Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

                                                                                                                                      
169
Allaha şükr etdi, qəlbi oldu şad. 
Çatanda bu xəbər Çin xaqanına 
Gəldi gülər üzlə şahın yanına. 
Allaha sidq ilə şükr edib yenə. 
Səpdi ayağına bol-bol xəzinə. 
Onu nəvazişlə qucaqladı şah, 
Başına gələndən elədi agah. 
Danışdı dəhşətli dəniz selindən,  
Qurduğu tilsimin nicat əlindən. 
Dənizdə yolunu azdığı zaman 
Dəstənin düşdüyü o burulğandan. 
Qaçdıqları dağdan, xilas təblindən... 
Nəql etdi hər şeyi ona tamamən. 
Bütün əhvalatı xaqan dinlədi, 
Şahın iqbalına mədhlər dedi: 
"Şahların şahına tanrı yar oldu, 
Bu xanlar xanı da bəxtiyar oldu. 
Buraya gəlməkdə sirr varmış yəqin, 
Fələk qüdrətini bilirmiş sənin! 
Qarşına yaxşı da çıxsa, yaman da, 
Yaxşı bax, bir məqsəd gizlənib onda... 
Bu üstüörtülü sirləri isə 
Görməz huş sahibi olmayan kimsə. 
Ora getməsəydi hökmüdar əgər, 
Necə düzələrdi bütün bu işlər? 
Əlimə müşküllər açır bu cahan, 
Cahanda əbədi qərar tutasan!" 
İskəndər dincəlib orda yeddi gün 
Yolun əzabını unutdu bütün. 
Dünya səfərini yad edib yenə
Keçmişi almadı əsla vecinə. 
Ucaldı o gecə yenə köç səsi, 
Yollandı qoşunun önçü dəstəsi. 
Qlavuz birinci düşdü qabağa
223

Nallar naxış vurdu daşa, torpağa. 
Gövhərlə bəzənmiş əlvan bayraqlar 
Çölləri bahartək etdi laləzar. 


                                                                                                                                      
170
Qılınclar bəzəkli, qalxanlar qəşəng, 
Bəzədi çölləri gültək, çiçəktək. 
Sıçradı o dünya şahı yəhərə, 
Dünyanın tozunu saçdı göylərə. 
Üz qoydu səhraya, gəlib çatantək 
Payladı qoşuna mal-dövlət, yemək. 
Dünya səfərinə qızışdığından 
Qızışmış çöllərlə çapdı durmadan. 
On gün biyabanla çapıb getdilər, 
Göründü əkinli, abad bir şəhər. 
Ağ rəngdə gördülər onlar şəhəri, 
Sanki kafurdandı bütün evləri. 
Şah sordu: "Kimindir, xaqan, bu şəhər? 
Bura xəritədə nə ad vermişlər?" 
Bilici bu cürə elədi bəyan: 
"Məhrumdur bu şəhər məhsuldan, bardan. 
Burda hökm eləyir elə bir padşah 
Ki, onu qüdrətdə sanırlar allah. 
Qəriblər çəkinir bu məmləkətdən, 
Ürəyi nurlular qaçar zülmətdən. 
Ancaq qızıl-gümüş burda bol olar, 
Başqa şeylərdənsə kasaddır bazar. 
Günəş dan yerinə sancanda bayraq 
Başlanır dənizdə taraqqataraq. 
O dəhşətli nərə, o gurultular 
Insanın qəlbinə vahimə salar. 
Dəhşətə gəlməsin deyə, bu yerdə
Körpələr saxlanır zirzəmilərdə. 
Səsdən qulağını tutar böyüklər, 
Yoxsa onların da ürəyi gedər!" 
Bu sözlər şaha çox elədi təsir, 
Soruşdu alimdən buna bir tədbir. 
Alim cavabında dedi ki: "Ey şah. 
Əmr elə, gözünü açanda sabah, 
Xoruz banlamamış, qoy səhər erkən 
Təbillər vurulsun düşərgələrdən. 
Təbil çala-çala təbil oyunu 


                                                                                                                                      
171
Oynayıb boğsunlar o gurultunu. 
Bu sayaq gün doğub qalxana qədər 
Təbil səslərini əksiltməsinlər. 
Bu halda dənizdən qopan qorxunc səs 
Heç kəsə vahimə, dəhşət gətirməz!" 
Şah dedi alimə: "Bu səslər nədən 
Eşidəni edir başdan, beyindən. 
Ondakı fəryadın nədir səbəbi?  
Külək də dinləyir... Aç bu mətləbi!" 
Alim cavab verdi: "Bir xatirəm var, 
Ustadımdan qalıb mənə yadigar. 
Sular qızaranda səhər günəşdən, 
Dalğalar od alır sanki atəşdən. 
Döş-döşə gələndə dağtək dalğalar 
Dənizdə dəhşətli nərələr qopar. 
Dərya təndir kimi zəbanə çəkər, 
Gurlayıb ətrafa qığılcım tökər! 
Başqa bir alim də deyir ki, guya 
Civə qarışmışdır həmin o suya. 
Günəş suya düşüb qızdıran zaman 
hərarət civəni qaldırır sudan. 
Günəş ki, axşamlar batıb yox olar, 
Dincələr o coşğun civəli sular. 
Çırpınan dənizdə, qarışanda şər 
Qopar dalğalardan qorxulu səslər!.." 
Dünyanın hakimi belə buyurdu: 
Şəhərə çatmamış dayansın ordu. 
Düşüb dincəlməyə o, qərar verdi, 
Burdan da yoluna tədarük gördü. 
Şəhər əhalisi tutanda xəbər, 
Alver etmək üçün axıb gəldilər. 
Burda şəhər üçün hər cür mətah var, 
Acıdan, şirindən baxıb aldılar. 
Oldu bu alverdən bütün şəhər şad, 
Artdı əhalinin qazancı qat-qat. 
Şah da öz malından hər müştəriyə
Əvəzsiz, minnətsiz etdi hədiyyə. 


                                                                                                                                      
172
Bir az da ayırıb puldan, qızıldan 
Başçıya göndərdi sovqat, ərməğan. 
Şəhərin başçısı bunu görəntək 
Şahın ənamından vəcdə gələrək, 
Göndərdi şövqlə o da hər cürə
Xuruşlarla dolu zəngin bir süfrə. 
Bişmişdi xuruşlar balıqdan, ətdən. 
Vardı o süfrədə hər bir nemətdən. 
Gəlib üzr istədi: "Əfv elə bizi. 
Verə bilmədik yol azuqənizi. 
Azuqə tapılmaz bizim çöllərdə. 
İsti havalar var ancaq bu yerdə. 
Şah ona şərh etdi öz ayinini, 
Zəngin biliyini, doğru dinini. 
O da qəbul edib oldu minnətdar, 
Haqqı nişan verdi ona hökmüdar. 
Şah da bu əməldən çox razı qaldı. 
Ona xələt verdi, şad yola saldı... 
Qırmızı pərdəni göy yığan zaman 
Düşdü qızıl teşti uca damından
224

Şah öz yoldaşları ilə bərabər 
Yatıb dincəldilər səhərə qədər. 
Ətirlər saçanda sübhün reyhanı
Yüksəldi dənizin yenə fəğanı. 
Sanki dünən düşən teştdir bu təhər 
Belə guruldayır indi bu səhər. 
Bu qorxunc səsdən şah hövlə gələrək, 
Dilləndi gurlayan döyüş təblitək. 
Əmr etdi: hərəkət eləsin ordu, 
Hər yandan təbillər saldı gurultu. 
Onların səsləri dəhşətlər saçdı, 
Xoruzun boynundan zəngləri açdı
225

Bu səslər bürüdü səmanı, yeri, 
Bu səslər batırdı başqa səsləri. 
Təbillər dünyaya hay-küy salaraq 
Gurladı nahara qədər bu sayaq. 
Səsdən bütün şəhər cuşə gələrək 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə