210
ariozolara da müraciət edir. Bu xüsusiyyət çox maraq doğurur.
Bunu Azərbaycan operasının o dövrdə ilk uğurları kimi qiymət-
ləndirmək lazımdır. Qəhrəmanın operanın birinci pərdəsindən li-
rik, mahnıvari melodiyaya malik ariyası məhz bu səbəbə görə
böyük maraqla qarşılanaraq geniş yayılmışdır.
Bu operada Aslan şahın mahnı partiyasında muğam improvi-
zasiyaları yoxdur, onun musiqisini M.Maqomayev özü bəstələ-
yib. Onu da qeyd edək ki, Aslan şahın partiyası bariton, yəni
muğamat oxumaq üçün xarakterik olmayan səs üçün yazılmışdır
(məlum olduğu kimi, Azərbaycan xanəndələri yüksək səs temb-
rinə malik olurlar və onların ifasında falset mühüm rol oynayır).
M.Maqomayev Azərbaycan operasında böyük yeniliklər etməyə
can atan fərqli bəstəkarlardandır.
Dramaturji baxımdan Şah İsmayıla qarşı duran Aslan şah ob-
razını bəstəkarın böyük nailiyyəti kimi qiymətləndirmək lazım-
dır. Burada mənfi personajın xarakteri təkcə, necə deyərlər, ənə-
nəvi olaraq “qara” boya ilə təsvir olunmur. Mustəbid şah opera-
da mürəkkəb və ziddiyyətli xarakterə malik bir obraz kimi canla-
nır. Bu da bir daha əsərin təbiiliyinin, həyatiliyinin nümunəsidir.
Aslan şahın ariyası
211
Aslan şahın uvertüradan dərhal sonra başlanan birinci ariyası
ağır, kədərli hisslərlə doludur. Dinləyicini qəhrəmanın narahat
daxili aləmi ilə tanış edən bu ariya, operanın üvertürasında da
səslənir və dinləyici üçün bütövlükdə əsərin bir növ simvoluna
çevrilir. Ariyanın kədərli xarakteri birinci səhnənin emosional
ovqatını təcəssüm etdirir, onun mövzusu və məqamı isə bütün
opera boyu obrazın açılmasında böyük rol oynayır.
1
Aslan şahın partiyası bütövlükdə qəhrəmanın əhvali-ruhiyyə-
sində baş verən dəyişikliklərin, onun psixoloji vəziyyətinin mu-
siqi dili ilə açılmasına parlaq nümunə ola bilər. Bu partiya, hələ
inqilabdan əvvəl Azərbaycan opera sənətində bu janra məxsus
psixoloji realizm forma və metodlarından istifadə olunduğunu
aydın göstərir.
Bütün digər personajlar mərkəzi konflikt xətti ətrafında (Şah
İsmayıl – Aslan şah xətti) birləşir. Şah İsmayılla bağlı olan və
onun portretinin bütün cizgilərinin açılmasına kömək edən ob-
razlar arasında ikisinin – Gülzarla Ərəbzənginin partiyalarında
da klassik opera formalarına daha çox yer verildiyi görünür. Şər
qüvvələrə xas kin-küdürət, məkr, riyakarlıq hissləri saray vəziri-
nin obrazında öz ifadəsini tapır. Əsərə romantik opera xüsusiy-
yətləri təlqin edən yüksək emosional gərginlik vəzir partiyasının
traktovka üslubu ilə bir qədər də artırılır.
Əsərin qayə və məqsədinin açılmasında epizodik, lakin mu-
siqi baxımından parlaq olan obrazların – Münəccimin, Əbu-
Həmzənin, İbn-Tahirin və başqalarının xarakteristikası da öz sö-
zünü deyir.
“Şah İsmayıl”ın klassik opera partituraları ənənələrində yara-
dılması vokal ansamblların rolunun daha da artırılmasına aparır-
dı. “Şah İsmayıl”ın ansamblları hər şeydən əvvəl, bu və ya digər
səhnə məqamı ilə bağlı olaraq epizodun iştirakçılarını əhatə edən
ümumi əhval-ruhiyyəni, ovqatı ifadə edir.
1
“Bayatı Şiraz” muğamından bəstəkar operanın başqa səhnələrində də
istifadə edir. Məsələn, Aslan şahın əyanlarının təsvirində, “Əyanlar xorunda”,
Aslan şahla vəzirin duetində və başqa səhnələrdə.
213
Çünki klassik operalarda ifaçıların partiyaları bir-birindən
köklü surətdə fərqlənir. “Şah İsmayıl”da isə bu fərq və fərdiləş-
mə yoxdur. Lakin partiturada aydın ifadə olunan lirik dramatik
xarakterli ansambl da var. Bu, dördüncü səhnədə Gülzarla Şah
İsmayılın böyük hüzn ifadə edən (atanın meyidi üzərində ağla-
maq səhnəsi) duetidir.
“Gülzarın ağısı”
214
“Şah İsmayıl” operasında kütləvi xalq səhnələrinə, eyni za-
manda, məzmunun rəngarəngliyinə və səs materialının təşkilinə
görə müxtəlif olan xorlara üstünlük verilib. Nümunə olaraq “Ba-
harın gəlməsi” qızlar xorunu, Şah İsmayılın qoşunlarının xoru-
nu, toy xorunu, “Şəlalə” xalq melodiyası əsasında yaradılmış ye-
kun xorunu göstərmək olar.
“Toy xoru”
Klassik ənənələrə əməl edərək, kulminasiya anlarında bir ne-
çə epizodun vahid bir musiqi cərəyanı, hadisəsi ilə bağlanması
da dramaturgiya sahəsində bəstəkarın uğurlarından biridir.
Bu operada bəstəkarın səhnənin təşkilində istifadə etdiyi tipik va-
sitələrdən reçitativ və ariozo epizodlarının ardıcıl birləşdirilməsi, ha-
belə ansambl və xor səhnələrinə solo epizodların daxil edilməsidir.
“Şah İsmayıl” operasında müstəqil simfonik epizodların oy-
nadığı rol da nəzərdən yayınmamalıdır. Üvertüra, rəqs epizodları,
döyüş səhnəsinin musiqi təsviri, antraktlar və sairəni buna misal
göstərmək olar. Onların mövzu əsasını başlıca olaraq muğam
quruluşlu melodiyalar, habelə xalq rəqsləri üslubunda yazılmış