109
“Ərəb-fars sistemini qəbul etmiş xalqlar, zaman keçdikcə hə-
min sistemdə yerli şəraitdən irəli gələn dəyişikliklər etmişlər;
hər bir xalq ərəb-fars sistemi əsasında öz xüsusi musiqi binasını
ucaltmağa başlamış və onu öz estetik tələbatına uyğun bir tərti-
bata salmışdır. Bu əsas üzərində ərəb, fars, türk, Azərbaycan,
Türkistan üslubları meydana gəlmişdir”
1
.
Ü.Hacıbəylinin Azərbayçan xalq musiqisi üzərində apardığı
dərin tədqiqat və müşahidələri onu daha dəqiq və əsaslanmış nə-
ticəyə gətirib çıxarmışdır. Artıq 1939-cu ildə o, qeyd edirdi ki,
bir sıra tarixi səbəblərə görə Azərbaycan xalq musiqisi xüsusi
sistemə malikdir. Ü.Hacıbəyli “Musiqidə xəlqilik” məqaləsində
yazırdı: “hazırda Azərbaycan incəsənəti ərəblərin və osmanlı
türklərinin incəsənətindən olduqca yüksəkdə durur. Azərbaycan
incəsənəti yavaş-yavaş hər cür yabançı, qondarma və xüsusilə
Şərq musiqisi adı verilən təsirlərdən azad olmaqdadır”
2
.
Azərbaycan musiqisinin bənzərsizliyi haqqında Ü.Hacıbəylinin
çox yığcam və dəqiq formada ifadə edilmiş fikri uzun illər boyu
apardığı tədqiqat nəticəsində onun əsas nəzəri əsəri “Azərbaycan
xlaq musiqisinin əsasları”nda aşağıdakı formada ifadə edilmişdir.
“...Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğ-
ru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürc-
lü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsin-
dən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afri-
kadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür.
XIV əsrin axırlarına doğru baş verən içtimai-iqtisadi və siya-
si dəyişikliklərlə əlaqədar olaraq bu möhtəşəm musiqi “binası-
nın” divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub
dağılmışdır.
Yaxın Şərq xalqları uçub dağılmış bu “musiqi binasının”
qiymətli “parçalarından” istifadə edərək, özlərinin “lad tikinti”
ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda
yeni “musiqi barigahı” tikmişdir”
3
.
1
Hacıbəyov Ü. Azərbaycan türk xalq musiqisi haqqında. Əsərləri, II c.,
B., 1965, s. 258.
2
Hacıbəyov Ü. Musiqidə xəlqilik. Əsərləri, II c., B., 1965, s. 323.
3
Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950.
110
Səs sistemi
Azərbaycan musiqi tarixinin inkişafında çoxlu mübahisəli
məsələlər olmuşdur ki, onların həllini biz nəzəriyyəçi, estetik və
bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında tapırıq.
Bir çox musiqiçilər Azərbaycan xalq musiqisinin əsas və
spesifik xüsusiyyətini onun musiqi sistemində görürdülər. Elə
rəy var idi ki, Azərbaycan musiqisində də, Şərq musiqisində ol-
duğu kimi, yarım tondan kiçik intervallar mövcuddur, yəni 1/3
və 1/4 tonlar. Elə buradan da Azərbaycan musiqisinin inkişafın-
da bir sıra mübahisəli məsələlər və suallar meydana çıxırdı. Av-
ropanın on iki pərdəli musiqi sistemini qəbul etmək mümkün-
dürmü? Xalq musiqisi bundan öz təkrarsızlığını itirməzmi?
Azərbaycan musiqisini Avropanın temperə olunmuş alətlərində
təhrifsiz ifa etmək olarmı?
Bu suallar “Üzeyir Hacıbəylinin “Azərbaycanda musiqi tə-
rəqqisi”, “Şərq musiqisi və Qərb musiqi aləti”, “Musiqidə xəlqi-
lik” məqalələrində və “Azərbaycan xalq musiqisinin əsasları”
tədqiqatında işıqlandırılmışdır.
