251
Yuxarıda qeyd edildiyi kimi, 1910-cu ildə bəstəkar ilk əsəri
olan “Əlli yaşında cavan” operettası üzərində işini başa çatdırır.
1911-ci il fevralın 8-də bəstəkar operettanın ana dilində əlyaz-
masını iki nüsxədə Tiflis mətbuat komitəsinə təqdim edərək, te-
atr səhnələrində pyesin tamaşaya qoyulmasına icazə istəyir. Bu
sənəd belə imzalanmışdır: “Tiflisdə yaşayan Şuşa şəhəri sakini
Zülfüqar bəy Hacıbəyovdan”.
1
1911-ci il fevralın 21-də Qafqaz canişini dəftərxanası xəbər
verir: “10 fevral tarixli 345 №-li təqdimata görə dəftərxana bil-
dirir ki, əlahəzrət imperatorun Qafqaz canişini komitənin təqdi-
matda adı çəkilən Zülfüqar bəy Hacıbəyovun tatar dilində yazıl-
mış “Əlli yaşında cavan” pyesində senzura qaydalarına əks heç
bir şey olmadığı üçün senzura haqqında Nizamnamənin 84-cü
bəndinə müvafiq olaraq verdiyi şəhadətnaməyə əsaslanaraq Qaf-
qaz səhnələrində onun tamaşaya qoyulmasuna icazə verir. Pye-
sin əsli sahibinə qaytarılır”.
2
Azərbaycan aktyorları Tiflisdə olar-
kən Z.Hacıbəyov operettanı tamaşaya qoyur.
“Zaqafqaziya”, “Qafqaz”, “Kaspi” qəzetləri məlumat verdi
ki, “aprelin 29-da, cümə künü gürcü zadəkanları teatrında Tiflis
dram dərnəyi Zülfüqar bəy Hacıbəyovun üç pərdəli, dörd şəkilli
“Əlli yaşında cavan” adlı ilk tatar operettasını tamaşaya hazırla-
yır. Musiqisi müəllifindir. Süjet müasir həyatdan alınmışdır, ko-
mik məzmundadır. Tamaşaya müəllif özü dirijorluq edəcək, ta-
tar dilini bilməyənlər üçün libretto rus dilində çap olunmuşdur.
3
Yerli mətbuatın məlumatlarından göründüyü kimi tamaşa
böyük maraq doğurmuşdur. Pyes və artistlərin oyunu haqqında
da qəzetlərdə rəylər çap olunur. Həmzət bəy Kabulov (Şirvan-
ski)
4
adlı bir nəfər yazırdı ki “Əlli yaşında cavan” operettasının
tamaşaya qoyulduğu gün Tiflis müsəlmanlarının xatirində uzun
1
Gürcüstan SSR MDTA, fond 480, siyahı 2, iş 681 (s. 40).
2
Yenə orada (s. 38).
3
27 aprel 1911-ci il tarixli “Qafqaz”, 28 aprel 1911-il tarixli “Zaqafqazi-
ya” və “Kaspi” qəzetləri.
4
Publisist Həmzət bəy Kabulov (Şirvanski onun təxəllüsdür) 1912-ci ildə
Tiflisdə vəfat etmişdir.
252
müddət qalacaq.
1
Daha sonra o yazır ki, onlar ilk dəfə doğma
dillərində müasir həyatdan alınmış, öz mühitlərindən çıxmış mü-
əllifin qələminin məhsulu olan operetta gördülər. İfaçıların
oyunlarından bəhs edəcək, rəyçi qeyd edir ki, tamaşada profes-
sional artistlər deyil, yerli müsəlman dram dərnəyinin həvəskar-
lar oynayırdılar. Rəyçi tamaşanın uğur qazanmasında ribretto
müəllifi və dirijor – Z.Hacıbəyovun böyük rolunu qeyd etmişdir.
Tamaşa təkrarən 1911-ci il avqustun 8-də “Gürcü zadəkanları”
teatrında getmişdir.
2
Onu bəstəkarın təşkil etdiyi truppa tamaşa-
ya hazırlamışdı. Baş rollarda cənab Sidqi (söhbət Azərbaycan
milli səhnəsinin görkəmli aktyoru Sidqi Ruhulla haqqında ge-
dir), Göyərçin xanım (müsəlman səhnəsində qadın rollarının ilk
ifaçısı Şaynovanı belə adlandırırdılar), Quliyev M., Quluzadə
M., Ələsgərov, Şabanov və b. oynayırdılar. Yerli qəzetlərdən bi-
rinin aşağıdakı məlumatı çox xarakterikdir: Bu münasibətlə ope-
ranın iştirakçısı və məsul sərəncamçı kimi, Bakı səhnəsinin gör-
kəmli artisti M.A.Əliyev dəvət olunmuşdur”.
3
Obrazların musiqi
dəqiqliyi, melodiklik, kəskin satira camaatın böyük marağına sə-
bəb olmuşdur. Pyesin məzmununu təhlil edən qəzet göstərir ki,
Üzeyir Hacıbəylinin musiqili komediyalarında olduğu kimi,
“Əlli yaşında cavan” operettasında da Azərbaycanın müasir məi-
şətinin bəzi cəhətləri aşkara çıxarılır, imtiyazlı siniflərin – zadə-
kanların, burjuaziyanın və ruhanilərin qüsurları tənqid olunur.
Qəzetdə bu komediyanın əsas əziyyətlərindən biri haqqında da
yazılmışdır. Bu onun məzmununun sadəliyindən və öz musiqi-
liliyi, dramatik situasiyaların kəskinliyi sayəsində geniş xalq
kütlələri üçün anlaşıqlı olmasından ibarətdir.
Estetik adlı bir rəyçi qeyd edir ki, operetta bir neçə dəfə Tif-
lisdə və Naxçıvanda getmişdir. O, yazır ki, ümumiyyətlə, bu sü-
jetdə operetta Avropa səhnəsində müsəlman səhnəsində oldu-
ğundan daha müvəffəqiyyətlə gedə bilərdi, çünki biz, müsəl-
manlar taleyin hökmü ilə elə bir vəziyyətə düşmüşük ki, operet-
1
“Zaqafqaziya” qəzeti, 13 may 1911-ci il.
2
Yenə orada, 6 avqust 1911-ci il.
3
Yenə orada, 13 avqust 1911-ci il.
253
talarımız da “məfkurəvi” olmalıdır. Beləliklə də, camaatı estetik
və mənəvi cəhətdən tərbiyələndirmək olardı.
Bir faktı da qeyd etmək maraqlıdır. Qəzet yazır ki, Üzeyir bəy
Hacıbəylinin musiqisi (mətbuat çox vaxt Zülfüqar və Üzeyir Hacı-
bəyovları dolaşıq salırdı – Red.) “xoş təsir bağışlamışdır və ümu-
miyyətlə bir qədər üzərində işlənsəydi və dəyişdirilsəydi o, daha
uğurlu ola bilərdi”.
1
Rəyçi baş rolların ifaçılarından Orduxan bəy
rolunda çıxış edən istedadlı komik Mirzə Ağa Əliyevə və onun
həmkarı Muradxan bəy rolun ifaçısı Hacı Ağa Abbasova üstünlük
verir. O biri rolların ifaçılarından “nökər rolunda çıxış edən Tere-
qulov və Haqverdiyev cənablarının yaxşı oyununu və oxumasını
qeyd edir”.
Q.Süheyli də Mələk xanım rolunda pis oynamırdı, ancaq
onun qadın səsi ilə oxuması yaxşı təsir bağışlamırdı. Təəssüf ki,
Sənəm rolunda Tamara çox süst oynayırdı, oxumağı isə daha pis
idi. Dadaşov və Məmmədov cənabları isə yaxşı oxuyurdular, an-
caq oyunları çox zəif idi. Xor da nisbətən yaxşı oxuyurdu. Şid-
dətli şimal küləyi əsməyinə baxmayaraq, tamaşada adam çox idi.
Şübhə yoxdur ki, tamaşa haqqında rəy müəllifin bir-birinə zidd
olan mülahizələri ilk növbədə komediyanın ictimai mahiyyətindən
irəli gəlirdi. Yerli mətbuatın məlumatlarından göründüyü kimi, ta-
maşa böyük marağa səbəb olmuşdu. Təəccüblü deyil ki, tamaşa 3-4
dəfə təkrar edilmiş və zal həmişə adamla dolu olmuşdur.
“Kaspi” qəzeti yazır ki, qurban bayramı günü Zülfüqar bəy
Hacıbəyovun iştirakı ilə İrəvanda dram sənəti həvəskarları tama-
şa vermişlər və o çox uğurlu keçmişdir. Sonra qəzet yazır:
“Ümumiyyətlə, son zamanlar irəvanlılar teatra rəğbət bəsləyirlər
və bütün tamaşalarda çoxlu pul vəsaiti toplanır. Bu isə bir daha
operettanın müvəffəqiyyət qazandığını təsdiq edir.”
Komediyanın çox tezliklə tamaşaçıların hüsn-rəğbətini qazan-
dığını belə bir fakt da təsdiq edir ki, “Əlli yaşında cavan” bu illərdə
artıq Tiflisdə, Bakıda, Naxçıvanda, İrəvanda, Culfada, Şuşada və
həmçinin xaricdə – müəllifin rəhbərlik etdiyi Azərbaycan musiqi
truppasının İran şəhərlərinə qastrolları zamanı səhnələşdirilirdi.
1
“Kaspi” qəzeti, 27 aprel 1912-ci il, № 95.
Dostları ilə paylaş: |