Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə158/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   154   155   156   157   158   159   160   161   ...   168

 

531 


Mirzə Fərəcin təqdim etdiyi muğam cədvəli digərlərinkindən da-

ha  əhatəli idi və indinin özünə  qədər müasir musiqi elmi üçün 

mühüm əhəmiyyətə malikdir.  

Görkəmli musiqişünas və  bəstəkar  Əfrasiyab Bədəlbəyli 

özünün “Musiqi lüğəti” kitabında Mirzə Fərəc haqqında yazırdı: 

“Musiqiçilərimiz muğam ifaçılığına aid hər bir mübahisəli mə-

sələ üzrə qəti və düzgün cavab almaq üçün çox vaxt məhz Mirzə 

Fərəcə müraciət etmişlər.” 

Mirzə  Fərəc eyni zamanda gözəl pedaqoq olmuşdu. Onun 

yetirmələri arasında Mirzə Mansur, Hüseynqulu Sarabski, Bəh-

ram Mansurov və başqaları olmuşdu. Bəhram Mansurov özü də 

etiraf edirdi ki, onun dərin muğam biliciliyində məhz Mirzə Fə-

rəcin rolu böyük olmuşdu. 

Ailədə  səslənən muğam sədaları, muğam ifaçıları arasında, 

balaca Ağabacı və onun digər bacıları böyüyüb tərbiyə alırdılar. 

Baxmayaraq ki, Mirzə Fərəc peşəkar musiqiçi idi, o, nədənsə ai-

lə üzvlərinin musiqi ilə  məşğul olmalarının  əleyhinə idi. Görü-

nür bu işin nə qədər çətin və məsuliyyətli olduğunu bilən ustad, 

ailə üzvlərini çətinliklərdən qorumağa çalışırdı. O, hətta öz doğ-

ma oğlu İsmayıla da tar alətindən kənarda durmağı məsləhət gö-

rürdü. Amma həyat göstərir ki, insanın qan yaddaşı və istedadı 

onu nə  qədər də gizlətmək istəsən bir yerdən mütləq üzə  çıxa-

caq, necə ki, bu Ağabacı Rzayevanın həyatında baş verdi. 

Ailələrində dörd bacı olan Ağabacıgilin musiqiyə  dərin mə-

həbbəti olmasına baxmayaraq aralarında təkcə o, professional 

musiqi ilə məşğul olmağa başladı. Bu hələ çox-çox illər sonra ola-

caqdı. Daha doğrusu, yalnız babası Mirzə  Fərəc vəfat edəndən 

sonra atası İsmayıl Rzayev, qızlarına tarda çalmağı öyrədir. Əv-

vəlcə  Ağabacını orta məktəbə oxumağa qoyurlar. 1927-ci ildə 

Ağabacı Pedaqoji Texnikuma daxil olur. Musiqiyə olan həvəsi 

texnikumda oxuduğu illərdə  də onu rahat qoymurdu. O vaxtlar 

Bakıda fəaliyyət göstərən Əbilov adına klubda tar dərnəyi var idi. 

Dərnəyin rəhbəri Azərbaycanın görkəmli bəstəkarı, o vaxtlar gənc 

tarzən Səid Rüstəmov idi. Ağabacı da Pedaqoji texnikumda oxu-

duğu dövrdə Əbilov klubuna gedir, tar çalmağı öyrənirdi.  



 

532


Oxuduğu Pedaqoji Texnikum 3 illik idi. Savadlı kadrlara bö-

yük ehtiyac var idi. Həmin illər hökumətin savadsızlığı ləğv et-

mək haqqında qərarı var idi. Texnikumu bitirənləri “Zərbəçi mü-

əllimlər” adlandırırdılar. Üçillik texnikumu Ağabacı bir ildə tez 

bitirib, savadsızlığı  ləğv etmək üçün Azərbaycanın rayon və 

kəndlərində işə başlamalı idi.   

Texnikumu bitirəndə  Ağabacı Rzayevanın 17 yaşı var idi. 

Onu Bakı kəndlərindən olan Saraya müəllim göndərirlər. Kənd-

də məktəblə yanaşı, Sarayın kolxozunda da savadsızlığı ləğv et-

mək üçün oxuma-yazma kursları açmışdılar. 17 yaşlı müəllimə 

həm məktəbdə, həm kolxozun kurslarında dərs deməyə başlayır. 

Əlbəttə ki, hər işə ciddi yanaşan Ağabacı, böyük bir səylə özün-

dən yaşca böyük olanlara oxuma-yazma öyrədir, onları savad-

landırmağa çalışırdı. Saray kənd məktəbində çalışandan bir il 

sonra onu Kürdəxanı kənd məktəbinə dərs deməyə göndərirlər. 

20-30-cu illərdə Azərbaycan kənd məktəblərində müəllim ki-

mi işləmək çox riskli və çətin idi. Azərbaycanda qızların, qadın-

ların savadlanmasına qarşı çıxanlar var idi. Qoçular, qolçomaq-

lar maariflənmə işinə mane olur, qızları məktəbə buraxmır, mü-

əllimləri qorxu altında saxlamağa çalışırdılar. Belə bir şəraitdə 

gənc Ağabacı müəllimliyini davam etdirirdi. 

Çətinliklərə baxmayaraq Ağabacı məktəbin ictimai işlərində 

fəal iştirak edirdi. Onu məktəbin komsomol katibi belə seçmiş-

dilər. Ağabacı məktəbdə xor kollektivi təşkil edir, nəğmə dərslə-

rində özü şagirdlərini tarda müşayiət edirdi. 1933-cü ildə Maşta-

ğada radio qovşağı açılmışdı. Yerli xəbərləri oradan oxuyurdu-

lar. Ağabacı tələbələri ilə bu radionun fəal üzvü idi. Hər istirahət 

günü Maştağa camaatı onun xorunun konsertini dinləyirdi.  

Beləliklə, Ağabacı Rzayeva üç il kənd məktəbində  işlədik-

dən sonra yaxşı müəllimlik qabiliyyətinə görə onu Bakıya dəvət 

edirlər. O vaxtlar Oktyabr, indiki Yasamal rayonunun, 44 saylı 

məktəbinə müəllim kimi işləməyə göndərirlər.  

1934-cü il Ağabacı Rzayevanın həyatını tamamilə dəyişdirən 

il oldu. Qeyd etdiyimiz kimi, babası Mirzə Fərəc vəfat edəndən 

sonra atası İsmayıl kişi özü qızları ilə məşğul olurdu. Ağabacıya 

tar çalmaq öyrədirdi. Digər qızı Ruqiyyənin gözəl səsi, kaman-




 

533 


çaya böyük həvəsi var idi. Ailənin yaxın dostu olan Üzeyir 

Hacıbəyli, həmdə İsmayıl kişinin qızlarının musiqiyə həvəsi ol-

duğunu eşitdiyindən, onlara qulaq asmaq istədiyini bildirir. 

Ataları qızlarını yanına salıb, bir gün Üzeyir Hacıbəylinin evinə 

gəlir. Ağabacı tarda Üzeyir bəy üçün “Kürd-şahnaz” muğamını 

çalır. Ruqiyyə bacısı isə atasının müşayiəti ilə  “Şahnaz” mu-

ğamını oxuyur. Üzeyir bəy qızları dinlədikdən sonra çox məm-

nun qalır. Artıq o vaxtlar musiqi ilə  məşğul olan azərbaycanlı 

gənclərə böyük ehtiyac var idi. Qızların ifalarını bəyənən Üzeyir 

bəy onları musiqi məktəbinə götürərək deyir: “Qoy özümü-

zünkilər çalsın ki, özgələri də onlara baxıb həvəsə  gəlsinlər. 

Yoxsa məktəbə qızlar gəlmir.” 

Hər kəsə  məlumdur ki, Azərbaycanda musiqi təhsilinin ya-

ranması  və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə 

bağlıdır. Üzeyir bəy milli kadrların yetişdirilməsi, möhkəm tə-

mələ bağlı təhsil sisteminin qurulması üçün uzun bir yol keçməli 

olmuşdu. Hələ 1895-ci ildə Bakıda ilk musiqi təhsilinin rüşeym-

ləri atılmışdı. 

Moskva Konservatoriyasının məzunu, pianoçu Antonina Yer-

malayeva adlı ziyalı bir qadın Bakıda özünün şəxsi musiqi məktə-

bini açır. Məktəbdə təhsil alan tələbələr varlı zümrənin uşaqları, 

əsasən də qızlar idi. Bir nəfər də olsun azərbaycanlı bu məktəbdə 

təhsil ala bilmirdi. Məktəbdə təhsil pullu idi. Daha sonra bu şəxsi 

musiqi məktəbi “Rus İmperatoru Musiqi cəmiyyətinin Bakı şöbə-

si”nin siniflərinə çevrilir. Faktiki olaraq bu siniflər musiqi məktə-

bi statusunda idi və məktəbin müdiri də A.Yermolayeva idi. Mək-

təbin Azərbaycanın musiqi həyatında böyük rolu olmuşdur. Mək-

təbin müəllim və  tələbələrinin iştirakı ilə konsertlər təşkil edilir, 

kənardan musiqiçilər dəvət olunurdu. Lakin bütün bunlarla ya-

naşı, məktəbdə qeyd etdiyimiz kimi, yenə də azərbaycanlı uşaqlar 

yox idi. Sadəcə rus elit ailələrinin və Bakıda çalışan xarici neft 

maqnatlarının uşaqları burada təhsil ala bilirdi. 

Əlbəttə ki, bu hal Azərbaycan ziyalılarını,  ələlxüsus da 

Ü.Hacıbəylini narahat etməyə bilməzdi. Ü.Hacıbəyli “Azərbay-

canda musiqi təhsili” məqaləsində yazırdı ki, “Bu məktəb Bakı-

da iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb müntəzəm bir 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə