222
vokal partiyaları da xalq musiqisinin intonasiya və məqamları
ilə zəngindir. Mahnı, rəqs, muğam, təsnif və rəng janrlarının ça-
larlarını xatırladır, həm də janr ümumiləşdirilməsinin bu və ya
digər anı səhnə situasiyası ilə, qəhrəmanın ovqatı ilə bağlıdır.
Nərgizin ariyası
(II, I pərdə)
Nərgiz obrazında öz məhəbbətinə sadiq olan, istismarçılara
qarşı mübarizədə xalqın qalib gələcəyinə möhkəm inanan və qə-
ləbə üçün əlindən gələni əsirgəməyən sadə kəndli qızına məxsus
bütün insani keyfiyyətlər ümumiləşdirilib.
Dini xürafatın, mövhumatçıların hədə-qorxusundan çəkin-
məyərək hələ inqilabdan əvvəl səhnəyə gəlmiş ilk peşəkar azər-
baycanlı opera aktrisası, Şövkət Məmmədova Nərgiz rolunun ən
223
gözəl ifaçılarından biri olub. SSRİ Xalq artisti Şövkət Məmmə-
dova “Nərgiz” operası səhnəyə qoyulandan təqribən otuz il son-
ra yazıb: “Bu operada nə isə xüsusi bir gözəllik, lətafət vardır...
tamaşa nahaq yerə belə böyük müvəffəqiyyət qazanmayıb, həya-
tın patriarxal dayaqları ilə mübarizə aparan, qadın köləliyinə
qarşı üsyan etmiş bu sadə kəndli qızının taleyi mənə yaxşı tanış
idi... Nərgizin partiyasını mən həmişə böyük ruh yüksəkliyi ilə
oxuyurdum.”
Digər əsərlərində olduğu kimi, “Nərgiz” operasında da
M.Maqomayev istedadının ən güclü bir cəhəti – son dərəcə gö-
zəl vokal melodiyalar yaratmaq bacarığı parlaq şəkildə özünü
göstərmişdir.
“Nərgizin qəmgin mahnısı”
(II, III pərdə)
Lakin burada orkestrin də əhəmiyyətli rolunu qeyd etmək la-
zımdır. Əgər Azərbaycan bəstəkarlarının “Nərgiz”ə qədərki ope-
ralarında orkestr yalnız müşayiətçi kimi iştirak edirdisə, “Nər-
giz” operasında orkestr musiqinin ən mühüm ifadə komponent-
lərindən biri kimi çıxış edirdi.
Operada simfonik epizodlardan – üvertüradan, antraktlardan,
orkestr bağlamalarından və s. geniş istifadə olunub. Hələ “Şah
224
İsmayıl” operasında orkestri sabitləşdirməyə və onun tərkibini
böyütməyə cəhd göstərən Maqomayev bu partiturada simfonik
orkestrin tam ənənəvi tərkibindən istifadə edir.
Üvertürada “Nərgiz” operasının bütün tamaşa boyu drama-
turji ustalıqla açılan əsas ideyası öz əksini tapmışdır. Azərbay-
can operalarının üvertüraları arasında belə böyük proqrama ma-
lik simfonik lövhə yaradan üvertüralar azdır. Bu üvertürada əsə-
rin başlıca konflikti ümumiləşdirilib. Simfonik epizodlar arasın-
da yuxarıda adını çəkdiyimiz rəqs səhnələrinin musiqisini də
qeyd etmək vacibdir. Maqomayev bu və ya digər səhnənin ob-
razlı emosional atmosferinin ifadəsində də orkestr vasitələrindən
uğurla istifadə edir.
Proletar himni “Beynəlmiləl”in başlanğıc frazasının opera
musiqisinə üzvi surətdə daxil edilməsi də otuzuncu illər üçün cə-
sarətli addım idi və bu da böyük marağa səbəb olurdu. Üçüncü
pərdənin finalında ifa olunan həmin musiqi zülm və istismara
qarşı çağırış kimi səslənirdi.
M.Maqomayev “Nərgiz” operasında da xalq musiqisinin
milli əsaslarını klassik ənənələrlə müasir ifadə vasitələri ilə vəh-
dətdə götürmək xəttini davam etdirirdi. Bu işin təməli əsrin əv-
vəlində Ü.Hacıbəyli tərəfindən qoyulmuş sonra isə M.Maqoma-
yev tərəfindən “Şah İsmayıl” operasında davam və inkişaf etdi-
rilmişdi. M.Maqomayev “Nərgiz” operasının partiturasında bu
mənada daha irəli getmişdi: burada o, Azərbaycan musiqisinin
keyfiyyətcə yeni üslub cəhətlərini aşkara çıxarmışdı. Bu özünü
Azərbaycan musiqi folkloru elementlərinin çoxsəsli əsasda iş-
lənməsində, musiqisinin intonasiya məzmununun inqilabi rus
mahnıları və kütləvi sovet mahnılarının üslub xüsusiyyətləri he-
sabına genişləndirilməsində göstərir.
M.Maqomayevin folklora münasibəti xüsusilə diqqəti cəlb
edir. “Şah İsmayıl”da olduğu kimi, “Nərgiz” operasında da bəs-
təkar muğamlara əsaslanır, onun məqam boyalarından, özünə-
məxsus forma prinsiplərindən istifadə edir. Operanın bir çox
epizodları və bütöv səhnələri quruluşuna və inkişaf prinsipinə
görə muğam cizgiləri ilə peşəkar musiqi formalarının vəhdətin-
dən ibarətdir.
225
Musiqi materialının çox hissəsi orijinaldır, yəni folklorun üs-
lub qanunauyğunluqlarına əsaslanan bəstəkarın özü tərəfindən
yazılıb.
“Nərgiz” operasının tamaşaya qoyulması Azərbaycan opera
sənətinin uğurlarından biri idi və M.Maqomayevin keçdiyi bö-
yük yaradıcılıq yolunu nümayiş etdirirdi. Bu əsər M.Maqomaye-
vin musiqi yaradıcılığı sahəsində xeyli irəlilədiyini sübut edirdi.
“Nərgiz” operasının tarixi əhəmiyyəti Azərbaycan mədəniyyəti
üçün olduqca böyükdür.
“Nərgiz” operası müasir mövzuda yazılmış, ölkəmizdə əda-
lətsizliyə meydan oxuyan, zülmə qarşı amansız olan, tamaşaçıya
düzgün yaşamağı aşılayan ilk operalarından biridir. M.Maqoma-
yev Azərbaycan operasında öz azadlığı uğrunda mübarizə apa-
ran xalqı səhnəyə gətirən, xalqın arasından çıxmış kəndli qızını,
çobanı və fəhləni əsərin əsas qəhrəmanına çevirən ilk bəstəkar-
dır. Azərbaycanda ilk operanın musiqi-dramaturji inkişafında
yeni formalarına, musiqi dili problemlərinə münasibətdə yeni
ənənələrin təməlini qoyan yeni tipli operanın – “Nərgiz” opera-
sının böyük ideya əhəmiyyəti hər şeydən əvvəl bundadır.
Musiqişünas S.Korev M.Maqomayevin “Nərgiz” operasının
öz dövrünün mədəni inkişafında yerini yaxşı müəyyənləşdirib.
1938-ci ildə S.Korev “Raboçaya Moskva” qəzetində yazırdı:
“Nərgiz” – realist sovet operasıdır, dolğun ideyalı, dərin bədii
fikrə malik operadır. “Nərgiz” operası sovet musiqili teatrı tari-
xində – bizim üçün müasir olan sovet inqilabi, qəhrəmanlıq
mövzusunu əks etdirən, yüksək ideya – bədii səviyyədə yazılan
ilk böyük musiqili səhnə əsəridir.”
“Nərgiz”in müəllifi yüksək dövlət mükafatına layiq görüldü.
Görkəmli bəstəkara birincilər sırasında Azərbaycan SSR Əmək-
dar İncəsənət xadimi adı verildi.
Xalq M.Maqomayev sənətini humanist, mütərrəqqi, emosio-
nal gücünü yüksək qiymətləndirir. Artıq girişdə qeyd etdiyimiz
kimi Respublika dövlət Filarmoniyası, Bakının küçələrindən biri
bəstəkarın adını daşıyır.
M.Maqomayevin əsərləri Azərbaycan xalqının musiqi məişə-
tinə daxil olmuşdur. İstedadlı bəstəkarın bütün fədakar fəaliy-
Dostları ilə paylaş: |