Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

                                                                                                                                      
161
Hər yerdən, hər şeydən söhbət açdılar. 
Xeyli uzun çəkdi xoş söhbətləri, 
Onlar təzələdi köhnə əhdləri. 
Padşahın dinini bəyəndi xaqan. 
Qanunlar, qaydalar öyrəndi ondan. 
Sabah öz möhrünü göstərən zaman 
Atəşpərəst oldu hindli Qaraxan
216

Burdan köç edəydi gərək İskəndər, 
Bunu o xaqana elədi xəbər: 
Burda xoş keçsə də mənimçün, yenə
Böyük həvəsim var dəniz seyrinə. 
Səyahət eləyib yenə dəryanı, 
Görüm orda olan yaxşı-yamanı. 
Dərin dənizlərdə bir görüm nə var, 
Nə sirlər söyləyir qorxunc dalğalar? 
Səfərdə yoldaş ol, dayaq ol mənə
Yoluma nur saçan çıraq ol mənə". 
Xaqan bu təklifi qəbul elədi: 
"Belə səyahətə çox şadam!" dedi. 
Sonra qərar verdi iki hökmüdar: 
Əvvəl bir bələdçi yola salsınlar. 
Uğurlu talelə üfüq gülüncə 
Səhərin başına tac qoydu gecə. 
Belə qərar verdi böyük tacidar, 
Dostlarla bir yerdə yola çıxsınlar. 
Seçdi ordusundan düz on min nəfər 
Hər biri şahlığa layiq bir əsgər. 
Sonra ehtiyaca nəzər yetirdi, 
Nə qədər lazımsa sursat götürdü. 
Qoşundan, xəznədən bir hissə qaldı, 
Özüsə dəstəylə köç təbli çaldı. 
O xanlar xanı da bir bələdçitək 
Şaha xidmət etmək, yoldaşlıq etmək 
Fikriylə, azuqə alıb bir qədər 
Götürdü ox, qılınc və başqa şeylər. 
Yanında on min də əsgəri vardı, 
Onlar həm ağıllı, həm işgüzardı. 


                                                                                                                                      
162
Başlandı bu sayaq Məşriqə səfər, 
Yolda saf qızıllar sərf edirdilər. 
Sonrasa Cənuba dönüb yenə də, 
Çoxlu ov etdilər yol gedə-gedə. 
Belə yol getdilər onlar düz qırx gün, 
Bir yer tapmadılar dincəlmək üçün. 
Göy su kənarına çatdıqda onlar, 
Enərək sahildə tutdular qərar.  
Ordaca yığılıb məclis quraraq, 
Yenə ucaltdılar göylərə bayraq. 
Orda eşitdilər bir xoş hekayət. 
O sahil haqqında xoş bir rəvayət: 
"Günüzlü, ayüzlü pərilər gecə
Çıxırlar dəstəylə ora gizlicə, 
Ucadan oxuyub dadlı nəğmələr, 
Çalıb oynayırlar səhərə qədər. 
O qədər lətifdir, incədir o səs, 
Huşunu itirər eşitsə hər kəs. 
Beytlər yayılır bəhrdən çölə, 
Heç kəs bu bəhrdə yazmayıb hələ
217

Dağın ətəyində bir neçə saat 
Hər gecə qururlar pərilər büsat. 
Sübhün nəfəsini onlar duyanda 
Batırlar qapqara suya bir anda..." 
Şah bunu eşidib belə buyurdu, 
Iki mil uzağa çəkilsin ordu. 
Müşktək ətirli bir gecə, göydən 
Ulduzlar gövhərtək nur səpələrkən 
Şahın əmri ilə bir gəmi gəldi, 
Şah burdan qoşunsuz yola düzəldi. 
Sahildə bir xeymə qurdu o sultan, 
Gövhər nur saçmağa başladı sudan. 
Göründü pərilər, elə bu zaman 
Gün bayraq qaldırdı sanki dəryadan. 
Saçlar ağ əndama səpələnibdir, 
Sanki gümüş üstə müşk ələnibdir. 
Təranə oxuyur şövq ilə onlar, 


                                                                                                                                      
163
Hər səsdə, nəğmədə başqa ahəng var. 
İskəndər eşidib o xoş səsləri, 
Qanı cuşə gəldi, yandı ciyəri. 
Bu həzin nəvadan ağladı bir az, 
Sonra gülüb dedi: ağlamaq olmaz. 
Bir səsdən gülə, həm ağlaya insan, 
Onun qüdrətinə olmazmı heyran? 
Şah bütün bunları seyr edib, yenə
Sahildən qayıtdı öz məskəninə. 
Bəzədi göyləri ağ Çin ipəyi, 
Yer açdı üzündən qara örpəyi
218

Dedi gəmiçiyə böyük hökmüdar: 
"Tez ol, bu dənizə bir gəmi çıxar. 
Dalğalı suları seyr eləyim bir, 
Var bu pərdələrdə ilahi bir sirr. 
Bu iş qorxuludur, anlayıram mən, 
Ancaq əl çəkmərəm öz niyyətimdən. 
Bunu bir aqildən soruşsan əgər, 
Fələk sövq eləyib bu işə, - deyər." 
Gəmiçi dinlədi şahın əmrini, 
Sahildən dənizə saldı gəmini. 
Şah minib gəmiyə gedəndə ordan 
Sahildə müntəzir dayandı xaqan. 
Ona tapşırdı ki: "Mən qayıtmamış
Tərpənmə yerindən əsla bir qarış! 
Geri döndərmərəm əsla yelkəni, 
Bəlkə də əcəldir aparan məni... 
Sağ dönsəm, çıxaram xəcalətindən, 
Dönməsəm, işlərə əncam çəkərsən!" 
Deyib, göz yaşını axıtdı seltək, 
Yerdə qalanlara vida edərək, 
Sürdü gəmisini Çin dənizinə. 
Kim görüb ki, dəniz gəmiyə minə!
219
Yoldaşlarından da bir neçə nəfər 
Götürdü, birlikdə etdilər səfər. 
O Isa nəfəsli ustadlardan da 
Bircə Bəlinasdı onun yanında... 


                                                                                                                                      
164
Çəkildi sahildən ənginliklərə 
Sahil görünməyən uzaq bir yerə. 
Dəniz dünyasında bir dünya getdi
220

Hünəri, şöhrəti dünyaya yetdi. 
Bir xeyli yol getdi dənizdə gəmi, 
Axıntı başladı birdən sel kimi. 
Axırdı Mühitə dəniz bu yerdən, 
Axırdı, axırdı geri dönmədən. 
Mahir dənizçilər düşüb heyrətə, 
Bu qorxunc sularda gəlib dəhşətə, 
Axır rəhnümədən öyrənib sirri, 
Gördülər ki, gərək dönsünlər geri. 
Bu zaman uzaqda nurtək parlayan 
Kiçik bir cəzirə göründü əyan. 
Mühitin selindən qorxaraq onlar 
Həmin cəzirədə tutdular qərar. 
Bir qoca gəmiçi gələrək dilə 
Müdrik padişaha söylədi belə: 
"Çatmışıq ən qorxunc, çətin bir yerə, 
Bura son mənzildir rəhnüma üzrə. 
Gəl, inad eləmə, dəniz suları 
Burdan axıb gedir Mühitə sarı. 
Əgər bir mənzil də o yana getsək. 
Daha mümkün olmaz geriyə dönmək!.." 
İskəndər bunları eşidən zaman 
Gördü qorxuludur bu yer, doğrudan. 
Əmr etdi, burda bir tilsim düzəlsin, 
Əliylə işarə eyləyə bilsin. 
Görənlər bilsin ki, yol yoxdur burdan, 
O yana keçməyib hələ bir insan. 
O yerdə misdən bir tilsim tökərək. 
Onu qaldırdılar adada yüksək. 
Gəmilər gələndə bura uzaqdan, 
Tilsim suyu verib əliylə nişan, 
Bildirsin ki, burdan keçməyib heç kəs. 
Kimsə cəhd etməsin o yana əbəs! 
Şahın buyruğundan olub xəbərdar, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə