229
keçir. Burjua ideolologiyasının təsirinə məruz qalan Azərbaycan
musiqi teatrı hər zaman özünün qabaqcıl demokratik mövqeyini
saxlayırdı, çünki teatr xadimlərinin əsas özəyi xalqla, qabaqcıl
mütərəqqi qüvvələrlə bağlı idilər. Lakin maddi cəhətdən xeyriy-
yə cəmiyyətindən asılı olduqlarına görə onlardan istifadə edərək
teatr sənətinin inkişafı uğrunda əzmlə çalışırdılar. Milli musiqi
teatrının mütərəqqi mövqelərinin möhkəmlənməsində ətrafına
həmfikirlərini toplamış Ü.Hacıbəylinin rolu müsrəsna idi. Mosk-
va və Peterburqa təhsil almağa getdikdən sonra teatr truppasına
M.Maqomayev, H.Q.Sarabski və Z.Hacıbəyov rəhbərlik edir.
Bu ağır zamanda onlar özlərinin bütün güclərini musiqi teatrının
gələcək inkişafına yönəldirlər. Gənc Azərbaycan teatrını gərgin
təzyiq altında saxlayan “nicatçılar” Ü.Hacıbəylinin, M.Maqoma-
yevin, Z.Hacıbəyovun ilk əsərlərini özləri üçün sərfəli müəssisə-
yə çevirməyə çalışırdılar. Ü.Hacıbəyli və M.Maqomayev cəmiy-
yətin maarifçilik məqsədləri deyil, daha çox kommersiya məqsə-
di güddüyünü çox gözəl anlayırdılar. Bununla əlaqədar onlar cə-
miyyəti tərk edir və Ü.Hacıbəylinin rəhbərlik etdiyi teatr truppa-
sı təşkil edirlər. 1916-cı ilin sentyabr ayında Bakıda Üzeyir və
Zülfüqar Hacıbəyov qardaşları tərəfindən “Ü. və Z.Hacıbəyov
qardaşları müdiriyyəti” yaranır.
1
Verilən məlumata əsasən trup-
panın tərkibinə H.Q.Sarabski, Ə.Ağdamski, M.A.Əliyev, D.Bağ-
datbəyov, X.Hüseynov, M.Hacınski, R.Darablinski, A.Anaplin-
ski, D.Cabarov, A.Hüseynzadə, M.Məmmədov, Hacıbababəyov,
A. və E.Olenskayalar və Lizina daxil idilər.
Şəxsi müdiriyyətin təşkili Hacıbəyov qardaşlarının Azərbay-
can milli sənətinin müstəqilliyi uğrunda uzun illər apardığı mü-
barizənin bir növ nəticəsi idi. “Müdiriyyət”in tamaşaları çox tez-
tez olurdu. Onun solistlərdən əlavə xoru, baleti, iki orkestri –
“simfonik” və “şərq” - var idi.
2
Bu tamaşalar adətən H.Z.Tağıye-
vin teatrında qoyulurdu. “Nicat” cəmiyyətinin hökmranlığından
canını qurtaran gənc Azərbaycan musiqi teatrı hələ uzun müddət
həqiqi peşəkarlığa malik deyildi. Onun nə daimi aktyor truppası,
1
“Bakı” qəzeti. № 192, 1916, 1 sentyabr.
2
“Kaspi” qəzeti. 1916, 18 dekabr.
230
nə binası, nə kostyumları, nə də dekorasiyası var idi. Peşəkar
mütəxəssislər tərəfindən verilən səhnə quruluşuna malik olma-
yan tamaşalar çox zaman hansısa bayramlarla əlaqədar göstəri-
lir, mütəmadi xarakter daşımırdı. Opera janrının Azərbaycan
musiqisində özünütəsdiqi prosesi çox çətinliklə həyata keçirdi.
Lakin artıq “Leyli və Məcnun” operasının parlaq uğuru Azər-
baycanda müasir peşəkar musiqi janrlarının təşəkkülü üçün əlveriş-
li mühitin yaranmasına dəlalət edirdi. Məhz bu opera Azərbaycan-
da digər musiqi janrlarının inkişafına geniş yol açdı. Azərbaycanın
qabaqcıl musiqi xadimləri musiqi teatrının yaranması prosesində ir-
ticaçı qüvvələrin maneələrini aradan qaldırmalı olurdular. Bu işdə
daim Ü.Hacıbəylinin yanında olan, onun bütün işlərində ona dayaq
olan M.Maqomayev və Z.Hacıbəyov Azərbaycan musiqi teatrının
truppasının fəal təşkilatcılarından idilər. Musiqi teatrı, ümumilikdə
bütün teatr sənəti kimi, öz axarı ilə inkişaf edirdi, dövlət tərəfindən
heç bir dəstək almırdı. Peşəkar ifaçılar çatışmırdı, daimi məkan da
yox idi. Opera tamaşaları gah H.Z.Tağıyevin teatrında, gah da Ni-
kitinlərin teatr-sirkində göstərilirdi.
***
1911-ci ildə “O olmasın, bu olsun” operettasının böyük uğu-
rundan sonra (Ü.Hacıbəyli başa düşür ki, onun opera və operet-
taları tamaşaçıların marağına səbəb olub, onların xoşuna gəlib),
gənc Azərbaycan musiqi teatrı ilk dəfə olaraq Zaqafqaziyanın
bir sıra şəhərlərinə qastrol səfərlərinə gedir. Hələ 1911-ci ilin
yanvar ayında Tiflisdə “Müsəlman dramatik dərnəyi” təşkil edən
bir qrup azərbaycanlı, “Nicat” cəmiyyətinə şəhərin azərbaycanlı
əhli üçün “Leyli və Məcnun” operasının səhnəyə qoyulması xa-
hişi ilə müraciət etmişdi.
1
“Müsəlman dərnəyi”nin təklifindən is-
tifadə edən “Nicat” cəmiyyəti təkcə Tiflisdə deyil, Zaqafqaziya-
nın digər şəhərlərində də qastrol tamaşaları təşkil edir. Repertu-
ara “Leyli və Məcnun” operası ilə yanaşı “Ər və arvad” operet-
tası da daxil idi. Həmin ilin mart ayında “Kaspi” qəzeti elan et-
1
“Kaspi” qəzeti. № 92, 1911, 27 aprel.
231
mişdi ki, “Nicat” cəmiyyətinin opera truppası Tiflisə, İrəvana və
Yelizavetpola qastrol səfərləri etməyi planlaşdırır.
1
Musiqi trup-
pasına Z.Hacıbəyov rəhbərlik edirdi. 1911-ci il iyunun 29-da
Tiflis dövlət teatrının səhnəsində “Leyli və Məcnun” operası
səhnəyə qoyuldu. Tamaşada H.Q.Sarabski, Göyərçin xanım,
H.Terequlov, Y.Nərimanov, Z.Hacıbəyov iştirak edirdilər, diri-
joru isə müəllif özü – Ü.Hacıbəyli idi.
2
Azərbaycan musiqi teatrının Tiflisdə olduğu müddətdə Zül-
füqar Hacıbəyov Gürcü Zadəgan Teatrının səhnəsində özünün
ilk operettası olan “50 yaşında cavan”ın tamaşasını həyata keçi-
rir (29 aprel 1911-ci il). Tiflisdə Azərbaycan teatrının bir-birinin
ardınca böyük uğurla keçən çıxışlarından, yeni operettanın, “50
yaşlı cavan”ın müvəffəqiyyətindən sonra Z.Hacıbəyov Bakı və
Tiflis aktyorlarından təşkil edilmiş yeni heyətlə qastrol səfərləri-
ni davam etdirmək imkanı əldə edir. Daha sonra truppa qastrol
səfərlərini İrəvanda və Naxçıvanda davam etdirir. Naxçıvanda
M.A.Əliyev və Göyərçin xanımın iştirakı ilə Hacıbəyov qardaş-
larının operettaları səhnəyə qoyulur. Həmin dövrdə Z.Hacıbəyov
Naxçıvanda işləyir və yerli əhali arasında geniş mədəni-maarif
işi aparırdı. Z.Hacıbəyovun truppası Naxçıvan rus-müsəlman
məktəbinə xeyriyyə məqsədilə “Leyli və Məcnun” operasını
qoyur.
3
Naxçıvanda yaşadığı müddətdə Z.Hacıbəyov yeni “Ev-
liykən subay” operettasını yazır, burada onun Azərbaycanın mu-
siqi-teatr həyatının inkişafına təsir göstərən mükəmməl təşkilati
qabiliyyəti özünü göstərir.
Getdikcə Azərbaycan musiqi teatrı öz sənətkarlığını, peşə-
karlığını təkmilləşdirərək, təkcə Bakının deyil, Zaqafqaziyanın
digər şəhərlərinin də geniş tamaşaçı rəğbətini qazanır. 1913-cü
ilin yayında yenə də “Nicat” cəmiyyətin irticaçı qüvvələrinin tə-
sirinə məruz qalan musiqi teatrının geniş ictimaiyyət arasında
nüfuzunu artırmaq, qabaqcıl rolunu vurğulamaq məqsədilə
Z.Hacıbəyovun rəhbərlik etdiyi aktyor heyəti Hacıbəyovların
vətəni olan Şuşaya qastrol səfərinə gedir. Burada “Leyli və Məc-
1
“Kaspi” qəzeti. № 60, 1911, 16 mart.
2
Sarabski H. Azərbaycan musiqi teatrının yaranması və inkişafı. s. 133.
3
“Baku” qəzeti № 243, 1911, 29 oktyabr.
Dostları ilə paylaş: |