Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə36/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   32   33   34   35   36   37   38   39   ...   168

 

118


di dörd Azərbaycan tetraxordunu pozub, yalnız "doriy" tetraxor-

duna uyğun birini saxlamaq olar. Hacıbəylinin rəyincə, Azər-

baycan musiqi xadimləri elə buna qarşı mübarizə aparmalıdırlar 

ki, bu tetraxordlar nə indi, nə də min ildən sonra pozulmasınlar, 

çünki birincisi, Azərbaycan xalqının bütün musiqi yaradıcılığı 

bu tetraxordlara əsaslanır və ikincisi, bu tetroxordların saxlanıl-

ması musiqi sənətinin inkişafının yeni yollarının açılması üçün 

əsaslı imkanlar verir”.

1

 

Ü.Hacıbəylinin tetraxordlar üzrə verdiyi sistemləşmə, öz vax-



tına görə, şübhəsiz irəli atılmış mühüm addım idi. O, öz əhəmiyyə-

tini gələcək dövr üçün də saxlayır. Lakin bizə elə gəlir ki, bu sis-

temləşmə Azərbaycan musiqisində məqam əlaqələrinin zənginliyi-

ni tamamilə əsaslandıran yeganə imkan deyil. Hacıbəylinin bir bəs-

təkar kimi yaradıcı təcrübəsi daha zəngin, daha çoxcəhətlidir. Belə 

zənn edirik ki, Azərbaycan musiqisində məqamların təsnifatına di-

gər münasibət də mümkündür. Hacıbəylinin göstərdiyi bütün beş 

tetraxord; yuxarıda göstərilən dörd üsulla birləşə bilər, yalnız iyir-

mi tetraxordun hamısı, Hacıbəylinin qeyd etdiyi kimi, Azərbaycan 

məqamlarının əmələ gəlməsi üçün yararlı ola bilməz. Azərbaycan 

məqamlarının səsdüzümünün yaranması üçün əsas şərtlər aşağıda-

kılardır: 1) birləşmənin konsekvent qaydası; 2) səsdüzümünün pər-

dələri üçton əmələ gətirməməlidirlər. 

Ü.Hacıbəyli yazırdı ki, “Mən məruzələrimdə Azərbaycan mə-

qamları  səsqatarlarının ciddi konsekvent (kvarta quruluşu, kvinta 

quruluşu, kiçik və böyük sekstalar quruluşu) bir qanun üzrə quru-

lub mütənasib bir sistemdən ibarət olduğunu izah etdikdə, bu, bəzi 

musiqiçilərə süni və uydurma bir şey kimi gəlirdi”.

2

 Lakin Hacı-



bəyli irəli sürülən məsələlərin doğruluğunu Azərbaycan xalq musi-

qisi nümunələri ilə inandırıcı şəkildə isbat edirdi. 

Ü.Hacıbəyli Azərbaycan məqamlarında musiqi bəstələmək 

üçün göstərdiyi qayda-qanunların doğruluğunu yoxlamaq məq-

sədilə (tədqiqatının ikinci hissəsi) bəstəkarlarımıza bu qanunlar 

əsasında musiqi bəstələməyi təklif edir. Belə təcrübə həyata ke-

                                                 

1

 Агаева Х. У.Гаджибеков. Б., 1955, с.138. 



2

 Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 9. 




 

119 


çirilmiş  və Hacıbəylinin nəzəri kəşflərinin həqiqiliyini isbat et-

mişdi. Bərabər tetraxordların birləşməsi səsdüzümünün sırala-

rında pərdələrin ardıcıllığının konsekvent qaydasını yaradır. Bə-

rabər quruluşlu xalis tetraxordların birinci üsulla birləşməsi ardı-

cıl xalis kvartalar sırasından ibarət səsqatarı əmələ gətirir: 

 

 



Bərabər quruluşlu xalis tetraxordların ikinci üsulla birləşməsi 

ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı əmələ gətirir: 

 

 

Bərabər quruluşlu xalis tetraxordların ücüncü üsulla birləş-



məsi ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı  əmələ 

gətirir: 



 

 

 

 

Bərabər quruluşlu xalis tetraxordların dördüncü üsulla birləş-



məsi ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı əmələ gətirir: 

4 4 4 4

c d e f g a b c d es f g as 

 5 5 5 5 

c d e f g a h c d e fis  g a  

k. 6 6 6 6  

c d e f (g) a s b c  des  


 

120


 

 

Qeyd edək ki, xalis kvartalar quruluşu “Rast”, “Şur”, “Segah”, 

“Çahargah” kimi geniş yayılmış  məqamların səsqatarını, xalis 

kvintalar quruluşu “Şüştər”, “Çahargah”, kiçik sekstalar quruluşu 

“Bayatı-Şiraz” və az ifa olunan “Nəva”, böyük sekstalar quruluşu 

isə “Humayun” məqamının səsqatarını əmələ gətirir.  

Xalis kvintalar, həm də kiçik və böyük sekstalar quruluşu 

Azərbaycan musiqi sənətinin inkişafında daha sonrakı dövrdür. 

Kiçik və böyük sekstaların səsqatarında məqamdan məqama 

keçmək üçün modulyasiya formulu üstünlük yaradır. 

Azərbaycan məqamlarının səsqatarının  əmələ  gəlməsində 

əsas tetraxordlardan başqa, köməkçi tetraxordların da mühüm 

əhəmiyyəti var. Bu tetraxordlar qeyri-bərabər tetraxordların bir-

ləşməsindən yaranır və  əsas tetraxordların ikinci, üçüncü, dör-

düncü pərdələrindən və aralıq tonlardan əmələ gəlir. 

Həmin məqamlar bunlardır: “Şahnaz” (1-1-1/2 və 1/2-11/2-

1/2-ayrı birləşmə), “Çahargah” (1/2-11/2-1/2 və 1-1-1/2-ayrı bir-

ləşmə), “Sarənc” (1/2-11/2-1/2 və 1-1-1/2-ayrı birləşmə). Kö-

məkçi tetraxordların arasında üçton xüsusi yer tutur. Hacıbəyli 

özünün məqam konsepsiyasında bu məsələ üzərində xüsusi ola-

raq dayanır. O, yazır: 

“...Bərabər tetraxordların ikinci (ayrı) üsul ilə birləşmə-

sində üçtonun olması vacibdir; bu üsul ilə birləşmədə ardıcıl 

xalis kvintalar sırasından ibarət yeni səsqatarı əmələ gəlir. O 

zaman belə bir dilemma ortaya çıxır: ya mənalı musiqi ifadə-

ləri düzəltməyə yaramayan üçtondan, ya da kvinta quruluşun-

dan  əl çəkmək lazımdır; hərçənd kvarta quruluşuna nisbətən 

kvinta quruluşu musiqi incəsənətinin inkişafında irəliyə doğru 

bir addımdır”.

1

 



                                                 

1

 Hacıbəyli Ü. Azərbaycan türk xalq musiqisinin əsasları. B., 1950, s. 28. 



b. 6 6 6 6  

c d e f (g) a h cis d   


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə