245
bəyovun yeni operası dünənki tamaşadan sonra mövsümün re-
pertuarına daxil olacaq.
1
“Aşıq Qərib” operasının üçüncü tama-
şası 1916-cı il sentyabrın 9-da olmuşdur. 6 sentyabr tarixli “Kas-
pi” qəzeti xəbər verirdi ki, “...cümə günü sentyabrın 9-da Ma-
yılov qardaşlarının teatrında Hacıbəyov qardaşlarının opera trup-
pası Zülfüqar bəy Hacıbəyovun yeni “Aşıq Qərib” operasını gös-
tərəcək. Operada görkəmli müsəlman artistləri iştirak edəcək”.
2
Z.Hacıbəyovun inqilabdan əvvəlki geniş maarifpərvər fəaliyyəti
Azərbaycanın hüdudlarından çox kənara çıxırdı. Bəstəkarın şəxsi ar-
xivində Xalq Komissarları Sovetinin fəhlə və əskər deputatları Sove-
tinin icraiyyə komitəsinin sərnişin daşınmasını tənzimləyən komissi-
yasına 22 may 1918-ci il tarixli 5436 №-li ərizəsi qalmışdır. Ərizədə
Bakı Sovetinin İcraiyyə Komitəsi bildirir ki, Zülfüqar bəy Hacıbəyo-
va və onun truppasına Ənzəlidən İrana getməyə icazə verilmişdir və
onlara buraxılış vərəqəsi təqdim edilməsi xahiş olunur.
“Əlli yaşında cavan” musiqili komediyasının librettosunun titul səhifəsi.
Orucov qardaşlarının mətbəəsi 1915-ci il.
1
“Kaspi” qəzeti, 22 may 1916-cı il, № 113.
2
Yenə orada, 6 sentyabr 1916-cı il, № 119.
246
1918-ci ilin avqustunda bəstəkarın başçılıq etdiyi H.Sarab-
ski, M.A.Əliyev, H.Ərəblinski, Sidqi Ruhulla, Əhməd Ağdam-
ski, Ə.Hüseynzadə, Yeva Olenskayadan ibarət olan truppa İrana
qastrol səfərinə gedir. Truppa “Leyli və Məcnun”, “Əsli və Kə-
rəm”, “Aşıq Qərib”, “O olmasın, bu olsun”, “Əlli yaşında ca-
van”, “Evliykən subay” və başqa opera və musiqili komediyaları
İranın şəhərlərində uğurla tamaşaya qoyur.
1917-ci ildə Z.Hacıbəyov süjeti xalq rəvayətindən alınmış
“Üç aşiq və ya Məlikməmməd”
1
adlı opera üzərində işləyir. 20
oktyabr 1917-ci il tarixli “Kaspi” qəzeti yazır ki, müsəlman bəs-
təkarı Zülfüqar bəy Hacıbəyov 8 şəkilli fantastik süjetli yeni “Üç
aşiq” operasını başa çatdırmışdır.
2
Hazırda bu operanı yaxın
gələcəkdə tamaşaya qoymaq üçün ciddi hazırlıq görülür. Bu ta-
maşa üçün xüsusi geyimlər hazırlanır.Tamaşada 100 nəfərə qə-
dər adam iştirak edəcək”. Ancaq nə inqilaba qədər, nə də sovet
dövründə bu opera tamaşaya qoyulmadı.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
musiqi mədəniyyəti xadimləri qarşısında yeni, geniş yaradıcılıq
yolları açıldı. Ü.Hacıbəyov var qüvvəsi ilə musiqi-təşkilatçılıq işlə-
rinin ən müxtəlif sahələrində çalışmağa başladı. 1920-ci ildə o, Azər-
baycan SSR Xalq Hərbi-Dəniz komissarlığının Siyasi İdarəsinin
incəsənət şöbəsində dəftərxana müdiri işləyir. 1921-ci ildə o, klub-
teatr şöbəsinin rəisi, Siyasi idarənin siyasi-maarif hissəsinin rəisi
vəzifəsinə təyin olunur. Elə həmin ildə eyni zamanda “Qızıl əskər
sarayı”na (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Fi-
larmoniyası) rəhbərlik edir. Bəstəkarın şəxsi arxivində onun böyük
ictimai və siyasi fəaliyyətini əks etdirən maraqlı sənədlər saxlanılır.
Bu, N.Nərimanovun imzaladığı Azərbaycan SSR Xalq Komis-
sarları Sovetinin 10601 №-li vəsiqəsidir. Buna əsasən Z.Hacıbəyov
1921-ci ildə Azərbaycan SSR üzrə ilk hərbi səfərbərlik kampani-
yasını keçirən Mərkəzi Fövqəladə hərbi Komissiyanın üzvü təyin
olunur. 1922-ci il mayın 28-də Z.Hacıbəyova Hərbi-Dəniz İşləri
komissarı Əliheydər Qarayevin imzaladığı vəsiqə verilir. Bu vəsi-
1
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun tərçümeyi-halı Azərbaycan
SSR EA Respublika Əlyazmaları fondunun arxivi, inv. 50. T-3 (25).
2
“Kaspi” qəzeti, 20 oktyabr 1917-ci il, № 235.
247
qədə deyilir ki, “türk yazıçı-bəstəkarı Z.Hacıbəyova rus və türk
truppası təşkil etmək tapşırılır və bütün idarələrə musiqi-təşkilat və
maarif işində bəstəkara kömək etmək təklif olunur”
1
.
1924-cü ildə bəstəkar Azərbaycan diviziyasının hərbi təbliğat
işləri idarəsində çalışır. Təsadüfi deyil ki, Z.Hacıbəyov xüsusi təş-
viqat qatarının rəisi təyin olunur. Bəstəkarın başçılıq etdiyi təşviqat
qatarında tanınmış dram, opera musiqili komediya aktyorları və
başqa mədəniyyət xadimləri toplanmışdı. Bu qatarlar Zaqafqaziya-
nın geniş xalq kütlələrinə mədəniyyət işığı paylayırdı.
20-30-cu illər Azərbaycan musiqisi üçün də təşkilat illəri idi.
Fəhlə və qulluqçular üçün müxtəlif bədii studiyalar, xüsusi fəhlə
klubları təşkil olunur və onlar üçün komediya tipli musiqili səh-
nəciklər yazılırdı.
Z.Hacıbəyovun arxivindən, indiyə qədər naməlum olan mu-
siqili komediyanın əlyazması tapılmışdır. Müəyyən olunmuşdur
ki, onun librettosu və musiqi nömrələri titul səhifəsi itmiş “Diri
qəzet” jurnalının 5 sentyabr 1923-cü il tarixli nömrəsində çap
edilmişdir. Komediyanın bir neçə adı var: “Qayka”, “Klub”,
“İşıq ya zülmət”, “Ruhani həkim”. Bundan, belə nəticə çıxarmaq
olar ki, müəllif pyesin son adını müəyyənləşdirməmişdi. Ge-
riliklə mübarizənin yeni vəzifələrinə uyğun olaraq yaranmış üç
pərdəli bu əsər məhz fəhlə klubları üçün yazılmışdır.
Bu dövrün qüsurlarını qamcılamağın əsas bədii vasitələrin-
dən biri də satira janrı idi.
Z.Hacıbəyov aydın təsəvvür edirdi ki, dövrün bəlası geniş
xalq kütlələrinin azsavadlı olmasındadır. Buna görə də bəstəkar-
dramaturq var gücünü bu nöqsanlara yönəldir və onların aradan
götürülməsi yolunu göstərməyə cəhd edirdi.
1924-cü ildə Z.Hacıbəyov “Təzə komunxos” pyesi ücün mu-
siqi nömrələri yazmış və bu pyes Azərbaycan Tənqid-təbliğ Te-
atrı tərəfindən tamaşaya qoyulmuşdur.
20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Azərbaycanda
kütləvi mahnılar yazılır. Sosializm quruculuğunun ilk illərində
1
Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu. Azərb. SSR EA Respublika Əlyaz-
maları fondunun arxivi, inv. Q-3 (77). № 18.