Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə68/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   64   65   66   67   68   69   70   71   ...   84

 
293 
Səkinə duası ərəbcə 
 
 
 
294
Səkinə duası tərcüməsi 
 
1- Allah hər sıxıntıdan sonra rahatlıq bəxş edəcəkdir.  
2- O, varlıqlara həyat verib canlandıran, Özü isə əzəli və 
əbədi olan Heyydir.  
3- Allah sizə qarşı çox şəfqətli, çox mərhəmətlidir.  
4- Allah tövbələri çox qəbuledici və qullarına çox 
mərhəmət edicidir.  
5-  Əlbəttə ki, Allah çox bağışlayıcı  və çox mərhəmət 
edicidir.  
6-Əlbəttə ki, Allah hər  şeyə gücü yetdiyi halda çox 
bağışlayıcıdır.  
7- Şübhəsiz, Allah hər şeyi haqqıyla eşidir və görür.  
8-  Şübhəsiz Allah hər  şeyi haqqıyla bilir və her işi 
hikmətlə yerinə yetirir.  
9-  Əlbəttə ki, Allah sizin üzərinizdə gözətçidir və  hər 
halınızı görür.  
10- Biz sənə açiq-aydın bir fəth yolu açdıq.  
11- Və Allah sənə şərəfli bir zəfərlə yardım etsin.  
12- Şübhəsiz Allaha tabe olan topluluq ki, qalibdir.  
13- Əlbəttə ki, Allah, əzabında çox qüvvətlidir və qüdrəti 
hər şeyə qalib olandır.  
14- Əlbəttə ki, heç bir şeyə ehtiyacı olmayan və hər cür 
tərifə layiq olan ancaq Allahdır.  
15- Allah mənə yetər. Ondan başqa ibadətə layiq heç bir 
ilah yoxdur.  
16- Allah bizə yetər. O, nə gözəl vəkildir.  
17-  Ən böyük qorxu olan Qiyamətin dəhşəti onlara 
üzüntü verməz.  
18- Ancaq Sənə qulluq edər və ancaq Səndən yardım 
istəyərik.  
19- Və aləmlərin Rabbi olan Allaha həmd olsun.  
 


 
295 
Hər halımız üçün Qurandan oxunacaq ayələr 
 
1. Çətin işlərin düzəlməsi niyyətilə: Talaq-7 
2. Cəbbarları cəzalandırmaq, hər istək üçün: Taha-111  
3. Könülləri yumşaltmaq, düşmənlərin könüllərinə riqqət 
və rəhm salmaq üçün: Hədid-9.  
4. Tövbə  qəbulu və  məğfirət, bağışlanma istəmək üçün: 
Nisa-16.  
5. Tövbə qəbulü və məğfirət tələbi üçün: Nisa-23-106.  
6. Əhli qudrətdən əfv tələbi üçün: Nisa-149.  
7. Duanın qəbulu niyyətilə: Nisa-58.  
8.  Əhli-eim olmaq və ulumu Rabbaniyə`yə vaqıf olmaq 
üçün: Nisa-11.  
9. Düşmənlərin hiylə  və aldatmalarından  əmin olmaq 
üçün: Nisa-1  
10. Düşmənlərə  qələbə çalmaq, ruzini genişləndirmək , 
hüzur və səadət qapılarının açılması üçün: Fəth-1.  
11. Düşmənlərə  qələbə çalmaq, ruzinin genişlənməsi, 
səadət qapılarının açılması üçün: Fəth-3.  
12 Düşmənlərə  qələbə çalmaq, ruzinin genişlənməsi, 
səadət qapılarının açılması üçün: Maidə-56.  
13 Düşmənlərə  qələbə çalmaq, ruzinin genişlənməsi, 
səadət qapılarının açılması üçün: Hud-66.  
14. Allahdan zənginlik və ruzinin çoxalması üçün: 
Loğman-26.  
15 . Düşmənlərin hiyləsindən əmin olmaq üçün: Tövbə-
129.  
16. Düşmənlərin hiyləsindən  əmin olmaq üçün: Ali 
İmran-173.  
17 . Kədər və qəmin getməsi üçün: Ənbiya-103.  
18. Qəmdən qurtarmaq üçün: Fatihə-5.  
19 Allahın verdiyi nemətlərə və şükrünə nail olmaq üçün: 
Fatihə-2- Ənam-45.               
 
296
Tövbə edənlərin duası və hədislər 
 
1. Hz. Adəmin tövbə duası: ”Rabbənə zaləmnə ən`fusənə 
və in ləm təğfir lənə və tərhəmnə ləkunənnə minəl xasirin.” 
Mənası: Ey Uca Rəbbimiz!Öz canımızı yazıq etdik öz 
nəfsimizə zülm etdik. Əgər Sən bizi bağışlamasan, rəhm 
etməsən, biz ziyan edənlərdən, hicran içində qalanlardan, hər 
şeyini itirənlərdən olarıq.  
2. Zikrlər: Əstəğfirulla, Əstəğfirulla, Əstəğfurulla.  
“Təvvab, Ğaffar, Səttar, Ğafur” kimi ismi-şəriflərini zikr 
etmək.  
“Subhənəllahi, əstəğfirullahə və ətubu ileyhi” 
“Subhənəllahi və bi-həmdih”-100-dəfə demək.                               
Hədis: Səhih hədislərdə Peyğəmbərimiz (s.ə.s.)buyurur: 
Bil ki, günah işlətdiyin vaxt qəlbinə qara nöqtə kimi bir ləkə 
cızılır. Bəndə  əgər tövbə edərsə, o qara ləkə gedər.  Əgər 
tövbə etməz, öz günahlarını davam etdirərsə, o ləkə artar və 
bütün qəlbini bürüyər. Qəlbi pas tutar. Bu səbəbdən qəlbin 
cilası yalnız istiğfardır.  
Peyğəmbərimiz (s.ə.s.)buyurur: “Mənim qəlbimə nurani 
bir pərdə nazil olub, gündə 100 dəfə Uca Allahdan məğfirət 
dilər və mən istiğfar edərəm.” 
Hədis: Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Qadınlar toplu-
luğu zamanı sədəqə verin və çox tövbə edin. Çox-çox tövbə-
istiğfar edin.” 
Qadınlardan biri: “Ya Rəsulallah!Bizə  nə olub ki, Cə-
hənnəm  əhlinin çoxu bizik.” Peyğəmbər (s.ə.s.)buyurur: 
“Çünki çox qeybət və çox lənət edərsiniz. Ərlərinizə və bir-
birinizə küfr(üsyan) edərsiniz.” 
                 
Tövbə edərkən oxunacaq dua 
 
Ali  İmran-191-194-O, kəslər ki, ayaq üstə, oturduğu 
yerdə, uzandığı halda Allahı zikr edərlər. Göylərin və yerin 


 
297 
yaranmasında fikrə dalarlar və onlardan ibrət götürərlər və 
deyərlər: “Pərvərdigara bunları nahaq və  əbəs yerə yaratma-
mısan, Sən əbəs iş görməkdən paksan. Bizi Cəhənnəm odun-
dan qoru. Pərvərdigara, Sən Cəhənnəm oduna daxil etdiyin 
kəsi, həqiqətən rüsvay edərsən, zalımlara heç bir kömək 
yoxdur. Pərvərdigara, biz nida edəni(Peyğəmbəri) eşitdik. O, 
imana çağırıb:  
“Allahınıza iman gətirin”-deyərdi. Biz iman gətirdik. 
Bizim böyük günahlarımızı bağışla. Kiçik günahlarımızın 
üstünü ört. Bizi öldürüb, yaxşı insanlarla məhşərə  gətir. 
Pərvərdigara, öz Peyğəmbərlərinə  vəd verdiklərini bizə  də 
ver. Bu dünyada etdiyimiz əməllərə görə bizi qiyamətdə 
rüsvay etmə. Şübhəsiz, Sən öz vədinə müxalif olmazsan.  
        
Seyyidi isriğfar duası 
 
 “Allahummə əntə rabbi lə ilahə illə əntə xaləqtəni və ənə 
əbdukə və ənə alə əhdikə və və adikə məs`tətaətu əuzu bikə 
min şərri mə sanə`ətu əbu`uləkə biniəməttikə ələyyə və əbuu 
bizənbi fəğfirli fəinnəhu lə  yəğfiruz zunubə illə  əntə 
birahmətikə yə ərhəmər rahimin.” 
Mənası: “Allahım!Sən mənim Rəbbimsən. Səndən başqa 
ibadətə layiq heç bir kəs yoxdur. Ancaq Sən varsan!Məni Sən 
yaratdın.  Şübhəsiz, mən sənin qulunam. Gücüm yetdiyi 
qədər, Zatı  Əcəlli, Sənə verdiyim sözdə durmağa çalışıram. 
Ya Rəbbi, etdiyim günahların şərindən sənə sığınıram. Mənə 
lütf və ehsan etdiyin nemətləri iqrar və etiraf edirəm
günahlarımı da etiraf edirəm. Ya Rəbbi!Mənim günahlarımı 
bağışla, Səndən başqa günahları bağışlayacaq, məğfirət 
edəcək, əfv edəcək kimsə yoxdur.” 
 
 
298
Hər namazdan sonra oxunacaq dualar 
 
 “Əstəğfirullahəl  əziməlləzi lə iləhə illə huvəl həyyəl 
qayyumə və ətubu ileyhi.” 
Mənası: “Heyy və Qayyum olan və özündən başqa mə-
bud olmayan Allahdan günahlarımın əfvini və bağışlanmasını 
istəyirəm. Bütün xəta və qüsurlardan Allaha tövbə  və rucu 
edirəm”.  
Tövbə duası: ”Əstəğfirullahəl  əzimə  və  ətubu ileyhi, 
Əstəğfirullahəl  əzimə  və  ətubu ileyhi. Əstəğfirullahil  əziməl 
kəriməlləzi lə ilahə illə huvə.  
əl-Heyyul Qayyumə  və  ətubu ileyhi. təvbətə  əbdin 
zalımin linəfsihi lə  yəmliku linəfsihi məv`tən və  lə  həyətən 
vələ nuşuran. Və  nəs`əluhut təvbətə  vəl məğfiratə  vəl 
hidəyətə lənə innəhu huvət təvvəbur rahim. Aməntu billəhi və 
mələikətihi və kutubihi və rusulihi vəl yəv`mil  əxiri və bil 
qadəri xayrihi və  şərrihi minəllahi təalə  vəl bəəsu bəədəl 
məvtə  həvaun  əşhədu  ənlə iləhə illəllahu və  əşhədu  ənnə 
Muhəmmədən əbduhu və rəsuluh.” 
Mənası: “Tövbə ya Rəbbi!Tövbə ya Rəbbi! Tövbə ya 
Rəbbi!Əgər mənim əlimdən, gözümdən, qulağımdan və digər 
əzalarımdan bilərək və ya bilməyərək kəlimeyi-küfr,  şirk, 
üsyan, xəta baş verərsə, mən onların cümləsindən tövbə 
etdim, peşman oldum. Bir daha işləməmək əzmi ilə, Sənə söz 
verirəm. Peyğəmbərlərin  əvvəlincisi olan Adəm (ə. s. )dən, 
axırıncı iki cahan sərvəri Muhəmmədə (s.ə.s.) və hər ikisinin 
arasında, nə qədər Peyğəmbərlər olubsa hamısına inandım və 
iman etdim. Peyğəmbərimiz, Sənin tərəfindən hər nə  gətirib 
xəbər verdisə hamısı haqdır və  həqiqətdir. Dilim ilə iqrar, 
qəlbim ilə təsdiq edirəm.” 
                 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə