219
M.Maqomayev öz gündəliyində böyük həyəcanla qeyd et-
mişdi: “Əsərinin belə maraqla qarşılanması bəstəkar üçün böyük
şərəfdir. Bu mənim həyatımın ən xoşbəxt günüdür”
1
.
Operanın premyerası və sonrakı tamaşaları böyük uğurla ke-
çirdi. Bakı, Tbilisi, Moskva qəzetlərində dərc olunan resenziya-
lar bunu sübut edir. Xəstəliyinə görə Bakıda olmayan M.Maqo-
mayevə göndərilən məktublar da bunu sübut edir.
Lakin operanın böyük müvəffəqiyyət qazanmasına baxmayaraq
müəllifinin obyektivlik hissləri güclü idi. M.Maqomayev tamaşa
vaxtı özünün gördüyü və resenziyalarda qeyd edilən çatışmayan
cəhətlərə, zəif səhnələrə böyük tələbkarlıqla yanaşırdı. “Nərgiz”
operası üzərində gələcəkdə necə işləyəcəyi barədə Maqomayevin
fikirləri, bəstəkarın bununla bağlı arzuları böyük maraq doğurur.
1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti on-
günlüyünə hazırlıq başlayanda, “Nərgiz” operasını da proqrama da-
xil edirlər. Lakin Maqomayev həmin günləri görə bilmir, “Nərgiz”
operasının Moskvada qazandığı uğurundan xəbər tutmur. O, 1937-
ci il iyulun 28-də Nalçikdə vəfat edir. Maqomayevin “Nərgiz” ope-
rası üzərində aparmaq istədiyi dəyişiklikləri görkəmli sovet bəstə-
karı R.M.Qliyer həyata keçirdi. Operanın bir sıra fraqmentlərinin
orkestrləşdirilməsində Niyazi də iştirak etdi.
“Nərgiz” operası – Azərbaycan opera sənətində yeni bir ha-
disə idi. Əsərin ana xəttinin açılması əsasən süjetlə bağlıdır. Sü-
jet isə xalqın əsrlərdən bəri davam edən istismara qarşı etirazını,
azadlıq uğrunda siyasi mübarizəsini, tam və həmişəlik qələbə ilə
başa çatmış hadisələri əks etdirir. Süjetin bu xarakteri libretto
müəllifindən və bəstəkardan tamaşanın dramaturji konfliktini
kəskin sosial boyalarla əhatə olunmasını tələb edirdi. Bundan öt-
rü xalq arasından çıxmış qəhrəmanlarla yanaşı, onların düşmən-
ləri – mənfi obrazlar da mümkün qədər fərdi xarakterə malik
surətlər kimi işlənməli idi. Müəlliflər bu mənada öz məqsədləri-
nə nail ola bilmişdilər. Azərbaycan operası M.Maqomayevin si-
masında ilk dəfə idi ki, belə bir vəzifənin öhdəsindən gəlirdi.
1
Maqomayev Müslümün şəxsi arxivi. “Operanın yaranması və inkişafı
tarixi” əlyazması.
220
Nərgiz, Əlyar, Cəfər, Həsən kişi aydın fərdi xüsusiyyətlərə
malik obrazlardır. Zəhmətkeş xalqın içərisindən çıxmış bu surət-
lər ümumi bir məqsəd uğrunda – xalqın zülmdən və istismardan
azad olması uğrunda mübarizə aparırlar. Düşmən cəbhəsində du-
ran Ağalar bəy, onun əlaltıları, Molla Mütalib və başqaları da
konkret siması olan personajlardır.
Librettoda süjetin düyün nöqtələri düzgün tapıldığından əsas
obrazlar ardıcıl inkişaf etdirilib. Bu da əsərin ideyasının açılma-
sına imkan verir.
1
1
Operanın qısa məzmunu belədir: Azərbaycanda 1920-ci ilin baharıdır.
Bolşevik partiyası burjua rejimini devirmişdir. Kasıb zümrəyə zülm edən və
yeni hakimiyyəti qəbul etməyən ağa, xan, bəy əyanları Bakıdan qaçaraq
Azərbaycanın bölgələrində məskunlaşır. Lakin mülkədarların özbaşnalığın-
dan qurtulmaq istəyən Azərbaycan kəndlisi sovet hakimiyyəti uğrunda müba-
rizəyə qoşulur. Kəndlərin birinə Bakıdan Cəfər adlı fəhlə bolşevik gəlir. Qızıl
ordunun kəndin yaxınlığında olduğunu söyləyərək hamını səfərbərliyə çağı-
rır. Kəndlilər bir nəfər kimi hazır olduğunu bildirir. Gənc çoban Əliyar, sev-
gilisi Nərgiz və onun atası Həsən kişi Cəfərin etibarlı dostları və həmfikirləri
idi. Bu zaman mülkədar Ağalar bəy kəndə daxil olduğundan Cəfər gizlənmək
məcburiyyəti qarşısında qalır. Ağalar bəy kəndlilərə “yağlı” vədlər verərək
onları öz tərəfinə çəkmək üçün təbliğat aparır. Lakin zülm əlindən bezən
kəndlilər bəyə inanmayaraq ondan üz çevirir. Çoban Əliyar dostları ilə birlik-
də azğın bəyə qarşı kəskin çıxış edir. Bundan qəzəblənən bəy tapancasını Əli-
yara tərəf tuşlayanda Nərgiz sevgilisini qorumaq üçün özünü qabağa verir.
Qızın gözəlliyi onun qəlbində çirkli hisslər oyadır. Və kəndlilərə hədə-qorxu
gələrək oradan uzaqlaşır.
Artıq Ağalar bəyin malikanəsi intiqam yuvasına çevrilib. Burada öz hökm-
ranlığı uğrunda mübarizəyə hazır olan digər ağa və bəylər intiqam vaxtını göz-
ləyir. Kəndin ruhanisi molla Mütəllim onlara kömək edəcəyinə söz verir.
Nərgizi heç cürə unuda bilməyən Ağalar bəy elçi ilə danışır ki, qızı onun-
la görüşməyə razı saldığı təqdirdə xeyli pul alacaq. Əslində bəyə işləyən Bə-
dəl etibar qazanaraq özünü Əliyarın yaxın dostu kimi göstərir. Xalq artıq bə-
yə qarşı ciddi üsyana hazırlaşır. Həsən kişinin evi artıq üsyançıların qərərga-
hıdır. Xain Bədəl burada baş verənlərin hamısından Ağalar bəyi agah edir.
Bədəlin sədaqətindən şübhələnən Nərgiz Əliyara ehtiyatlı olmağı məsləhət
görür. Bədəldən şübhələnməyə əsas görməyən Əliyar sevgilisini sakitləşdirir.
Ağalar bəyin elçisi məqam düşən kimi Nərgizin yanına gələrək qızı yola gə-
tirməyə çalışır ki, bəyin sevgilisi olmağa razılaşsın. Bu iyrənc təklifi eşidən
Nərgiz elçini qovur. Qəzəblənmiş bəy əmr edir ki, Nərgizin evini yandıraraq
nişanlısı Əliyarı və üsyançı Cəfəri tutub gətirsinlər. Bəyin adamları qərərgah
221
Tədqiqatçı Q.İsmayılova yazır: “Nərgiz” operasının libretto-
su yalnız öz məziyyəti ilə deyil, operanın teması və məzmunu ilə
bilavasitə bağlı olan bir çox dramaturji xüsusiyyətləri ilə də
fərqlənir. Librettonun dramaturgiyasında iki zidd qüvvənin bir-
birinə kəskin surətdə qarşı-qarşıya qoyulması prinsipi əsas götü-
rülmüşdür. Biz burada Vətən uğrunda qəhrəmanlıq teması ilə
əlaqədar olan rus klassik opera ənənəsi ünsürlərinin davam etdi-
rildiyini görürük (M.İ.Qninkanin “İvan Susanin”, A.P.Borodinin
“Knyaz İqor” operaları və s.).
1
“Nərgiz” operasının librettosunun mükəmməlliyi əsərin mu-
siqi dramaturgiyasının aydın və güclü olmasına kömək etmişdir.
“Nərgiz” operasının janrı – inqilabi xalq dramı – onun musi-
qi dramaturgiyasını müəyyənləşdirmişdir. Köhnə tipli Azərbay-
can operasından fərqlənən bu yeni üslub özünü hər şeydən əvvəl
kütləvi xalq səhnələrində göstərir. Partiturada çoxlu xor epizod-
ları var. Xalqın hərtərəfli ümumiləşmiş obrazını yaratmaqda bəs-
təkara məhz bu xor epizodları böyük kömək etmişdi.
M.Maqomayev xalqın xarakterini təsvir etmək üçün mahnı,
rəqs janrlarından istifadə etmişdir. Bunlar qəhrəmanlıq, çağırış
səciyyəli marşa oxşar mahnı və xorlar, lirik, folklor üslublu me-
lodiyalar, şən rəqslərdir.
Operada xalqın həyatını göstərən səhnələr xalq arasından
çıxmış qəhrəmanların – Nərgizin, Əlyarın, Cəfərin və başqaları-
nın daxili aləmi, əməlləri ilə uyğun gəlir. Qəhrəmanların portret-
ləri dəqiq və aydın işlənmişdir. Bəstəkar obrazların mənəvi alə-
mini, duyğu və düşüncələrini musiqi dili ilə açmağa çalışmış və
buna uğurla nail olmuşdur. Xalq səhnələri kimi, qəhrəmanların
olan Həsən kişinin evini mühasirəyə alır. Onların arasında Bədəlin də olduğu-
nu görən Nərgiz onu öldürür. Güllə səsinə axışan kəndlilər bəyin adamları ilə
vuruşaraq Nərgizi aradan çıxarmağa nail olurlar. Əliyarla dostu Kazarı tuta-
raq bəyin malikanəsinə aparırlar.
Ağalar bəy bu “qələbə”si şərəfinə böyük ziyafət təşkil edir. Bu zaman
məclisə Nərgiz gəlir. Qızın gəlişindən gözləri işıldayan Ağalar bəy bunu razı-
lıq əlaməti kimi qəbul edir. Lakin xalqı bu mənfur insandan xilas etməyə gə-
lən Nərgiz güllə ilə onu öldürür. Cəfər və digər üsyançılar Ağalar bəyin evinə
hücum edərək Nərgizi, Əliyarı, Kazarı xilas edir.
1
İsmaylova Q. “Müslim Maqomayev”, Bakı, 1965, s. 57.
Dostları ilə paylaş: |