Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
110
din Xəlilovun kitabının müzakirəsinə həsr olunmuşdu və tədbirə ən fərqli
ölkələrdən alimlər qatılmışdı. Müxtəlif fikirlər, təhlillər səsləndi. Ən maraqlı
təklif isə Vatikanın Lateran Universitetinin professoru Françesko Alfieridən
gəldi: “Bu kitab italyan dilində də olmalıdır. Çünki dinlər və sivilizasiyalar-
arası dialoqda əvəzsiz rol oynaya bilər”. Əslində, o, kitabı artıq tərcümə
eləmişdi və burada yalnız məlumat verirdi. Professor Alfieri əlindəki kitab
haqqında nadir bir xəzinə kimi danışırdı və mənim içimdən bir təşviş keçdi:
“Daha bir hikmətimizi düzgün dərk edə bildilər və artıq özününküləşdir-
məyə başlayıblar”.
Bəli, bu dünyada fəlsəfənin daş sütunları çox köhnəlib, xarabalıqları
həvəskarların tapdağına, ekzotika obyektinə, nüfuz vasitəsinə çevrilib. Am-
ma hər nə qədər bu sütunlar möhtəşəm olsalar da, hər nə qədər özlərində də-
rin bir hikmət, tarix ehtiva eləsələr də, ora artıq məbəd deyil, xarabadır! Bu
sütunlar nəhəng olsalar da, artıq o qədər köhnəliblər ki, onların üzərində ye-
ni məbəd tikilə bilməz. Düzdür, tikməyə cəhd göstərənlər var, lakin, bu yeni
çox böyük olsa, sütunlar davam gətirməz. Kiçik olsa, bu nəhəng sütunların
fonunda itib-batar. Bəs çıxış yolu nədədir?
Yeni ideya sütunları və onların üzərində yeni ideya məbədi. Hikmət
daşda-divarda deyil, ideyalardadır. Məbəd xaraba qalmayan, köhnəlməyən
ideyalardır, onların verdiyi, formalaşdırdığı dəyərlərdir. Əslində Qərb çox-
dan yeni məbədlərinin tikintisinə cəhd edir və “tikinti” üçün üzünü Şərq
“daşlarına” – ideyalarına tutub. Yeni əsrin fəlsəfəsini tapmaq üçün uçmuş
daşların arasında gəzmək lazım deyil, ideya dünyasına yüksəlmək lazımdır.
Olmazmı ki, başqasının xarabalarına heyran qalmaq, onlara mədhiyyə de-
mək əvəzinə, öz məbədimizi tikək?
Bəli, Afinanın timsalında gördüm ki, əslində Qərbin möhtəşəm "mə-
bədinin" yalnız sütunları qalıb, özü isə çöküb. Sadəcə biz öz yerimizi bilmi-
rik, özümüzü tanımırıq. Özümüzə dəyər vermirik deyə, antik mədəniyyətin
xarabalıqlarına hələ də aşağıdan yuxarı baxırıq.
Könül Bünyadzadə
111
Fəlsəfi etüdlər
Fəlsəfə, həyat
və həyat fəlsəfəsi
Hər bir insan öz boyuna biçilmiş bir həyat yaşayır. Onun üçün öncə-
dən ölçülüb-biçilmiş bir həyat. Lakin insan müəyyən bir yetkinlik həddin-
dən sonra özü də ölçməyə başlayır və daha yüksək yetkinlik məqamına çata
bilirsə, onda öz həyatını həm ölçür, həm də biçir. Yəni birinci mərhələdə bu
həyat dərk olunmuş, şüurlu bir həyatdır, lakin burada hələ insan öz həyatını
özü qura bilmir. Burada şüur hadisələrdən, həyatdan sonra gəlir. İkinci
mərhələdə isə insan öz həyatını özü seçir, özü qurur; yəni söhbət şüurlu
surətdə qurulmuş bir həyatdan gedir.
İnsanın öz həyatını dərk etməsi və gələcək həyatını düşünülmüş surət-
də qura bilməsi ancaq fəlsəfi düşüncə sayəsində mümkün olur. Lakin hər bir
insan fəlsəfi düşüncə səviyyəsinə qalxa bilmir və böyük əksəriyyət dərk
olunmamış, kor-təbii bir həyat yaşayır.
Məqsəd az sayda özünü və dünyanı dərk etmiş insanın əldə etdiyi işıq-
lanmanı, özünüdərk vərdişini başqalarına da çatdırmaq, hamının istifadəsinə
verməkdir. Lakin bu mümkündürmü? Hələ ki, biz ancaq bilikləri ötürə bili-
rik. Yəni insanlar arasında daxili işıqlanmanın, əqli enerjinin ötürülməsi,
transformasiya praktikası bəlli deyil. Ona görə də hər şey öncə məntiq qəlib-
lərinə, bilik formasına salındıqdan sonra özgələşə bilir, sanki hamı üçün
ümumi olan fəzaya, kosmosa çıxır və ancaq bundan sonra başqalarının qə-
bul edə bilməsi üçün yararlı olur. Daha doğrusu, ötürülmə dil vasitəsilə
mümkün olur. İnsan öz yaşadığı halı da, keçirdiyi duyğuları da fəlsəfənin,
elmin, ya da sənətin dili ilə ötürə bilir.
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
112
Hər bir insanın filosof olması təbii ki, mümkün deyil. Lakin filosoflar
insanı, dünyanı, yaşadıqları həyatı dərk etməklə bərabər bunu başqalarına
çatdırmağın üsullarını da işləyib-hazırlaya bilirlərmi?
Bir var özünüdərk, yəni insanın öz şəxsi həyatını sanki kənardan mü-
şahidə edərək anlaması və özü ilə özündən kənarlaşdırdığı “Mən” arasında
dialoqu, qarşılıqlı anlaşmanı sonrakı həyat təcrübəsində istifadə etməsi, bir
də var əldə olunmuş biliklərin mücərrədləşdirilməsi, şəxssizləşdirilməsi,
şəxsi həyatın dışına çıxarılması və sanki ümumiyyətlə insana, insanla dün-
yanın münasibətlərinə aid olan bu bilikləri sistemə salması, ümumiləşdirmə-
si və onlardan bütöv nəzəri bir təlim yaratması.
Lakin sonrakı mərhələdə bu şəxssizləşmiş, mücərrəd biliklər sistemi –
fəlsəfə – yenidən həyata enməli və özü filosof olmayanların həyatını işıqlan-
dırmalıdır.
Fəlsəfənin tədrisində də əsas məqsəd insanların dünyagörüşünü zən-
ginləşdirmək, onlara öz həyatlarının mənası haqqında düşünmək vərdişləri
aşılamaq, dünyada baş verən hadisələrin daha dərin qatlardakı səbəblərini
aşkara çıxarmaqda onlara yardımçı olmaqdır. Amma özü filosofluq edə bil-
məyən, öz həyatına düşünülmüş münasibət bəsləyə bilməyən, dünyaya öz
“Mən”inin işığında baxa bilməyən adamlara bilik, məlumat halına salınmış
fəlsəfə surroqatı təqdim etməklə insanlar nə dərəcədə özünüdərk vərdişi əldə
edə bilərlər?
Elm və sənət üçün bu problem daha rahat həll olunur. Belə ki, elmi
biliklər asanlıqla formallaşdırılır, riyaziləşdirilir, sistemləşdirilir və başqala-
rının da rahatlıqla həzm edə biləcəyi hala salınır. Yəni əkilmiş hansı isə bir
bitki, meyvə və s. yetkin hala çatdırıldıqdan sonra (məhsul yetişdikdən, ha-
zır olduqdan sonra) adamların istifadəsinə verilir. Meyvəni və ya hansı isə
xörəyi yeyən adam onun necə yetişdirilməsi və ya necə hazırlanmasını tə-
səvvür etməyə də bilər. Amma kal meyvəni və ya hələ hazır olmamış xörəyi
yemək məqbul deyil. Fəlsəfə ideyaların – fəlsəfə bağçasında meyvələrin
yetişdirilməsi prosesidir, amma onun ötürülməsi, paylanması və başqaları
tərəfindən mənimsənilməsi başqa xarakterli proseslərdir.
Bəlli bir məsələdir ki, filosofu təhsillə, təlimlə hazırlamaq olmaz.
Dostları ilə paylaş: |