Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə30/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

88 
 
Bütün hüquq normaları əqli nəticələrlə qəbul edilir. Hüquq 
normalarında  əqli  nəticələr  üçün  obyekti  rolunda  maddi  və 
mənəvi  aləm  dayanır.  Hüququn  mənəvi  əsası  onun  şaxələ 
qaydada  normalara  salınmasına  şərait  yaradır.  Bir  hüquq 
norması  digər  normanın  yaranmasına  xidmət  edir.  Burada 
dialektik vəhdət meydana gəlir. Başlanğıc üçün hüquq norması 
da  olmaya  bilər.  Bu  anda  məntiqi  təfəkkür  digər  əlaqəli 
sistemlərlə  bağlılıq  prinsipi  ilə  ilk  hüquq  normasını  obyekti 
kimi  aşkarlamağa  cəhd  edir.  Universal  və  məxsusi  hüquq 
norması burada başlanğıc üçün ümumi qaydaları və prinsipləri 
müəyyən edən normalar kimi rol oynayır. Hüquq və onun nisbi 
və  mütləq  ölçüləri  bütün  hallarda  və  sahələrədə  hüquq 
normasını  yaratmaq  üçün  qaydalar  rolunda  çıxış  edir.  Sahələr 
üçün  hüquq  normaları  sisteminin  yaradılmasında  mövcud 
resurslar və onlar üzərində istifadə haqqlarını təsbit etmək üçün 
yaradılır. 
Resurslar 
və 
onlar 
üzərində 
səlahiyyətlərin 
formalaşması,  bu  baxımdan  vəzifə  və  funksiyaların  müəyyən 
olunması  məqsədilə  hüquq  normaları  qəbul  olunur.  Sonradan 
isə  zamanla  zərurətə  və  dəyişən  şəraitə  uyğun  olaraq  hüquq 
normaları  bir-birini  inkar  edir  və  əvəzləyir.  Burada  dialektika 
təbii  olaraq  meydana  gəlir.  Dialektika  bir  model  kimi  istifadə 
olunur, həm də universal model rolunda çıxış edir.  
Dialektik  mövcudluqlardan  yeni  dialektik  nəticələr  əldə 
olunur.  Dialektik  vəhdət  genişlənməni  və  tərifləri  meydana 
gətirir,  ifadələr  şəkilində  izahlar  yaranır.  Məsələn,  Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsində yazılır: iki və ya daha çox 
şəxsin  qəsdən  cinayət  törətməkdə  qəsdən  birgə  iştirakı 
iştirakçılıq  sayılır.  (Maddə31.  İştirakçılıq).  Burada  bu  ifadə 
iştirakçılığın əsas mənasını açıqlayan bir norma kimi çıxış edir. 
Bu norma dialektik qaydada sonradan şaxələnir. 32-ci maddədə 
iştirakçılığın  növləri,  33-cü  maddədə  cinayət  iştirakçılarının 
məsuliyyəti, 34-cü maddədə cinayətin bir qrup şəxs, qabaqcadan 
əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik 
(cinayətkar  təşkilat)  tərəfindən  törədilməsinin  əsasları  izah 


89 
 
olunur.
1
 Burada  iştirakçılığın  müxtəlif  aspektləri  törəmə  yolu 
(növlərə  ayırma  yolu  ilə)  ilə  açılır.  Növlərə  ayırma  da  əsasən 
şaxələnmədən və zəruri olaraq genişlənmədən, əhatə olunmadan 
meydana gəlir. Bu genişlənmədə həm müşahidələr və təcrübələr 
(yəni praktiki olaraq baş verən cinayət hallarına uyğun), həm də 
qabaqlayıcı  əqli  nəticələr  və  mühakimələr  (gözləntilər  və 
ehtimallar  şəkilində)  əsas  yer  tutur.  Dialektik vəhdətdən təriflər 
arasında  bağlayıcılıq  yaranır  və  ayrı-ayrı  sahələr  də  meydana 
gəlir.  Burada  deduktiv  və  induktiv  mühakimələr  vəhdətdə 
birləşir.  Sadə  ifadələr  toplusundan  ayrı-ayrı  sahələri  əhatə  edən 
mürəkkəb ifadələr toplusu meydana gəlir.  
Dialektik  vəhdətdə  təriflər,  məzmunlar  bir-birini  bağlayır 
və  tamamlayır,  həmçinin  tarazlaşdırır.  Məsələn,  Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsinin  23-cü  maddəsinin  23.5 
bəndində  yazılır:  əgər  fiziki  şəxsin  şərəfini,  ləyaqətini  və  ya 
işgüzar  nüfuzunu  ləkələyən  məlumatları  yaymış  şəxsi 
müəyyənləşdirmək  mümkün  deyildirsə,  barəsində  bu  cür 
məlumat  yayılmış  şəxsin  ixtiyarı  var  ki,  həmin  məlumatların 
həqiqətə  uyğun  olmayan  məlumatlar  sayılmasını  tələb  etsin.
2
 
Buradan 
görünür 
ki, 
şərtləndirici 
və 
zəruriləşdirici 
bağlayıcılıqda  cümlənin  ikinci  hissəsi  birinci  hissəsində  olan 
pozuntuların  əvəzini  ödəməklə  tarazlama  funksiyasını  yerinə 
yetirir.  Dialektika  daima  həqiqəti, ədaləti axtarır. Tarazlamada 
birincini  ikinci  inkar  edir  və  digər  tərəfdən  də  dialektik 
qaydada  bağayaraq  fikirləri  inkişaf  etdirir,  genişləndirir. 
Genişlənmə həm təsdiqdə, həm də inkarlarda mövcud olur. Elə 
də  olur  ki,  dialektika  ədaləti  təmin  edə  bilməsin.  Bir  qayda 
olaraq  daxili  istiqamət  və  sistem  üzrə  birtərəfli  olaraq  inkişaf 
etsin,  hadisələrin  axarını  müəyyən  tərəflər  üçün  mənfi  və 
faydası olmayan istiqamətlərə yönləndirsin.  
                                                 
1
 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Azərbaycan 
Respublikasının Məcəllələr Külliyyatı. Azərb. dilində. Bakı-Qanun-2000, 
880 səh., səh. 17. 
2
 Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan 
Respublikasının Məcəllələr Külliyyatı. Azərb. dilində. Bakı-Qanun-2000, 
880 səh., səh. 241. 


90 
 
Obyektivlik və subyektivliyin zamanı (əqli nəticələrə 
gəlmək kontekstində)  
 
Obyektivlik  (çoxlu  sayda  varlıqların-materiyanın  və 
şəxslərin mövcudluğu, həmin şəxslərin həqiqəti oxşar və fərqli 
əsaslarla  qəbul  etməsi,  mütləq  həqiqətin,  real  gerçəkliyin 
universal  əsaslarla  dərk  olunması,  obyektivliyin  obyektivliyi 
dərk etməsi  və  onu  qəbul  etməsi,  yəni  çoxluğun  çoxluğu qəbul 
etməsi  və  s.)  və  subyektivlik  (material  və  mənəvi  aləmə 
məxsusi  yanaşmalar,  obyektlərə  olan  münasibətlərdə  şəxsi 
mühakimələr  və  şəxsi  qaydada  əqli  nəticələrin  çıxarılması, 
ayrı-ayrı  şəxslərə  müəyyənliyin  bəlli  olması,  həqiqətin 
subyektiv  qaydada  bəlli  olması,  subyektiv  mühakimələrin  irəli 
sürülməsi  və  s.)  məkana  və  zamana  bağlıdır.  Resurslar  da 
obyektivliyin  və  subyektivliyin  təfəkkürdə  formalaşmasına 
səbəb  olur.  Obyektivlik  və  subyektivlik  obyektlərarası 
vəhdətlik fəlsəfəsinin əsaslarını təşkil edir. Obyektivlik həm də 
gerçəkliklərə  çoxlu  sayda  oxşar  məzmunda,  həmçinin  fərqli 
baxışlarla 
yanaşmanın 
təzahürüdür. 
Obyektivliyin 
əsas 
reallaşması  məhz  mərkəzləşmədir.  Mərkzələşmə  də  elə  bir 
prosesdir ki, burada obyektlər və onlar üzərində diqqətə malik 
olan  subyektlər  bir  araya  gəlir.  Obyektivlik  obyektə  (burada 
fikir,  material  aləm,  ümumiyyətlə,  bütün  faktlar  obyektivliyin 
obyekti  ola  bilər)  münasibətdə  və  əlaqədə  oxşar  və  fərqli 
təmasların  əsaslarını  təşkil  edir.  İnsan  hüquqlarına  yanaşmalar 
həm obyektiv,  yəni daha çox reallığı əks etdirən və subyektiv, 
yəni  fərdi  qaydada  reallığı  əks  etdirməklə  iki  qismə  bölünə 
bilər.  Lakin hər ikisində bir o qədər fərq ola bilməz və burada 
fərqlər reallığın tərəflərə daha çox aydın olmasından irəli gəlir. 
Yəni  kimi  çox  reallığı  aşkarlaya  bilərsə,  zərurəti  əsaslandıra 
bilərsə  və  gerçəkliyi  aşkarlayarsa,  həmin  anlarda  bir  o  qədər 
obyektivlik  meydana  gələ  bilər.  Bu  da  özlüyündə  şəxslərin 
çoxlu  sayda  məlumatları  əldə  etməsindən  asılıdır.  Hüququn 
qeyri-müəyyənliyinin 
müəyyənliyə 
çevrilməsi 
prosesləri 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə