Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   37   38   39   40   41   42   43   44   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
179
Konun an bexak əndərün qərqe kəşt, 
Kəfən bər tane-pake-to xerqe kəşt 
İndi o bədən torpaqlara qərq olmuş, sənin o pak vücu-
duna kəfən paltarı olmuşdur. 
 
Dəriğa təne- cano çeşme-çeraq, 
Bexak əndərün mande əz bağ. 
Əfsuslar olsun ki, çıraq gözlü o can, bağda süfrələr kə-
narında olmaq əvəzinə torpaqlar altında (Soyuq məzarda) 
qalmışdır. 
 
Konun mən gəra girəm əndər kənar 
Ke, xahəd bodən mər-məra qəmkesar? 
İndi mən kimi ağuşuma basım? 
Mənim ğəmküsarım kim olsun? 
 
Gera quyəm in dərdo timare-xiyi? 
Gəra xanəm əknun beçaye to piş? 
İndi bu dərd, qəmimi kimə söyləyim? 
Sənin əvəzinə indi kimi səsləyib yanıma çağırım? 
 
Konun həm pedər mand bito əsir, 
Por əz dərdo timaro rənco zahir. 
İndi sənsiz qalan atan dərd, əzab və daxili sıxıntı əsiri 
olmuşdur. 
 
Əz ommid novmid kəştəm bezar, 
Be xofti bexak əndəran zaro-xar 


Yeqzar Cəfərli  
 
 
180 
Sən torpaqlar içrə  həmişəlik ahu-zar içində yatdığın 
üçün mən ağlaya-ağlaya hər cür ümiddən əlimi üzmüşəm. 
 
Çera namədəm bato əndər səfər, 
Ke, kəşti bexəlqane-aləm səmər. 
Axı, nə üçün mən səninlə bu əbədi səfərə getmədim, 
bəlkə bu gedişimin xalqa bir xeyri olardı? 
 
To refti, mən iydər namədəm deraz
Zəman-ta-zəman miresəm bərtobaz 
Sən getdin, mən də bu dünyada çox qalmaram, zaman 
ötdükcə yenidən sənə yetişərəm. 
 
Əgər zendeqani bovəd berderaz, 
Bedin deyre- məhzun bemanəm deraz 
Əgər ömrüm uzunda olarsa, bu məhzun dünyada qal-
mağımın nə xeyri var? 
 
Yeki meyvədari namənəd ze mən
Ke manəd həmi bare-u dər çəmən. 
Bircə  dənə  də olsun meyvəli ağacım yoxdur ki, mən-
dən sonra onun meyvəsi bu çəməndə yadigar qalsın. 
 
Çeqoft əndərin mobede pişrov 
Ke hərkez nəgərdəd köhəhgəşte nov 
Keçənlər yaxşı deyib ki, keçmişi geriyə qaytarmaq, 
(köhnəni təzələmək) olmaz. 
 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
181
Çenin qoft mahane- şirin soxən 
Ke, ba mordeqan aşenam mekən. 
Şirin söz ustaları yaxşı demişlər  ki, ölülərlə dostluq 
etmə! 
 
Nə iydər həmi mand xahi deraz 
Bəsiçində başo derənçi məcaz 
Sən bu dünyada uzun müddət qalmayacaqsan, hazır-
lığını gör, çox yubanma. 
 
Çeninəst rəsmesəraye köhən, 
Sərəş hiyc peyda nəbini zebən 
Bu köhnə karvansaranın (dünyanın) qaydası belədir 
ki, heç kəs onun nə dibini, nə başı görməmişdir. 
 
Dəre- bəstera kəs nadənəd qoşad, 
Bedin rənc ömrəm begərdən bebad. 
Bu bağlı qapını açmağı heç kəs bacarmır, 
Belə əzaba da ömrüm badi-fənaya gedəcək. 
 
Həmi xahəm əz davəre- kerdeqar 
Ze ruzi dehe-nake- pərvərdegar 
O böyük, pak, ruzidən allahdan həmişə istədiyim bu-
dur. 
 
Rəvane-to darənde rövşən konəd, 
Beheşte- bərin caye-to xoş konəd. 
Sənin ruhunu həmişə  işıqlı etsin, Behiştin dərinliklə-
rində sənə gözəl və yüksək yer versin. 


Yeqzar Cəfərli  
 
 
182 
Dela, didi ke, an fərzane fərzənd, 
Ce did əndər xəmə-in  taqe-nilin? 
Ey ürək! Sən şahidsən ki, o ağıllı fərzəndin bu göyün 
qübbəsi altında nə gördü? 
 
Becaye löhü dər kəranəş
Fələk bər sər nəhadəş lövhe-səngin. 
Məktəbli kimi ətrafında kağız və yazı lövhəsi qoymaq 
əvəzinə, fələk onun başına bir parça ağır daş lövhəsi saldı 
 
Şəbe-seşənbe bodo nuzdəhhome ziyqəd, 
Ke kəşt ferqət-an mahe-ənbərə mişkül 
Zilqədə ayının on doqquzunda, seşənbe gecəsi o ənbər 
xətli ay bizdən ayrıldı. 
 
Hazaro sisədo-sepənc bud əz hicrət 
Ke con bərəftizepişəm be pişe-bonyanbin 
Min üç yüz on beş il hicrətdən keçmişdi ki, o mənim 
yanım kainatı bina edənin yanına getdi. 
 
Dəriğo dərdo təssof koca dehəd sudi, 
Konun ke əmr bebaziçe mirəvəd , beyəqin. 
İnsanın ömrü oyuncaqlarla əldən getdiyi halda, tə-
əssüf dərd və peymanlığın nə faydası ola bilər? 
 
Mütərcim: Əli Fəhmi 4/ IV/ 1969 
 
 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
183
Əli Fəhminin məktubları 
 
Biz  Əli Fəhmi haqqında məlumatlar toplarkən Onun 
dövrünü tanınmış ziyalılarndan olan Masallı rayonundan 
Mirzə  Rəfi müəllimlə yazışmalarını  əldə etdik. Daha 
doğrusu, Əli Fəhminin Mirzə Rəfiyə yazdıları məktubları. 
Mirzə Rəfinin  Əli Fəhmiyə yazdıqları məktubları isə əldə 
edə bilmədik.  Görünür Alim bu məktubları da digər sə-
nədlər kimi özü ilə Kamo küçəsindəki mənzilinə 
köçürmüş, onun ölümündən sonra bu sənədlər  itib bat-
mışdır. Onu da qeyd edim ki, bu qiymətli məktubları bizə 
S.Mumtaz adına  Respublika Ədəbiyyat və incəsənət arxi-
vinin direktoru, böyük xeyirxah insan olan Maarif Teymur 
təqdim etdi. 
Əli Fəhminin Mirzə Rəfiyə məktubları 
Hörmətli Rəfi müəllim ! 
Bəd əz salam hüzurunuza ərz edirəm li
Rəğimeyi ənbər bəndəyə candır. 
Möhr əz səre name bər gerəftəm, 
Quyi ki, sər Qolestan əst. 
( Tərcüməsi: Məktubun möhürünü açdım, sanki, gülü-
stan bağının qapısını açdım. Vəlhasil  əxəli məğame mən) 
Məsələ belədir. Rüdabə  qızınızın  Şərq  şöbəsinə, fars böl-
məsinə daxil olması üçün əvvəlcə gərək aşağıdakı dərslər-
dən imtahan vermək üçün tam və möhkəm biliyi olsun. 
Çünki, artıq, yəni bildirdən 1969 cu ildən bəri ancaq biliyə 
qiymət verirlər. 
1.Ədəbiyyat və dil ( Azərbaycan) şifahi. 
2.Rus dili fənni ( yazılı). 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə