Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
141
Soxən əz asiman ferud aməd
Soxan əz aləme kəbud aməd. 
Gər bode govheri vəraye soxən, 
Uferud aşədi becaye soxən. 
(Söz göydən yüksək aləmdən enmişdir.  Əgər orada 
sözdən qiymətli bir gövhər cəvahir olsaydı, sözün əvəzinə 
o enərdi). Nizami, Xaqani, Füzuli kimi şairlərə Seyid Əzim 
nə  qədər ehtiram bəsləsə  də, Fars şairlərindən olan Sədi-
dən, Hafizdən özünü üstün tutur. Fars dilində yazdığı və 
Əli Fəhmi tərəfindən sətri tərcümə olunan şerlərindən bi-
rində “Ey Seyyid təzmin yaratmaqda sən Sədi və Hafiz Şi-
razidən yüksəksən”.  Əli Fəhmi yazırdı: “S.Ə.Şirvani  Şa-
maxı mühitində yetişmiş Azərbaycan klassiklərinin xüsu-
silə də İzəddin Şirvani, Xaqani, Zülfüqar Şirvani, Bədr Şir-
vani və Bahar Şirvani kimi şairlərin adını iftixar hissi ilə 
çəkir və öz müasiri Mirzə Nəsrullah Bahar Şirvanini özü-
nə ustad hesab edir”. 
Mən özüm kimi zəmanə sərvəriyəm, 
Əhli zövqün kəminə çakəriyəm. 
Ustadım Bəhari vəhyi kəlam, 
Ki onun nəzmidir mülki nizam. 
Əli Fəhmi Seyid Əzimin ayrı-ayrı  şairlər haqqında 
şerlərini tədqiq etməklə kifayətlənməyib şairin şer və şair-
lik haqqında dediyi fikirləri haqqında da məlumat vermiş-
dir. İstər fars, istərsə də azərbaycan dilində yazdığı divan-
larında şeri və şairliyi gözəl, məzmunlu vəsf etmişdir. Əli 
Fəhmi şairin şeirin gözəlliyi haqqında farsca bir təzkirəsini 
iqtibas gətirir. 
 


Yeqzar Cəfərli  
 
 
142 
Nə gözəldir oxuyub əşarı, 
Zövqi ürfanə xəbərdar olasan. 
Hər guruhun görəsən şəri tərin, 
Dəhrdə vaqifi əsrar olasan. 
Və yaxud fars dilində yazdığı başqa bir şerində “Ey 
Seyyid söz incilərindən başqa heç bir şeyi toplayıb saxla-
ma. çünki nə varsa puç olacaqdır”. Əli Fəhminin bu məqa-
ləsində  həmçinin nitq və söz haqqında  şerdə forma və 
məzmunun vəhdəti,  şer dilinin sadə  və lakonik olması 
haqqında məlumat almaq mümkündür. 
S.Ə.Şirvaninin sözü vaxtnda demək bacarığını müəl-
lif çox yüksək qiymətləndirir.  Şairi oxuculara sevdirən 
xüsusiyyətlərdən biri budur. Əli Fəhmi yazırdı ki, ”Zəma-
nənin eybəcərliklərini vaxtında ifşa etmək, öz müasirlərini 
zamanın tələblərinə uyğun  şerlər yazmağa səsləyən  şair 
güldən, çiçəkdən, eşq, məhəbbətdən bəhs edən qəzəllərlə 
zamanın eybəcərliklərini ifşa etmək mümkün deyildir”. 
Demə əşar rəsmi şeri unut, 
İndi sən bir təriqi digər tut. 
Burada şair incə ruhlu qəzəldən daha çox satirik şer-
lər yazmağa üstünlük verir. Əli Fəhmi qeyd edir ki, “Seyid 
Əzimin böyüklüyü həm də ondadır ki, onun şerlərində 
Quran ayələrinə, peyğəmbərlərin hədislərinə,  əshabələrin 
dediklərinə, Həzrət  Əlinin “Divani-Əmir”inə iqtibaslar 
mövcuddur.” 
S.Əzim islamın bütün təriqətlərini dərindən bilsə də, 
bunların heç birinə qoşulmamışdır. Oğlu Cəfərə nəsihətin-
də yazırdı:  
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
143
Mən özüm şiəyəm, budur sifətim, 
Leyk əsnafa yox müxalifətim. 
Gər Əbubəkrlə Ömər Osman, 
Zülm ediblərsə həqq edər divan. 
Dilini saxla lənət etməkdən 
Qeyri şəxsə şəmadət etməkdən 
S.Əzim  şerdə söyüşün, həcvin  əleyhinə idi. Ümu-
miyyətlə O, mərsiyə  və  həcv yazanları, mübaliğələrə yol 
verənləri tənqid edirdi. Bakı şairlərindən olan Əbdülxaliq 
Yusifə yazdığı şer bu qəbildəndir. 
Nə hünərdir bu söyüş söyləməyi hər kimsə bilir, 
Bu kəmalilə deməzlər sənə loğman Yusif. 
Şerə, sənətə qiymət qoyulmamasından uzun-uzadı 
şikayətlənən şair sonda şerə qiymət verən bir zamanın gə-
ləcəyini və insanlarını yetirəcəyinə  dərin inam bəsləyirdi. 
Məqalənin sonunda Əli Fəhmi  şairin farsca divanında 
aşağıda göstərilən 2 beytin tərcüməsini verib və bu beyti 
geniş şərh etmişdir. 
“Ey Seyyid, daha söz büsatını yığ, çünki, bu zəmanə-
də çox az arayıb-axtarmışam bir nəfər də olsun şerə xiri-
dar yoxdur. Mənim yeddi beytim (yəni yeddi beytdən iba-
rət qəzəlim) Xosrovun yeddi xəzinəsindən daha qiymətli-
dir. Lakin belə bir xəzinələrlə belə bir divanımda yoxdur”. 
Şərhi: 
Xosrov Pərvizin yeddi, bəzi rəvayətlərə görə isə sək-
kiz xəzinəsi varmış. 
1. Gənci-ərus (gəlin xəzinəsi). Bu xəzinəni Xosrov tək 
özü qazanmışdı. 


Yeqzar Cəfərli  
 
 
144 
2. Gənci-badəbərd (Külək gətirən xəzinə). Bu xəzinəni 
Rum qeysəri öz var-dövlətini gəmi ilə  İtamuaya qaçırar-
kən dənizdə rast gəlib ələ keçirmişdi. 
3. Gənci-qeybeyi-xosrovi (Xosrovun qumaş  xəzinəsi) 
idi. 
4.  Əfrasiyab xəzinəsi. Bu dövləti Turan padşahı  Əfra-
siyab gizlətmişdi. Sonradan Xosrovun əlinə keçmişdi. 
5. Gənci süxtə (Burada “süxtə” sözü ölçülmüş mənası-
nı bildirir). 
6. Gənci xəzra (yaşıl xəzinə). Bunu Xosrov Pərviz Ərəb 
xalqından əxz etmişdi. 
7. Gənci-şadaban (Şadlıq gətirən xəzinə.  İskəndər 
Zülqərneyn tərəfindən gizlədilmişdi. Xosrov təsadüfən bir 
kəndli vasitəsilə bu xəzinəni tapmışdı. 
 
S.Ə. Şirvaninin lirikası 
 
Bu məqalədə  Əli Fəhmi S.Ə.Şirvaninin lirik şerlrin-
dən söhbət açır. Klassik şerin bütün növlərində şerlər ya-
zan S.Əzim lirik şerlərini demək olar ki, əksəriyyətini 
Füzulinin təsiri ilə qələmə aldığını göstərir. Təsadüfi dey-
ildir ki, onu Füzulidən sonra qəzəl janrının  ən gözəl da-
vamçısı sayırlar. Həmişə klassik şairlərin lirik şerlərini 
oxuyarkən məndə belə bir sual doğur ki, niyə şairlərin ək-
səriyyəti özünə lirik yaradıcılıq üçün məhz qəzəli seçir-
lər?. Heç sübhəsiz  ki, bu qəzəlin daha şən, daha gözəl səs-
lənməsi, ən əsası ilə musiqiyə uyuşmasıdır. 
Fərhad mənəm ki, şirinsuxənim var, 
Bir ariz-gülgün, səbi şəkkər şikənim var. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə