Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

                                                                                                                                      
157
Muzdurun haqqını verməyə bilməz. 
Hər kəs verməlidir malına zəkat, 
Ora xərac üçün gəlməsin barat. 
Heç bir tövcü yığan ora gəlməsin... 
Belə hökmüdara yüz min afərin! 
İSKƏNDƏRİN QƏNDƏHAR 
BÜTXANƏSİNƏ YETİŞMƏSİ 
Müğənni, mizrab vur, gəlsin dilə saz, 
Çünki bu işimiz sazsız saz olmaz! 
Bu saz yar olarsa əgər bir kəsə, 
Gələr onun qəlbi eşqə, həvəsə. 
Səfalı bir gündə, ilk bahar çağı 
Seyr etmək nə xoşdur bağçanı, bağı. 
Bənövşə gətirə bahardan soraq. 
Nərgiz əllərində qaldıra çıraq, 
Quşların qanları gəldikcə cuşə. 
Qəlbləri naləylə gələ xüruşə. 
Sərv altda qırqovul quşuna bənzər 
Düzülə rəngarəng qızıl qədəhlər, 
Çöllərdə ceyranlar başlaya rəqsə, 
Ceyran quzuları verə səs-səsə. 
Güllər büsat qura çay sahilində, 
Şirindil bülbüllər ola sazəndə; 
Qumrunun səsilə gülün nəsimi 
Uyuşa ülfətlə iki dost kimi... 
Belə bir fəsildə ən sevimli şey 
Rudun ahəngidir, bir də gülgün mey... 
Çala badam gözlü bir türk nəğməkar, 
Simlərin üstünə tökülə saçlar. 
O simlər dəyəndə nazlı əllərə, 
Qırılıb qarışa ipək tellərə. 
Sən nəğmə qoşasan oynaq rəng ilə, 
O da cavab verə sənə çəng ilə. 


                                                                                                                                      
158
Ondan öpüş ola, səndən qəzəllər, 
Biri innab kimi, digəri şəkər... 
Tutiyə dönübsən, ey şad könül, sən, 
Yadına Hindistan düşüb deyəsən!..
212
Dağların döşünü bəzədi reyhan, 
Otlar yamyaşıldır, güllər al-əlvan. 
Marallar gül-çiçək içinə batdı, 
Səsləri dağ-daşı, çölü oyatdı. 
Tikanlar yerini verdi güllərə, 
Qarışdı bənövşə müşkə, ənbərə. 
Ənbər almaq üçün o xumar nərgiz 
Başını qaldırdı yerdən çarəsiz... 
Rum ilə Iranın böyük sərdarı 
Abad bir ölkəyə saldı güzarı. 
Hindistan mülkünə yetişdi yenə. 
Elə bil xoş nəsim əsdi gülşənə. 
Ordan da Məşriqə qaldırdı bayraq, 
Bir ay dağdan, daşdan aşdı çaparaq. 
Yolları cəhənnəm istisi sardı, 
Gündən balığın da beli qızardı
213

Yaşıllıq içində gördü bir şəhər, 
Ona Fərruxbehişt deyirlər türklər 
Gördü orda gözəl bir bütxana var, 
Qoymuşlar adını onun Qəndəhar. 
Yığılıb bütüzlü gözəl sənəmlər, 
Hərəsi bir bütə sitayiş eylər. 
Qızıldan bütlərdir baxsan hər yana, 
Xəznəyə çevrilib sanki bütxana. 
Nəzər sal heykəlin başında taca, 
Ucalıb sarayın tağı boyunca. 
Gövhərdir bütlərin parlaq gözləri. 
Şamtək şölələnib yanır hər biri. 
O qədər gövhərlə bəzənib bu bağ, 
Sanki yanır orda gecə min çıraq. 
Şah dedi: "Heykəlin tozu tökülsün, 
Qızılı, gövhəri, nə var sökülsün." 
Bütə bu fərmandan gəlsə də ziyan, 


                                                                                                                                      
159
Xalqın xeyrinəydi, əlbəttə, fərman. 
Orda bir canlı büt vardı, gözəldi, 
İşvəylə o şahın yanına gəldi. 
Əyilib süpürdü saçıyla yeri 
Şahı alqışlayıb düzdü sözləri: 
"Ey Şərqdən Qərbədək bütün dünyanı
Fəth edən ən adil dünya sultanı! 
Dünyaya nur saçar, ucadır tacın, 
Qızıla, gövhərə yox ehtiyacın. 
Belə nəql edirlər düzdanışanlar: 
Bu bütün qəribə bir dastanı var. 
Şah əgər icazə versə, könüldən 
O köhnə dastanı danışaram mən." 
Padişah buyurdu: o gözəl dilbər 
Yaqut sandığından saçsın saf gövhər
214

Qaraxal gözəlin dodağı qaçdı, 
Sanki büllur çeşmə sərin su saçdı, 
Dualar söyləyib eylədi bəyan: 
"Bu yaşıl budaqlı, bu zərli eyvan 
Bir zaman deyildi hələ bütxana, 
Bir günbəzi vardı yarımvirana. 
Səhradan buraya uçdu iki quş, 
Hərə dimdiyində bir gövhər tutmuş, 
Səadət gətirən humay quşutək 
Qondular üstünə günbəzi görcək. 
Şəhər əhli buna təəccüb etdi. 
Quşları tədbirlə tutmağa getdi. 
Tədbir baş tutmadı, keçdi bir qədər, 
Quşlar gövhərləri atıb getdilər. 
Şəhər böyükləri düşdülər işə, 
Gövhərlər onları saldı təşvişə. 
Fikir, mübahisə artdı, çoxaldı, 
Ağıllı məsləhət qələbə çaldı. 
Qət etdi şəhərin başbilənləri: 
Məbədə versinlər o cüt gövhəri. 
Bir büt düzəltdilər, bədəni zərdən, 
Hər iki gözü də parlaq gövhərdən. 


                                                                                                                                      
160
Quşların bəxşişi - o gövhərləri 
Gərək şah da bizdən almasın geri! 
Nur alır gözümüz gündən, gündüzdən, 
Rəvamı gözləri gün ala bizdən?
215
Korları şad edən bir şamı əbəs 
Gözü işıqlılar əsla söndürməz. 
Qəlbinə dağ çəkmə dul qadınların, 
Söndürmə şamını sən də onların." 
O şirin dilli büt belə söylədi. 
Şah da dilsiz bütü azad eylədi. 
Yazıldı o bütün üstə bu sözlər: 
"Bura öz möhrünü vurmuş İskəndər." 
Qız gördü qoruyur padşah bütləri, 
Bundan xoşhal olub o gözəl pəri, 
Şaha bir xəzinə göstərdi pünhan. 
Onu kim görsəydi qalardı heyran. 
Xəznə açarını şah ondan aldı, 
Bir qədər payladı. bir qədər qaldı. 
Sonra o cənnətdən çıxıb İskəndər 
Yenə qoşunuyla eylədi səfər. 
Keçərək şoranlıq, daşlıq yerlərdən 
Çöllərdə, dağlarda salırdı məskən. 
Yollarda təsadüf etdikcə insan, 
Başlardı söhbətə o hər bir yandan. 
Danışıb onlara allahdan, dindən, 
Tutiya verərdi din hikmətindən. 
Getmişdi bütün Şərq ölkələrinə, 
Yenidən bir daha yönəldi Çinə. 
Onun gəlişini eşidən zaman 
Layiqli bir büsat bəzədi xaqan. 
Şahı dəbdəbəylə etdi istiqbal, 
Bürüdü dünyanı dövlət, cah-cəlal. 
Təzimlə çıxdı o, şah hüzuruna, 
Şah da mehribanlıq göstərdi ona. 
Göy küpdə batan gün, sapsarı ipək 
Rəngini dəyişib, alanda göy rəng. 
Üz-üzə əyləşib iki hökmüdar 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə