Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
137
ri bu nəşrə daxil edilməmişdir”. Təbrizdə  nəşr olunmuş 
bu divanda müxəmməs, müstəzad, bahariyə və klassik ir-
sin digər növləri daxil edilmişdir. Onu da qeyd edək ki,  
10 min beytdən ibarət  bu  divan Mirzəhəbib Məşədi Sadiq 
oğlu Şamaxılı tərəfindən nəşr olunmuşdu. Bu nəşr haqqın-
da  Əli Fəhmi yazırdı: “Seyid Əzimin  əsərlərinin bu nəşri 
bir ədəbiyyat həvəskarının arzu və marağının nəticəsi olan 
faydalı bir meyldən irəli getməmişdir.  Şairin  əsərlərinin 
nəşri say etibarı ilə ikinci nəşri 1895-1896-cı illərdə  şairin 
oğlu Cəfərin müqəddiməsi ilə  nəşr olunan mənzum he-
kayələrdir”. 
Seyid  Əzimin  əsərlərinin daha bir nəşri 1902-ci ildə 
“Əvvəlinci  şirkət”  mətbəsində  nəşr olunan “Qəzəliyyati-
Seyid  Əzim  Şirvani”  əsəridir.  Əli Fəhmi bu nəşri bir sıra 
nöqsanları olmasına baxmayaraq ona qədərki nəşrlərin ən 
mükəmməli hesab edirdi. Belə ki, iki cilddə nəşri nəzərdə 
tutulan bu kitabın yalnız birinci cildi nəşr olunmuş, ikinci 
cildi isə naməlum səbəblərdən nəşr olunmamışdır. 
Seyid  Əzimin  əsərlərinin həqiqi nəşri Azərbaycanda 
bolşevik hakimiyyətinin qurulmasından sonrakı dövrdə 
mümkün olmuşdur. 1917-ci il Oktyabr çevrilişindən sonra 
onun şerləri xüsusilə də zəmanəsindən şikayət, dini möv-
humatı ifşa edən  şerləri zamanla səsləşdiyindən müxtəlif 
ədəbiyyat müntəxabatlarına daxil edilmişdir. 1930-cu ildə 
ilk dəfə olaraq şairin seçilmiş  şerləri Azərnəşr tərəfindən 
çap olundu. Tənqidçi H.Zeynallının və  şair tədqiqatçı 
Ə.Müznibin şair haqqında məqalələri də bu nəşrlərə daxil 
edilmişdir.  Əli Fəhmi Seyid Əzim irsinə  dərindən bələd 
olduğu üçün bu nəşrdə  də müxtəlif nöqsanların olduğu-


Yeqzar Cəfərli  
 
 
138 
nu, imla ifadə səhflərinə və ayrı ayrı şer parçalarının təhrif 
olunduğunu göstərir. 
1937-ci ildə Seyid Əzimin  şerlərinin nəşri nisbətən 
daha mükəmməl və şairin daha geniş tannınması yolunda 
mühüm addım sayıla bilər. Burada şairin şerləri qəzəlləri, 
rübailəri, müxəmməsləri, tərkibbəndləri və müxtəlif möv-
zularla bağlı  şerləri daxil edilmişdi. Bu məqaləsində  Əli 
Fəhmi bilavasitə özü məşğul olduğu ADU-da dərs dediyi 
tekstologiya yəni, qəzəllərin elmi izahına münasibəti də 
çox maraqlıdır. Belə  ki  O,  bu  sahədə H.Araslının və Fey-
zulla Qasımzadənin gördüyü işləri təqdir etmişdir. Profes-
sor F.Qasımzadə Seyid Əzimin  əsərlərinin elmi tənqidi 
mətnini hazırlaması, şairin həyat və yaradıcılığını ədəbi ir-
sini öyrənmək sahəsində irəliyə doğru atılmış ən ciddi ad-
dımlardan biri olmuşdur. 
Seyid  Əzimin  İran, Türkiyə, Rus və bir sıra Azər-
baycan şairləri haqqında məlumat verən təzkirəsi- “Tarixi 
Şirvannaməsi” Tiflisdə  çıxan “İzvestiya Kafkazskoqo ob-
çestvo istoriya i arxeoloqii” məcmuəsində rus dilində nəşr 
olunmuşdur.  
S.Ə.Şirvaninin  əsərləri “Əkinçi”, “Kəşkül”, “Ziya” 
qəzetlərində müntəzəm çap olunmaqla yanaşı, aşağıdakı 
nəşri də mövcuddur. Əli Fəhmi onun nəşr olunmuş əsərlə-
rinin  siyahısını verir.  
1. “Divan”. Təbriz. 1897 
2. F.Köçərli “Azərbaycan ədəbiyyatı tarixi materialla-
rı” II cild I hissə B. 1924  
3. K.Mirbağırov “Seyid Əzim Şirvani” Uşaq və gənc-
lər ədəbiyyatı nəşriyyatı 1959. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
139
4. “Qəzəllər”. Bakı Azərnəşr 1960. 
5. Ə.H.Rəhimov “Seyid Əzim Şirvaninin farsca qəzəl-
ləri haqqında”. Azərbaycan SSR EA Xəbərləri, 1961 N XI 
6. “Şerləri” Azərnəşr 1963. 
 
S.Ə.Şirvani ədəbiyyat haqqında 
 
Görkəmli ədəbiyyatşünas alim Əli Fəhmi S.Ə. Şirva-
nini təkcə bir şair kimi deyil, eyni zamanda bir ədəbiyyatçı 
kimi, bir tənqidçi  kimi də tədqiq etmişdir. Çünki S.Ə. Şir-
vani Füzuli ədəbi məktəbinin davamçısı olmaqla özündən 
əvvəlki klassik ədəbiyyat ilə yanaşı, rus və avropa ədə-
biyyatı ilə də ətraflı tanış olaraq özü də bir ədəbi məktəbin 
yaradıcısıdır. O, rus ədəbiyyatında A.S.Puşkin,  şərq  ədə-
biyyatında Nizami, Firdovsi, Fizuli, Sədi, Hafiz və digər 
şairlər haqqında qiymətli fikirlər söyləmişdir.  Şairin 
böyük rus şairi Puşkin haqqında yazdığı təzkirə (Bu təzki-
rə EA-nın əlyazmaları fondunda saxlanılır) Əli Fəhmi tərə-
findən araşdırılıb, tədqiq edilmişdir. Məlum olduğu kimi 
A.S.Puşkin  Rusiya tarixində qanlı çar kimi tanınan I Ni-
kolayın fitvası ilə öldürülmüşdü. Məqalədən aldığımız 
məlumata görə Nikolayın yerinə keçən II Aleksandrın fər-
manı ilə onun qəbri təmizlənmişdir. Bu kiçik təzkirədə şa-
ir Puşkini oxuculara ətraflı tanıda bilir: 
Neçə nafe kitab etmişdi ol şirin suxən bərpa, 
Məcalislər tapıb zinət o pakın nəsrü-nəzmindən. 
 Böyük alim S.Ə.Şirvaninin bir ədəbiyyatçı alim ol-
maq etibarı ilə Füzulinin istər Azərbaycanca, istərsə farsca 
yazdığı demək olar ki, bütün şerlərini öyrənib, onların 


Yeqzar Cəfərli  
 
 
140 
haqqında tədqiqat aparmışdır.  Şairin məhz bu cəhəti  Əli 
Fəhmi tərəfindən sözün əsil mənasında alqışlanır. Aşağıda 
şairin Füzulinin farsca yazdığı bir beytindən iqtibası  Əli 
Fəhminin təfsiri ilə təqdim edirik. 
Şere-mən darəd təşəbbeh gər Fizuli ra çe ğəm, 
Dər məzaqe-əhm-del manəndə şiro şəkkərəst. 
(Əgər mənim  şerim Füzulinin şerinə  bənzəyirsə  nə 
qəmim vardır, əhli-hal yanında südlə şəkər kimidir və ya-
xud Arifi Bağdadra Seyyid nəzire qoftei? To Kocavo u 
koca şərmikon əz əşare xod). 
(Ey seyyid Bağdad arifinə Füzuliyə  nəzirə yazmı-
san?. Sən hara, o hara Öz şeirlərindən bir utan). 
 Lakin  Seyid  Əzimin dərindən bələd olduğu, yara-
dıcılığına dönə-dönə müraciət etdiyi  təkcə Nizami deyil-
dir. O, Nizamidən sonrakı özünə  qədər bütün şair və 
alimlərin əsərlərinə vaqif olmuşdu. O, farsca yazdığı diva-
nında Xaqanini dəfələrlə xatırlayır, ona öz ehtiramını bil-
dirir. 
Naibi Xaqaniyəm əndər diyare u bəli. 
Zərreye Xurşidra başəd be xorşid entesab. 
Şerin Əli Fəhmi tərəfindən edilən tərcüməsi belədir. 
(Mən Xaqaninin yurdunda onun naibiyəm, çünki gü-
nəş zərrəsinin nisbəti günəşə çatar). Nizamini isə şair həm 
farsca həm də azərbaycanca divanında bir neçə dəfə xatır-
ladır. Şairin Nizami haqqında xüsusilə də onun Gəncədəki 
qəbrinin bərbad vəziyyətdə olması haqqnda yazdığı şerlər 
çox məşhur olduğundan biz onların üstündən keçir və Əli 
Fəhminin şairin fars divanından  götürdüyü 2 beyt iqtibq-
sı və onun sətri tərcüməsini veririk. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə