Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   37   38   39   40   41   42   43   44   45

Yeqzar Cəfərli  
 
 
174 
Fazili- gəncinədir Seyid Əzimlər aşiqi
Sevdiyi alimlərə hörmət Əli Fəhmidədir. 
 
Afərin söylər görən bu fitri istedadına, 
Dilləri dilşad edən söhbət Əli Fəhmidədir. 
 
Gövəri-dəryadır ol, aləm veribdir qiymətin, 
Fəhm qıl Haci, qiymət Əli Fəhmidədir. 
 
Hacıbaba Hüseynov 
 
 
Əli Fəhminin tərcümələri 
 
Şeyx Fəridəddin  Əttarın (1118-1229) “Məntiq-üt-teyr” 
əsərində  “Şeyx sənan” haqqında yazdığı parçanın məz-
munu 
Şeyx Sənan dövrünün kamil şəxslərindən olub, əlli il-
lik ömrünü Məkkədə, Kəbə ətrafında ibadətlə keçirmişdir. 
Onun dörd yüzə qədər fazil və riyazətlə keçirən müridləri 
olmuşdur. Müridlər şeyxinin kəramətindən və kainat sirr-
lərinin bilməsindən ilham almaq məqsədilə bir dəqiqə də 
olsa ondan ayrılmazdılar. Məkkənin  şil və korları  şeyxin 
müqəddəs nəfəsindən şəfa tapırdılar. Bir gecə Şeyx Sənan 
yuxuda özünün bir rum gözəlinə səcdə etdiyini görür. (Şa-
ir sənəmin ayrı-ayrı üzvlərini 20-30 beytdə  bədii təşbeh 
epitetlə təsvir edir). Yuxudan ayrılan Şeyx, sənəmin eşqilə 
məftun olduğundan, artıq hər  şeyə  səthi gözlə baxır, yal-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
175
nız onun xəyalilə yaşayır, hətta kəbəyə belə getmir, 
müridlərlə məşğul olmaqdan imtina edir.  
Şeyxin bu halından təəccüblənən, mütəəssir olan 
müridlər ondan bunun səbəbini soruşarkən, şeyx özünün 
Rum ölkəsində ruhən seyr etdiyi “sənəmi- tərsazadəyə” 
məftun olduğunu, artıq iman və axirəti buraxıb eşqi və bu 
uğurda baş verən rüsvayçılığı özünə  məqsəd intixab et-
diyini onlara söyləyir. O artıq Kəbədən uzaqlaşıb Rum öl-
kəsinə  səfər edəcəyini və o “tərsa becə” ilə qovuşacağını 
bildirir. Müridlər  Şeyxə  hədsiz dərəcədə yalvarırlar ki, o 
bu yoldan qayıtsın. Bu vaxta qədər göstərdiyi “kəşfi-kəra-
məti” və müqəddəsliyi əldən verməsin. 
Müridlərin uzun-uzadı  nəsihətlərindən ürəyi sıxılan 
Şeyx, artıq hər bir ibadətin və axirətin məşuqədən ibarət 
olduğunu, behiştdə onlarla yaşamaqdansa, cəhənnəmdə 
məftun olduğunu ciddi bir tonla söyləyir. 
Nəhayət səylərinin nəticəsini səmərəsiz görən mürid-
lər  Şeyxlə bir yerdə Ruma getməyi qərara aldılar.  Şeyx 
müridlər ilə birlikdə Ruma gedir, buranın hər bir yerini 
axtarırlar, nəhayət “tərsa sənəmi” gözəl bir seyrəngahda 
tapırlar. 
“Allahın qüdrətini yüz əlamətlərlə tanıtdıran bu ruha-
ni sufət məşuqə Sənanı görcək üzündən örtüyü götürür. ( 
Şair burada gözəlin zahiri və  mənəvi cəhətlərini və  eşq 
məfhumunu panteizm dünya görüşü ilə təsir etməyə çalı-
şır ). 
Məşuqənin açıq camalını görən Sənan özünü itirir. 
Onun bədənini mənəvi və ruhani bir hərarət istila edir. O, 
bir müddət danışmağa qadir olmur. Şeyxin bu halından 


Yeqzar Cəfərli  
 
 
176 
heyran olan müridlər eşqin nə olduğunu yavaş-yavaş an-
lamağa başlayırlar. Onlar Şeyxi zəif halda qaldırıb bir dax-
maya gətirirlər. Şeyx o gecəni min cür əzablarla keçirir, sə-
hərə  qədər yatmır. Sabah vaxtı  Şeyxin xəstəlik yatağına 
düşdüyünü görən müriflər çox iztirab keçirir. 
 
GƏNC OĞLU ÖLMÜŞ ATANIN  
QƏMLI TƏƏSSÜATI 
 
Məra sal aməd bər-e siyo həşt 
Nəbayət ke, digər betazəm bedeşt, 
 
Mənim yaşım otuz səkkizi haqladı 
Daha bir də çöldə at çapmamalıyam. 
 
Məgər bəhre bərkirəm əz pend- e xiyş, 
Bər əndişəm əz mərke- fərzənde- xiyş. 
 
( Oğlumun ölümünü düşünüb, qəmgin olmamağım 
üçün qohumlarımın nəsihəti və təskinlik vermələrinin mə-
nə bir faydası varmı?) 
 
Məra bud nobət, bereft an səğir 
Ze dərdəş mənəm çon təne bazəhir 
 
Növbə mənim olduğu halda, o tifil dünyadan getdi 
Mən isə, onun dərdindən daxili sıxıntılar çəkən canlı 
bir heykələm 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
177
Ke nobət məra bod, to bikame-mən, 
Çera rəftiye bordi arame- mən? 
(Növbə mənim ikən ey nakam balam, 
Sən niyə gedib, rahatlığı da özünlə apardın?) 
 
Omidən to budi, məra dəstgir 
Çera rah çosti ze həmpahe-pir 
(Ümidim bu idi ki, sən mənim əlimdən yapışarsan 
Bəs niyə, bəs nə üçün qocanın yolunu tərk etdin?) 
 
Məgər həmrahane- səğir yafti 
Ke, əz pişe- mən tiyz beştafti? 
 
(Yoxsa, bu yolda uşaq yoldaşlarını tapdın və  tələsik 
məni ötüb keçdin?) 
 
Cəvanra ço şod sal bər çardəh 
Nə bər arzu yaft gey bəməh. 
Cavanın yaşı 14-ə çatan kimi, 
Dünya onu arzusuna çatmağa qoymadı. 
 
Həmi bud həmrah ba mən doroşt, 
Bəraşoft ekbare benmud poşt. 
Onsuz da dünya həmişə mənimlə qaba rəftar edir-
di, lakin birdən əsəbiləşib mənə tamamilə arxa çevirdi. 
 
Berefto ğəme iydər bemand 
Delə dideye-mən bexun dərneşand. 


Yeqzar Cəfərli  
 
 
178 
Özü getdisə  də, qəm və  əzabı ürəyimdə  əbədilik 
qaldı, ürəyim və gözlərimi qana batırdı. 
 
Konun u suye rövşənai resid, 
Pederra həmi çay xahəd qozid 
İndi o işıqlığa doğru getdi, 
Atası üçün də müəyyən yer seçməlidir. 
 
Həmana məra çeşm darəd hemi, 
Ze deyr amədən xeşr darəd həmi. 
Yəqin ki indi onun məzləri atasının dalınınca qalmış-
dır, atasının gec gəlnəsindən ötrü qəzəblənmişdir. 
 
Vəra çarhəd bod, məra siyo- həşt, 
Bereft u, bemandim tənha bedəft 
Onun 14, mənim isə 38 yaşım var idi, 
O getdi, mən isə bu səhrada tək qaldım. 
 
Vey əndər şetab-o mən əndər rerəng 
Ze gerdar ba tən-e zərvvar 
Ay oğlul, sən o, sərv qamətin ilə torpaqlara qərq 
olub, babalarının ağuşuna girdinmi? 
 
Bepərverde budəm tanət ra be naz 
Berəxşənde ruzo şebane deraz. 
Mən uzun gecələri işıqlı gündüzə qatıb, sənin bədə-
nini naz içində böyütmüşəm. 
 
 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə