Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
104
timai mühitin, kollektivin təsiri və s. – bunlar hamısı insanın gündəlik həya-
tına və bəzən bütövlükdə həyatına ciddi təsir göstərir.  
Bütün xarici təsirlərə rəğmən öz həyat yolunu özü seçən, düşünülmüş 
surətdə müəyyənləşdirən şəxslər də vardır, lakin onlar azlıq təşkil edir. İs-
tənilən halda biz “şəxsi həyat”, “həyatın mənası” dedikdə, məhz bu azları 
nəzərdə tutacağıq. Çünki yerdə qalanların həyatı onların özü tərəfindən 
deyil, ictimai mühit tərəfindən təklif və təlqin  oluna bilər.  
 
 
S.X. 
 
Uçmuş məbədlər və yaşayan fəlsəfələr 
 
Avqust ayında Afinada Ümumdünya fəlsəfə konqresi keçirildi. 5 ildə 
bir dəfə keçirilən belə mötəbər bir tədbirin Platonun vətənində keçirilməsi 
ona xüsusi bir dəyər verirdi. Özünü fəlsəfəyə yaxından-uzaqdan aidiyyətini 
hiss edən hər kəs orada iştirak etməyi özü üçün bir fəxr bilirdi. Bəlkə də bu 
səbəbdən konfrans təşkilatçılığı  aşağı  səviyyədə olsa da, 2 min əvəzinə 5 
min adam dəvətli idi. Emosiyalar, münasibətlər müxtəlif idi. Hər cür insan 
görmək mümkün idi burada. Əsa ilə zorla ayağını sürüyən qocaman fikir 
adamları, yenicə PhD titulunu qazanıb qürurla ətrafa boylanan və dünyanı 
qurtaracağını zənn edən gənc alimlər, hər yerdə qaynaşan tələbələr, bura sa-
dəcə gəzməyə gələn “biznes-alimlər” və daha kimlər. Paralel keçirilən on-
larla seksiyalar, yüzlərlə mövzular, səhnələşdirilmiş simpoziumlar, sərgilər 
və daha nələr. Qısacası, tam bir xaos. Bu qarışıqlıqda məndə heç cür ümumi 
bir mənzərə yaranmırdı, yekun təəssürat formalaşmırdı. Axı, mən də bu xao-
sun içindəydim, axına qoşulub itib-batmışdım.    
 Nəhayət, Afina şəhərinin qısa bir gəzintisinə çıxanda mənzərə aydın-
laşdı, xaosdakı düzən göründü. Duman dağıldıqca açılan mənzərə məni daha 
çox düşündürdü. Düşündürən isə həm mənim üçün bir əks qütb olan Qərb 
təfəkkürünün fərqli bir tərəfi, həm də fəlsəfənin bu günü oldu.  
Afina eramızdan əvvəl XV əsrə aid olan və dünyanın ən qədim şəhər-
lərindən biri, demokratiyanın, fəlsəfənin beşiyi, teatrın, Olimpiya oyunları-


Fəlsəfi esselər
 
 
 
105
nın, qədim sivilizasiyanın məskəni, hazırda Avropanın ən böyük meqapolis-
lərindən biri, Şengen zonası, bir sözlə, elit Avropa şəhərlərindən biridir. 
Düzdür, Yunanıstan həm də iqtisadi böhran, narazı əhalinin nümayişləri de-
məkdir. Ancaq bilirsən və şahidi olursan ki, Avropa öz canının-qanının qay-
ğısına qalır və Yunanıstan nə Sudan olası deyil, nə də Suriya. Və bütün bun-
lar o deməkdir ki, Afina sözün hər mənasında həm Avropanın siması, həm 
də fəlsəfənin səviyyəsinin göstəricisi sayıla bilər. 
 
Afina və Qərb  
Afina deyəndə ilk yada düşən tanrılar, Afina ilahəsi ilə Poseydonun 
döyüşü, möhtəşəm Akropolis, Zevsin məbədi, Panteon, Parfenon, qədim 
Agora olur. Kiçik bir düzəliş: məbədlərin, sarayların özü yox, xarabalığı. 
Turistlərin xəyallarının məskəni və bu gün görə biləcəkləri yerlər, Afinanın 
fəxri nə vaxtsa möhtəşəm olmuş  məbədlərin, meydanların, binaların özü 
yox, uçuntularıdır. Bələdçidən hər addımda belə sözlər eşitmək olur: “Bu 
möhtəşəm bina eramızdan əvvəl filan əsrdə tikilib, filan əsrdə filan mühari-
bədə dağılıb, bu gün siz yalnız onun sütunlarını görə bilərsiniz”. Sütunların 
üzərində hikmətli sözlərin qorunub saxlanması bu tarixi yerlərin sirrini, 
möhtəşəmliyini daha da artırır. Kimlərsə bu qədim yerlərdə gəzəndə, qədim 
divarlara əlini vuranda düşünür ki, nə vaxtsa Aristotelin əli dəyən yerə indi 
mən toxunuram, Zevsin qüdrətini hiss edirəm və  s.  Bu  hissləri hələ XVII 
əsrin sonu XVIII əsrin əvvəllərində ingilis şairi Bayron da keçirtmişdi: 
 
Mənim Elladam! Gözəlliyin sərdabəsi! 
Süqutunda da ölməz, möhtəşəm. 
De, sənin varislərin: oğulların, qızların, 
Kimin hünəri ilə səfərbər olacaqdır?! 
 
Düz dibində dayananda adama elə gəlir ki, bu nəhəng sütunlar səmanı 
öz üzərlərində saxlayırlar. Və şairin dediyi sözlər yəqin ki, çoxlarının ürə-
yindən keçir. Lakin mən məsələnin fərqli bir tərəfini düşündüm və yadıma 
maraqlı bir paradoks düşdü. Bəzən  Şərqin dünya sivilizasiyasına verdiyi 
bəhrədən, elmin, fəlsəfənin inkişafındakı rolundan danışanda, irad tuturlar 
ki, bunlar orta əsrlərdə – keçmişdə (!) olub. Əcəba, eramızdan əvvəlki möh-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
106
təşəmliyin bu xaraba halına baxanlara qürur haqqını kim və nə verir? Qərbin 
hakim mövqeyi, yoxsa Şərqin mütiliyi? Qərbdə elmin, Şərqdə isə dini bilik-
lərin inkişafı? Yəqin ki, bunların hər birinin yekun rəydə öz payı var. Lakin 
məsələnin daha dərin təhlili başqa bir həqiqəti ortaya çıxarır.    
Qədim yunan fəlsəfəsinin “məbədi”  Şərq “daşlarından” tikilmişdi. 
Onu tikən Pifaqor, Demokrit, Platon və başqaları ustalığı Qədim Misirdən, 
Babilistandan, Azərbaycandan,  Ərəbistandan, Hindistandan, Həbəşistandan 
öyrənmişdilər. Çoxsaylı işğallar, barbarlıq baş alıb gedəndə, eyni zamanda, 
dinin fəlsəfəyə radikal mövqeyi bəşəriyyətin diqqətini həqiqətdən yayındı-
randa və bu sarayı diqqətsiz qoyanda, o, uçulmağa məhkum olmuşdu. Ona 
sahib çıxan və qoruyan İslam filosofları – Fərabi,  İbn Sina, İbn Rüşd,  İbn 
Xəldun oldu. Daha sonra, yəni təqribən XVII əsrdə bu məbədə Qərb sahib 
çıxdı və qapıları Şərqin üzünə bağladı. Beləcə, Qərb oldu möhtəşəm saray 
sahibi, Şərq isə qaldı evsiz-eşiksiz.  
“Məbədin” taleyi bundan sonra daha da ağırlaşdı. Fəlsəfədən müxtəlif 
və çoxsaylı istiqamətlər ayrılmağa başladı və hər yeni qol fəlsəfəyə meydan 
oxumağa başladı. Sanki məbədin daşlarını söküb o daşlardan yeni binalar 
tikməyə başladılar. Maddiyyat mənəviyyatı üstələdi. Məbədin mərmər sü-
tunları, qranit divarları onun içindəki mahiyyətdən daha önəmli oldu! Belə-
cə məbədin içindəkilər – İslamın qoruyub saxladığı, nəfəs verdiyi həqiqətlər 
talan olundu, yerdə qalan isə qədim yunan dövründən qalan sütunlar oldu. 
Amma qəribə bir paradoks yaşandı: içində oturduqları sağlam binanın hansı 
talanın nəticəsində olduğunu düşünmək istəməyən Qərb yerdə qalan xaraba-
lıqla qürur duyub dünyaya meydan oxumağa başladı!  
Bəli, Afina həqiqətən muzey-şəhərdir. Amma o yalnız Qərb təfəkkü-
rünün tarixini yox, həm də bugününü gözəl əks etdirir. Belə ki, Afinanın kü-
çələrində son dövrlərə aid qəribə heykəllər, fiqurlar görmək mümkündür. 
Bunlardan iki detal məni dəhşətə gətirdi: biri yunan heykəltəraşı Kostas Va-
rotsosun Olimpiya oyunlarında marafon qaçışlarında iştirak edən idmançıla-
rın şərəfinə şüşədən düzəltdiyi “Qaçan insan” idi.   Küləyin sovurduğu, di-
dik-didik etdiyi insan. Maraqlıdır, adətən heykəllər hərəkətsiz olsalar da, on-
larda bir həyat sezmək mümkündür. Amma bu heykəl əslində qaçan insanı 
təsvir etsə də, özü fərqli təsəvvür yaradırdı: nəhəng, amma küləyin bitirdiyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə