66
1913-cü ildə oynanılandan sonra, “Kaspi” qəzeti onu çox hör-
mətsiz və nifrətlə qarşıladı. “Əsər haqqında yazılmış tənqid”də
müəllif söyülürdü. Onlar bu əsəri “qızlarımızı pis yola ça-
ğırmaqda” töhmətləndirirdilər. O zaman Azərbaycan qızları ən
elementar hüquqlardan belə məhrum edilmişdilər. Bu operettanı
yazmaqdan da məqsəd səhnə və musiqili əsər vasitəsilə qadın
azadlığına yardım, köhnə adət və ənənələri ifşa etmək idi”.
1
Sayca üçüncü operetta olan “Arşın mal alan”ı Ü.Hacıbəyli
1913-cü ildə Peterburq konservatoriyasına daxil olmaq ərəfəsin-
də tamamlamışdır.
Premyerada rolların ifaçıları: Əsgər – H.Sarabski, Gülçöhrə –
Ə.Ağdamski (Bədəlbəyli), Soltan bəy – Ə.Hüseynzadə, Süley-
man – M.H.Terequlov, Vəli – H.Hüseynov və b. idi. Tamaşanın
rejissoru H.Ərəblinski, dirijor M.Maqomayev olmuşdu.
“Arşın mal alan” operettasının müsiqimizdə analoqu olma-
yan, fövqəladə uğurunun səbəbi və sirri nədədir? Şübhəsiz, ilk
növbədə Üzeyir Hacıbəylinin təkrarsız musiqisindədir. Bu ope-
rettanın musiqisi bir tərəfdən şən, şux, əlvan, parlaq, günəşli
1
Hacıbəyov Ü. “Arşın mal alan” haqqında qeydlərim. Əsərləri, Bakı,
1965, s. 289.
Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Arşın mal alan”ın sujeti Qarabağın Şu-
şa şəhərinin həyatından alınmışdır. Əsərdəki surətlər, cəmiyyətimizin içəri-
sində yaşayan real nümayəndələrdir. Əsgər dövlətli bir tacirdir. O, evlənmək
qərarına gəlir, amma qızı görüb, özü seçəndən sonra, o dövrün qayda-qanun-
larına görə isə bu mümkün deyildi. Əsgər dostu Süleymanın məsləhəti ilə ar-
şınmalçı olub evləri gəzə-gəzə, mal sata-sata özünə qız seçmək qərarına gəlir.
Süleymanın bu məsləhətini Əsgərin xalası Cahan xala və nökərləri Vəli də
bəyənib, oxuyub oynayırlar. Əsgər torbasına parça doldurub ev-ev, həyət-hə-
yət gəzib yaşlı mülkədar Soltan bəyin həyətinə girir. Əsgər gözəl qızlar içəri-
sində Soltan bəyin qızını görüb ona aşiq olur. Gülçöhrə də Əsgəri bəyənir.
Əsgər xalasını Soltan bəyin yanına elçiliyə göndərir. Əvvəl Soltan bəy
xalanı görüb sevinir, özü evlənmək istəyir. Lakin biləndə ki, Cahan xala nə
üçün gəlib, hirslənib onu evdən qovur.
Sonrakı elçiliyə Süleyman özü gəlir və Soltan bəyin razılığını alır. Süley-
man özü də onun qardaşı qızı Asyanı bəyənir. Hər iki evin nökərləri də bir-
birinə maraqlı eşq elan edirlər. Əsərin sonunda Əsgər-Gülçöhrə, Süleyman-
Asya, Soltan bəy-Cahan xala, Telli və Vəli cütlükləri yaranır və operetta bu
cütlüklərin toy səhnəsi ilə bitir.
67
melodiyalarla zəngindir, digər tərəfdən təlatümlü, həyəcanlı, li-
rik, dramatik, kədərli, qüssəli, ahu-zarlı musiqi səhnələrindən
ibarətdir. Operettada 21 musiqi nömrəsi və danışıq dialoqları
vardır ki, bunların hər biri artıq dillər əzbəri olmuş, folklora çev-
rilmişdir.
Bəstəkarın texniki professionallığına dəlalət edən musiqi nöm-
rələri arasında intonasiya bağlılığı, əlaqəsi, leytmotivlər mövcud-
dur. “Arşın mal alan”ın bütün personajları, xüsusilə də baş qəhrə-
manlar Əsgər və Gülçöhrə fərdi musiqi xasiyyətnamələrinə malik-
dir. Əsas da Gülçöhrənin geniş, gözəl solo nömrələri – ariyaları,
elegiyası və naləsi klassik lirik opera obrazlarına yaxındır.
Ü.Hacıbəyli artıq “Arşın mal alan”da xalq musiqisindən ol-
duğu kimi sitat gətirmir, gətirdiyi xalq melodiyalarını isə elə iş-
ləyir ki, onları çətinliklə tanıyırsan, yəni bəstəkar onları, daha da
zənginləşdirib, gözəlləşdirib xalqa yenidən qaytarır. Bəstəkar
operettada xalq müsiqisinin ruhunu professional səviyyədə yara-
dır. Əsərin müsiqisi folklor intonasiyaları, ritmləri, üsulları ilə
aşılanmışdır.
“Arşın mal alan” operettası şən, şux, bayram əhval-ruhiyyəli
Uvertüra ilə açılır. Uvertüranın əsas mövzusunda “Boynunda var
sarılıq” xalq mahnısından istifadə edilmişdir. Uvertüranın əsas
mövzusu üçün “ostinatbasda” sol notunun əsasında kvarta-kvin-
ta səslənmələri xasdır. Bu da aşıq musiqimiz üçün səciyyəvi xü-
susiyyətdir.
68
Üç hissədən ibarət bu Uvertüranın orta hissəsində sevgi, mə-
həbbət leytmotivi valsvari şəkildə (Andante cantabile) səslənir.
“P Leqqiero” hissəsində mövzunun birinci sayında pauzanın
verilməsi mövzuya bir oynaqlıq, rəngarənglik gətirir.
Operettanın birinci pərdəsi baş qəhrəman Əsgərin ariyası ilə
başlanır. Əsgərin qəm-qüssəli, kədərli ariyası Füzulinin “Dərdi-
mənd” qəzəlinin əsasında yazılmışdır. “Segah” məqamında bəs-
tələnmiş üçhissəli ariyanın orta hissəsi qəhrəmanın həyacanını,
coşğunluğunu ifadə edərək, kənar hissələrinin dərdli, kədərli
musiqisi ilə təzad yaradır. Əsgərin ariyasının qüssə-kədərini bi-
rinci pərdənin digər nömrələrinin nikbin əhval-ruhiyyəsi aradan
götürür. Bunlar – Əsgərin xalası Cahanın kupletləri və rəqsi, Əs-
gərin dostu Süleymanın mahnısı və Süleyman, Cahan və nökər
Vəlinin kuplet və rəqsləridir.
İkinci pərdə operettanın həcmcə ən böyük pərdəsidir. Bu pər-
dədə Əsgərin iki solosu, onun “Arşın mal alan” və “Axtarıb tap-
69
dım səni” mahnıları da təqdim edilir. Birinci pərdədəki qəm-
qüssəli ariyadan fərqli olaraq bu mahnılarda bəstəkar Əsgəri şən,
şux, nikbin musiqi vasitəsilə xarakterizə edir. Gülçöhrə ilə due-
tində də həmin şən, nikbin əhval-ruhiyyə hökm sürür. “Arşın
mal alan” mahnısının mövzusu isə əsərdə böyük əhəmiyyət daşı-
yaraq leytmotiv rolunu oynayır.
“Arşın mal alan” filmindən kadr
Əsgər rolunda Rəşid Behbudov
Bəstəkar Gülçöhrənin obrazını daha maraqlı və geniş səpgidə
vermişdir. Onun əsərdə beş solo nömrəsi və ondan başqa ikinci
pərdədə Əsgərlə dueti və üçüncü pərdədə Asya və Telli ilə triosu
mövcuddur. Gülçöhrənin xasiyyətnaməsi ikinci pərdədəki iki
ariyasında, birincisi lirik səpgidə “Segah” məqamında yazılmış
qəm, qüssə ilə aşılanmış “Pərişan xəlqi aləm”, ikincisi isə “Şur”
məqamında bəstələnmiş şən, sevgi ilə dolu “Aşiq oldum necə bir
tazə gülü rənayə” (hər iki ariya Füzulinin qəzəlləri əsasında ya-
zılmışdı) təqdim edilmişdir. İkinci pərdədə Əsgərlə Gülçöhrənin
dueti də həmin ruhdadır:
Dostları ilə paylaş: |