51
nu məğlub edilmişdir. Araz çayına doğru çəkilən Əmiraslan xan
Təbrizə məktub yazaraq əlavə kömək istəyir. Təbrizdən 21 top, 24
zəmburəngə malik qoşun alan Əmiraslan xan növbəti dəfə İrəvana
döğru hərəkət edir. Lakin İrəvan qalasına sığınan irəvanlılar onun
qoşununa güclü müqavimət göstərdilər. Uğursuzluğa düçar olmuş
Əmiraslan xan İrəvanın 10 verstliyində düşərigə salaraq, vəziyyətlə
əlaqədar şaha məlumat göndərib, onun əmrini gözləməyə başla-
mışdır (8, 46).
Nadir şahın 1747-ci ilin iyulun 19-dan 20-ə keçən gecə sui-
qəsd nəticəsində öldürülməsi (242, 312-313; 91, 254) ölkəni
bürümüş üsyanların yatırılmasına mane oldu. Şahın öldürülməsi ilə
ölkədə güclü qarışıqlıq yaranır, hər tərəfdə taxt-taca iddialar irəli
sürülməyə başlayır. Bu mübarizədə müvvəqqəti olaraq Nadir şahın
qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gətirildi (51,
33; 43, 114; 95, 152; 242, 315-316; 83, 218; 27, 20). Lakin yeni şah
müstəqil xanlıqların yaranmasının qarşısını ala bilmədi. Müstəqil
olmağa çalışan Azərbaycan xanları taxt-tac iddiaçılarına qarşı
mübarizə şəraitində öz kiçik feodal dövlətlərini yaradırdılar.
Tax-taca iddia edilənlərdən biri də yalançı şahzadə III Sam
Mirzə idi. Onun fəaliyyətinin bir hissəsi İrəvanla bağlı olduğundan
bu şəxs haqqında ətraflı dayanmaq istərdik. Belə ki, hələ Nadir
şahın ölümündən bir qədər əvvəl Ərdəbildə o, özünü şah elan
etmişdi. Şahın ölümündən sonra III Sam Mirzə Astaraya gedərək
oranın hakimi və onun qardaşı ilə ittifaq bağlamış və hakimi özünə
vəzir təyin etmişdi. Bakı hakimi də onun tərəfinə keçmişdi. Onların
köməyi ilə 12-15 min nəfərlik qoşun toplayan yalançı şahzadə
Təbrizə gəlmiş, yerli əhalini öz tərəfinə çəkərək burada möhkəm-
lənmişdi (240, 101; 83, 218; 245, 55-56).
Təbrizdə möhkəmlənən Sam Mirzə Rəşt şəhərinə hücum
etmişdi. Lakin o, burada möhkəmlənə bilmədi. O, Adil şahın gön-
dərdiyi cəza dəstəsinin yaxınlaşdığını eşidərək əvvəlcə Ərdəbilə,
sonra isə Təbrizə geri çəkildi (240, 101-102).
Azərbaycanın ayrı-ayrı bölgələrindən dəstək qazanmağa çalı-
şan yalançı şahzadə yerlərə müraciətlər göndərərək əhalini hakimiy-
yətinin tanınılmasına çağırırdı. Azərbaycan xanları onun müraciət-
52
lərinə biganə qalsa da, sadə xalqın bir hissəsi onun çağırışlarını
müsbət qarşıladı. Hətta İrəvan, Gəncə, Şamaxı, Tiflis, Muğan,
Astara və Ərdəbil əhalisi 40 min nəfərədək qoşun toplamış və onun
adına pul da kəsilməyə başlamışdı (9, 46-47; 83, 219: 245, 55).
Digər tərəfdən, yalançı şahın Əfşar hakimiyyətinə qarşı baş
vermiş üsyanlara kömək göstərmək qərarı əhali arasında onun nüfu-
zunun artmasına şərait yaratmışdı. O, həmçinin üsyan etmiş irəvan-
lılara kömək etmək qərarına gəlmişdi. Lakin İrəvanda düşərgə salan
Əmiraslan xan onun bu planının qarşısını aldı. Belə ki, o, yalançı
şahzadəyə məktub yazaraq onun hakimiyyətini tanımadığını bildir-
miş və Təbrizə qoşun yeritmişdi. Öz növbəsində yalançı şahzadə
20.000 nəfərlik qoşunla Əmiraslan xana qarşı hərəkət etmişdir.
Mərənd şəhəri yaxınlığında tərəflər arasında baş verən döyüşdə
Əmiraslan xan Sam Mirzənin qoşununu darmadağın edir. Tezliklə,
Sam Mirzə ələ keçirilərək Təbrizdə edam edilir (240, 103; 83, 219;
245, 57-58).
Sam Mirzəyə qalib gələn Əmiraslan xan Təbrizdə möhkəm-
lərək müstəqil Azərbaycan dövləti yaratmaq niyyətində idi (83,
221). Tezliklə o, Azərbaycan xanlarını özünə tabe etmək üçün
fəaliyyətə başlayır. Əmiraslan xan Ərdəbil və Qaradağ xanlıqlarını
özünə tabe etsə də, Şəki xanı Hacı Çələbi ilə döyüşdə məğlubiyyətə
uğrayır. Dövrün güclü Azərbaycan xanlarından biri olan Şəki xanı
ilə döyüşdə məğlub olan Əmiraslan xan İrəvana çəkilir. İrəvana
gələn Əmiraslan xan burada davam edən üsyanı yatırmağı qərara
aldı. O, əfşar sərkərdələrindən olan Mirmehdi xanı qoşunla İrəvana
göndərir. Lakin Əmiraslan xanın siyasətindən narazı olan Mirmehdi
xan irəvanlılarla razılığa gələrək onlarla birləşir və üsyanın rəhbəri
olur. Əmiraslan xanın onlara aman verməyəcəyini başa düşən yerli
əhali ona ciddi müqavimət göstərdi. Bu müqavimət qarşısında
Əmiraslan xan geri çəkilməyə məcbur oldu. Tezliklə, Əmiraslan
xana qarşı Azərbaycanın müxtəlif bölgələrinin güclü ittifaqı yaran-
dı. İrəvanlılar da bu ittifaqa qoşulmuşdular. İrəvanlılara rəhbərlik
edən Mirmehdi xan, Muğan xanı Həsənəli xan, Əmiraslan xan tərə-
findən talana məruz qalmış kürdlər, əfşarlar qüvvələrini birləş-
dirərək 30.000 nəfərə yaxın qoşunla Əmiraslan xana qarşı çıxdılar.
53
Birləşmiş qoşunlar Urmiya şəhərinə hücum edərək xanın burada
yerləşən bütün xəzinəsini ələ keçirmiş və onu öz aralarında
bölüşdürmüşdülər (89, 203-204).
Bu hadisədən çox keçməmiş, doğma qardaşı Adil şahı taxtdan
salaraq hakimiyyətə gələn İbrahim Mirzə Əmiraslan xanı məğlub
edərək onu öldürür (27, 108; 28, 40).
Beləliklə, İrəvan üsyançılarını öz tərəfinə çəkərək, üsyana
rəhbərliyi ələ ala bilən Mirmehdi xan Əfşar (1747-1752) hakimiy-
yəti ələ keçirərək müstəqil İrəvan xanlığının əsasını qoyur.
İrəvan xanlığı yarandığı gündən müstəqil bir dövlət kimi
qonşu dövlətlərlə, Azərbaycanın bəzi digər xanlıqları ilə siyasi mü-
nasibətlər qurmuş və varlığını qorumaq üçün həmişə mübarizə
aparmışdı. Qeyd etmək lazımdır ki, Azərbaycanın şimal – qərb
qurtaracağında yaranmış İrəvan xanlığı əlverişli strateji mövqedə
yerləşdiyindən ilk gündən taxt-tac iddiaçılarının, Kartli-Kaxetiya
çarlığının, Qarabağ xanlığının müdaxiləsinə məruz qalmış və
Rusiya, Osmanlı və Qacar kimi dövlətlərin mənafeyinin toqquşduğu
bir bölgə olmuşdu. Ona görə də, xanlıq tez-tez qonşu dövlətlərin
hücumlarına məruz qalırdı.
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlı-
ğının da siyasi tarixi ara müharibələri ilə zəngin olmuşdu. İrəvanı
müstəqil xanlığa çevirən Mirmehdi xan xanlığın ərazisini genişlən-
dirmək üçün qonşu xanlıqlara yürüşlər təşkil edirdi. O, 1748-ci ilin
əvvllərində Urmiya xanlığına hücum edir. Gələcəkdə taxt-tac id-
diaçılarından biri olan, lakin həmin dövrdə hələlik bir o qədər qüv-
vəsi olmayan Urmiya xanı Fətəli xan Əfşar irəvanlılarla döyüşdə
məğlubiyyətə uğrayır. Nəticədə, Fətəli xan Mirmehdi xana güzəştə
getməyə məcbur olmuşdu (27, 111; 28, 42).
Lakin yenicə yaranmış İrəvan xanlığı çox tezliklə qonşu döv-
lətlər arasında gedən çox ciddi mübarizə meydanına çevrildi. XVIII
yüzilliyin 40-cı illərin axırlarında şah taxt-tacı uğrunda mübarizə
qızışdığından Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı.
Bundan yüksək şəkildə yararlanmağa çalışan Kartli-Kaxetiya çarları
II Teymuraz və oğlu II İrakli, digər tərəfdən isə Qarabağ xanı
Pənahəli xan arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə
Dostları ilə paylaş: |