98
V fəsil
“Sənsiz” və “Sevgili canan” musiqi qəzəlləri
Dahi bəstəkar Üzeyir Hacıbəyli böyük şair Nizami Gəncəvi-
nin anadan olmasının 800 illik yubileyi münasibəti ilə onun
“Sənsiz” və “Sevgili canan” qəzəllərinə musiqi bəstələmişdir.
Artıq bu qəzəl-romanslar vokal musiqimizin qızıl fonduna daxil
olmuşlar. Bu dövr ərzində Üzeyir Hacıbəylinin Nizaminin lirik
şeirlərinə, qəzəllərinə yazdığı musiqinin populyarlığı, şöhrəti nə-
inki azalmamış, hətta qat-qat artmışdır. Qeyd edək ki, şairin söz-
lərinə Üzeyir bəy ona qədər musiqili qəzəl yazmaq fikrində imiş,
təəssüflər olsun ki, yalnız ikisini bitirə bilmişdir. Bu illər ərzində
Azərbaycan musiqisində böyük Nizaminin əsərləri və motivləri
əsasında Əfrasiyab Bədəlbəylinin “Nizami”, Niyazinin “Xosrov
və Şirin” operaları, Qara Qarayevin “Leyli və Məcnun” simfo-
nik poeması və “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizami”
simfoniyası və həyatının son illərində yazdığı “Nizami” baleti
kimi dəyərli əsərlər yaranmışdır. Lakin Üzeyir Hacıbəylinin
“Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərinin Azərbaycan vo-
kal musiqimizin inkişafında və xalqımızın qəlbində xüsusi yeri var.
Qeyd edək ki, Üzeyir bəy öz yaradıcılığında ilk dəfə Füzuli
qəzəllərinə müraciət etmişdir. İlk öncə Füzuli şeiri Hacıbəylinin
“Leyli və Məcnun” operasında, daha sonralar şairin qəzəlləri
“Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarında səs-
lənmişdir. “Sənsiz” və “Sevgili canan” musiqili qəzəlləri isə qır-
xıncı illərin məhsuludur. “Sənsiz” 1941-ci ildə, “Sevgili canan”
isə 1943-cü ildə yazılmışdır.
Məlumdur ki, qəzəl yaxın şərq xalqlarının, xüsusilə Azər-
baycan, İran, ərəb, türk, özbək, tacik və sair xalqların poeziya-
sında geniş yayılmış, aşiqanə mövzulu, həcmcə böyük olmayan
poetik bir formadır. Uzun əsrlərdən bəri qəzəl janrı Azərbaycan
ədəbiyyatının, eləcə də musiqimizin ən kütləvi janrlarından ol-
muşdur. Qəzəlin məşhurluğunun bir səbəbi də ondan ibarətdir
99
ki, ədəbiyyatın bu formasını yaymaq çox asan idi. Ədəbi qəzəl-
lər yazılı şəkildə bizə gəlib çatdığı halda, musiqili qəzəllərə aid
məlumatımız məhduddur.
Üzeyir Hacıbəyli ədəbi və musiqi formalarının vəhdəti ənə-
nəsindən, qəzəlin musiqi ilə üzvi bağlılığı ənənəsindən yaradıcı
surətdə istifadə etmişdir. Bəstəkar ədəbiyyatın bu janrını yeni-
dən musiqi ilə bağlamış, qəzəli musiqiyə daxil edərək Azərbay-
can vokal musiqisində yeni bir janrın və formanın – musiqili qə-
zəlin bünövrəsini qoymuşdur. Məqalələrin birində bəstəkarın
özü musiqili qəzəl haqqında belə yazırdı:
“Qəzəl Şərq poeziyası formalarından olub, lirik məzmun da-
şımalıdır. “Qəzəllər” Azərbaycan poeziyasında son dərəcə geniş
yayılmışdır. Çox vaxt qəzəllərin mətnindən Azərbaycan məqam-
larında vokal improvizasiya üçün istifadə olunur. Böyük Azər-
baycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq
ərəfəsində Azərbaycan bəstəkarları onun məşhur qəzəllərinə mu-
siqi yazmışlar. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq musiqili
qəzəllərin, artıq improvizasiya şəklində deyil, inkişaf etmiş me-
lodiya şəklində olan, müvafiq ladlarda yazılan və Avropa ro-
mansları janrına yaxınlaşan yeni bir forması meydana gəlmişdir.”
