Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

                                                                                                                                      
189
O öz ölümünü gözüylə görcək, 
Özü öz halına ağladı şamtək. 
Yaxın dostlarını dəvət elədi, 
Ürək sözlərini onlara dedi: 
"Gəmim dar girdaba düşdü, a dostlar, 
Ölüm ağzı açıq nəhəngtək durar. 
Köçmək vaxtı gəldi bu düşərgədən, 
Başqa bir ovlağa getməliyəm mən. 
Bu fələk mənimlə xoşrəftar oldu, 
Dağda, daşda mənə pərəstar oldu. 
Indi düşmən oldu o haqq-sayda, 
Dəyişdi rəftarı Günəş də, Ay da. 
Ruzgar gözlərimdə çənə bürünür, 
Bu dardan çıxmağım müşkül görünür, 
Nə çarə qılım ki, oldum dərdmənd, 
Bu fələk tacıma atıbdır kəmənd. 
Hardadır, çatdırın xəzinədara, 
Bəlkə rüşvət verib məni qurtara. 
Mənim od qılınclı qoşunum hanı? 
Qovsun canımdakı bu qızdırmanı. 
Ən qorxunc divləri tutub ram edən, 
Təxti-tac sahibi İskəndərəm mən! 
Qılınca qurşandım, kəmər bağladım, 
Bütün qulaqlara çatmışdır adım. 
Zəhərli qılıncla tufan edib mən 
Tozlar qaldırmışam Bəhri-Qülzümdən
235

Böyüdüb çoxunu etdim hökmüran, 
Çox qoyun almışam qurdlar ağzından. 
Çox-çox sınıqları mən calamışam, 
Çox-çox bütövləri parçalamışam. 
Zülmü ədalətlə eyləyib əvəz, 
Müşküllər həll edim hesaba gəlməz. 
Qünnücdən Qülzümə oldum hökmüran, 
Şimşək qılıncımı gördü Qiyrəvan
236

O qılınc dönübdür indi zəncirə,  
Ömrümü tor kimi salıbdır girə. 
Çox dağlar, dənizlər keçmişəm, heç kəs 


                                                                                                                                      
190
Dünyanı mənimtək seyr edə bilməz. 
Hökmüdar Daraya qarşı çıxıb mən 
Başını torpağa sərdim bəxtimdən. 
Mən o qatil Furun boynunu vurdum, 
Çipalın yerində Çində oturdum, 
Qabildən, Habildən alıb intiqam, 
Nasikdən Mənsəkə yollar açmışam. 
Yudum məcusluğu dünya üzündən, 
Rus dənizində də od qaladım mən
237

Cəmşidtək təxtlərə çıxdım - ucaldım, 
Firidun xəzinə yığdı, mən aldım. 
Yıxdım daxmasını - evini Adın, 
Qəsrini hünərlə açdım Şəddadın. 
Hətta Sərəndibə gedib çıxaraq, 
Adəmin izinə basdım mən ayaq
238

Rüstəmin bəxtindən mən soraq verdim, 
Keyxosrov təxtindən xəbər gətirdim. 
Məşriqdən Məğribə at səyirdərək 
Yəcuclar səddini ucaltdım dağtək. 
Adəmtək Qüdsüdə elədim məskən, 
Kəbə həlqəsinə əl yetirdim mən. 
Bir məşəl ucaltdım qatı zülmətdən. 
Zülmün qapısını taxtalatdım mən! 
Aldığım adları nahaq almadım, 
Atmadım qəflətdə tək bircə addım. 
Mən hansı bir yerə etdimsə səfər 
Ədalətlə bilik qazandı ellər. 
Sarp daşı əridən isti havalar 
Sağlam bədənimlə etdi xoş rəftar. 
Indisə bu pərqu yataqda bitab 
Yatıram, xəstəlik verir min əzab. 
Balınca baş qoydum zəifliyimdən, 
Yatağa düşərmi sağlam bir bədən? 
Dünyanı qapqara gördüm gəzərək - 
Qara qumdan tutmuş qara suyadək.  


                                                                                                                                      
191
"Nə gördün?" deyərək sorsalar əgər, 
Deyərəm: sanki heç etmədim səfər. 
Dünyanı görmədən torpağa girən 
Birgünlük körpəyə bənzəyirəm mən. 
Dünyanı başabaş gəzmişəm özüm, 
Hələ ki, dünyadan doymayıb gözüm... 
Otuz altı deyil, lap otuz min il 
Yaşasam, cavabım bu olardı, bil! 
Mənə sirlərini açdı asiman, 
Çox şeylər söylədim Günəşdən, Aydan. 
Qədr-qiymət qoydum müdrik insana, 
Şükürlər eylədim mən yaradana. 
Ömrümü qəflətlə vurmadım başa, 
Ağılla, hünərlə mən doldum yaşa. 
Bütün biliklərdən dərsimi aldım, 
Ölümün əlində, heyf aciz qaldım. 
Çox azğın zalimi çəksəm də dara, 
Bu namərd ölümə tapmadım çara. 
Bir ölümdən başqa hər bir müşkülə
Mümkündür birtəhər çarə edilə. 
Hanı yollarına qızıl səpdiyim 
Dərin düşüncəli yüzlərcə həkim? 
Torpağı qızıla çevirin yenə, 
Gəlin, əlac edin şahın dərdinə. 
Hardadır Ərəstu - tapa bir dərman, 
Məni biliyilə qurtara dardan? 
Hanı əfsun bilən həkim Bəlinas? 
Gəlib İskəndəri eləyə xilas. 
Hanı bəs Əflatun, o təmiz insan? 
Mənim bu dərdimə eləyə dərman. 
Hardadır o böyük bilici Valis? 
Desin bu mərəzə nə oldu bais. 
Çağırın Sokratı, bəlkə əql ilə 
Bu bağlı qapını o aça bilə. 
Hürmüzə göndərin durmadan xəbər. 


                                                                                                                                      
192
Bəlkə ürək verə şaha birtəhər. 
Gedin, Fərfuryusu edin xəbərdar,  
Bəlkə bu dərdimə o əlac tapar. 
Bu sözü bir daha eylədi təkrar: 
"Etsə, əlac edər tək pərvərdigar! 
Bəlkə rəhm eləyib qurtara məni, 
Qurtara bu dərdli, yazıq bədəni. 
Əlimdən tutan yox, yox salan yada, 
Heç kəs tək qalmasın məntək dünyada! 
Mənə belə cəza verərkən fələk, 
Nə lazım səs salıb fəryad eləmək? 
Içindən çıxdığım torpağın yenə
Axtarıb baş qoyum pak sinəsinə. 
Ölüm girdabına düşməmiş, gərək 
Suya qalxan tutam ləngiməyərək
239

Çılpaq doğulmuşam çünki anadan, 
Məni soyundurun dəfn edən zaman. 
Yüküm yüngül idi doğulanda mən, 
Yenə yüngül gedim burdan gedərkən. 
Bir quş dağa qonub qalxarsa əgər, 
Dağa nə artırıb-əksildə bilər? 
Mən də bir quş idim, ölkəmsə - bir dağ. 
Gedərsəm, bu dünya yasa batacaq? 
Məntək çoxun doğub öldürmüş dünya. 
Nifrətə layiqdir bu qozbel dayə
240

Çoxuna mərhəmət, lütf eyləmişəm, 
Görən də olubdur əlimdən sitəm. 
Zalim olmuşamsa, əfv edin məni, 
Mən də öldürmüşəm çox zülm edəni! 
Tabutum torpağa olanda təslim, 
Pak ruhum paklara qovuşar mənim. 
Başa kül sovurmaq əvəzində siz 
Mənimçün allaha dua ediniz!.." 
Bunları söyləyib, almadı cavab, 
Yenə yatağına sərildi bitab... 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə