Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

97 
 
təmin olunur. Mənbə kimi isə müəyyən olunan obyektiv hüquq 
normaları  çıxış  edir.  Bununla  yanaşı,  obyektivlik  də  mövcud 
olur  və  obyektivlik  əsasında  bərabərlik  meydana  gəlir. 
Obyektiv  hüquq  normaları  imkanları  və  gerçəklikləri  ifadə 
edən normalardır.  
Obyektiv  hüquq  həmçinin  ümumilikdə  bütün  şəxslərin 
nisbi  bərabərlik  əsasında  düşündüyü  hüquq  da  hesab  oluna 
bilər.  Bununla  yanaşı,  obyektiv  hüququn  mənşəyi  həm  də 
subyektiv  hüquqlardan  da  meydana  gələ  bilir.  Məsələn,  bir 
şəxsin  (bir  alimin,  tədqiqatçının)  subyektiv  təhlilləri  də 
sonradan  obyektivlik  üçün  əsas  götürülə  bilər.  Subyektiv  əqli 
nəticələr  obyektivlik  üçün  əsas  rolu  oynaya  bilir.  Hüququn 
genişlənməsi,  obyektiv  hüquq  sahələrinin  böyüməsi  bu 
baxımdan  subyektiv  nəzəri  fikirlərin  cəmindən  asılı  olur. 
Subyektiv fikirlərin inkar olunması və yaxud da təsdiq edilməsi 
elə  obyektiv  hüququn  inkişafına  şərait  yaradır.  Məsələn, 
müəyyən  bir  sahədə  hüquq  normalarının  inkarı  və  daha  da 
əlverişli  nəticələr  verən  digər  hüquq  normalarının  qəbulu  elə 
obyektiv  hüququn  inkişafını  şərtləndirir.  Obyektiv  hüquqlar 
burada subyektiv hüquqların törəməsi üçün baza mənbə rolunu 
oynayır.  Deməli,  obyektivlik  universal  və  fərdi  nəzəri 
törəmələrdən  meydana  gəlir.  Burada  dialektik  məzmun  həm 
inklarda,  həm  də  təsdiqdə  öz  əksini  tapır.  Qanunların 
şaxələnməsi,  yeni  qanunvericiliyin  meydana  gəlməsi,  əvvəlki 
qanunvericilik  aktlarının  ləğv  olunması  və  ya  da  tərkiblərində 
yeni  qanunvericilik  aktları  ilə  əlaqədar  olaraq  dəyişikliklərin 
aparılması  elə  obyektiv  hüququn  digər  obyektiv  hüquq 
tərəfindən  inkar  edilməsi  (subyekt  tərəfindən  yeni  obyektiv 
hüququn meydana gəlməsi) prosesləri ilə həyata keçirilir.  
Hüquq  fərdin  hüququndan  və  toplumun  hüququndan 
ibarətdir.  Fərdin  hüququ  da  elə  toplumun  hüququnun 
içərisindədir.  Bu  baxımdan  da  universal  sənədlər  normativ 
hüquqi  aktlar  olaraq  fərdin  hüquqlarını  ümumi  və  məxsusi 
əsaslarla təmin etməni əsas götürür. Burada şəxsin və şəxslərin 


98 
 
hüquqları  normalara  salınır.  Hər  iki  tərəfin  mənəvi  aləmini 
şərtləndirən və onların vəzifə və səlahiyyətlərini müəyyən edən 
və  onların  münasibətlərini  tənzim  edən  normalar  əslində  bir-
birilərinin daxilindən təzahür olunur.  
Dialektik  vəhdətə  uyğun  olaraq  baza  hüquqlardan  törəmə 
hüquqlar meydana gəlir. Baza hüquqlar universal olur və vahid 
xətt  üzrə  müəyyən  edilir.  Normalar  arasında  şərtləndirici 
məzmun  dialektikanın  əsaslarını  meydana  gətirir.  Bir  şəxsin 
hüquqlarının normalar şəkilində reallaşdırılması digər şəxslərlə 
olan  əlaqələrdə  mümkün  bir  hala  çevrilir.  Bu  da  ondan  irəli 
gəlir  ki,  dövlət  universal  qaydada,  bütün  vətəndaşların 
hüquqlarını əks etdirən normalar qəbul edir, normaların icrasını 
təmin  edir.  Dövlət  özü  də  daha  çox  vətəndaşlarının  yaratdığı, 
yəni cəmdən təkə doğru formalaşmış bir qurum kimi əhəmiyyət 
kəsb edir. Dövlət öz vətəndaşları arasında ümumi əsaslarla heç 
bir  fərq  qoymur,  bundan  irəli  gələrək  şəxslərin  fərdi  əsaslarla 
hüquqları  təmin  edilir.  Normativ  hüquqi  aktlar  indiki  zamanı 
ifadə edir və eləcə də zamanı və şəraiti yetişdikdə hər bir şəxs 
ona  məxsus  olan  hüquqdan  faydalanır.  Fərdin  hüququ  əsasən 
toplumun  hüquqları  irçərisində  təmin  olunur.  Dövlətin 
universal mahiyyəti də məhz buradan üzərə çıxır. Universallıq 
içərisində,  yəni  baza  hüquqları  içərisində  fərdi  məxsusi 
hüquqlar  meydana  gəlmiş  olur.  Hüquq  normaları  insanların 
fərdi  bərabərliklərini  müəyyən  xətlərdə  eyniləşdirir.  Dövlət 
həmçinin  fərdi  qaydada  ayrı-ayrı  şəxslərə  hüquqlar  verir, 
onların  müəyyən  şərait  və  məkanlarda  hüquqlarını  tanıyır, 
yardım  və  stimullaşdırmaq  məqsədilə  güzəştlər  verir.  Burada 
artıq  məxsusilik  meydana  gəlir.  Dövlət  rəhbəri  fərdi  qaydada 
məhkumları  və  cinayət  məsuliyyətinə  cəlb  olunanları  əfv  edir, 
məhkumların  cəzalarını  yüngülləşdirir.  Məxsusilik  daha  çox 
real 
imkanların 
mövcudluğu 
və 
potensialın 
istiqamətləndirilməsindən  ortaya  çıxır.  Bu  baxımdan  da 
universal münasibətləri tənzim edən hüquq normaları meydana 
gəlir.  Fərdə  (burada  bir  şəxsə)  aid  olan  hüqüq  normasının 


99 
 
meydana  gəlməsi  və  onun  tətbiqi  başlıca  olaraq  digər 
subyektlərlə şərtləndirici əlaqədə ortaya çıxır. Burada dialektik 
vəhdət  ondan  ibarət  olur  ki,  baza  hüquqlar  əsasında  törəmə 
hüquqlar  formalaşmış  olur.  Törəmə  hüquqların  mahiyyətində 
baza  hüquqlar  daima  öz  əksini  tapır.  Bütün  konkret  hallarda 
hüquqi aktlar baza hüquqların ədalət prinsipi və dəyərlərlə əks 
olunmasını təmin edir.  
Fərdin  hüquqları  əqli  nəticələrə  gəlmək  yolu  ilə  dərk 
olunur.  Obyektiv  hüquq  hamı  tərəfindən  qəbul  edilən  çoxlu 
sayda subyektiv hüquqların cəmidir. Obyektiv hüquq normaları 
da subyektlər tərəfindən təşkil edilən hüquq normalarının cəmi 
kimi xassələnir.  
 
Formal məntiq və hüququn dərk olunması (sillogizmlər 
yolu ilə) 
 
Əqli  nəticələr  düşüncələri  daha  təkmil  və  əhatəli  edir. 
Obyektlər  üzrə  ardıcıl  qaydada  əqli  nəticələrin  çıxarılması 
məhz  mühakimələrin  sayını  artırır.  Artma  prosesindən  əhatəli 
mətn  meydana  gəlir.  Burada  dialektik  məntiq  də  özünü 
göstərir.  Bu  baxımdan  da  belə  qənaətə  gəlmək  olar  ki,  formal 
(sadə, klassik) məntiq i  nəticələr  öz-özlüyündə  genişləndikcə 
dialektik  məntiqə  gətirib  çıxarır.  Formal  (ənənəvi)  məntiq 
sistemli  təfəkkürün  formalaşmasında  mühüm  rol  oynayır  və 
sadə  yollarla  başlanğıclar  və  ondan  meydana  gələn  nəticələr 
arasında  bir  bağlayıcılıq  yaradır.  Sistemli  təfəkkürün  obyekti 
sistemi  təşkil  edən  komponentlər  olur.  Sistemlilik  əslində 
bütövün  tərkib  hissələri  arasında  əlaqələrin  yaranmasına  və 
nəzəri  olaraq  aşkarlanmasına  xidmət  edir.  Məntiqi  nəticələr 
başlanğıc  və  son  arasında  bir  bütövün  yaranmasına  və  oxşar 
məzmunların  meydana  gəlməsinə  xidmət  edir.  Başlanğıc  və 
son  arasında  (son  məqsəd  arasında)  məsafə  uzandıqca  hüquq 
normalarının  sayı  artır,  şərtləndiriciliyi  genişlənir.  Bu 
baxımdan  da  əhaətliyi  meydana  gəlir.  Hüquq  normalarından 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə