Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

                                                                                                                                                    
145
Öz qəbri üstündə sütun tikdirər, 
Ancaq belə gəlib hər şeyin sonu, 
Yel göyə sovurar onun tozunu. 
Şəddadın cəsədi, kim bilir, haçaq 
Hansı at nalına tapdaq olacaq? 
Bu məzar içindən dağıtma tozu, 
Torpaqda yaxşıdır torpaq, doğrusu. 
Bədəni axtarma, toz etdi ruzgar, 
Təkcə bu günbəzdir ondan yadigar. 
Gəl, toxunma bizə, baxıb ibrət al. 
Bax, öz bu gününü sən də yada sal! 
Özünə güvənmə ki, bəxtiyarsan, 
Kim olsan, düşün ki, insansan, insan! 
Bu xəzinə, saray sənindir yalnız, 
Sənin əmrindədir başla tacımız. 
Açıqdır üzünə bütün xəzinə, 
Bu, yetər ordunun yol zəhmətinə. 
Apar, sənin olsun xəzinə, amma 
Bizim qəbrimizə əsla toxunma!.." 
İskəndər mənalı lövhəni görcək, 
Heyrətdən donaraq qaldı lövhətək. 
Xətləri su kimi rəvan oxudu, 
Ağlayıb gözündən tökdü xeyli su. 
Məzarın önündə duran hökmüdar 
Axıtdı gözündən sel kimi yaşlar. 
Dəymədi orada bircə gövhərə, 
Çıxıb hazırlaşdı yenə səfərə. 
Getdi qılıncına baş əyən bağdan. 
Dərməyib bir meyvə heç bir budaqdan. 
Baxdı, o, bağdakı bu cah-cəlala, 
Bildi ki, illəri salıbdır yola. 
Xəzinə gördünsə dünyalar qədər, 
Nə özü götürdü, nə də bir nəfər. 
Sərvətlə doluydu o keçdiyi yol, 
Saf qızıl-gümüşdü hər tərəf bol-bol. 
Yenə də yadına düşdü öz yurdu, 
Yenə səfər üçün çölə üz qoydu. 


                                                                                                                                                    
146
Yolun yarısına çatıb İskəndər. 
Vəhşilər gördü ki, insana bənzər. 
Bunlar çöl əhliydi, qırdan da qara. 
Yaşayış yerləri kaha, mağara. 
Onlardan soruşdu: "Bu çöllərdən siz 
Sərgüzəşt, əfsanə nə bilirsiniz? 
Deyin, sizdən başqa varmı yaşayan 
Bu çöldə ya əhli, ya vəhşi heyvan?" 
Onların cavabı şaha bu oldu: 
"Az olur bu çölün suyu, buludu; 
Bu susuz səhrada yaşayırıq biz. 
Səhranın ovudur yediklərimiz. 
Yalnız ovçuluğu etmişik peşə, 
Ömrümüz heyvantək keçir həmişə. 
Yeyərik nə etsək bu çöldə şikar, 
Tüklərdən, dəridən geyərik paltar. 
Burada nə atəş, nə də ki, su var, 
Odu günəş verir, suyu buludlar. 
Işıqlı gündüzlər göyün günəşi 
Bizə əvəz edər odu, atəşi. 
Şeh düşüb havanı nəm edən zaman 
Nəfəslə alırıq suyu havadan. 
Bu çöldə belədir məişətimiz, 
Belədir işimiz, vəziyyətimiz. 
Bir də soruşdunuz, deyək bir qədər 
Bu çöldə kimlər var, necə ömr edər? 
Bu odlu səhralar dəhşətdir, dəhşət, 
Bir quş da uçmağa etməz cəsarət. 
Dəstə dəstə vəhşi adamlar yaşar, 
Heç kəslə ünsiyyət bağlamaz onlar. 
Bir gündə onların getdiyi qədər 
Biz getsək, inan ki, iki ay çəkər. 
Onlardan birisi düşmüşdü ələ, 
Soruşub birtəhər gətirdik dilə: 


                                                                                                                                                    
147
"Necə edirsiniz susuzluğa tab?" 
O bizə nifrətlə vermişdi cavab: 
"Su bizə zəhərdir, su içməz heç kəs, 
Bizə suyu hava eləyər əvəz. 
Ilantək heç kəsə yovuşmarıq biz, 
Kərtənkələlərdir yediklərimiz. 
Sizdən ki, bir fayda yoxdur bizlərə, 
Neçin boyun əyək sizə boş yerə?" 
Yemək, yatmaq vaxtı yenə birtəhər 
Onlardan gizlincə almışdıq xəbər: 
"Bu sonsuz səhranı, susuz çölləri 
Gəzib görübsünüz siz çoxdan bəri; 
Söyləyin, kim görüb başqa zihəyat?
208
Varmı bu çöllərdə başqa məxluqat?" 
Onlar cavab verib: "Bu çölü, dağı
Axtarıb gəzmişik yaxın-uzağı. 
Ahutək biz qaçdıq illər uzunu, 
Tapmadıq səhranın ancaq sonunu. 
Bizə rast gəlmişdir başqa çöllülər, 
Onlardan soruşub tutmuşuq xəbər: 
"Görəsən bizlərdən başqa, yaradan 
Burda yaratmışmı başqa bir insan?" 
Onlar deyiblər ki: "Çox uzaqlarda, 
Günəş ziyasına həsrət diyarda 
Müşk meşəsi kimi bircə şəhər var, 
Orda ağ bədənli insanlar yaşar. 
Gözəl, xoşxasiyyət, üzləri gülər, 
Onlar beş yüz ildən artıq ömr edər. 
Beş yüz yox, lap min il yaşasalar da, 
Qocalıq əsəri olmaz onlarda. 
O diyar haqqında bunlardan qeyri 
Heç kəsin heç şeydən yoxdur xəbəri. 
Bizim bu torpaqda hələ də çox var 
Heç ayaq dəyməmiş səhralar, dağlar. 
Orda göyərtidən, sudan əsər yox, 
İsti bərk istidir, soyuq bərk soyuq. 


                                                                                                                                                    
148
Bir yerdə göyərti bitməsə əgər, 
Orda canlı məxluq necə ömr edər?" 
Bunlardır eşidib bildiklərimiz, 
Yoxdur başqa daha bir xəbərimiz." 
Onların halına yanıb İskəndər, 
Cürbəcür nemətdən verdi bir qədər. 
Qayda-qanun qoydu, ayin öyrətdi, 
Onları haqq dinə hidayət etdi. 
Düzgün nişanlarla bilməkçin yəqin 
Yolunu soruşdu məchul yerlərin 
Gördülər İskəndər çox şəfqətlidir,  
Insaflı, qayğıkeş, mərhəmətlidir, 
Eyləyir onlara ürəkdən kömək. 
Dedilər: biz də bir xidmət göstərək. 
Torpağı od, atəş, küləyi zəhər 
Səhradan çıxmağa yol göstərdilər. 
İskəndər vaxt-bivaxt, baxmadan yola, 
Oradan atını çapdı dördnala. 
Qurtardı axır ki, çöllər, səhralar, 
Dübarə sahilə çatdı hökmdar. 
Dərya kənarında bulaqlar vardı, 
Büllurtək suları şırşır axardı, 
Bulaqlar başında bir aya qədər 
Əzabı dincliklə əvəz etdilər. 
Yenidən gəmilər qayırdı onlar, 
Mindi gəmilərə bütün qoşunlar. 
Bir ayda yol gedib onlar dənizlə, 
Gəlib yetişdilər axır mənzilə. 
Ulduzlu gecənin od tutub canı, 
Sanki əqrəb çalıb xallı ilanı
209

Cənubdan bir nəsim əsdi bu yerə, 
Şadlıq, fərəh verdi yol gedənlərə. 
Çeşməli, kölgəli bir yer gördülər, 
Bir həftə qalmağa qərar verdilər. 
Yolun əzabına tapdılar dərman, 
Çıxdı yavaş-yavaş ağrılar candan. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə