.Hacıbəyovdan və
M.Maqomayevdən aldıqları estafeti irəli aparmaqda davam edir,
xalqa namusla və fədakarlıqla xidmət göstərir, çoxmillətli sovet
musiqi mədəniyyətinin daha da çiçəklənməsi üçün əllərindən gə-
ləni əsirgəmirlər”
1
.
Azərbaycan xalqı digər dünya şöhrətli bəstəkarlarımız Ü.Ha-
cıbəyli, Q.Qarayev, F.Əmirov kimi M.Maqomayevin də xatirəsi-
ni əziz tutur. Belə ziyalıların, görkəmli mədəniyyət xadimlərinin
həyatını və yaradıcılığını öyrənmədən Azərbaycan mədəniyyət
tarixini bilmək qeyri-mümkündür. Nə qədər ki, xalqımız, millə-
timiz yaşayır, onun ziyalılarının, ədiblərinin, mədəniyyət xadim-
lərinin də xatirəsi daim yaşayacaq, əsərləri tədqiqat obyekti olacaq.
1
“Pravda” qəzeti, 23 dekabr 1965-ci il.
228
IV HİSSƏ
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNİN İNKİŞAFI.
DÖVRÜN ÜMUMİ SƏCİYYƏSİ.
Azərbaycan musiqi teatrının təşəkkülü Üzeyir Hacıbəyli,
Zülfüqar Hacıbəyov və Müslüm Maqomayevin adları ilə sıx
bağlıdır. Onlarla birlikdə Azərbaycan musiqi teatrı entuziastları
sırasına H.Q.Sarabski, H.Ərəblinski, M.Terequlov, Ə.Ağdamski,
M.A.Əliyev, Q.Pirimov kimi görkəmli xadimlər daxil idi. Teatr
uğrunda mübarizə qısa bir zamanda bu insanların həyatlarının
ayrılmaz hissəsinə çevrildi. Onlar Azərbaycan milli musiqi mə-
dəniyyətinin inkişafı, onun xalq yaradıcılığı ilə qırılmaz əlaqəsi
uğrunda mübarizə aparırdılar.
Hələ inqilaba qədər onlar qabaqcıl Azərbaycan ziyalıları ilə
bir sırada bir çox musiqi-maarif əhəmiyyətli tədbirlərin təşkilat-
çısı və bilavasitə iştirakçısı olmuşlar. M.Maqomayev və Z.Hacı-
bəyov Ü.Hacıbəyliyə dəstək olaraq musiqi həyatının bu və ya
digər sahələrində fəaliyyət göstərirlər.
Azərbaycan musiqi teatrı çox ağır bir şəraitdə formalaşırdı.
Onun yaradıcıları həm xalqın geridə qalmağı, həm də mürtəce
qüvvələrin yaratdığı maneələrə də sinə gərməli olurdular. Teatr
həm də daim böyük maddi çətinliklərlə üzləşirdi.
İlk dövrlərdə bölmələrindən biri musiqi teatrı olan “Nicat”
xeyriyyə cəmiyyəti Azərbaycan teatrına qarşı ikili siyasət yeri-
dirdi. Bir tərəfdən bu cəmiyyət ilk Azərbaycan operaları və mu-
siqili komediyaları hesabına varlanırdı, digər tərəfdən isə cəmiy-
yətin daxilində baş verən demokratik qüvvələrin möhkəmlənmə-
si və geniş kütlələr arasında musiqili teatrın nüfuzunun güclən-
məsi, mürtəce qüvvələr tərəfindən kəskin təzyiqlərə məruz qalır-
dı. Azərbaycan teatrının geniş tamaşaçı kütlələrinə olan ideya tə-
siri milliyyətçi-burjua ideoloqlarının müqaviməti ilə qarşılaşırdı.
“Nicat” cəmiyyətinin daxilində gedən bu ideoloji mübarizənin
kəskinləşməsi nəticəsində rəhbərlik tamamilə irticaçıların əlinə