1
Bəstəkarın bu məqaləsi 1944-cü ildə yazılmışdır. Lakin hələ
1926-cı ildə “Azərbaycan musiqisinə bir nəzər” adlı məqaləsin-
də Ü.Hacıbəyli qəzəllərin bəhri, yəni vəzni kimi mürəkkəb bir
məsələyə toxunaraq yazırdı:
“Dəstgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış ol-
malıdır, barmaq hesabı ilə yazılmış şeir və qəzəllər dəstgahlar
üçün yaraşmaz, əruzla yazılmış qəzəlin vəzni dəstgahın musiqisi
üçün dəxi vəzn məqamını tutur. Dəstgahı oxuyan xanəndə şeirin
qısa hecasını necə ki, var qısaca tələffüz edib uzun hecasında
avazla növ-növ “zəngulələr”, “kalaraturlar” edib istədiyi qədər
uzadıb səsi işlədir: məsələn “məfail” vəznindəki sözün “mə-fa-
il” kimi üç hecası olsa da, dəstgahda, “mə” hecası heç vaxt uza-
dılmaz, “mə” hecası olduqca qısaca “fa” hecasına rəbt edilib
1
Hacıbəyov Ü. “Azərbaycan musiqisinə bir nəzər”. Əsərləri, II c., B.,
1965, s. 348.
100
“məfa” olar və bu yerdə, “yəni “fa”da xanəndə istədiyi kimi səsi
uzadıb lazım gələn guşələri vura bilər: əlhasil “məfail” iki heca-
ya bölünüb oxunar.” Məqalənin bu yerində Üzeyir bəy qeyd edir
ki, osmanlı türkləri şeirdə hecaları başqa cür ayırıb oxuyurlar”
1
.
Hacıbəyli hər iki əsərdə Nizami qəzəllərinin süjet xəttini və
fikrini saxlamış, şeir və musiqinin vəhdətini yaratmış, qəzəlin
vəznini bacarıqla musiqiyə keçirə bilmiş, şairin yaradıcılığının
ruhuna uyğun əsərlər yaratmışdır.
“Sənsiz” və “Sevgili canan” qəzəllərinin ümumi cəhətləri
çoxdur. Hər iki qəzəl instrumental girişlə başlanır. Hər iki giriş
qəzəllərin əsas fonunu təyin edərək, onların xasiyyətinin ilk ciz-
gilərini müəyyənləşdirir. Bu instrumental müşayiət bütün əsər
boyu saxlanır. Qəzəllərdə giriş hissəsinin xüsusi əhəmiyyəti var-
dır. Girişdə verilən və bütün əsər boyu saxlanılan vəzn hər iki
qəzəldə eynidir.
Güman etmək olar ki, hələ not yazısı olmayan vaxtlar qəzəl
həmin vəzndə musiqinin müşayiəti ilə oxunurmuş. “Sənsiz” qə-
zəlinin vəznini, bəhrini təhlil etdikdə onun qəzəl bəhrlərindən
olan “Rəməl” əsasında bəstələndiyini görürük. “Sənsiz” qəzəli-
nin ilk dörd misrasını misal gətirək:
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim hədər, getdi o saat sənsiz.
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz.
Bəstəkarın “Sevgili canan” qəzəli isə “həzəc” bəhrində yazıl-
mışdır:
Hüsnün gözəl ayətləri, ey sevgili canan,
Olmuş bütün aləmdə sənin şəninə şayan.
Gəl eylə nəvaziş, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
1
Hacıbəyov Ü. “Azərbaycan musiqisinə bir nəzər”. Əsərləri, II c., B.,
1965, s. 217.
Dostları ilə paylaş: |