Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə106/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   102   103   104   105   106   107   108   109   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

428 



elə bir insanla vidalaşır ki, o, vüqarlı  ədəbiyyat və incəsənət 

ağacının köklərinə ünsiyyət, ülfət və mehribanlıq duyğuları hop-

durmuşdur və indi həmin ağacın yarpaqları bu böyük insana vida 

nəğməsi oxumaqdadır. 

İlyas Əfəndiyev cənablarının vəfatı ilə əlaqədar öz adımdan 

və  İİR səfirliyinin  əməkdaşları adından sizə  dərin hüznlə baş-

sağlığı verir, qadir Allahdan mərhuma rəhmət və onun əzizlərinə səbr 

diləyirəm. 

Şübhə yoxdur ki, mərhumun zəkası  və  qələminin məhsulu 

olan sənət inciləri sizlər və  mədəniyyət, incəsənət,  ədəbiyyat 

yolunun digər mübarizləri tərəfindən unudulmayacaqdır.” 

Ədəbiyyat qəzeti.- 11oktyabr.- 1996. 

 

 



Azərbaycanın görkəmli nasir və dramaturqu, Azərbaycan 

mədəniyyətinin böyük nümayəndələrindən biri... İlyas  Əfəndiyev 

həmişə öz xalqının arzu və istəklərini yüksək sənətkarlıqla 

göstərən bir yazıçı, vətən torpağını ürəkdən sevən övlad olaraq 

qalır... 

İlyas  Əfəndiyev Azərbaycan dramaturgiyası  məktəbini 

yaradıb. Uzun illər dramaturgiyamızın ən gözəl əsərləri onun adı 

ilə bağlı olub. 



Yeni Müsavat.- 8-10 oktyabr.- 1996. 

 

 



Aldığımız məlumata görə Azərbaycanın tanınmış dram 

yazıçılarından olan İlyas  Əfəndiyev oktyabr ayının 3-də  vəfat 

etmişdir. Bu tyatromuz və incəsənətimiz üçün böyük bir itki 

sayılır... 



Ana dili (Almaniya).- 7oktyabr.- 1996. 

 

 

Áèáëèîãðàôèéà 

 

429 



 

 

 

Azərbaycan Qəzeti Redaksiyasına 

 

Hörmətli baş redaktor! 



Qəzetiniz vasitəsilə  əziz və unudulmaz İlyas  Əfəndiyevin 

vəfatı ilə  əlaqədar bizə  dərin hüznlə başsağlığı vermiş, ağır 

dərdimizi bizimlə birlikdə bölüşmüş bütün şəxslərə, idarə, 

müəssisə  və  təşkilatlara  ən səmimi arzularımızı, böyük təşəkkür 

və minnətdarlığımızı bildiririk. 

İlyas Əfəndiyevin ailəsi. 

 

Azərbaycan.- 3 dekabr.- 1996; Xalq qəzeti.- 3 oktyabr.- 

1996. 



Èëéàñ ßôÿíäèéåâ 

 

430 



 

Əlavə 2  



 

YUNESKO-nun Baş Direktoru İrina Bokovanın  

İlyas Əfəndiyevin anadan olmasının 100 illik 

yubileyinin qeyd edilməsi münasibətilə söylədiyi nitq 

 

YUNESKO, Paris, 19 may 2014-cü il 

 

Cənab Elçin Əfəndiyev, Azərbaycan Baş nazirinin müavini! 

Cənab Anar Kərimov, Azərbaycan Daimi Nümayəndəliyinin 

müavini! 

Hörmətli qonaqlar!  

Xanımlar və cənablar! 

YUNESKO-da İlyas Əfəndiyevin anadan olmasının yüz illik 

yubileyinin qeyd edilməsi münasibəti ilə sizləri salamlamaqdan 

şərəf duyuram. Azərbaycanın Baş nazirinin müavini, cənab Elçin 

Əfəndiyevə bizi burada öz iştirakı ilə  məmnun etdiyinə görə 

minnətdalığımı bildirirəm.  İlyas  Əfəndiyev görkəmli dramaturq 

və yazıçı olub, bundan da vacibi isə onun böyük ziyalı və huma-

nist bir insan olmasıdır. Onun yaradıcılığı Azərbaycan cəmiyyəti 

üçün ilham mənbəyi və bu gün hamımızı ruhlandıran sənət nü-

munəsidir.  

