207
M.Maqomayev “Şah İsmayıl”ın partiturasını klassik opera üslu-
buna yaxınlaşdırmışdı.
Böyük uğurla keçən ilk tamaşa, ictimaiyyət və mətbuat tərə-
findən müsbət qiymətləndirildi. Çoxsaylı resenziyalarda əvvəllər
tarla ifa olunan muğam parçalarının simfonik orkestrin ifasında
daha ifadəli və gözəl səslənməsi vurğulanırdı.
Tənqidçi Əziz Şərif M.Maqomayevin yenidən işlədiyi bu
operanın uğurlarını Azərbaycan xalqının mədəni həyatında əsl
inqilabi çevriliş, keçmişin ətalət zəncirlərini qıra-qıra irəliyə
doğru aparan zəfərli yürüş yolunda yeni bir mərhələ kimi dəyər-
ləndirirdi. O, yazırdı: “İrəliyə doğru bu yürüşün qarşısında heç
nə dayana bilməz, çünki bu yürüş, bu hərəkət təbiidir, ona görə
də məğlubedilməzdir”.
1
Doğrudur, əsəri başa düşməyənlər, buradakı yeniliklərin əleyhinə
çıxan mühafizəkarlar da tapıldı. Bu baxımdan “Kommunist” qəzeti-
nin 1924-cü il 5 dekabr tarixli nömrəsində dərc olunmuş resenziyaya
diqqət yetirək. Tənqidçi tamaşanı, buradakı yenilikləri açıq-aydın
dərk etmədiyindən, bəstəkarın cəsarətli novatorluğunu qəbul etmir
və düzgün qiymətləndirə bilmirdi. O, Maqomayevi tamaşada bir sıra
ziddiyyətlər yaratmaqda günahlandırır, librettoda eyni zamanda nəsr-
dən və şeirdən istifadə olunması onu heyrətləndirir və o, heç cürə ba-
şa düşə bilmirdi ki, nəyə görə Aslan şahın vokal partiyası Avropa
operaları üslubunda yazılıb və simfonik orkestrlə müşayiət edilir.
Şah İsmayılın partiyası isə başlıca olaraq şərq musiqisi elementləri
əsasında qurulub tarın müşayiəti ilə oxunur və s.
M.Maqomayev öz yaradıcılıq prinsiplərinə sadiq qalaraq be-
lə mənfi rəyli qəzet yazılarına əhəmiyyət vermirdi. Əsl yenilikçi
sənətkar olan M.Maqomayev daim öz üzərində işləyir, milli mu-
siqi mədəniyyətinin səviyyəsini zirvələrə qaldırmaq uğrunda
mübarizədən əl çəkmirdi, Azərbaycan opera sənətinin o dövr
üçün tələbləri səviyyəsində inkişafına çalışırdı. Belə gərgin
əmək nəticəsində M.Maqomayev otuzuncu illərin əvvəlində
“Şah İsmayıl” operasının sonuncu – üçüncü redaktəsini hazırladı.
1
“Yeni fikir” qəzeti, 29 aprel 1926-cı il.
208
“Şah İsmayıl” operasının mövzusu orta əsr aşıq dastanından
götürülüb.
Şah İsmayıl (1499-1524) görkəmli dövlət xadimi, Azərbay-
canın bir sıra dövlətlərini birləşdirib, Səfəvilər dövlətinin əsasını
qoymuş bacarıqlı sərkərdə idi. Onun Xətai təxəllüsü ilə yazdığı
şeirlər bütün Şərqdə məşhur olmuşdur.
Bu böyük şəxsiyyətdən danışan “Şah İsmayıl” dastanı xalq
arasında geniş yayılmışdı. Bunun əsas səbəblərindən biri bu idi
ki, dastanda xeyirlə şərin mübarizəsində xeyir qalib gəlir, ədalət
təbliğ olunurdu. Eyni zamanda dastanda geniş xalq kütlələrinin
zülmkar ağaların despotizminə və özbaşnalığına münasibəti də
parlaq şəkildə öz əksini tapmışdı. Dastanın məhz bu xüsusiyyət-
ləri M.Maqomayevi inqilab ərəfəsində yazdığı opera üçün ədəbi
əsas olaraq seçməyə sövq etmişdi.
Opera üzərində uzun illər işləyən, onun müxtəlif variantlarını
hazırlayan M.Maqomayev üçün süjetə aydın realist istiqamət
vermək çətin idi. Dastanın bütün əsas personajları – şah, onun
oğlu İsmayıl, Vəzir, Ərəbzəngi, Gülzarın atası – librettoda daha
fəal veriliblər. Operada öz taxt-tacı üzərində əsən qəddar şahla
onun cəsur və ədalətli vəliəhdi arasında münaqişə daha kəskin
yön alır. Dastanda epizodik obraz olan Vəzirlə əlaqədar hissələr
səhnə əsərində müstəqil darmaturji xətt kimi inkişaf etdirilib,
operanın humanist istiqaməti ön plana çəkilib.
