143
maqda olan ölkədə ermənilər tədricən üstünlük təşkil
edirdilər.
Rus casusları hələ xeyli əvvəl ermənilərə pul və si-
lah verərək onları Türkiyə əleyhinə müharibəyə təhrik
etmişdilər. Nəhayət, Osmanlı dövlətinin rəsmiləri er-
mənilərin xəyanətlərini görüb onları sərhəd bölgələr-
dən köçürmək qərarına gəldi. Əks halda, ölkənin şərq
sərhədlərini qorumaq mümkün olmayacaqdı. Çünki er-
mənilər Osmanlı dövlətinə qarşı üsyana qalxmış, xarici
ölkələrlə əlaqəyə girmişdilər. Onların bu xəyanətkar
addımları XX əsrin astanasında bir milyona yaxın
insanın fəlakətinə və səbəb oldu.
Daşnaklar, eyni zamanda, Urmiya və Salmasda da
xristianların köməyi ilə bir neçə dəfə türklərin ümumi
qətli barədə fərman vermiş və görünməmiş cinayətlər
törətmişdilər.
Urmiyada soyqırım
Arazın o biri tayında da həmin hadisələr baş verdi.
Daşnaklar İrəvan və Qars əhalisini qətliama məruz
qoydular, onların mülklərini qarət etdilər. Ərdəhanda,
Axsada, Borçalıda da azərbaycanlılar təzyiq altında
idilər. 1917-ci il inqilabı və vətəndaş müharibəsi bu
ölkənin hər yerində olduğu kimi Qafqazda da fəlakət
və qanların tökülməsinə səbəb oldu. Gürcü, azəri və
erməni siyasətçiləri Tiflisdə bir hökumət təşkil edib,
144
müstəqil şəkildə idarəçilik işlərinə başladılar. Bu za-
man Dağıstan da menşeviklərlə ağqvardiyaçılar ara-
sında çəkişmə meydanı idi. İmam Nəcməddin və Uzun
Hacı da dini ideyalara söykənərək mübarizəyə
qalxmışdı. Bakı şəhəri bolşeviklərin əlində idi.
Daşnaklar hakimiyyətsizlikdən istifadə edib, İrəvan
bölgəsindəki azərbaycan kəndlərini yerlə-yeksan etdi-
lər. İrəvan hadisələri Zaqafqaziya Seymində fevralın 5-
dən–20-dək müzakirə edildi. Seym məsələni araşdır-
maq üçün İrəvana nümayəndə heyəti göndərdi. Təhqi-
qatın nəticəsi belə olmuşdu: İrəvan vilayətində 211
Azərbaycan kəndi dağıdılmış və yüz minlərlə insan
qətliam olunmuşdur. 300 minə yaxın İrəvan azərbay-
canlısı qətlə yetirilib və qalanları özlərini bir təhər
Gəncə və digər şəhərlərə çatdırmışlar. Yalnız az bir
hissə dədə-baba torpağında qalmışdır.
Qafqazda ikinci erməni-azərbaycanlı qırğınına
çevrilən bu hadisələr iki xalq arasında münasibətləri o
qədər kəskinləşdirib ki, daha onların üçtərəfli Qafqaz
Federal Hökuməti İttifaqında bir yerdə qalması
mümkün deyil.
Buna görə 1918-ci il mayın 26-da Federasiya par-
çalandı. Bundan sonra üç müstəqil cümhuriyyət –
Azərbaycan, Ermənistan, Gürcüstan təşkil olundu".
1
Bu hadisədən sonra minlərlə İrəvanlı müsəlman
evini, mülkünü atıb, dağlara və biyabanlara qaçdı. Hə-
min qaçqınlardan biri də maarifçi xadim Mirzə Cabbar
Baxçaban oldu. O, bir kəndə gəlib çıxaraq xeyli ağır və
məşəqqətli günlər yaşadı. Sonradan Vətənə – Təbrizə
köçərək burada öz sevdiyi peşəsi ilə məşğul olmaq
1
Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz, səh.71
145
qərarına gəlir. Cabbar Baxçaban əvvəl Təbrizdə, sonra
isə Tehranda kar və lallar üçün bir mədrəsə açır.
Mirzə Cabbar Baxçabanın keçirdiyi ağır və dözül-
məz günlər barədə onun ürəkparçalayan xatirələrindən
bir hissəni burada vermək yerinə düşər. Bu xatirələr o
qanlı-qadalı illərin mənzərəsini düzgün təsəvvür et-
məyə imkan verir. O yazır: "Dünyanı oda calayan Bi-
rinci Dünya müharibəsinin axırlarında mən yarımcan
halda bir kəndə gəlib çıxdım. Taqətdən düşmüşdüm.
Bütün ailəm qarın yatalağı xəstəliyinə tutulmuşdu.
Mən özüm də 25 gün cəhənnəm əzabı çəkmişdim. Qız-
dırma içində qovrulurdum. Bizə nəinki dava-dərman,
heç bir qaşıq su verən də yox idi. Bir gün qızdırmanın
atəşindən evdən çıxıb qaçdım. Özümü Araz çayına
atmaq istəyirdim. Lakin adamlar yetişib, məni birtəhər
sakitləşdirdilər. Nəhayət, 25 gündən sonra özümə gəl-
dim. Bu vaxt gördüm ki, ermənilərin əlindən qaçarkən
özümüzlə götürdüyümüz xırda-para şeyləri də
oğurlayıblar.
Rəbiyə adlı 6 yaşlı bir qız bizə xidmət edirdi. Öz
arıq vücudu ilə səhra adamını xatırladan bu qız bütün
günü bizim üçün çöllərdən bitki toplayırdı. On gün
müddətində yalnız həmin otlarla qidalandım. Qazaya-
ğı adlanan bitkinin gövdəsini çeynəyir, suyunu udur-
duq. Təbii ki, həmin günlərin məşəqqətlərini adi
sözlərlə ifadə etmək mümkün deyil. Sadəcə olaraq,
həmin məşəqqətli günlərdə biz beş nəfərin salamat
qalması Allah möcüzəsi idi...
Özümə gələndən sonra hər iki ayağımın topuqdan
aşağı qaraldığını gördüm. Bir neçə gündən sonra məni
dəvənin belinə bağlayıb bir kəndə gətirdilər. Ayaq
barmaqlarım suluqlamışdı. Deyilənə görə, bu, yeyici su
idi.
146
...Doğrusu, insan gözləmədiyi anda həyat özünün
bütün sifətlərini göstərir. Bu hadisədən bir il əvvəl mən
öz doğma yurdumda vəzifə sahibi idim. Evsiz-eşik-
sizlərə yer-yurd vermək işinə baxır, əhaliyə taxıl bö-
lürdüm. Amma indi məni nə bir tanıyan var, nə də
özüm və ailəm üçün çörək qazana bilirdim. Bütün mə-
nalarda fəlakətə məhkum olmuş bir insan idim. Həmin
kəndə çatanda gördüm ki, bütün evlər qaçqın və köç-
künlərlə doludur. Çətinliklə bir boş tövlə tapıb orada
məskunlaşdıq.
Ədalətsizlik və mərhəmətsizlikdən məyus olmuş-
dum. Ayaqqabı və papağımı satandan sonra nə edəcə-
yimi bilmirdim. Qara fikirlər məni gecələr səhərəcən
yatmağa qoymurdu. Qan azlığı və halsızlıq da bir
yandan sıxırdı. O qara üfunətli tövlənin təndir istisində
boğulur və təngnəfəs olurdum. Ağcaqanadlar, bit və
birələr bədənimi lalə kimi qıpqırmızı eləmişdi. Kirpik-
lərim ağırlaşıb qapananda və məni yuxu aparanda
dəhşətli yuxular görürdüm. Həmin yuxuların bəzisini
50 ildən sonra da xatırlayıram.
...Bir vaxt kəndin əhalisi məndən qaçdığı halda,
indi başıma toplaşır, məndən aralanmırdı. Onlar da
qaçqın və köçkünlər idilər. Mən onlara təsəlli və ümid
verməyə çalışırdım. Qəribə idi ki, bu adamlar mənim
nağıllarıma qulaq asır və inanırdılar. Bəzən mənə elə
gəlirdi ki, elə bu mehriban və arıq adamlardan biri
mənim pal-paltarımı oğurlayıb.
...Noraşen kəndində bir köynək və dizdikdə (alt
paltarı) qaldığım, hər iki ayağımın qanqrena olduğunu
və meyidimin bir xəndəyə atılacağını düşündüym
həmin günlərdə təsadüfən bir xeyirxah insana rast
gəldim. Onun köməyi ilə məni qəsəbənin yeganə
həkimi olan doktor Səfizadənin yanına gətirdilər. O,
Dostları ilə paylaş: |