232
nun”, “Əsli və Kərəm” operaları, “Evliykən subay” operettası
böyük uğur qazanır.
1
Bu qastrol tamaşalarında görkəmli səhnə
ustası H.Sarabski də iştirak edirdi, onu Şuşadan şəhər ziyalıları
təntənəli surətdə Bakıya yola salmışdılar. H.Sarabski “Əsli və
Kərəm” operasının Şuşada qazandığı uğuru ilə bağlı o dövrdə
Sankt-Peterburqa təhsil alan Ü.Hacıbəyliyə göndərdiyi teleqram-
la xəbər göndərmışdi. Tezlikə musiqi teatrı truppası “Nicat” cə-
miyyətini tərk etməli olur və özü müstəqil truppa yaratmağa baş-
layır. Gənc truppanın fəaliyyəti tədricən geniş vüsət alır və onun
maddi vəziyyəti bir qədər yaxşılaşır. Hətta Peterburqda təhsil
alan Ü.Hacıbəyliyə maddi yardım göstərmək imkanı da yaranır.
1914-cü il dövri mətbuatından alınan məlumatlara əsasən o
dövrdə iki musiqi teatrı truppası fəaliyyət göstərirdi. Bunlardan
biri aktyor H.Sarabskinin və dirijor M.Maqomayevin rəhbərlik
etdikləri yeni müsəlman opera truppası, digəri isə Z.Hacıbəyo-
vun yaratdığı operetta truppası idi. Z.Hacıbəyovun truppası ilə
bağlı ilk məlumatlara Bakı qəzetinin səhifələrində rast gəlmək
mümkündür: “Bu mövsümdə üçüncü dəfə H.Abbasovun iştirakı
ilə müsəlman operetta truppası tərəfindən Zülfüqarbəy Hacıbə-
yovun “Evliykən subay” əsəri səhnəyə qoyulmuşdur.”
2
Bu trup-
pa əsasən Hacıbəyov qardaşlarının əsərlərini səhnələşdirirdi.
Yay aylarında onlar Şuşaya qastrol səfərlərinə gedirdilər.
3
Bu truppa ilə bağlı mətbuatda sonrakı məlumatlar 1915-ci il-
də verilir və Kazımovskinin yeni “Vur ha vur” operettasının
premyerasının hazırlığından danışılır. Z.Hacıbəyovun rəhbərlik
etdiyi operetta truppasının bir xüsusiyyəti vurğulanırdı, bu trup-
panın əksər tamaşaları xeyriyyə xarakteri daşıyır, əldə edilən gə-
lir ehtiyacı olan təhsil ocaqlarına verilirdi.
1916-cı ildə Hacıbəyov qardaşları “Zülfüqar və Üzeyir Hacı-
bəyovlar qardaşları direksiyası” adlı müstəqil aktyor truppasının
təşkilatçısı kimi çıxış edirlər. Aktyor qrupuna H.Q.Sarabski,
Ə.Ağdamski, M.A.Əliyev, C.Bağdadbəyov, H.Hüseynov, M.Ha-
cınski, R.Dərəblinski, A.Anaplinski, C.Cabbarov, A.Hüseynzadə,
1
“Kaspi” qəzeti. 1913, 28 iyul, 3 avqust.
2
“Baku” qəzeti. 1914, № 46, № 48, 26 fevral, 28 fevral.
3
“Kaspi” qəzeti, 1914, № 102, 8 may.
233
M.Məmmədov, H.Hacıbababəyov, A. və Y.Olenskayalar və Li-
zina daxil idilər. Şəxsi direksiyanın yaradılması Hacıbəyov qar-
daşlarının “Nicat” cəmiyyətinin irticaçı qüvvələrinə qarşı Azər-
baycanın milli incəsənətinin müstəqilliyi uğrunda apardıqları
uzun sürən mübarizənin bir növ nəticəsi idi. Onların fəaliyyəti
təkcə Azərbaycanla məhdudlaşmırdı. 1918-ci ilin avqustunda
bəstəkarın rəhbərlik etdiyi truppa H.Q.Sarabski, M.A.Əliyev,
H.Ərəblinski, S.Ruhulla, Ə.Ağdamski, A.Hüseynzadə, Y.Olen-
skaya iştirakı ilə İrana qastrol səfəri edirlər. Iranın müxtəlif şə-
hərlərində “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”,
“O olmasın, bu olsun”, “50 yaşında cavan”, “Evliykən subay”
opera və operettaları böyük uğurla göstərilir.
M.Maqomayev “Şah İsmayıl” operasını 1916-cı ildə bitirdi-
yinə baxmayaraq, əsərin premyerası 1919-cu il martın 7-də
H.Sarabskinin benefisinə həsr olundu. Peterburqdan qayıtdıqdan
sonra Ü.Hacıbəyli Azərbaycanda gedən qızğın inqilabi hadisə-
lərlə əlaqədar bir qədər yaradıcılıqdan uzaqlaşır.
Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra
musiqi xadimləri qarşısında yeni yaradıcılıq üfüqləri açılır, onlar
Azərbaycan musiqi sənətinin inkişafı ilə bağlı qabaqcıl layihələ-
ri həyata keçirirlər. Respublikanın Xalq Komissarları Sovetinin
nəzdində məktəbəqədər təhsil şöbəsi yaranır ki, onun da yanında
incəsənət şöbəsi fəaliyyət göstərirdi. “Musiqi alətlərinin milliləş-
dirilməsi haqqında” Azərbaycanın inqilab komitəsinin fərmanı.
Eyni məqsədlə respublika XKS “Musiqi məktəblərinin yenidən
təşkili” adlı fərmanın nəşr edilməsi Azərbaycanda musiqi incə-
sənətinin inkişafının dövlət əhəmiyyəti daşıması anlamına
gəlirdi. Ölkədə böyük bir musiqi maarifi prosesi başladı. Kütləvi
musiqi təhsilinin ən əhəmiyyətli forması 1920-ci ildə yaranan
Xalq Konservatoriyası oldu. Musiqi təhsilinin bütün formalarını
yaratmaq işi Ü.Hacıbəylinin o dövrdə rəhbərlik etdiyi XKS-nin
əsas vəzifələrindən biri oldu. O, Azərbaycan Dövlət Konservato-
riyasının yaradılması proqramını irəli sürüb, bu cavan təhsil oca-
ğının işində yaxından iştirak edirdi. Ü.Hacıbəyli Konservatori-
yada nəzəri fənnlərdən dərs deyir, Şərq bölməsinə rəhbərlik
edirdi. Yeni ictimai quruluş şəraitində milli incəsənətin qabaqcıl
234
ənənələrinə əsaslanaraq gənc respublikanın incəsənət və mədə-
niyyət xadimləri yeni müasir mədəniyyət quruculuğu işinə rəvac
verirlər. Çox ağır iqtisadı şəraitdə Azərbaycan ziyalılarının ən
görkəmli nümayəndələri respublikada mədəni quruculuğun ən
fəal iştirakçıları oldular. Öz xalqlarının incəsənətinə olan sevgi
və vətənpərvərlik hissləri ilə dolu olan mədəniyyət xadimləri bü-
tün həyatlarını doğma ölkənin incəsənəti, mədəni və mənəvi hə-
yatı ilə bağlamış və onun incəsənətinin inkişafına gərgin əmək
sərf etmışlər.
Ü.Hacıbəylinin və onun silahdaşları, M.Maqomayev, Z.Ha-
cıbəyovun və b. yaradıcı-təşkilati fəaliyyətləri ölkədə gedən kəs-
kin ideoloji mübarizə şəraitində keçirdi. Onların qaynar enerjisi
özünə geniş fəaliyyət dairəsi tapmış, bəstəkarlıq istedadları isə
daha da genişlənmişdir. 1920-ci ildə M.Maqomayev Azərbaycan
Xalq Təhsili Komissarlığının İncəsənət bölməsinə rəhbərlik edir.
Maqomayevin İncəsənət İşçiləri İttifaqının Üçüncü qurultayında
etdiyi genış məruzəsi onun bu sahədəki gərgin və hərtərəfli fəa-
liyyətinə dəlalət edir. Həmin qurultayda Ü.Hacıbəyli və M.Ma-
qomayev Mədəniyyət və incəsənətə aidiyyatı olan ən müxtəlif
problemlərə toxunmuş, onların həlli yollarını göstərmişdilər.
1922-ci il mayın 28-də Hərbi Dəniz İşləri üzrə komissar Əli-
heydər Qarayevin imzası ilə Zülfüqara mandat təltif olundu.
Orada türk yazıçı-bəstəkar Z.Hacıbəyova öz qərarına görə türk
və rus qruppası yığmağı tapşırılır və bütün təşkilatlara bəstəkara
təşkilat və maarifçilik işində kömək göstərmək təklif olunur.
1924-cü ildə bəstəkar Azərbaycan diviziyasının hərbi təbli-
ğat büro işləri üzrə idarədə işləyir. Z.Hacıbəyovun xüsusi təşvi-
qat qatarının sədri təyin olunması təsadüfi deyil. Onun başçılıq
etdiyi təşviqat qatarında ən yaxşı dram aktyorları, opera, müsiqi-
li komediya və başqa mədəniyyət xadimləri toplaşmışdır. Bu qa-
tarlar Zaqafqaziya dəmiryol magistrallarından keçərək xalq küt-
ləsinə mədəniyyəti aşılayırdı.
Maqomayev Azərbaycan Maarifçiliyi Xalq Komissarlığına
başçılıq edərək öz əsas məqsədi Azərbaycan milli incəsənətinin
vəziyyətinin yaxşılaşmasını vacib hesab edirdi. Maqomayev in-
cəsənət işçilərinin qarşısında milli kadrların yetişdirilməsi üçün
Dostları ilə paylaş: |