Bəstəkar mövzunun sosial əhəmiyyətini artırmaq üçün əsərin
baş qəhrəmanlarından olan – cəngavər qadın Ərəbzənginin obra-
zını dolğun musiqi boyaları ilə qələmə alıb. Dastanda Şah İsma-
yılın sevgililərindən biri olan Ərəbzəngi operada ədalətin qalib
gəlməsi üçün mübarizə aparan obraz kimi verilir. Belə ki, əsərin
variantlarının birində Ərəbzəngi Şah İsmayılı məzəmmət edərək
deyir: “Mən səni əsl insan kimi təsəvvür eləyirdim, di gəl, sən
də hökmdarların yolu ilə getdin”. Operanın lirik xətti isə gənc
Şah İsmayılla Gülzarın məhəbbəti üzərində qurulub. Buna görə
də dastandakı bir sıra obrazlar – Şah İsmayılın sevgililərindən
biri – kör qız Gülpəri, onun qardaşları, habelə bu obrazlarla bağ-
lı epizodlar ixtisar olunub. Qeyd etmək lazımdır ki, bu dəyişik-
liklər opera janrının forma lakonikliyi, süjet xəttinin mümkün
209
qədər qısa olmasını tələb edən xüsusiyyətlərilə bağlı həyata ke-
çirilib.
1
M.Maqomayev operanın musiqisi üzərində işləyərkən muğa-
mat və Azərbaycan xalq musiqisinin digər janrlarından böyük sə-
nətkarlıq və həssaslıqla istifadə edir, lazım olan ritm və melodiya
çalarlarını müxtəlif səhnələrdə, dramaturji məqamlarda qəhrəman-
ların daxili aləminin müəyyən vəziyyətinə uyğunlaşdırırdı.
Məsələn, Gülzarla görüş zamanı İsmayılın qəlbində oyanan
sevgi hissləri (II səhnə) “Segah” muğamı ilə verilir. Bu improviza-
siyadan və ya “Ey çərx” epizodundan (III səhnənin əvvəlində Sega-
hın köməyilə itirilmiş məhəbbətin nisgili ifadə edilir) fərqli olaraq,
Ərəbzəngi ilə görüş səhnəsi musiqinin qəhrəmanlıq – dramatik xa-
rakteri ilə ifadə olunmuşdur. Bu, “Şah İsmayıl” tipli dastanların –
“qəhrəmanları sevməklə bərabər, qılınc vurmağı da yaxşı bacaran”
eposların janr xüsusiyyətlərinə tamamilə uyğun gəlir. Ərəbzəngi ilə
dialoq xalq arasında geniş yayılmış “Qarabağ şikəstəsi”nin intona-
siya inkişafı prinsipləri üzərində qurulmuşdur.
Bəstəkar öz qəhrəmanının obrazını yaradarkən, muğam im-
provizasiyaları ilə yanaşı, ənənəvi opera formalarına – ariyalara,
1
Operanın qısa məzmunu:
Münəccim möhtəşəm hökmdar Aslan şaha bildirir ki, ulduzların verdiyi
xəbərə görə dövrün məşhur hakimlərindən biri Şah İsmayıl tərəfindən qətlə
yetiriləcək. Oğlunun onu öldürəcəyini və taxt-tacına sahib duracağını fikirləş-
dikcə dəhşətə gələn Aslan şah İsmayılı başından eləmək üçün onu uzaq ölkə-
ləri işğal etməyə göndərir. Səfər zamanı şah İsmayıl ərəb əmirlərindən birinin
qızı olan Gülzara vurulur. Gülzarı isə zorla tacir Əbu-Həmzəyə nişanlayıblar.
Buna baxmayaraq qız da şah İsmayılı sevir, lakin tezliklə sevgililər bir-birin-
dən ayrı düşürlər. Günlərin bir günü Əmir ibn Tahirin qəbiləsi başqa yerə kö-
çür. Şah İsmayıl sevgilisini axtarmağa başlayır və Ərəbzəngi ilə rastlaşır.
Təkbətək döyüş vaxtı İsmayıl Ərəbzəngiyə qalib gəlir, başını kəsmək istəyən-
də onun dəbilqəsi düşür. İsmayıl görür ki, bu gözəl bir qızdır. Bundan sonra
Ərəbzəngi onun sadiq qulu olur. Uzaq dağ vadilərindən birində Əmir Əbu
Tahir qızı Gülzarın toyunu eləyir. Bu vaxt şah İsmayılın qoşunu buraya gəlir,
vuruşma başlanır. Ərəbzəngi Əbu Tahiri öldürür. Şah İsmayıl sevgililəri Gül-
zar və Ərəbzəngi ilə vətənə qayıdır. Aslan şah əmr eləyir ki, oğlunu öldürsün-
lər, lakin ətrafdakıların yalvar-yaxarı nəticəsində rəhmə gəlir. Deyir gözlərin
çıxarın. Lakin onun əmri yerinə yetirilmir. Aslan şaha zəhərli şərab verib öl-
dürürlər. Şah İsmayıl taxta çıxır.
Dostları ilə paylaş: |