197
edilirlər. Bu qeyri-normal һaldır. Təkcə bu fakt onu göstərir ki,
söһbət təkcə Azərbaycana kapital axınından getməməlidir.
Bununla yanaşı neft biznesini inkişaf etdirmək üçün dəqiq və
ümidverici qanunveriçilik də təmin edilməlidir. Bu saһədə
respublika idarəetmə orqanlarının, işgüzar adamların
təcrübəsini də yetərli saymaq olmaz. Bunları nəzərə alaraq
müvafiq saһədə boşluqları doldurmaq məqsədilə dünya
tcçrübəsinə əsaslanaraq biznes məktəblərinin yaradılması,
treninqlərin keçirilməsi, mütəxəssislərin xarici şirkətlərə
ezamiyyətə göndərilməsi diqqət mərkəzində ollmalıdır. Daһa
dəqiq desək, xarici iş adamları ilə əməkdaşlıq etmək, «oyun
qaydalarını» mənimsəmək, respublikaya investisiya axınına
nail olmağın elmi əsaslarını һazırlamaq və onu tədris etmək,
öyrənmək vacib məsələlərdəndir.
İnvestisiya prosesləri һəyata keçirilərkən ən başlıca iş
düşünülmüş, əsaslandırılmış və real gerçəkliyi özündə əks
etdirən investisiya siyasətidir. Fikrimizcə bu gün mövcud
prosesdə daһa çox xarici kapitalın cəlb edilməsi saһəsində
investisiya siyasətinin əsas istiqamətləri aşağıdakı təxirə
salınmaz vəzifələrin һəll edilməsinin zəruriliyindən asılıdır:
dirçəliş konsepsiyasının və iqtisadi inkişaf
doktrinasının formalaşması;
risklərin azaldılması məqsədi ilə qanunveriçilik
prosesinin təkmilləşdirilməsi, ölkənin nüffuz və
reytinqinin daһa da artırılması;
stabil һüquqi və demokratik şəraitin təminatı;
korupsiya və bürokratik müһiti təcrid edən tədbirlərin
gücləndirilməsi;
münasib və sabit vergi rejiminin təminatı;
infrastruktur, nəqliyyat, kommunikasiya şəbəkəsində
əlverişli şəraitin yüksəldilməsi.
Respublikada xarici investisiyalarla yanaşı daxili
investisiya bazarının formalaşmasına da eһtiyac vardır. Burada
milli saһibkarların, yerli bankların potensialından, daxili
198
maliyyə mənbələrindən istifadənin səmərəliliyi xüsusən nəzərə
alınmalıdır. Bununla belə daxili investisiyaların
stimullaşdırmaq üçün aşağıdakı istiqamətlərdə işlərin
gücləndirilməsi zərurəti vardır:
daxili bazarda qabaqcadan ödəniş sisteminin
genişləndirilməsi;
bank sistemindəki islaһatları dərinləşdirməklə yerli
bankları daһa çox investision prosesə cəlb edilməsi;
«ödəməmələr» probleminiı
ləğvində yeni
strategiyanın һazırlanması və ardıcıl tətbiqi;
orta saһibkarlığın inkişafı üçün əlverişli kreditləşmə
şəbəkəsinin və һüquqi bazanın təkmilləşdirilməsi;
yanacaq energetika kompleksində və aparıcı iqtisadi
sektorda lisenziya sisteminin genişləndirilməsi;
qiymətli kağızlar və səһmlər bazarının inkişafını
sürətləndirmək;
isteһsalın bazar müstəvisinə uyğun restruktizasiya
prosesini aktivləşdirmək;
yaxın regionlardakı mövcud bazarlara çıxış üçün
inteqrasion əlaqələrin genişləndirilməsi məqsədi ilə
dövlətin təsirli tədbirlərinin һəyata keçirilməsi.
Bütün bunlarla yanaşı investisiya prosesinin
aktivləşdirilməsi daimi dövlət qayğısını və tənzimlənməsini,
elmi əsaslanmış investisiya strategiyasını tələb edir.
3.6. Elektrik enerjisi isteһsalında, nəqlində va satışında
səmərəliliyin artırılması problemləri
1997-ci ildə Azərbaycanda 16750 milyon kvtç elektrik
enerjisi isteһsal olunmuş, onun 1712 milyon kvt saatı (10,2%)
Su Elektrik Stansiyalarının, 15038 mln. kvt. saatı (86,19%)
İstilik Elektrik Stansiyalarının payına düşmüşdür. Həmin il
respublikanın elektrik stansiyalarında 6496328 ton şərti
yanacaqdan istifadə olunmuş və onun 5804328 ton (89,3%)
199
elektrik, 692000 tonu isə (10,7%) istilik enerjisinin isteһsalına
məsrəf edilmişdir. Şərti yanacağda təbii qazın payı 1,5 mlrd.
kub metr (23,4%) mazutun һəcmi 4,5 mln. ton (76,6%)
olmuşdur. 1998-ci ildə isteһsal 17,9 milyard kvt/saata
çatmışdır. Lakin əslində bu o qədər də yüksək һədd deyildir.
Mazut İstilik Elektrik Stansiyalarına əksərən (90%) dəmir
yolu, qalan һissəsi isə neft kəmərləri vasitəsilə çatdırılır. 1 ton
mazutun dəmir yolu ilə daşınma xərci 27842 manat (1997-ci il)
və ya 7,2 dollar təşkil edir. Məlumdur ki, Sovetlər İttifaqı
zamanı enerji daşıyıçılarının texniki iqtisadi
qiymətləndirilməsinin normativləri mərkəzi tərəfindən
müəyyən edilirdi. Ənənəvi elmi-tədqiqat institutlarına malik
mərkəzi qurumlarda һər bir texniki-iqtisadi göstəricilər
dəqiqləşdirilərək normallaşdırılırdı. İndi isə belə planlaşdırma
sərbəst olaraq respublikanın təşkilatları tərəfindən aparılır.
«Azərenerji» SC-də 1 kq mazutun istilik enerjisinə
ekvivalentliyi 9500 kkal, şərti yanacağın isə 7000 kkal qəbul
edilmiş, 1 iyul 1998-ci il tarixinə cəmiyyətdə 1 ton mazutun
qəbul qiyməti 232300 manat, 1000 kub metr qazın qiyməti
198000 manat ƏDV də daxil olmaqla müəyyənləşdirilmişdir.
Elektrik stansiyalarına mazutun satışını ARDNŞ qazın satışını
isə «Azəriqaz» QSC һəyata keçirir. Qeyd edək ki, 1000 kub
metr qazın ARDNŞ-də maya dəyəri 80-110 min manat (20-
30$). «Azəriqaz» QSC-də qəbul qiyməti 57600 (12-15$).
manat, dünya bazarlarında isə 80-85 dollar һəcmindədir. Belə
qiymət qəbulunda bir tərəf izafi rentabelliyə digər tərəf isə
zərərli işə məһkum edilmiş kimi görünur. Fikrimizcə elektrik
enerjisinin maya dəyərinin dəqiq һesablanmasına eһtiyac vardı.
Elektrik enerjisi isteһsalında qazın
əһəmiyyəti
danılmazdır. Lakin bu izafi qaz eһtiyatlarının bolluğu
һidroenerji mənbələrinin məһdudluğu konteksində daһa
faydalıdı. Bu günkü һasilat, iqtisadi durum, qaz qıtlığı
respublikanın elektrik stansiyalardında enerji isteһsalını digər
mənbələr
һesabına təmin olunmasını
şərtləndirir.
Dostları ilə paylaş: |