254
Bu komediya o vaxt üçün səciyyəvi
olan komik-məişət süjet-
lidir. Komediya janrı dövlətli sinifləri tənqid etmək Azərbaycan
qadınının hüquqlarını, onun cəmiyyətdə, ailədə müstəqilliyini
müdafiə etmək üçün Zülfüqar Hacıbəyovun əlində gözəl vasitə
idi. Beləliklə, köhnə qayda-qanunları tənqid edərək, o, Azərbay-
can qadınının əsarətdən azad edilməsi uğrunda təbliğat aparırdı.
Zülfüqar da Üzeyir Hacıbəyli kimi ərlə arvad arasında bərabərlik
məsələsini cəsarətlə təbliğ edirdi. Zülfüqar Hacıbəyov ənənəvi
“ailə” mövzusunu patriarxal Azərbaycan məişətinə köçürərək öz
dövrünün ziddiyyətlərini, ilk növbədə, ər-arvad münasibətlərində-
ki bərabərsizliyi böyük bir sənətkar kimi əks etdirməyə çalışırdı.
İnqilabdan əvvəlki məzhəkələrin əksəriyyətinin mənəvi süje-
ti ərlə arvad arasında qarşılıqlı münasibətlər, küsüşmələr, pyesin
sonunda isə barışmalar üzərində qurulurdu.
Bir çox məzhəkələrdə olduğu kimi, “Əlli yaşında cavan” ko-
mediyası da ərlərinə kələk gələn arvadların hiyləgər əməllərini
təsvir edir. Əyləncəli məzmuna malik olan komediya o dövrün
meşşanlığını əks etdirir.
Bu əsərin qadın qəhrəmanları, Üzeyir Hacıbəylinin “Ər və ar-
vad” musiqili komediyasının qəhrəmanı Minnət kimi ailələrini da-
ğıtmır, ərlərinin yalanının üstünü açaraq, güzəştə gedirlər. Onlar ər-
lərini hər cür hücumdan müdafiə etməyə çalışırlar. Bu qadınların
yekanə məqsədi ailədə öz mövqelərini qoruyub saxlamaqdır.
Ü.Hacıbəylinin “Ər və arvad” komediyasında olduğu kimi,
Z.Hacıbəyovun “Əlli yaşında cavan” operettasında da nökər su-
rətləri mühüm yer tutur. Bütün hadisələr bilavasitə onların iştira-
kı ilə baş verir.
“Əlli yaşında cavan” komediyasında əsas hadisə son pərdəyə
qədər inkişaf edir. Son pərdə isə bütün pyesin kulminasiya nöq-
təsidir.
Z.Hacıbəyov bu komediyada geyim dəyişmək kimi ənənəvi
məhzəkə üsulundan istifadə edir. Bu üsulu biz Ü.Hacıbəylinin
“Ər və arvad” komediyasında görurük.
Musiqi bu əsərdə əhəmiyyətli yer tutur, ancaq o, hadisəni
idarə etmir, onu ancaq tamamlayır. Bu da Ü.Hacıbəylinin “Ər və
arvad” komediyası ilə oxşar cəhətlərindən biridir. “Əlli yaşında
255
cavan”ın musiqisi əsas etibarilə mahnı və rəqslərdən ibarətdir.
Bunlar komediyanın ümumi xarakteri ilə bağlı olan tamaşanı
şən, canlı musiqi ilə bəzəyən ayrı-ayrı nömrələrdən ibarətdir.
Musiqili komediya 18 nömrədən ibarətdir. Bəstəkar əsərin
hər bir qəhrəmanını kiçik kupletlərlə xarakterizə edir. Bəylər –
Muradxan və Orduxan çox vaxt kiçik musiqili-dialoq səhnələri
ilə xarakterizə olunurlar. Bu səhnələr yumoristik xarakter daşı-
yır. Üzeyir Hacıbəylinin musiqili komediyalarından fərqli olaraq
“Əlli yaşında cavan”da xor parçaları azdır. Bu da Z.Hacıbəyo-
vun əsərini məzhəkəyə yaxınlaşdırır. Bu musiqili komediya
Azərbaycan səhnəsində məzhəkə janrının mənimsənilməsində
ilk mərhələdir.
Sovet hakimiyyəti illərində “Əlli yaşında cavan” musiqili
komediyası Bakıda və ölkəmizin başqa şəhərlərində dəfələrlə
səhnələşdirilmişdir. 1911-ci ilin iyun ayında Tiflisdə “On bir
yaşlı arvad və ya Varlı” musiqili komediyasının ilk tamaşası ol-
du. Bu musiqili komediya da feodal məişətinə, avamlığa, qadına
cahil münasibətə qarşı çevrilmişdir. Müəllif Azərbaycan tacirlə-
rinin patriarxal məişətini kəskin tənqid edir. Aydındır ki, bu ha-
kim dairələrin nümayəndələrinin xoşuna gələ bilməzdi, buna gö-
rə də elə ilk tamaşadan sonra operetta yerli polis tərəfindən mü-
sadirə olundu. Tamaşanın quruluşunu müəllif özü vermişdi.
“Evliykən subay” operettasını Z.Hacıbəyov 1912-ci ilin əv-
vəlində, Naxçıvanda yaşayarkən yazmış və senzuradan keçirmək
üçün mətbuat işləri üzrə Tiflis komitəsinə təqdim etmişdir. Rəs-
mi icazə isə bir ildən artıq vaxt keçdikdən sonra, yəni 1913-cü il
noyabrın 7-də verilmişdir.
1
1913-cü il fevralın 11-də teatr ətrafında gedən mübahisələr vax-
tı çox mürəkkəb şəraitdə Azərbaycan musiqili teatrı Bakıda Zül-
füqar Hacıbəyovun “Evliykən subay” operettasını tamaşaya qoydu.
Bu operettanın məzmununu nağıl edərkən Z.Hacıbəyov onu qısaca
olaraq belə xarakterizə etmişdir: operetta çoxarvadlıq məsələsinə
həsr olunmuşdur və süjeti müasir həyatdan götürülmüşdür.
1
Mətbuat işləri üzrə Tiflis komitəsinə Z.Hacıbəyovun 15 fevral 1912-ci il
tarixli ərizəsi. Gürсüstan SSR MTA, fond 180, siyahı 2, iş 913, s. 235, 236, 237.
256
“Evliykən subay” musiqili komediyası.
Soldan: Hürzad –Mironova, Kəblə Hacı – Əhməd Səfayi,
Pərzad – Münəvvər Kələntərli. 1940-41-ci illər.
Tamaşanın təşkilatçıları azərbaycanlı qadınların da qayğısına
qalmışdılar. Qadınları teatra cəlb etmək üçün bəzi lojalar (əsas
etibarilə birinci yarusun lojaları) nazik şəffaf parça ilə örtülmüş-
dü ki, lojada oturan qadınları heç kim görməsin, onlar isə həm
səhnəni, həm də tamaşa zalını görə bilsinlər.
Əvvəlki musiqili komediya kimi, “Evliykən subay” da inqi-
laba qədərki Azərbaycanın feodal məişətinin eybəcərliklərinin
kəskin tənqidi mövzusuna həsr olunmuşdur.
Operettanın baş qəhrəmanı tacir Kəblə Hacıdır. Bu obrazla
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” məşhur komediyası-
nın qəhrəmanı Məşədi İbad arasında ümumi cəhətlər çoxdur.
Kəblə Hacı da həyatın mənasını Məşədi İbad kimi pulda görür-
dü. O, əmindir ki, pulla istədiyi cavan qızı ala bilər. Müəllif
Kəblə Hacının avamlığını, mədəniyyətsizliyini hər vasitə ilə nə-