“Azərbaycanda musiqi tərəqqisi” məqaləsində Ü.Hacıbəyli bu
məsələyə o illərdə Xalq maarif komissarı olan M.Quliyevin məru-
zəsi ilə əlaqədar toxunmuşdur. Quliyev Avropanın 12 pərdəli musi-
qi sistemini qəbul etməyi təklif edirdi. Hacıbəyli da M.Quliyevin
bu təklifi ilə razılaşırdı və onu bu məsələdə müdafiə edirdi. Lakin
bəstəkar Şərq musiqisi ilə Avropa musiqisi arasında olan fərqi, uy-
ğunsuzluqları da göstərir və qeyd edir ki, bu uyğunsuzluqlar tempe-
rə olunmuş Avropa musiqi sisteminin qəbul olunmasına mane ol-
mamalıdır. Hacıbəyli yazırdı ki, Avropa musiqisində tonlar iki növ-
dur, tam və yarım ton, yarım tondan kiçik ton yoxdur, oktava 12
yarım tondan ibarətdir. Əgər oktavanı do, re və sairə notlardan qur-
saq, onların hamısı 12 tondan ibarət olacaq. “Bugünkü Azərbaycan
tarında oktavanı bir telin (simin) üzərində götürsək, on yeddi ton
əmələ gələr, əgər oktavanı iki tel üzərində hesab etsək, on doqquz
ton mövcud olduğunu görərik. Digər tərəfdən, yenə eyni oktavanı
tarın başqa bir yerindən götürsək, on üç ton əmələ gələr və yenə o
oktavanı bir ayrı yerdən götürsək, on iki ton çıxar!
111
Bundan belə görunür ki, bizim musiqimizdə müəyyən bir
sistem yoxdur. Başqa sözlə, bizim musiqi sistemi “Temperas-
yon” edilməmişdir. Sədalarımızın münasibətləri müxtəlifdir. Be-
lə ki, bir yerdə “Re” ilə “Mi” arasında üç ton vardır. Digər bir
yerdə “Re” ilə “Mi” arasında iki ton vardır və i. a.”
1
Ü.Hacıbəyli qeyd edir ki, Avropa musiqisində də temperasi-
ya qəbul olunmamışdan əvvəl iki yarım ton var idi: böyük və ki-
çik yarım ton. Məsələn, “do” və “do diyez” sədaları kiçik yarım
ton adlandığı halda, “do” ilə “re bemol” böyük yarım ton adla-
nırmış. Onlar muxtəlif cür də səslənirmiş. Temperasiyadan sonra
bu fərq götürülmüşdür. Şərq musiqisində isə bemollar ilə diyez-
lər arasında fərq saxlanılır.
Daha sonra Ü.Hacıbəyli Şərq melodiyalarının fortepiano kimi
temperə olunmuş Avropa alətində ifası vaxtı alınan bəzi uyğun-
suzluqları göstərir. O, yazır ki, “Şərq havalarını piano vasitəsilə
çalarkən boylə bir şeylər müşahidə edirik. “Segah” və “Segah”
kökündə olan mahnıların “qərar” tonu piano ilə düz gəlməz. Mə-
sələn: əsas ton “Do” olarsa, “Segah”ın “Qərar” tonu “mi” və
“mi”dən ikincisi isə (sağ tərəfə) – “fa”dan sonra gələn “mi” Şərq
havalarına öyrənmiş qulaq üçün pis təsir edir və qulaq tələb edir
ki, “mi” bir az bəm olsun. Pianoda “mi”dən bəm olan səs “mi be-
mol”-dur. Bu isə “Segah”a qətiyyən yaraşmaz. Boylə olan surətdə
“Segah” düz çıxmaq üçün “mi” ilə “mi bemol” arasında bir ton
dəxi olmalı idi. Halbuki pianoda oylə bir şey yoxdur”
2
:
Ü.Hacıbəyli eyni uyğunsuzluqların “mi minorda” “Bayatı İs-
fahan” və bu kökdə olan mahnıları çaldıqda da alındığını göstə-
1
Hacıbəyov Ü. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri, II c., B., 1965, s. 241.
2
Yenə orada.
Dostları ilə paylaş: |