İlyas Əfəndiyevin həyatı və ədəbi irsi onun müasir cəmiyyət-

də ideyalar və yaradıcılıq baxımından paylaşdığımız dəyərlərin 

inkişafında oynadığı vacib rolu göstərir. Cəmiyyətlərdə böyük 

dəyişikliklərin baş verdiyi müasir dövr bu rolun əhəmiyyətini 

daha da vurğulayır. Bu, YUNESKO-nun təşviq etdiyi, dəs-

təklədiyi və inkişaf etdirdiyi yoldur. 

İlyas Əfəndiyev bütün həyatını yaradıcılığa həsr etmiş, pyes-

lər, romanlar, hekayələr yazmışdır. O, dövrün qadağalarına bax-

mayaraq heç bir mövzudan çəkinməmiş  və yenilikçi sənəti for-

ması, bədii-psixoloji xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında 

dərin iz qoymuşdur. 

Áèáëèîãðàôèéà 

 

431 



Onun  əsərlərinin gücü qadirliyə, onu ruhlandıran mənəvi 

dəyərlərə, azadlıq, tolerantlıq və insan hüquqlarının bərqərar ol-

masına əsaslanır. Özünün də dediyi kimi: “Yazıçının böyük ürəyi, 

yüksək insani keyfiyyətləri olmalıdır. Ancaq bu halda yazıçı 

insanları duyğulandıra, onlarda məhəbbət və  mərhəmət hissləri 

oyada bilər.”  

İlyas Əfəndiyev böyük ürək sahibi olub. Bu sözlər bu gün də 

öz qüvvəsini saxlamaqdadır. Belə ürək sahibləri inkişaf, dialoq, 

sosial birlik naminə  ədalətli azad cəmiyyətlərin qurulmasında 

iştirak edən insanların gücünü daha da artırır. Bu ideyalar 

YUNESKO-nun fəaliyyətinin məğzini ifadə edir. 

Cənab Elçin Əfəndiyev, bilirəm ki, sizin də bir yazıçı kimi 

yaradıcılığınızda atanızın irsi çox əhəmiyyətli olub. 

Siz özünüz də Azərbaycan ədəbiyyatının yaşayan klassikisi-

niz, dunyada tanınmısınız. Siz 16 yaşınızdan yaradıcılıqla məş-

ğulsunuz və 100-dən çox kitab yazmısınız, bunlar 20-dən çox dilə 

tərcümə edilib və bildiyimə görə bu yaxınlarda Londonda 

“Mənim sevimli dəlim” tamaşanız təqdim olunub. Sizin bu gün 

bizimlə birlikdə olmağınız Azərbaycanda sənətə verilən qiymətin 

təzahürüdür. Azərbaycanda sənət - vətəndaşlığı, insaniyyətliyi, 

həmrəyliyi möhkəmləndirən, insanları, cəmiyyətləri yeniləndirən 

vasitələrdən biridir.  

Bu axşam qeyd etdiyimiz yubiley də elə bunun ifadəsidir. 

Xanımlar və cənablar! 

İlyas  Əfəndiyevin sənəti bütün Mərkəzi Asiyada ədəbiyyat

mədəniyyət və elm mərkəzi kimi tanınan Azərbaycanın bu sahə-

dəki zəngin tarixi ənənələrini davam etdirərək, Azərbaycan 

ədəbiyyatına və teatrına yeni bədii nəfəs gətirib. 

Azərbaycanın tarixi qədim  İpək Yolunun tarixidir. Bu tarix 

sənət, innovasiya, mədəniyyətlərin dialoqu kimi möhtəşəm mə-

dəni rəngarəngliyin tarixidir. Ötən il Bakıda mədəniyyətlərarası 

dialoq mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etdiyim 

zaman mən özüm bunun canlı şahidi olmuşam. 

Xüsusi qeyd etmək istərdim ki, bu işdə Azərbaycanın birinci 

xanımı, bizim xoşməramlı səfirimiz Mehriban xanım Əliyevanın 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə