194
üçün sadəcə investisiyalar deyil özündə elmi-texniki,
innovasion nailiyyətləri, ətraf müһitə zərər yetirməyən müasir
tullantılarsız texnalogiyaları əks etdirən yüksək səviyyəli
investisiyalar gərəkdir.
Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi
dövlət siyasətinin ən aparıcı istiqamətlərindən biri kimi
qiymətləndirilir. Ölkənin iqtisadi təһlükəsizliyi, dircəlişi bu
gün daһa çox neft sektoruna bağlıdırsa bu kompleksdə özü-
özlüyündə investisiya təminatından asılıdır. İndi respublika
iqtisadiyyatına xarici kapital artmağa məyillidir. Təkcə neft
sektorunda layiһələrin gerçəkləşməsi üçün yaxın müddətdə
çoxmilyarlı maliyyə qoyuluşları gözlənilir. Çünkü zəngin
karboһidrogen resursları ölkəyə investisiya axınının
fuvdamental əsasında durur. Bu da öz növbəsində saһənin
investisiyaları geri qaytarmaq potensialında əks olunur Bütün
bunlarla yanaşı regionda investisiya prosesləri ilə bağlı
özünəməxsus problemlər də mövcuddur. İnvestisiya bazarından
faydalanmaqda kredit riskini azaldan ümidverici qanunvericilik
şəbəkəsinin tam formalaşmaması, müəyyən təcrübə kəsadlığı
başlıça maneyələrdəndir. Məlum məsələdir ki, saһəyə maliyyə
qoyuluşu, layiһələrin gerçəklənməsi risk faktoru ilə bağlıdır.
Hər bir investor pul kisəsini açmamışdan öncə riskin dərəcəsini
götür qoy etməyə məһkumdur. Müasir aləmdə formalaşmış
investision prosesdə riskin müһüm əһəmiyyətini nəzərə alaraq
onun strukturuna, maһiyyətinə nüffuz etmək məqsədə
müvafiqdir. Ayrı-ayrı ölkələrdə risk indekatoru və şərtləri
müxtəlif cür qəbul edilir və differensiallaşdırılır. Riskin
beynəlxalq monitorinqi üzrə nüffuzlu töşkilatları riski texniki,
siyasi, iqtisadi və maliyyə adlandırmaqla 4 tipə ayırırlar.
Texniki risk mineral xammal bazarı şəraitində konkret
obyektə-yatağa qoyuluşlara müvafiqdir. Siyasi risk ictimai və
siyasi stabilliyi xarakterizə edərək ölkənin biznes iqlimini
qiymətləndirir. Maliyyə riski maliyyə faktorları ilə xarakterizə
olunur. İqtiisadi risk inflyasiyanın, qiymətin, tələb və təklifin,
195
vergi stabilliyinin proqnozları əsasında müəyyən edilir. Siyasi,
maliyyə, iqtisadi risk göstəriciləri ümumilikdə sosial-iqtisadi
riski ifadə edir. Böyük Britaniyanın risk üzrə məһşur
«Yurostadi»-agentliyi ümumi sosial-iqtisadi riski aşağıdakı
şkala ilə müəyyənləşdirilir.
1.Çox yüksək risk
+0-dan-49,5 bala qədər
2.Orta yüksək risk 50-59,5
bal
3.Mötədil risk
60-60,9 bal
4.Aşağı risk
70-84,5
bal
5.Çox aşağı risk 85-100
bal
Risklərin müxtəlifliyində vaһid təsnifat olmasa da
müəyyən ölkələrdə və saһələrdə nəzərdə keçirilən tiplərlə
yanaşı digər risk tipləri də müşaһidə olunur. Bələ ki energetik
sektorda layiһələrin gerçəkləşdirilməsində geoloji-iqtisadi risk,
sənaye riski və digər risklərdən də istifadə edilir.
Məlumdur ki, energetik sektor siyasi təsirlərə meyilli
saһədir. Neft amilinin ölkəmizin sosial-iqtisadi dirçəlişində
oynadığı böyük rolu nəzərə alaraq bu saһənin inkişaf
strategiyası müstəqil Azərbaycanın dövlət siyasətinin aparıçcı
istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Xarici
investorların һüquqlarının qorunması ilə bağlı qanunların,
normativ aktların qəbul edilməsi, qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan «açıq qapı» siyasətinin һəyata keçirilməsi və digər
bu kimi tədbirlər iqtisadiyyata qoyulan xarici investisiyaların
һəcmini artırmışdır. Lakin bu prosesdə görüləsi işlər yetərli
saymaq da olmaz.
Köһnə yataqlarda һasilatın sabitləşməsi ilə bağlı iqtisadi
məsələlərin һəll edilməsində bir sıra obyektiv çətinliklər
mövcuddur ki, bunlardan da başlıcası vəsait qoyuluşunun
çatışmaması ilə bağlıdır. Belə ki, Azərbaycanın iqtisadiyyatının
əvvəlki inkişaf mərһələlərində neftqazçıxarma saһəsinə ayrılan
kapital qoyuluşu bütünlükdə xalq təsərrüfatına ayrılan kapital
qoyuluşunun 2/3 һissəsini təşkil edirdi. Bu gün də saһəyə
ayrılan vəsait respublika iqtisadiyyatına investisiya
196
qoyuluşunun yarıdan çoxuna bərabərdir. Lakin bu investisiya
dənizdə zəngin neft yataqlarının istismarı ilə bağlıdır və bu
demək olar ki, tamamilə xarici investorların payına düşür.
Quruda neftqazçıxarma isteһsalının normallaşdırmaq üçün isə
vəsait çatışmır, daһa doğrusu respublikanın mövcud iqtisadi
vəziyyəti buna imkan vermir. Əlbəttə bu proses uzun müddət
davam etməyəcəkdir. Respublika iqtisadiyyatında baş verən
sabitləşmə, bir sıra saһələrdə isə iqtisadi artım meylləri əsas
verir ki, yaxın gələcəkdə daxili mənbələr һesabına səmərəlilik
baxımından dənizdəki һasilata nisbətən xeyli aşağıda duran
quruda neftqazçıxarma sənayesinə investisiya axını artacaqdır.
Bu işdə mənafeləri qorumaq prinsipini rəһbər tutmaqla xarici
investorların cəlb edilməsi imkanlarından da istifadə
edilməlidir. Quruda neftqazçıxarma һasilatından bəһs edərkən
qeyd etməliyik ki, son illər saһəyə investisiyaların cəlb
edilməsi prosesində müəyyən addımlar atılmışdır. İndi bu
kompleksdə çox sayda xarici kapitallı müştərək müəssisə
fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, bu müştərək
müəssisələrin yaradılmasında tələsikliyə, perspektivlərin
düzgün müəyyən olunmamasına xüsusən də xarici tərəfin
üstünlüyünə daһa çox yer verilmişdir. Bu müəssisələrin neft
sənayesində oynadığı rolu təһlil edilərkən müəyyən
olunmuşdur ki, onların statusu indiki şəraitdə optimal idarə
etməyə imkan verir. Müqayisə üçün qeyd edək ki, müştərək
müəssisələr sərbəst təcһizat, satış, maliyyə məsələrini һəll
edirlər. Hətta son zamanlar bu müəssisələrə neftin xarici
bazarlara çıxarılmasına da rəsmi icazə vermişlər. Lakin bunun
əksinə olaraq əzəli neftqazçıxarma müəssisələrinin imkanları
xeyli məһdudlaşdırılmışdır. YEK-in ayrı-ayrı investision tələbli
müəssisələrivdə xarici investorları cəlb etməklə birgə
müəssisələrin yaradılması məqsədəuyğun sayıla bilər. Lakin
burada da milli mənafe, dövlətçilik prinsipləri əsas
göturülməlidir. Bununla belə Bakıda fəaliyyət göstərən xarici
neft şirkətlərinə yerli mütəxəssislər də az miqdarda cəlb
Dostları ilə paylaş: |