248
buna çox böyük ehtiyac var idi, çünki mahnı həyat hadisələri ilə
daha tez səslənir, onları canlı əks etdirirdi. Azərbaycanda ilk
kütləvi mahnıların müəllifləri Üzeyir Hacıbəyov və Müslüm
Maqomayev olmuşlar. Z.Hacıbəyovun da musqisi bu dövrdə ye-
ni məzmun kəsb etdi. Bəstəkar öz mahnılarında müasir mövzu-
lara toxunurdu. O, yeni insanlar haqqında (“Kənd qızı”, “Çoban
qız”, “Əsgər nəğməsi” və başqaları. Bəstəkar başa düşürdü ki,
kütləvi mahnıların yaradılması zamanın tələbidir.
20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranan kütləvi
mahnılar Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığının ilk
nümunələri idi. Bu mahnıların bəziləri marş janrında yazılmışdı
(məsələn, “Əskər nəğməsi”).
Qeyd etmək lazımdır ki, müasir Azərbaycan qızının (“Kənd
qızı”, “Çoban qız”, “Kənd qadını”) obrazının mahnılarda təcəs-
sümü bəstəkarı çox düşündürürdü. Mahnılar ən vacib mövzulara
toxunur, azadlığa çıxmış azərbaycanlı qadın obrazını tərənnüm
edirdi. Bu, yeni həyata qədəm qoyan gəncliyin şən nəğməsi idi.
Z.Hacıbəyov başqa musiqi janrlarına da müraciət edir. Bəstə-
karın yaradıcılığı yeni məzmun kəsb edir. O, öz əsərlərində icti-
mai əhəmiyyəti olan zəruri mövzulara toxunur.
O, bir neçə il (1933-37) Azərbaycan radio verilişləri şəbəkə-
sinin musiqi bölməsinin bədii rəhbəri işləyir, xalq musiqisindən
ibarət konsertlərin təbliğat istiqamətinə böyük diqqət yetirir.
Onun təşəbüsü ilə “Qızıl əskər sarayı”nda Azərbaycan bölməsi
təşkil olunur. Bölmənin vəzifəsi respublikanın rayonlarında xalq
müğənni və ifaçılarını aşkar etmək idi.
1937-ci ildə Zülfüqar Hacıbəyov Azərbaycan estradasına bə-
dii rəhbər vəzifəsinə dəvət olunur və burada onun təşkilatçılıq
bacarığı üzə çıxır.
Z.Hacıbəyov musiqi sənətinin bir çox janrlarında əsərlər yara-
dır, musiqi-təbliğatçılıq fəaliyyətilə məşğul olur. Zülfüqar bəy
simfonik musiqi sahəsində də gücünü sınamışdır. 1932-ci ildə
“Kölə qadınların rəqsi” adlı kiçik bir simfonik pyes bəstələmişdir.
249
Zülfüqar Hacıbəyov oğlu-bəstəkar və dirijor SSRİ Xalq ar-
tisti Niyazi
1
ilə birlikdə görkəmli Azərbaycan yazıçı-dramaturqu
C.Cabbarlının pyesi əsasında 1936-cı ildə çəkilmiş “Almaz” ki-
nofilminə musiqi yazmışdır.
Z.Hacıbəyov Zakir Bağırovla birgə Azərbaycanda Sovet ha-
kimiyyəti qurulmasının 30 illiyinə həsr olunmuş kantata yaradır.
Bəstəkarın şəxsi arxivində “Onda elə, indi belə”, “Yarış”, “Kişi-
də sevgi bir olar”, “Evlənirəm”, “Mən ağlaram, o gülər”, “Biça-
rə Xavər”, “Məşədi Xudunun məişət həyatı” adlı operettaların
librettoları və musiqi eskizləri tapılmışdır. Onun son əsərlərin-
dən biri də fortepiano ilə simfonik orkestr üçün yazdığı “Azər-
baycan qadınının rəqsi”dir. Bəstəkarın arxivində onun Nizami-
nin “İsgəndərnamə” poemasının motivləri əsasında Abdulla Şai-
qin yazdığı librettoya “Nüşabə” operası üzərində işlədiyini gös-
tərən çoxlu material qalmışdır “Nüşabə” operasının musiqi ma-
terialı bəstəkarın böyük yaradıcılıq planları olduğunu sübut edir.
Z.Hacıbəyovun əsərləri geniş dinləyici auditoriyasının rəğbə-
tini qazanmışdır.
Sovet hökuməti Z.Hacıbəyovun Azərbaycan musiqi mədə-
niyyətinin inkişafındakı xidmətini yüksək qiymətləndirmişdir.
O, 1944-cü ildə “Qafqazın müdafiəsinə görə”, 1945-ci ildə “Bö-
yük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları,
1946-cı ildə incəsənət sahəsində məhsuldar fəaliyyətinə görə
“Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəstəkara incəsənət sahəsində səmərəli fəaliyyətinə görə
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri
adı verilmişdir.
Saysız-hesabsız musiqi materialları, yarımçıq qalmış işləri
göstərir ki, bəstəkar ömrünün son illərində belə, maraqlı və ge-
niş yaradıcılıq planları ilə yaşayırmış.
Zülfüqar Hacıbəyov 1950-ci ildə sentyabrın 30-da vəfat et-
mişdir. Onun adı Azərbaycan musiqi mədəniyyətinin tarixində
özünəməxsus yer tutur.
1
Zülfüqar Hacıbəyovun oğulları da musiqiçi olmuşlar. Bir oğlu Niyazi gör-
kəmli Az. dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, o
biri oğlu Çingiz Hacıbəyov tanınmış dirijor, Az. SSR Əməkdar artisti olmuşdur.
250
II fəsil
Musiqili komediyaları
Üzeyir Hacıbəyli Azərbaycan musiqili komediyasının yaran-
masında başlıca rol oynamışdır. Komediya janrı Üzeyir Hacıbəyli
üçün öz dövrünün bir çox qüsurlarını – feodal-patriarxal məişəti-
nin satqınlığını, riyakarlığını və s. qamçılamaq üçün gözəl bir va-
sitə idi. İnqilaba qədər yaranmış musiqili komediyalar bu gün də
geniş xalq kütlələri tərəfindən sevilir və böyük rəğbətlə qarşılanır.
Hamı üçün anlaşılan musiqi, həqiqi demokratizm Azərbaycanda
musiqili komediya janrının gələcək inkişafını təmin etdi.
Üzeyir Hacıbəylinin ilk musiqili-səhnə əsərləri kimi, Zülfü-
qar Hacıbəyovun da ilk yaradıcılıq addımları Azərbaycanda mu-
siqili səhnə janrının yaranmasına təkan verdi. Tezliklə Üzeyir
Hacıbəylidən sonra onun böyük qardaşı Zülfüqar Hacıbəyov da
musiqili komediya janrına müraciət etdi.
Hacıbəyov qardaşlarından ibarət müdiriyyət. Bakı.
1918-1919-cu il mövsümü.